Beynəlxalq iqtisadi hüquq anlayışı Beynəlxalq iqtisadi hüququn nizamasalma predmeti



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə92/100
tarix31.08.2018
ölçüsü2,16 Mb.
#65923
1   ...   88   89   90   91   92   93   94   95   ...   100

Turizmin  beynəlxalq  əhəmiyyəti  təkcə  bunlarla  məhdudlaşmır.  Turizmin 
əhəmiyyəti  özünü  həm  də  bunda  göstərir  ki,  indiki  şəraitdə  və  müasir  dövrdə  o, 
beynəlxalq ticarət xidmətlərinin dinamik surətdə inkişaf edən növlərindən biri sayılır. 
Məlum  olduğu  kimi,  XTBS  (Xidmətlərlə  Ticarət  üzrə  Baş  Saziş  –  QATS  –  1994) 
Ümumdünya  Ticarət  Təşkilatının  hüquqi  əsasını  təşkil  edən  sənədlərdən  biridir;  bu 
sənəddə  160  xidmət  növü  göstərilir  ki,  onlar  12  bölmədə  qruplaşdırılır.  Bu 
bölmələrdən biri  məhz turizm adlanır.3  Həm  də turizm beş əsas xidmət  növlərindən 
biri sayılır ki, əvvəlki fəsillərin birində (VII fəsildə) bu barədə danışılmışdır.4 Keçən 
yüzilliyin  60-70-ci  illərindən  başlayaraq,  əsas  xidmət  növlərindən  biri  olduğu  üçün 
turizm (beynəlxalq turizm) ümumdünya xarakteri almışdır. Bunun nəticəsində dünya 
turizm bazarı formalaşmışdır ki, burada bütün dövlətlərin hamısı iştirak edir. 
Turizm bütün xidmət növləri kimi xüsusi xarakterli əmtəədir. Buna görə də o, 
beynəlxalq ticarətin predmeti ola bilir. Bu səbəbdən turizm xidməti beynəlxalq əmtəə 
dövriyyəsində ixrac olunan mal kimi çıxış edir. Əmtəə (mal) kimi turizm xidmətinin 
xarakterik  xüsusiyyəti  və  özünəməxsus  üstünlüyü  bundan  ibarətdir  ki,  o,  əsasən, 
minimum  xərc  çəkməklə  hazırlanır  («istehsal  edilir»)  və  bu  zaman,  adətən,  xarici 
valyutadan istifadə olunur. 
Xidmət  növü  kimi  turizm  təkcə,  sadəcə  olaraq,  beynəlxalq  ticarətin  predmeti 
hesab  edilmir;  o,  xidmətlərin  beynəlxalq  ticarətində  prioritet  yerlərdən  birini  tutur. 
Beynəlxalq turizm dövlətlər  üçün  valyuta  gəlirlərinin  mənbəyidir. Təsadüfi deyil ki, 
dünyada  beynəlxalq  turizmdən  əldə  olunan  valyuta  gəlirləri  artıq  neft  və  neft 
məhsullarının,  elektron  avadanlıqların  və  avtomobillərin  ixracından  daxil  olan 
gəlirləri  ötüb  keçmişdir;  bu  gəlirlər  teleradio  aparatlarının  ixracından  daxil  olan 
gəlirlərdən təxminən üç dəfə çoxdur. 
Qeyd etməliyik ki, beynəlxalq turizmdən əldə olunan ümumi illik gəlir 3 
trln.  ABŞ  dollarından  artıqdır.
  Beynəlxalq  turizm  həm  də  məşğulluğun  təmin 
edilməsi,  işsizliyin  aradan  qaldırılması  və  yeni  iş  yerlərinin  açılması  deməkdir.  Bu 
da,  əlbəttə,  öz
  növbəsində, əhalinin  gəlirlərinin çoxalmasına  və onların  rifah  halının 
yüksəldilməsinə təsir göstərir. Digər tərəfdən, beynəlxalq turizmin həyata keçirilməsi 
yeni-yeni xidmət sahələrinin yaradılmasını tələb edir. Bu da iqtisadi inkişafa müsbət 
mənada öz pozitiv təsirini göstərir. Bütün bunlar onu sübut edir ki, beynəlxalq turizm 
iqtisadi əhəmiyyəti olan fəaliyyətdir.  
Beynəlxalq  turizm  təkcə  iqtisadi  əhəmiyyətə  malik  olan  fəaliyyət  demək 
deyildir.  Beynəlxalq turizmin  həm də, eyni zamanda, sosial,  humanitar, tərbiyəvi  və 


estetik  əhəmiyyəti  vardır.  Deməli,  o,  özündə  həm  iqtisadi,  həm  sosial,  həm 
humanitar, həm tərbiyəvi, həm də estetik amilləri birləşdirən fəaliyyətdir.  
Beynəlxalq  turizmin  əhəmiyyəti  yalnız  bunlardan  ibarət  deyildir.  Beynəlxalq 
turizmin əhəmiyyəti və rolu həm də özünü bunda göstərir ki, o, eyni zamanda, sülhü 
qoruyub  saxlamaq  və  möhkəmləndirmək  funksiyasını  yerinə  yetirir.  Dünyada 
beynəlxalq  sülhün  təmin  edilməsində  turizmin  heç  də  az  rol  oynamaması  şəksizdir. 
Belə  ki,  o,  dünyada  sülhün  möhkəmləndirilməsinə  və  beynəlxalq  gərginliyin 
azaldılmasına pozitiv təsir göstərən amildir. Buna görə də dünyada beynəlxalq sülhün 
mövcud olmasını təmin edən vasitələrdən biri məhz turizm hesab edilir. 
Turizmin  qeyd  etdiyimiz  xüsusiyyətlərə  malik  olması  onun  beynəlxalq 
səviyyədə  hüquqi  tənzimlənməsini,    eləcə  də  bu  məsələdə  beynəlxalq  ictimaiyyətin 
və  dövlətlərarası  birliklərin  maraqlı  olmalarını  şərtləndirmişdir;  turizmin  beynəlxalq 
səviyyədə  hüquqi  tənzimlənməsi,  yəni  beynəlxalq-hüquqi  nizamlanması  beynəlxalq 
hüquq  normalarının  vasitə  və  köməyi  ilə  həyata  keçirilir.  Məhz  həmin  normalar 
əsasında  beynəlxalq  turizm  hüququ  formalaşmışdır.  Bəs,  beynəlxalq  turizm  hüququ 
beynəlxalq hüquq sistemində hansı yeri tutur? 
Hər şeydən əvvəl, ilk növbədə, onu eyd edək ki, beynəlxalq turizm hüququnun 
beynəlxalq  hüquq  sistemində  hansı  yeri  tutması  məsələsi  ədəbiyyat  səhifələrində 
(beynəlxalq  hüquq  doktrinasında)  hələlik  öz  qəti  həllini  tapmamışdır;  bu  məsələ 
barədə  ayrı-ayrı  müəlliflərin  elmi  fikirləri  üst-üstə  düşmür.  Məsələn,  hüquq 
ədəbiyyatında belə bir fikrə təsadüf olunur ki, beynəlxalq turizm hüququ beynəlxalq 
hüququn  kompleks  xarakterli  yarımsahəsidir;  bəzi  müəlliflər,  məsələn,  K.Q.Borisov 
beynəlxalq  turizm  hüququnu  beynəlxalq  hüququn  müstəqil  institutu  hesab  edir; 
N.S.Barçukovaya  görə  isə,  beynəlxalq  turizm  hüququ  beynəlxalq  hüququn 
yarımsahəsi kimi formalaşmamışdır. 
Biz,  mübahisəsiz olaraq, qeyd edirik ki, dövlətlərarası turizm   münasibətlərini 
tənzimlədiyinə  görə beynəlxalq turizm  hüququ  beynəlxalq  hüququn  tərkibinə aiddir. 
Doğrudan da, faktiki olmaqla, beynəlxalq turizm hüququ beynəlxalq hüququn tərkib 
hissəsi  olmaqla  onun  struktur  elementlərindən  biri  sayılır.  Lakin  beynəlxalq  turizm 
hüququnun  beynəlxalq  hüquq  sistemində  tutduğu  yer  daha  dəqiq  və  aydın  şəkildə 
müəyyən  olunmalıdır.  Bundan  ötrü,  ilk  növbədə,  turizmin  (beynəlxalq  turizmin) 
mahiyyətinə aydınlıq gətirilməlidir. 
Qeyd  etməliyik  ki,  turizm  iqtisadiyyatın  konkret  sahələrindən  biridir;  həm  də 
o, iqtisadiyyatın gəlirli sahələrindən sayılır.
  


Bir sıra dövlətdə (ABŞ, Fransa, Böyük Britaniya və Şimali İrlandiya, Avstriya, 
İtaliya,  İspaniya  və  digər  dövlətlərdə)  isə  turizm  ən  çox  qazanc  (gəlir)  gətirən  və 
səmərəli  iqtisadiyyat  sahəsi  hesab  edilir.  Məsələn,  İtaliya  və  İspaniyaya  hər  il 
təxminən 50 milyon turist gəlir ki, bundan həmin ölkələr 25 milyard gəlir götürürlər. 
Digər bir misalda, 9 milyona yaxın əhalisi olan Avstriya hər il 9 milyon turist 
qəbul  edir  ki,  bundan  o,  15  milyard  gəlir  əldə  edir.  Təsadüfi  deyil  ki,  beynəlxalq 
ticarətə  aid  ədəbiyyat  səhifələrində  beynəlxalq  turizm  dünya  iqtisadiyyatının  aktiv 
şəkildə inkişaf edən sahəsi kimi xarakterizə olunur.  
Qeyd  etmək  lazımdır  ki,  beynəlxalq  turizmin  həyata  keçirilməsi  prosesində 
müəyyən  növ  münasibətlər  (beynəlxalq  turizm  münasibətləri)  yaranır;  beynəlxalq 
turizm dünya  iqtisadiyyatının  bir sahəsi olduğu  üçün bu  münasibətlər öz  xarakterinə 
və təbiətinə görə beynəlxalq iqtisadi münasibətlər hesab edilir. Bu səbəbdən turizmə 
dair  ədəbiyyat  səhifələrində  müəlliflər  çox  düzgün  və  haqlı  olaraq  göstərirlər  ki, 
turizm (beynəlxalq turizm) beynəlxalq iqtisadi münasibətlərin formalarından biridir. 
Beynəlxalq  iqtisadi  münasibətlər  isə  beynəlxalq  hüququn  müstəqil 
sahələrindən biri olan beynəlxalq iqtisadi hüquqla tənzimlənərək, onun nizamasalma 
predmetini təşkil edir. Beynəlxalq iqtisadi münasibətlərin bir forması olan beynəlxalq 
turizm  münasibətləri  də,  təbii  ki,  beynəlxalq  iqtisadi  hüquqla  tənzimlənməlidir. 
Bundan ötrü beynəlxalq iqtisadi hüquq öz tərkibində beynəlxalq turizm hüququ kimi 
struktur element (tərkib hissəsi) ayırır; məhz onun köməyi və vasitəsi ilə beynəlxalq 
iqtisadi hüquq beynəlxalq turizm münasibətlərini tənzimləyir. 
Bildiyimiz  kimi,  hər  hansı  hüquq  sahəsinin  istənilən  struktur  elementinin 
özünün «statusu» olmalıdır. Belə ki, o, ya yarımsahə, ya da institut kimi tanınmalıdır. 
Sual  olunur:  «beynəlxalq  turizm  hüququ»  kimi  struktur  element  (tərkib  hissə)  hansı
 
«statusla» beynəlxalq iqtisadi hüququn tərkibinə daxil olur? 
Fikrimizcə,  beynəlxalq  turizm  hüququ  onun  BİH-in  yarımsahəsi  kimi 
tanınması  üçün  tələb  edilən  və  lazım  olan  bütün  meyarlara  (ayrıca  nizamasalma 
predmetinə  malik  olması,  özünəxas  xüsusi  prinsiplərə  malik  olması,  beynəlxalq 
turizm  münasibətlərinin  hüquqi  tənzimlənməsində  beynəlxalq  birliyin  maraqlı 
olması,  beynəlxalq  turizm  münasibətlərinin  beynəlxalq  əhəmiyyət  kəsb  etməsi, 
beynəlxalq  turizm  münasibətlərini  tənzimləyən  beynəlxalq  hüquq  normalarının 
kifayət sayda olması və s.) cavab verir.  
Buna  görə  də  o,  BİH-in  yarımsahəsi  hesab  edilməlidir.  Həm  də  ona  görə  ki, 
beynəlxalq  hüququn  yarımsahələri  ayrılarkən  beynəlxalq  (dövlətlərarası)  iqtisadi 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə