Biokimyadan mühazirələr. MƏRuzəÇİ: prof. Yusifov Nazim Məhəmməd oğlu



Yüklə 2,46 Mb.
Pdf görüntüsü
səhifə1/136
tarix08.01.2022
ölçüsü2,46 Mb.
#82706
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   136
BIOKIMYA MUHAZIRELER




 
Biokimyadan mühazirələr. 
MƏRUZƏÇİ: prof. Yusifov Nazim Məhəmməd oğlu 
 
MÖVZU 1.  GİRİŞ. BİOLOJİ KİMYA FƏNNİ, MƏQƏD VƏ VƏZİFƏLƏRİ,  
                     ƏHƏMİYYƏTİ, DİGƏR ELMLƏRLƏ ƏLAQƏSİ 
 
P L A N 
 
1. Bioloji kimya fənni, predmeti, məqsəd və vəzifələri 
2. Bioloji kimya fənninin yaranma tarixi  
3. Biokimyəvi proseslər, onların getmə şəraiti, mexanizmi 
4. Bioloji kimyanın əsas bölmələri 
5. Bioloji kimyanın əhəmiyyəti və digər elmlərlə əlaqəsi  
6. Canlı orqanizmin kimyəvi tərkibi 
 
 
 
 
 
 
 
 



 
Bioloji  kimya  (biokimya)  -  canlı  materiyanın  kimyəvi  tərkibini,  insan, 
heyvan,  bitki  və  mikroorqanizmlərin  həyat  fəaliyyətini  təşkil  edən  kimyəvi 
çevrilmələri  və  bu  çevrilmələr  zamanı  orqanizmdə  baş  verən  dəyşiriklikləri 
öyrənən elmdir.  
Bioloji  kimya  müstəqil  elm  kimi  XIX  əsrin  ortalarında  yaranmışdır.  Onun 
bir  elm  kimi  formalaşmasında  üzvi  kimyanın,  fiziologiyanın  və  anatomiyanın 
böyük  rolu  olmuşdur.  Lakin  onun  sürətlə  inkişafı  XX  əsrdən  başlayır.  XX  əsrin 
başlanğıcında  bioloji  kimyanın  kimyəvi  əsasları  yaranmşdır.  Bu  dövrdə  canlı 
materiyanın  tərkibinə  daxil  olan  birləşmələrin  əsas  tipləri  ayırd  edilmişdir.  XX 
əsrin  ortalarından  sonra  bioloji  kimya  sürətlə  inkişaf  etdi.  Molekulyar  biologiya, 
gen  mühəndisliyi,  biotexnologiya,  bioqeyri-üzvi  və  bioüzvi  kimya  kimi  elm 
sahələrinin yaranması və inkişafı bioloji kimyanın sürətli inkişafına stimul yaratdı.  
Biokimyəvi  proseslər  termodinamikanın  (termokimyanın)  qanunları  ilə  sıx 
bağlıdır.  Biokimyəvi  reaksiyalar  ani  vaxtda  millisaniyə  (ml.  san),  mikrosaniyə 
(mk. san.) ərzində sulu mühitdə başa çatır.  
Su  molekulasında  olan  hidrogen  rabitəsi  biomolekullarda  əmələ  gələn 
hidrogen hidrofob rabitələrinin yaranmasına bir stimul verir.  
Biomolekullar əsasən kovalent rabitə hesabına əmələ gəlmişlər. İon rabitəsi 
ilə  əmələ  gələn  birləşmələr  əsasən  bioüzvi  birləşmələrin  quruluşunun 
saxlanmasında və biokimyəvi reaksiya-ların getməsində mühüm rol oynayır.  
Təqdim  etdiyimiz  dərslikdə  statik  biokimyanın  əsas  bölmələri-canlı 
materiyanın  kimyəvi  tərkibini,  karbohidratların,  lipidlərin,  zülalların,  nuklein 
turşularının, fermentlərin, vitaminlərin, hormonların quruluşu, xassələri və onların 
müxtəlif  bioloji  obyektlərdə  yayılması  miqdarını  öyrənir.  Dinamik  biokimya 
maddələr  mübadiləsi  və  enerji  mübadiləsi,  karbohidratların,  lipidlərin,  zülalların 
mübadiləsi,  mineral  maddələr  mübadiləsi,  maddələr  mübadiləinin  əlaqəsi  və 
vəhdəti öyrənilir. 
Bioloji kimyadan Azərbaycan dilində latın qrafikası ilə yazılmış dərsliyin az 
olması bu sahədə fənnin ali məktəblərin tələbələri tərəfindən öyrədilməsini olduqca 
çətinləşdirir. Məhz bu çətinliyi aradan qaldırmaq üçün bu dərslik yazılmışdır.  
Kitabın  yazılmasına  əsas  səbəblərdən  biri  də  mövcud  ədəbiyyatların 
köhnəlməsi  və  biokimyanın  sürətlə  inkişaf  etməsidir.  Belə  ki,  biomolekulların-
elektron mikroskopiya, rentgenospektroskopiya, nüvə maqnit rezonansı (N. M. R.), 
xromatoqrafiya  və  elektroforezin  yeni  üsulları  ilə  tədqiqi  bu  kitabda  nəzərə 
alınmışdır.  
Kitabda  müəyyən  nöqsanları  da  gələcəkdə  aradan  qaldırmaq  üçün  öz 
məsləhətləri ilə kömək edən oxuculara müəlliflər əvvəlcədən səmimi təşəkkürünü 
bildirir.  



 
Canlı  orqanizmin  müxtəlif  növlərinin  orqan  və  toxumalarında  məlum  olan 
kimyəvi  elementlərin  çoxusuna  təsadüf  edilir.  Onlardan  20  elementə  bütün 
canlıların orqan və toxumalarında rast gəlinir. Bunlar 
C, N, H, O, S, P, K, Na, Ca, 
Mg, Mn, Zn, Fe, Cu, Co
 az miqdarda 
Mo, B, CI, I, Se
 olur.  
Bunlar  insan  və  heyvan  orqanizmində  yayılma  miqdarına  görə  2  qrupa 
ayrılır: makroelementlərə (miqdarı 0,001%-dən artıq olanlar) 
C, N, H, O, S, P, K, 
Na, Ca
, mikroelementlərə (miqdarı 0,001%-dən az olanlar) 
B, Mn, Zn, Cu, Mo, Co, 
B, Se, Ba, I, Sr
 və s. aiddir.  
 
Cədvəl 1. 
 
Orqanizmdə kimyəvi elementlərin miqdarı 
 
Element 
Miqdarı %-lə 
Element 
Miqdarı %-lə 

62,48 
Mo 
0,027 

21,15 

0,014 

9,86 

0,009 

3,10 
Fe 
0,005 
Ca 
1,90 
Zn 
0,003 

0,95 
Br 
0,002 

0,23 
Al 
0,001 

0,08 
Si 
0,001 
CI 
0,08 
Cu 
0,00015 
Na 
0,08 
Se 
0,00001 
 
Orqanizmin  ümumi  kütləsinin  96%-dən  çoxunu,  hüceyrənin  99%-ni  əsas  4 
element 
O, C, H
  və 
N
  təşkil  edir. Onlar  canlı  orqanizmin  əsasını təşkil  edən  əsas 
üzvi  maddələrin  (zülalların,  lipidlərin,    karbohidratların)    və    suyun  tərkibinə 
daxildir. Bunlar 
orqanogen elementlər
 adlanırlar.  
Canlı orqanizmin 70%-dən çoxunu su təşkil edir. Su orqanizmdə az da olsa 
dissosiasiya edir 
H
+
və 
OH
-
 ionlarına. Su orqanizmdə bütün toxuma və orqanlarda 
olur, az bir hissəsi hüceyrədə birləşmiş haldadır. Suda bütün mineral və üzvi mad-
dələr  ion  və  ya  hidrat  halında  olur.  Canlı  orqanizmin  10%-ə  qədərini  mineral 
maddələr  təşkil  edir. Orqanizmin  əsas  hissəsini  zülallar  (40-50%),  karbohidratlar, 
nuklein turşuları, lipidlər və s. 50-60% təşkil edir.  
 
 
 



 
Cədvəl 2. 
 
Bəzi orqan və toxumaların kimyəvi tərkibi, %-lə  
(S. M. Rappoportun göstəricilərinə görə) 
 
Orqan və 
toxuma 
Su 
Zülal 
Lipid 
Mineral maddə 
Dəri 
58 
27 
14 
0,6 
Sümük 
28 
20 
25 
27,0 
Əzələ 
70 
22 

1,0 
Yağlı toxuma 
23 

71 
0,2 
Qaraciyər 
71 
22 

1,4 
Beyin 
75 
11 
12 
1,4 
 
Hüceyrə  canlıları  cansızlardan  fərqləndirən  əsas  xüsusiyyətlərə  malikdir. 
Hüceyrə  canlıların  əsas  quruluş  və  funksional  vahididir.  Ayrı-ayrı  orqan  və 
toxumaların  hər  birinin  özünə  məxsus  hüceyrə  quruluşu  vardır.  Hüceyrənin 
tərkibində üzvi və qeyri-üzvi birləşmələr müxtəlif miqdardadır.  
2-ci cədvəldən göründüyü kimi orqanizmin əsas kütləsini 
su  təşkil  edir.  Belə  ki,  dərinin  58%,  əzələnin  70%,  qaraciyərin  71%,  beynin  isə 
75%-ni  su  təşkil  edir.  Həmçinin  zülal,  lipid,  karbohidratlar  və  mineral  maddələr 
bütün orqan və toxumalarda müxtəlif miqdarda yayılmışdır.  
 
Cədvəl 3. 
      Hüceyrənin kimyəvi tərkibi 
( A. Hezenin göstəricilərinə görə) 
 
Maddə 
Hüceyrə kütləsində 
qatılığı %-lə 
Orta molekul 
kütləsi 
Molekul sayının DNT 
molekullarına nisbəti 
Su 
85 
18 
1,2

10

Zülallar 
10 
36

10

700 
DNT 
0,4 
10

1,0 
RNT 
0,7 
4

10

44 
Lipidlər 

700 
7

10

Digər üzvi 
birləşmələr 
0,4 
250 
4

10

Mineral maddələr 
1,5 
55 
6,8

10




 
Hüceyrənin kimyəvi tərkibi onun növündən, funksional vəziyyətindən, canlı 
orqanizmin növündən, yaşından və s. faktorlardan asılıdır.  
 
 
 

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə