Beynəlxalq iqtisadi hüquq anlayışı Beynəlxalq iqtisadi hüququn nizamasalma predmeti



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə95/100
tarix31.08.2018
ölçüsü2,16 Mb.
#65923
1   ...   92   93   94   95   96   97   98   99   100

çoxsaylı  tirajla  nəşr  olunur  və  onun  nüsxələri  kütləvi  şəkildə  satılır);  belə  istifadə 
qanunsuz istifadə sayılmır və hüquq pozuntusu hesab edilmir. Əlbəttə, belə halda əqli 
mülkiyyət obyektlərinin beynəlxalq (dövlətlərarası) səviyyədə qorunması tələb edilir. 
Əqli  mülkiyyət  obyektlərinin  beynəlxalq  (dövlətlərarası)  səviyyədə  qorunması  üçün 
isə  dövlətlər  öz  aralarında  beynəlxalq  sazişlər  (ikitərəfli  və  çoxtərəfli  sazişlər) 
bağlayırlar;  məhz  bu  sazişlərin  vasitəsilə  əqli  mülkiyyət  obyektlərinin  beynəlxalq-
hüquqi mühafizəsi, dövlətlərarası səviyyədə qorunması təmin edilir. 
Beynəlxalq iqtisadi hüququn tərkib hissəsi (struktur elementi) olan beynəlxalq 
əqli  mülkiyyət  hüququ  da  məhz  bu  məqsədə,  yəni  əqli  mülkiyyət  obyektlərini 
beynəlxalq-hüquqi qorumaq (mühafizə etmək) məqsədinə xidmət edir. 
 
14.2. Beynəlxalq əqli mülkiyyət hüququnun nizamasalma predmeti 
 
Beynəlxalq  əqli  mülkiyyət  hüququnun  nizamasalma  predmeti  dedikdə  onun 
köməyi və vasitəsilə beynəlxalq səviyyədə qorunan (mühafizə olunan) dövlətlərarası 
əqli  mülkiyyət  münasibətləri  başa  düşülür.  Belə  ki,  istənilən  ictimai  münasibət  əgər 
hüquqi  qorunursa  və  mühafizə  edilirsə,  deməli,  həmin  münasibət  hüquqi  jəhətdən 
tənzimlənir;  hüquqi  mühafizə  və  qoruma  hüquqi  tənzimetmənin  formalarından 
(vasitələrindən) biridir. Bunlara əsasən söyləyə bilərik ki, beynəlxalq əqli  mülkiyyət 
hüququnun  nizamasalma  predmetini  dövlətlərarası  əqli  mülkiyyət  münasibətləri 
təşkil edir; bu  münasibətlər  isə əqli  mülkiyyət obyektləri  ilə əlaqədar olaraq  yaranır. 
Bəs, əqli mülkiyyət obyektləri dedikdə nə başa düşürük? 
Əqli  mülkiyyət  obyektləri  dedikdə  yaradıjılıq  fəaliyyətinin  nətijələri  başa 
düşülür; belə nətijələrin, yəni əqli mülkiyyət obyektlərinin dairəsi beynəlxalq-hüquqi 
sənədlərdə,  məsələn,  Ümumdünya  Əqli  Mülkiyyət  Təşkilatının  (ÜƏMT)  təsis 
edilməsi  haqqında  Stokholm  Konvensiyasında  (1967-ci  il)  müəyyən  edilmişdir; 
həmin Konvensiyanın 2-ci maddəsinin 8-ci bəndinə görə, əqli mülkiyyət obyektlərinə 
elm,  ədəbiyyat  və  injəsənət  əsərləri,
 
ixtiralar,  sənaye  nümunələri,  əmtəə  nişanları, 
joğrafi  göstərijilər  və  digər  obyektlər  daxildir.  Bu  obyektlərin  beynəlxalq 
(dövlətlərarası)  səviyyədə  qorunması  ilə  bağlı  müəyyən  ijtimai  münasibətlər  əmələ 
gəlir  ki,  həmin  münasibətlər  beynəlxalq  əqli  mülkiyyət  hüququnun  nizamasalma 
predmetinə daxildir. 
Beynəlxalq əqli mülkiyyət münasibətlərinin BİH-in, daha konkret desək, onun 
struktur  elementi  (tərkib  hissəsi)  olan  beynəlxalq  əqli  mülkiyyət  hüququnun 


nizamasalma  predmetinə  daxil  edilməsini  nə  ilə  izah  etmək  olar?  Bildiyimiz  kimi, 
əqli  mülkiyyət  obyektlərindən  istifadə  ilə  (məsələn,  yenijə  ixtira  olunmuş  yeni 
təyinatlı  paltaryuyan  maşının,  televizorun,  saatın,  kondisionerin  və  s.  avadanlıqların 
istehsalı və satışı ilə) bağlı olaraq yaranan 
münasibətlər  iqtisadi  məzmuna  malik  olub,  əmlak  münasibətləri  hesab  edilir.  Qeyd 
etməliyik  ki,  əmlak  münasibətləri  iqtisadi  anlayışdır.  Belə  ki,  əmlak  münasibətləri 
dedikdə  konkret  iradəvi  iqtisadi  münasibətlər  başa  düşülür.  Digər  tərəfdən,  istənilən 
iqtisadi  münasibət,  prinsip  etibarı  ilə,  əmlak  münasibətidir.  Bundan  əlavə,  əqli 
mülkiyyət  obyektlərindən  istifadə  hüququ  (məsələn,  ixtiraya  patent  hüququ)  əmtəə 
kimi  iqtisadi  forma  alır.  Başqa  sözlə,  belə  hüquq  əmtəə  kimi  tanınır.  Buna  görə  də 
əqli  mülkiyyət  obyektlərindən  istifadə  hüququ  əmtəə  dövriyyəsinə  jəlb  olunmaq  və 
tijarətin  (o  jümlədən  beynəlxalq  ticarətin)  predmeti  olmaq  xüsusiyyətinə  malikdir 
(məsələn,  ixtiraya  patent  hüququ  başqa  şəxsə  satılır  və  s.).  Həmin  hüquq  həyata 
keçirilərkən  ticarət  münasibətləri  (o  jümlədən  beynəlxalq  tijarət  münasibətləri) 
yaranır. 
Bildiyimiz  kimi,  beynəlxalq  tijarət  münasibətləri  beynəlxalq  iqtisadi 
münasibətlərin  növlərindən  biridir.  Təsadüfi  deyil  ki,  əqli  mülkiyyət  obyektlərindən 
istifadə  hüququ  ticarətin  (o  cümlədən  beynəlxalq  ticarətin)  predmetlərindən  biridir. 
Buna  görə  də  əqli  mülkiyyət  hüquqları  birbaşa  və  ya  dolayı  formada  beynəlxalq 
tijarətin  bir  hissəsidir.  Fransalı  müəlliflər  D.Karro  və  P.Jyuyar  təxmini  olaraq  belə 
güman  edirlər  ki,  dünya  tijarətinin  həjmində  əqli  mülkiyyət  hüquqlarının  payı  1%-ə 
yaxındır.1  Məhz  bu  kimi  iqtisadi    səbəblər,  xüsusən  də  əqli  mülkiyyət  hüquqlarının 
mühüm  iqtisadi  məzmuna  (tərəfə)  malik  olması  əqli  mülkiyyət  sahəsinin  ÜTT 
sisteminə daxil edilməsini 
şərtləndirmişdir. Belə ki, ÜTT-nin fəaliyyətinin hüquqi əsasını təşkil edən beynəlxalq 
sənədlərdən  biri,  əvvəllərdə  qeyd  etdiyimiz  kimi,  TRİPS  hesab  olunur.  TRİPS  əqli 
mülkiyyət  hüquqlarının  ən  vajib  tijarət  aspektlərini  tənzimləyən  ilk  beynəlxalq 
müqavilədir.  Lakin  əqli  mülkiyyət  özlüyündə  ÜTT-nin  səlahiyyətlərinə  daxil  olan 
məsələ  deyildir;  sözü  gedən  təşkilat  əqli  mülkiyyətə  onun  beynəlxalq  ticarətlə  bağlı 
olduğu dərəcədə toxunur. 
Deyilənlər  əsas  verir  ki,  əqli  mülkiyyət  sahəsində  yaranan  münasibətlər 
beynəlxalq  iqtisadi  münasibətlərin  növlərindən  biri  kimi  tanınsın  və  beynəlxalq 
iqtisadi  hüququn  nizamasalma  predmetinə  daxil  olsun.  Hesab  edirik  ki,  belə  fikir 
söyləmək  üçün  gətirdiyimiz  arqument  və  dəlillər  kifayət  edər.  Dövlətlərarası  əqli 
mülkiyyət  münasibətlərinin  BİH  çərçivəsində  tənzimlənməsi  vacib  və  zəruri 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə