Бисмиллащир-рящманир-рящим



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə2/293
tarix21.01.2022
ölçüsü1,89 Mb.
#83026
1   2   3   4   5   6   7   8   9   ...   293
Felsefe terminlerinin izahli lugeti

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 

izahı  elə  qurulmuşdur  ki,  təsnifat  nəticəsində  onlar  arasında 
yaranmış əlaqə itməsin. Elmin  sistemli şəkildə araşdırılması  bu 
sahə ilə bağlı terminologiyanın inkişafına da təkan vermişdir. Bu 
inkişafla  bağlı  mütəxəssislər  və  elmi-tədqiqatla  məşğul  olan 
tədqiqatçıların  araşdırmaları  dil  bazasının  genişlən-məsinə,  yeni 
terminlərin, anlayışların yaranmasına səbəb olur. Fəlsəfə elminin 
geniş  tədqiqi  ilə  bağlı (ədəbiyyatlarda hə-min sahədəki vəziyyəti 
əks etdirən) yeni terminlər və sözlər dinamik inkişafdadır. Lüğətə 
bu  sahədə  müasir  biliklər  əsasında  forma-laşmış  terminlər  daxil 
edilmişdir.  Uzun  çalışmalardan  sonra  araya-ərsəyə  gələn  bu 
lüğətin  özündən  əvvəlkilərdən  əsaslı  fərqi  ondan  ibarətdir  ki, 
terminlərin  mənası  və  mahiyyəti  açıqlanmaqla  yanaşı,  dildəki 
inkişaf  formaları  və  dəyişiklikləri,  eləcə  də  hansı  dilə  məxsus 
olmaları  və  digər  dillərdəki  ekvivalentləri  də  qeyd  edilmiş  və 
ətraflı  izah  edilmişdir.  Lüğətdə  qeyd  olunan  ərəb  və  fars 
terminlərinin  ətraflı  izahı  həm  də  ali  məktəb  tələbələrinin, 
müəllimlərin,  mətbuat  işçilərinin  də  qabaqkı  dövrlərə  məxsus 
mənzum parça, yaxud mətnləri oxuyarkən də köməyinə gələ bilər. 
Belə ki, müasir dövrdə M.Füzulinin ―Hədiqətu-s Süəada‖ əsə-rinin 
dilini  başa  düşmək  heç  də  asan  deyil.  Yaxud  Bəhmənyarın  hər 
hansı  bir  əsərindən  dilimizə  tərcümə  etmək  müəyyən  çətinliklər 
doğurur. Çünki lüğətlərdə onların fəlsəfi anlamları deyil, daha çox 
işlək  müasir  mənaları  verilir.  Bir  örnəyə  nəzər  salaq;  ―Furqan‖ 
sözünə  lüğətdən  anlam  tapmaq  istəsək,  ―ayırıcı,  fərqləndirici‖ 
sözlərini  taparıq.  Halbuki  ―furqan‖  dini  –  fəlsəfi  ədəbiyyatda 
Quran-i Kərimin adıdır.  



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   293




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə