Beynəlxalq iqtisadi hüquq anlayışı Beynəlxalq iqtisadi hüququn nizamasalma predmeti



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə96/100
tarix31.08.2018
ölçüsü2,16 Mb.
#65923
1   ...   92   93   94   95   96   97   98   99   100

məsələdir. Lakin beynəlxalq iqtisadi hüquq bilavasitə deyil, öz tərkib hissəsi (struktur 
elementi)  olan  beynəlxalq  əqli  mülkiyyət  hüququnun  vasitəsi  və  köməyi  ilə  həmin 
münasibətləri tənzim edir. 
14.3. Beynəlxalq əqli mülkiyyət hüququnun beynəlxalq iqtisadi hüquq 
sistemində yeri 
Beynəlxalq əqli  mülkiyyət hüququnun BİH sistemində tutduğu yer məsələsinə 
müəlliflərin  münasibəti  eyni,  birmənalı  deyildir.  Bu,  beynəlxalq  hüquq,  eləcə  də 
beynəlxalq  iqtisadi  hüquq  doktrinasında  elmi  mübahisə  və  diskusiya  doğuran 
məsələlərdən  biridir.  Bir  sıra  müəllif  (V.M.Şumilov,  Ə.İ.Sadıqov,  L.P.Anufriyeva, 
A.A.Kovalyev, A.Q.Boqatıryev və digərləri) beynəlxalq iqtisadi hüququn sistemində 
onun  tərkib  hissəsi  (struktur  elementi)
 
kimi  beynəlxalq  əqli  mülkiyyət  hüququnu 
ümumiyyətlə ayırmırlar. Belə ki, onlar beynəlxalq iqtisadi hüququn sistemi haqqında 
danışarkən «beynəlxalq əqli mülkiyyət hüququ»nun adını çəkmirlər. 
Fransa  müəllifləri  D.Karro  və  P.Jyuyar  da  məsələyə,  demək  olar  ki,  eyni  cür 
yanaşırlar;  onlar  da  beynəlxalq  əqli  mülkiyyət  hüququ  anlayışı  işlətmirlər;  həmin 
müəlliflər  yalnız,  bir  az  əvvəl  adını  çəkdiyimiz  TRİPS  sənədinə  toxunmaqla 
kifayətlənmişlər. 
Q.M.Velyaminov beynəlxalq əmlak hüququnu BİH-in yarımsahəsi, beynəlxalq 
əqli mülkiyyət hüququnu isə beynəlxalq əmlak hüququnun institutu kimi tanıyır. Belə 
yanaşma onunla izah edilir ki, müəllifə görə, əqli mülkiyyət əmlakdır. 
Zənn  edirik  ki,  beynəlxalq  əqli  mülkiyyət  hüququnun  BİH  sistemində  yerinin 
belə  müəyyənləşdirilməsi  düzgün  deyil  və  bunun  üçün  elə  bir  elmi  zəmin  yoxdur. 
Belə  ki,  mülkiyyəti,  şərti  olaraq,  iki  yerə  bölmək  olar:  maddi  mülkiyyət,  əqli 
mülkiyyət.  Bunlar  bir-birindən,  hər  şeydən  əvvəl,  ilk  növbədə,  obyektlərinə  görə 
fərqlənirlər.  Maddi  mülkiyyətin  obyektini  maddi  predmetlər  –  əşyalar  (torpaq,  ev, 
avtomobil,  məişət  predmetləri,  ev  avadanlıqları  və  s.)  təşkil  edir;  belə  obyektlərin 
əşya (maddi) forması vardır. 
Əqli  mülkiyyətə  gəldikdə  isə,  qeyd  etmək  lazımdır  ki,  onun  obyektini  qeyri- 
maddi  nemətlər  (əsərlər,  ixtiralar,  ifalar  və  s.)  təşkil  edir;  belə  nemətlərin  əşya 
(maddi) forması yoxdur. 
Maddi  mülkiyyət  və  əqli  mülkiyyət  bir-birinə  münasibətdə  o  qədər  spesifik 
cəhətlərə  malikdirlər  ki,  bu  jəhətlər  onların  eyni  hüquq  institutu  və  ya  hüquq 
yarımsahəsi  çərçivəsində  hüquqi  tənzimlənməsini  qeyri-mümkün  edir.  Məhz  bu 


amillərə  görə,  demək  olar  ki,  bütün  ölkələrin  hamısında  əqli  mülkiyyətin  hüquqi 
tənzimlənməsi  maddi  mülkiyyətin  hüquqi  nizamlanmasından  ayrıca,  xüsusi 
qanunvericiliklə həyata keçirilir. 
Beynəlxalq  hüquqa dair ədəbiyyat səhifələrində belə bir elmi  fikrə rast gəlirik 
ki, beynəlxalq əqli mülkiyyət hüququ BİH-in yarımsahələrindən biridir. Hesab edirik 
ki,  bu,  dəqiq  və  düzgün  söylənilmiş  fikirdir.  Belə  ki,  dövlətlər  arasında  beynəlxalq 
əməkdaşlıq  ayrı-ayrı  konkret  sahələrdə  (istiqamətlərdə)  həyata  keçirilir.  Məhz  belə 
sahələr  əsasında  və  onlara  uyğun  olaraq  beynəlxalq  iqtisadi  hüququn  yarımsahələri 
formalaşır.  Məsələn,  dövlətlərarası  beynəlxalq  əməkdaşlıq,  hər  şeydən  əvvəl,  tijarət 
sahəsində  həyata  keçirilir;  buna  uyğun  olaraq  beynəlxalq  ticarət  hüququ  kimi 
yarımsahə  formalaşır.  Dövlətlər  həm  də  maliyyə-valyuta  sahəsində  beynəlxalq 
əməkdaşlıq edirlər; beynəlxalq əməkdaşlığın bu sahəsi əsasında beynəlxalq maliyyə-
valyuta  hüququ  kimi  yarımsahə  ayrılır.  Məlum  məsələdir  ki,  dövlətlərarası 
beynəlxalq  əməkdaşlıq  əqli  mülkiyyət  sahəsində  də  həyata  keçirilir.  Dövlətlərarası 
əməkdaşlığın  bu  sahəsi  əsasında,  təbii  ki,  beynəlxalq  əqli  mülkiyyət  hüququ  kimi 
yarımsahə  formalaşmalıdır.  Buna  görə  beynəlxalq  əqli  mülkiyyət  hüququ  BİH-in 
yarımsahələrindən  biridir.  BİH  sistemində  beynəlxalq  əqli  mülkiyyət  hüququnun 
yerini  məhz  belə  müəyyən  etmək  lazımdır.  Belə  yanaşma,  zənn  edirik  ki,  həqiqətə 
uyğun  olub,  kifayət  dərəjədə  ağlabatan  həm  hüquqi,  həm  də  məntiqi  əsaslara 
malikdir. 
 
14.4. Beynəlxalq əqli mülkiyyət hüququnun əsas institutları 
 
Beynəlxalq  əqli  mülkiyyət  hüququ  beynəlxalq  iqtisadi  hüququn  struktur 
elementi  (tərkib  hissəsi)  olub,  onun  yarımsahəsidir.  İstənilən  yarımsahənin  özü 
diferensiasiya  olunaraq  ayrı-ayrı  struktur  elementlərdən  (tərkib  hissələrindən),  daha 
konkret  söyləsək,  hüquq  institutlarından  ibarətdir.  Beynəlxalq  əqlimülkiyyət 
hüququnda hansı hüquq institutlarının mövjud olmasına gəldikdə, qeyd etməliyik ki, 
onun iki əsas hüquq institutu vardır: 
 
-beynəlxalq müəlliflik hüququ; 
 
-beynəlxalq patent hüququ. 
Beynəlxalq  müəlliflik  hüquq  institutu  dedikdə  elə  hüquq  normalarının 
məcmusu  başa  düşülür  ki,  bu  normaların  vasitə  və  köməyi  ilə  dövlətlərarası 


səviyyədə  həm  elm,  ədəbiyyat  və  incəsənət  əsərləri,  həm  də  əlaqəli  hüquqların 
obyektləri (ifalar, fonoqramlar, efir yayımı və s.) hüquqi jəhətdən qorunur, mühafizə 
edilir. Beynəlxalq patent hüquq institutuna gəldikdə, qeyd etməliyik ki, dövlətlərarası 
səviyyədə  sənaye  mülkiyyəti  obyektlərini  (ixtiraları,  sənaye  nümunələrini,  faydalı 
modelləri, əmtəə nişanlarını və s.) hüquqi jəhətdən qoruyan və mühafizə edən hüquq 
normalarının sisteminə beynəlxalq patent hüquq institutu deyilir. 
 
14.5. Beynəlxalq əqli mülkiyyət hüququnun mənbəyi 
Həm  beynəlxalq  müəlliflik  hüququ,  həm  də  beynəlxalq  patent  hüququ 
institutlarına  daxil  olan  normalar  müəyyən  formada  ifadə  olunur  ki,  bu  formaya 
beynəlxalq  əqli  mülkiyyət  hüququnun  mənbəyi  deyilir.  Beynəlxalq  əqli  mülkiyyət 
hüququnun  əsas  və  başlıca  mənbəyi  beynəlxalq  müqavilədir.  Söhbət  əqli  mülkiyyət 
sahəsində bağlanmış beynəlxalq sazişlərdən  gedir; belə sazişlər  həm  müəlliflik,  həm 
də  patent  hüququ  sahəsində  bağlanmışdır.  Hal-hazırda  həmin  sahədə  bir  sıra 
universal, regional və ikitərəfli beynəlxalq sazişlər qüvvədədir. 
XIX  əsrin  60-70-ci  illərində  beynəlxalq  əqli  mülkiyyət  münasibətlərinin 
genişlənməsi  əqli  mülkiyyət  sahəsində  iki  beynəlxalq  sazişin  bağlanmasına  gətirib 
çıxardı.  Bu  sazişlərdən  biri  Sənaye  mülkiyyətinin  qorunması  haqqında  Paris 
Konvensiyasıdır  (1883-gü  il).  Paris  Konvensiyası  əsasında  sənaye  mülkiyyətinin 
(ixtiraların  və  s.)  beynəlxalq  səviyyədə,  çoxtərəfli  əsasdahüquqi  mühafizəsi  və 
qorunması  həyata  keçirilir.  Azərbaycan  Respublikası  Paris  Konvensiyasının 
iştirakçısıdır. 
Digər 
saziş 
isə 
Ədəbi-bədii 
əsərlərin 
qorunması 
haqqında 
Bern 
Konvensiyasıdır (1886-jı il); bu Konvensiyanın köməyi ilə ədəbiyyat və bədii əsərlər 
beynəlxalq səviyyədə, çoxtərəfli əsasda hüquqi mühafizə edilir, qorunur. Azərbayjan 
Respublikası  Bern  Konvensiyasının  üzvüdür.  Beynəlxalq  əqli  mülkiyyət  hüququnun 
mənbəyi  olan  beynəlxalq  sazişlər  arasında  TRİPS  müqaviləsi  xüsusilə  vajib  rol 
oynayır.1  TRİPS  –  «Trade  Related  Intellejtual  Property  Rights»  ifadələrinin  baş 
hərfləri,  onların  ingilisjə  abreviaturası  olub,  Azərbayjan  dilinə  «Əqli  Mülkiyyət 
Hüquqlarının  Tijarət  Aspektlərinə  dair  Saziş»  kimi  tərjümə  olunur.  Bu  Saziş, 
əvvəllərdə  qeyd  etdiyimiz  kimi,  TTBS  çərçivəsində  aparılan  çoxtərəfli  beynəlxalq 
tijarət danışıqlarının Uruqvay Raundu nətijəsində 1994-jü ildə imzalanmışdır. 
Hal-hazırda  TRİPS,  məlum  olduğu  kimi,  Ümumdünya  Tijarət  Təşkilatının 
hüquqi  baza  və  əsası  sayılan  sənədlər  –  Mərakeş  hüquqi  aktlar  Paketinə  daxildir;  o, 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə