Bilet №1 Dünyagörüşü: strukturu və tarixi formaları



Yüklə 63,51 Kb.
səhifə21/24
tarix30.08.2023
ölçüsü63,51 Kb.
#121126
1   ...   16   17   18   19   20   21   22   23   24
1.1-3.3

Yoq (L B.e. II əsrində Patancali tərəfindən yaradılan Yoqa fəlsəfəsi əsas diqqəti psixoloji və fizioloji kateqoriyaların tədqiqinə və praktiki psixoloji təhsilə yönəldir. Sözün geniş mənasında «yoqa» termini meditasion praktikanı göstərmək üçün istifadə edilir.
Bütövlükdə yoqa sisteminin əsas elementi psixoloji cəhətdən istiqamətləndirilmiş məşqlərdir.
Vayşeşika. Bu məktəbin banisi «Vayşeşika sutra» əsərinin müəllifi Kanada (b.e. I əsri) olmuşdur. Bu təlimin əsas müddəaları odur ki, dünyada daimi dəyişiklik baş verir, əbədi və dövrü olaraq yaranma və yoxolma prosesi davam edir. Lakin bu daimi prosesdə bir sabit element də var - anu (atom). Vayşeşiklərin fikrincə atomlar heç kim tərəfindən yaradılmır, onlar əbədi və məhvedilməzdir.
Nyaya. Qotama tərəfindən əsası qoyulmuş bu sistemdə fəlsəfi məsələlərin məntiqin yardımı ilə tədqiq edilməsi diqqət mərkəzində dayanır. Bu təlimə görə idrakın qaynağı hiss etmək və analogiya vasitəsilə nəticə çıxarmaqdır.
Mimansa. Caymini tərəfindən yaradılan bu təlimə görə işgəncədən xilas olmağın yeganə yolu ardıcıl olaraq Vedlərin tələblərini yerinə yetirməkdir. Mimansa təsdiq edir ki, idrakın gücü ilə şeylərin mahiyyətini düzgün anlamaq olar.
Vedanta dünyanın maddi qüvvələrin qarşılıqlı təsiri nəticəsində yaranması fikrini inkar edir, Brahmanı qəbul edir, onu dünyanın mütləq mahiyyəti kimi başa düşür; hiss üzvləri vasitəsilə qavranılan maddi dünya hadisələrini illüziyanın (quna) məhsulu hesab edir.
Qədim Çində fəlsəfi fikirlərin formalaşması b.e.ə. VI-V əsrlərə təsadüf edir.
Konfusiçilik əxlaqi-siyasi təlim olaraq qədim Çinin fikir tarixində əhəmiyyətli yer tutur. Bu təlimin yaradıcısı böyük mütəfəkkir Kun-tszı (b.e.ə. təxm. 551-479) olmuşdur. O, ümumiyyətlə Çin mədəniyyətinin inkişafına çox böyük təkan vermişdir. Konfusi ənənəvi görüşlərə söykənərək belə hesab edirdi ki, göy (səma) ali ilahi varlıq kimi öz iradəsini insana qəbul etdirir. Onun fəlsəfəsinin mərkəzində tərbiyə problemləri dururdu. O, deyirdi ki, «Bütün insanlar öz təbiətlərinə görə bir-birinə yaxındırlar, lakin onlar tərbiyə gedişində aynlırlar».
Konflısiçiliyə görə cəmiyyət «etika qanunlan» ilə idarə olunmalıdır, yəni davranış normaları və qaydalanna, əxlaqi əqidələrə, əxlaqi nümunə qüvvəsinə əsaslanmalıdır.
Bununla belə, bu təlimin çıxış nöqtəsini «göyün (səmanın) buyuruğu» (əmr, yəni tale) konsepsiyasını hesab etmək olar. Göy təbiətin bir hissəsi olsa da - ali mənəvi qüvvədir, təbiət və insanı müəyyənləşdirir.

Yüklə 63,51 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə