Konvensiyasının əsas müddəaları müəyyən dəyişikliklərlə TRİPS sənədinin tərkibinə
daxil edilmişdir. Buna görə də Azərbayjan Respublikası tərəfindən Roma
Konvensiyasının qəbul edilməsi onun yaxın perspektivdə ÜTT-yə üzv olması üçün
vacib addım olardı.
Eyni zamanda, qeyd etmək lazımdır ki, Azərbayjan Respublikasında qəbul
olunmuş müvafiq normativ hüquqi akt əlaqəli hüquqlarla bağlı münasibətləri milli
çərçivədə tənzimləyir. Belə ki, əlaqəli hüquqların aranması və həyata keçirilməsi
üçün hər hansı formal qayda tələb olunmur. Məsələn, fonoqram istehsalçılarının və
(və ya) ifaçıların öz hüquqlarını bildirməsi üçün əlaqəli hüquqları qoruma nişanından
istifadə
etmək hüququ vardır; bu nişan üç ünsürdən ibarətdir: dairəyə alınmış R latın hərfi –
® (ingilisjə «registered» sözünün baş hərfidir), əlaqəli hüquqların sahibinin adı,
fonoqramın ilk dəfə istehsal olunduğu il. Roma Konvensiyası həm ifaçıları
(müğənniləri, rəqqasları, sənətçiləri, musiqiçiləri və s.), həm fonoqram
istehsalçılarını, həm də efir verilişləri təşkilatlarını milli recimlə təmin edir. Belə ki,
həmin Konvensiya milli recim kimi vacib prinsipdən çıxış edir. Roma
Konvensiyasının müəyyənləşdirdiyi recimə görə, əlaqəli hüquqların subyektləri
(ifaçılar və s.), bir qayda olaraq, ədəbiyyat və incəsənət əsərlərindən istifadə edirlər;
bu zaman onlar əsər müəllifinin razılığını almalıdırlar. Bildiyimiz kimi, əlaqəli
hüquqlar müəlliflik hüquqi iləsıx surətdə bağlıdır. Lakin buna baxmayaraq, əlaqəli
hüquqların qorunması müəlliflik hüququnun mühafizəsinə (qorunmasına) heç jür
təsir göstərə bilməz (Konvensiyanın 1-ci maddəsi). Bu səbəbdən də Roma
Konvensiyasının heç bir müddəası müəlliflik hüququnun qorunması ziddinə olaraq
kommentariya edilə bilməz.
Qanunsuz
fonoqram
istehsalı
barədə
Cenevrə
Konvensiyası.
Bu
Konvensiyanın əsas məqsədi fonoqram istehsalçılarını qanunsuz fonoqram
istehsalından qorumaqdan ibarətdir; ona Fonoqramlar üzrə Konvensiya deyilir. 1971-
ci ildə qəbul olunan Jenevrə Konvensiyasını BMT üzvü və ya BMT sisteminə daxil
edilən ixtisaslaşdırılmış qurumların istənilən üzvü imzalaya bilər. Hal-hazırda 70-ə
yaxın dövlət Konvensiyanın üzvüdür. Azərbaycan Respublikası indiyə kimi
Konvensiyanı imzalamamışdır. Konvensiya hər bir iştirakçı-dövlətin üzərinə belə bir
vəzifə qoyur ki, o, digər iştirakçı-dövlətlərin vətəndaşlarının (fonoqram
istehsalçılarının) mənafeyini qorusun; fonoqramların qorunma müddəti 20 ildir; bu
müddət fonoqramın ilk dəfə buraxıldığı ildən hesablanır. Konvensiyaya görə,
fonoqram istehsalçıların mənafeyi aşağıdakı üsullarla qorunur:
-müəlliflik qanunvericiliyi ilə;
-əlaqəli hüquqlar haqqında xüsusi qanunvericiliklə;
-haqsız rəqabət haqqında qanunvericiliklə;
-cinayət qanunverijiliyi ilə.
Konvensiyaya görə, fonoqram dedikdə yalnız səsli yazılma başa düşülür.
Konvensiya dünyada geniş yayılmış videopiratçılığı qadağan edir. Peyk vasitəsilə
ötürülən və proqram daşıyan siqnalların yayılması barədə Brüssel Konvensiyası.
Onu, adətən, «Peyklərə dair Konvensiya» adlandırırlar; bu Konvensiya 1974-jü ildə
qəbul olunmuşdur; 30-a yaxın dövlət Konvensiyada iştirak edir; Azərbayjan
Respublikası Konvensiyasının üzvü deyildir. BMT-nin istənilən üzvü və ya BMT-nin
ixtisaslaşdırılmış qurumlarının istənilən üzvü Konvensiyaya qoşula bilər.
Konvensiya
peykin köməyi ilə ötürülən və prqoram daşıyan siqnalların qanunsuz yayılmasını
qadağan edir. Bu yolla o, efir verilişləri təşkilatlarını hüquqi mühafizə ilə təmin edir.
İştirakçı-dövlətlər müvafiq qaydada səlahiyyəti olmayan təşkilatların qanunsuz siqnal
yaymalarına mane olmalıdırlar. Hər bir üzv-dövlət öz ərazisində və ya ərazi vasitəsi
ilə peykin köməyi əsasında ötürülən siqnalların qanunsuz yayılmasının qarşısını
almaq üçün lazımi tədbirlər görməlidir.
14.8. Beynəlxalq patent hüququnun anlayışı
Beynəlxalq patent hüququ BİH-in yarımsahəsi olan beynəlxalq əqli mülkiyyət
hüququnun əsas instututlarından biridir; bu institutun əsas və başlıca funksiyası
beynəlxalq səviyyədə sənaye mülkiyyətini qorumaqdan ibarətdir. Sənaye mülkiyyəti
əqli mülkiyyətin bir hissəsi olub, bilavasitə insanın elmi-texniki yaradıcılıq fəaliyyət
sahəsinə aiddir. Buna görə də beynəlxalq patent hüququna həm də beynəlxalq sənaye
mülkiyyəti hüququ deyilir. Sənaye mülkiyyətinin obyektləri kifayət qədər genişdir.
Bu obyektlər sırasına aşağıdakılar aiddir:
-ixtira;
-sənaye nümunəsi;
-faydalı model;
-firma adı;
-əmtəə nişanı;
-xidmət nişanı;
-coğrafi göstərici;
-haqsız rəqabətin qarşısının alınması.
Bunlar sənaye mülkiyyətinin geniş
mənada obyektlərinin siyahısıdır.
Sənaye mülkiyyətinin obyektləri həm də məhdud mənada işlədilir ki, buraya
aiddir: ixtira, sənaye nümunəsi, faydalı model. Bir sıra ölkənin doktrinası, məhkəmə
və hüquqtətbiqetmə praktikası sənaye mülkiyyəti obyektlərinə bunları da aid edir:
-istehsal sirri («nou-hau»);
-bəzi seleksiya nailiyyətləri (heyvan jinsləri, bitki növləri və s.);
-inteqral mikrosxemlərinin topologiyası (ABŞ-da, İngiltərədə);
-digər obyektlər.
Beynəlxalq patent hüququ məhdud deyil, geniş mənada sənaye mülkiyyəti
obyektlərini qoruyur. Belə ki, onun köməyi ilə həm ixtiralar, həm sənaye nümunələri,
həm faydalı modellər, həm əmtəə nişanları, həm firma adları və həm də digər
obyektlər qorunur.
Geniş mənada sənaye mülkiyyəti obyektlərini dövlətlərarası səviyyədə qoruyan
hüquq normalarının sisteminə beynəlxalq patent hüququ deyilir.
Beynəlxalq patent hüququnun əsas mənbəyi beynəlxalq saziş hesab olunur.
Söhbət sənaye mülkiyyəti sahəsində qəbul olunan beynəlxalq müqavilələrdən gedir.
Qeyd etməliyik ki, bu sahədə bir sıra beynəlxalq müqavilələr qəbul olunmuşdur.
14.9. Sənaye mülkiyyəti sahəsində beynəlxalq sazişlər
Sənaye mülkiyyəti sahəsində qəbul olunan beynəlxalq sazişlərin məqsədi
sənaye mülkiyyətinin bu və digər növünü beynəlxalq səviyyədə qorumaqdan
ibarətdir. Bu sazişlər sırasında Sənaye mülkiyyətinin qorunması haqqında Paris
Konvensiyası xüsusi əhəmiyyətə malikdir.
Dostları ilə paylaş: |