Bilet №1 Dünyagörüşü: strukturu və tarixi formaları



Yüklə 63,51 Kb.
səhifə18/24
tarix30.08.2023
ölçüsü63,51 Kb.
#121126
1   ...   14   15   16   17   18   19   20   21   ...   24
1.1-3.3

Hüquqi dövlət – dövlətin təşkilinin və fəaliyyətinin elə bir formasıdır ki, burada insan və vətəndaşın hüquqları və azadlıqları təmin olunur, dövlət hakimiyyətinin fiziki şəxslər və onların müxtəlif birlikləri ilə əlaqələri hüquq əsasında qurulur. Hüquqi dövlət ("Rechtsstaat") termini də, "polis dövləti" termini kimi, Almaniyada ortaya çıxıb. Bununla belə, bu termin Fransada inkişaf edib və Fransa bu məsələdə həm Almaniyaya, həm də Avropa ölkələrinə örnək olub. Çağdaş ictimai həyatda və siyasi sistemdə "hüquqi dövlət" çox önəmli prinsipdir. Konstitusiya qurumu olan "hüquqi dövlət" prinsipi xüsusilə kontinental Avropa ölkələrində yayğın anlayışdır.
Demokratiya Avropanın tarixində heç bir zaman XXI əsrin əvvəllərində olduğu qədər geniş yayılmamışdı. Demək olar ki, bütün Avropa cəmiyyətləri, yəni suveren vətəndaşlıq və qərarların qəbulunda şəffaflıq prinsipləri üzərində qurulan Avropa cəmiyyətləri demokratik sayılır. Reallıqda bu prinsiplərə tam nail olmaq çətindir, lakin ümumilikdə onlar müasir Avropada demokratiyanın inkişafında tənzimləyici rol oynayırlar. “Demokratiya” sözü yunan dilində “demos” – “xalq” və “kratos” – “hakimiyyət” mənasını bildirən sözlərin birləşməsindən əmələ gəlmişdir. Müvafiq olaraq, demokratiya çox vaxt “xalq hakimiyyəti”, yəni insanlar tərəfindən müəyyən edilən və onların tabe olmalı olduğu qaydalar mövcud olan sistem kimi qəbul edilir. Müasir dünyada insanların və ölkələrin əksəriyyəti demokratiyanı yeganə qanuni idarəçilik sistemi hesab edir. Demokratiya iki prinsipə əsaslanır:

  1. şəxsi avtonomiya prinsipi: heç kəs başqaları tərəfindən qoyulan qaydaların tətbiq obyekti olmamalıdır;

  2. bərabərlik prinsipi: insanların həyatına təsir edən qərarların qəbul edilməsində hamı bərabər şəkildə iştirak edir.

İdarəçiliyin başqa formaları bu iki prinsipi pozur, çünki bu zaman hakimiyyət bir adamın və ya sosial sinfin əlində olur və onlar əhalinin adından qərarlar qəbul edirlər. Məsələn, oliqarxiya zamanı hakimiyyət azlıqda olan insan qrupunun əlində cəmləşir ki, bunlar da var-dövlət, ailə və hərbi qüvvə ilə müəyyənləşir. Plutokratiya zamanı hakimiyyət varlılar, diktatura zamanı isə bir hökmran insan tərəfindən idarə edilir. Bu idarəetmə formalarında nə şəxsi avtonomiya, nə də bərabərlik gözlənilir.
Demokratiyanın bir çox formaları ola bilər. Məsələn, birbaşa demokratiya zamanı insanlar qərarların qəbulunda iştirak edir. Demokratiyanın yayılmış formalarından biri liberal və ya nümayəndəli demokratiyadır ki, burada qanunlar və siyasi istiqaməti müəyyən edən, dövlət məmurlarını təyin edən nümayəndələri vətəndaşlar seçir. “Nümayəndəli demokratiya” nəzəriyyəsinə görə hakimiyyət nümayəndələrin səs çoxluğuna əsasən sərbəst və ədalətli seçkilər vasitəsilə seçilir. Liberal demokratiya qanunun aliliyi, hakimiyyətin bölünməsi, insan hüquqlarının qorunması və azlıqların müdafiəsi ilə xarakterizə olunur. Qanun aliliyi – hakimiyyət və məhkəmə orqanlarının qəbul edilən qanunlar çərçivəsində fəaliyyət prinsipini nəzərdə tutur. Bu, hakimiyyətin bölünməsi prinsipi ilə sıx bağlıdır. Bu zaman hakimiyyətin qanunverici (parlament), icraedici (hökumət) və məhkəmə qolları bir-birindən asılı olmayaraq fəaliyyət göstərir. Demokratik hakimiyyət zamanı insan hüquqları ümumi dəyərlər sistemini təşkil edir. Müvafiq olaraq hakimiyyətdə kifayət qədər təmsil edilməyən uşaqlar, qadınlar, miqrantlar, dini və etnik azlıqlar diskriminasiyadan qorunur, onların fərdiliyi və cəmiyyətin həyatında iştirakı rəğbətləndirilir.
“Demokratiya” termini müəyyən cəmiyyət tipi, həmçinin müəyyən idarəetmə forması deməkdir. Demokratik cəmiyyət insanların əksəriyyəti üçün ən ədalətli idarəetməni və bərabərliyi təmin edir, bu zaman cəmiyyət proseslərdə passiv yox, aktiv rol oynayır. Bu, hər bir insanın və ya insan qrupunun, cəmiyyətdə olan birliklərin hüquqlarının dəstəklənməsi ilə xarakterizə olunur. Demokratik cəmiyyət mövcud olan sosial problemləri daim insanların xeyri üçün həll etməyə çalışdığından, belə qərarlar əksər insan tərəfindən hörmətlə qarşılanır.

Yüklə 63,51 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə