Biokimyadan mühazirələr. MƏRuzəÇİ: prof. Yusifov Nazim Məhəmməd oğlu


  Karbohidratların  orqanizmdə  yayılması  və  təsnifatı



Yüklə 2,46 Mb.
Pdf görüntüsü
səhifə3/136
tarix08.01.2022
ölçüsü2,46 Mb.
#82706
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   136
BIOKIMYA MUHAZIRELER

1.  Karbohidratların  orqanizmdə  yayılması  və  təsnifatı: 
Bitki  və  heyvan 
orqanizmlərində  olan  üzvi  birləşmələrdən  bir  qrupu  da  karbohidratlardır.  Bunlara 
sulu karbonlar 
və ya 
 qlüsidlər
 də deyilir. 
 
Karbohidratlar  heyvanlarda  az  (quru  maddənin  2%-i  qədər),  bitkilərdə  isə 
çox (quru maddənin 80%-i qədər) olur. Karbohidratlar əsas üç elementdən: karbon, 
oksigen  və  hidrogen-dən  ibarətdir.  Bu  elementlər  molekullarda  1:2:1  nisbətində, 
yəni  hər  bir  karbon  atomu  iki  hidrogen  və  bir  oksigen  atomu 
)
(
2
O
CH
  ilə  birləşir. 
Bu  formuladan  belə  güman  etmək  olar  ki,  hər  karbon  atomuna  bir  su  molekulu 
uyğun gəlir. Odur ki, triozalar C
3
H
6
O
3
    və  ya  C
3
(H
2
O)
3
, tetrozalar  C
4
H
8
O
4
  yaxud 
C
4
(H
2
O)
4
 şəklində də yazıla bilər. Ona görə də bu qrup birləşmələrə sulu karbonlar 
adı  verilimişdir.  Bu  ad  isə  tam  düzgün  deyil.  Çünki  başqa  üzvi  birləşmələr  də 
vardır  ki,  onların  molekul  tərkibləri  yuxarıda  göstərilən  qaydaya  uyğun  gəlir, 
amma  karbohidrat  deyildir.  Bunlara  misal  sirkə  turşusunu  (CH
3
COOH),  süd 
turşusunu  (CH
3
CHOHCOOH)  və  s.-ni  göstərmək  olar.  Ancaq  sulu  karbon  adı 
elmdə çoxdan işlədildiyindən ondan hazırda da istifadə edilir.  
 
 



 

║ 
( ─ C ─ ) 
               O 
         C 
         

   H 
   H─C─OH 
           │ 
   H─C─OH 
         

 
         CH
2
OH 
D-Eritroza 
               O 
         C 
         

   H 
   H─C─OH 
        
 │
 
   H─C─OH 
        
 │
 
         CH
2
OPO
3
H

Eritroza -4--fosfat 
               O 
         C 
         

   H 
HO─C─H 
         

 
   H─C─OH 
           │ 
         CH
2
OH 
D-Treoza 
Karbohidratların  tərkibindəki  karbon  atomlarının  sayının  axırına 
“oza”
 
şəkilçisi  əlavə  etməklə  onların  adı  düzəldilir.  Məsələn,  maddənin  tərkibində  iki 
karbon atomu olduqda 
“bioza”
, üçdə 
trioza
, dörddə 
tetroza
, beşdə 
pentoza
, altıda 
heksoza
, çox sayda isə 
polioza
 adlanır.  
Karbohidratlar  təbiətdə  ən  çox  yayılmış  üzvi  birləşmələrdir.  Bunların 
mürəkkəb  formalarına  daha  çox  rast  gəlinir.  Yalnız  sellüloza  təbiətdə  olan  bütün 
üzvi  maddələrin  yarıdan  çoxunu  təşkil  edir.  Mürəkkəb  karbohidratlar  (sellüloza, 
nişasta, qlikogen, inulin, pentozanlar və s.) monosaxaridlərin bioloji polimerləridir.    
Karbohidratlar  mühüm  bioloji vəzifə  daşıyır. Belə  ki, onlar  vacib  energetik 
material, ehtiyat qida maddəsi, sementləşdirici maddə sayılır. Bütün canlılar əsasən 
bunların oksidləşməsindən alınan enerji hesabına fəaliyyət göstərir. Bu birləşmələr 
bitkilərdə istinad toxuması, insan və  heyvanlarda  müdafiə, habelə antikoaqulyant, 
antifriz  və  sürtkü  materialı  funksyasını  yerinə  yetirir.  Zəhərli  maddələri 
zərərsizləşdirir.  Nuklein  turşularının,  aromatik  amin  turşularının  biosintezində, 
hüceyrələrin  bir-birilə  və  xarici  mühitlə  əlaqəsinin  yaranmasında,  qan  qruplarının 
spesifikliyində iştirak edir.  
Karbohidratlar  tərkiblərinə  görə  3  qrupa:  monosaxaridlərə,  oliqosaxaridlərə 
və polisaxaridlərə bölünür. 

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə