Beynəlxalq iqtisadi hüquq anlayışı Beynəlxalq iqtisadi hüququn nizamasalma predmeti



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə97/100
tarix31.08.2018
ölçüsü2,16 Mb.
#65923
1   ...   92   93   94   95   96   97   98   99   100

prinsipial  əhəmiyyətə  malik  olan  çoxtərəfli  yeni  sənədlərdən  biri  hesab  olunur. 
«Tijarət piratçılığı»nın,  yəni  müəlliflik  hüququnun pozulması  ilə  mal  və  xidmətlərin 
satılmasının qarşısını almaq, əqli əməyin  nəticələrindən dünyada daha sivil  formada 
istifadə olunmasını təmin etmək və bu sahədə münasibətləri qaydaya salmaq TRİPS-
in  məqsədləri  sayılır;  onun  imzalanması  və  qəbul  olunması  ilə  əqli  mülkiyyət 
hüququnun beynəlxalq-hüquqi tənzimlənməsində yeni mərhələ başlamışdır. ÜTT-nin 
üzvü  olmadığına  görə  Azərbayjan  Respublikası,  təbii  ki,  TRİPS-in  iştirakçısı 
deyildir. 
Beynəlxalq  sazişlərdən  başqa  əqli  mülkiyyət  sahəsində  fəaliyyət  göstərən 
hökumətlərarası  beynəlxalq  təşkilatların  qərarları  da  beynəlxalq  əqli  mülkiyyət 
hüququnun mənbəyi hesab olunur. Söhbət, ilk növbədə, Ümumdünya Əqli Mülkiyyət 
Təşkilatının  (ÜƏMT)  normativ  xarakterli  və dövlətlər  üçün  məcburi  hüquqi qüvvəsi 
olan 
qərarlarından 
gedir; 
həmin 
qərarlardanbeynəlxalq 
əqli 
mülkiyyət 
münasibətlərinin  normativ-hüquqi  tənzimlənməsində  istifadə  oluna  bilər.  Belə  halda 
onlar, məlum məsələdir ki, beynəlxalq əqli mülkiyyət hüququnun mənbəyi kimi çıxış 
edir. 
ÜƏMT  müvafiq  beynəlxalq-hüquqi  sənəd  əsasında  təsis  edilmişdir;  həmin 
sənədə  Ümumdünya  Əqli  Mülkiyyət  Təşkilatını  təsis  edən  Konvensiya  deyilir  ki,  o, 
1967-ji  ildə  Stokholm  şəhərində  imzalanmışdır.    Azərbaycan  Respublikası  bu 
Konvensiyanı imzalayan dövlətlər sırasındadır. Buna görə də bizim ölkə ÜƏMT-nin 
üzvüdür.  Stokholm  Konvensiyası əqli  mülkiyyət sahəsində beynəlxalq əməkdaşlığın 
həyata  keçirilməsində  vajib  mərhələ  oldu;  bu  Konvensiya  əsasında  təsis  olunan 
ÜƏMT dövlətlər arasında əməkdaşlıq etmək yolu  ilə bütün dünyada əqli  mülkiyyəti 
qoruyur ki, bu, onun başlıja vəzifələrindən biridir. 
 
14.6. Beynəlxalq müəlliflik hüququ və onun nizamasalma predmeti 
 
Beynəlxalq  iqtisadi  hüququn,  daha  konkret  desək,  beynəlxalq  əqli  mülkiyyət 
hüququnun institutlarından biri kimi beynəlxalq müəlliflik hüququnun əsas və başlıca 
funksiyası  elm,  ədəbiyyat  və  incəsənt  əsərlərini,  habelə  əlaqəli  hüquqların 
obyektlərini  (ifaları,  fonoqramları  və  s.)  bütün  dünyada  beynəlxalq  səviyyədə 
qorumaqdan və mühafizə etməkdən ibarətdir. 
Onun belə funksiya yerinə yetirməsi təsadüfi xarakter daşımır. Belə ki, əsərlər 
yalnız yaradıldığı dövlətin ərazisində hüquqi  mühafizə ilə təmin olunur, yəni hüquqi 


cəhətdən  qorunurlar.  Başqa  dövlətlərin  ərazisində  isə  onlar  hüquqi  jəhətdən 
qorunmurlar.  Buna  görə  də  müəyyən  bir  dövlətin  ərazisində  yaradılmış  əsəri  başqa 
ölkələrdə istənilən şəxs müəllifin razılığınıalmadan və ona haqq (qonorar) ödəmədən 
dərj  etdirə  və  yaxud  da  yaya  bilərlər.  Təbii  ki,  belə  halda  əsərlərin  dövlətlərarası 
səviyyədə,  beynəlxalq  məkanda  hüquqi  mühafizə  ilə  təmin  edilməsinə  və 
qorunmasına  zərurət  yaranır.  Beynəlxalq  müəlliflik  hüququ  da  məhz  bu  məqsədə, 
yəni  əsərləri  beynəlxalq  səviyyədə  qorumaq  məqsədinə  xidmət  edir  ki,  müəlliflərin 
əsərlərini  xarici  ölkələrin  ərazisində  başqa  şəxslər  onların  razılığını  almadan  çap 
etdirə bilməsinlər. 
Beynəlxalq müəlliflik hüququ dedikdə  müəyyən bir ölkədə yaradılan əsərin, o 
cümlədən  əlaqəli  hüquqların  obyektlərinin  başqa  ölkələrdə  istifadəsi  ilə  bağlı  olaraq 
yaranan  iqtisadi-əmlak  xarakterli  münasibətləri  tənzimləyən  hüquq  normalarının 
sistemi başa düşülür. 
Beynəlxalq  müəlliflik  hüququnun  nizamasalma  predmetinə  gəldikdə,  qeyd 
etməliyik  ki,  dövlətlərarası  beynəlxalq  müəlliflik  münasibətləri  onun  nizamasalma 
predmetini  təşkil  edir.  Dövlətlərarası  beynəlxalq  müəlliflik  münasibətləri  isə 
əsərlərdən  istifadə  və  onların  qorunması  sahəsində  beynəlxalq  miqyasda  yaranan 
əlaqələrdir. 
Beynəlxalq  müəlliflik  hüququnun  nizamasalma  predmetinə  daxil  olan 
münasibətlər iki növə (qrupa) bölünür: 
-əsərlərdən istifadə ilə bağlı olaraq yaranan münasibətlər; 
-əlaqəli hüquqlardan istifadə ilə bağlı olaraq yaranan münasibətlər. 
Birinci növ münasibətlər əsərləri beynəlxalq mühafizə hüququ ilə tənzimlənir; 
əsərləri  beynəlxalq  mühafizə  hüququ  isə  beynəlxalq  müəlliflik  hüququnun 
subinstitutudur.  Əsərləri  beynəlxalq  mühafizə  hüququ  subinstitutu  dedikdə  elm, 
ədəbiyyat  və  injəsənət  sahəsində  müəlliflərin  yaradıjılıq  fəaliyyətinin  nəticələrini 
beynəlxalq səviyyədə qoruyan hüquq normalarının sistemi başa düşülür. 
İikinci  növ  münasibətlər  beynəlxalq  əlaqəli  hüquqlar  ilə  tənzimlənir  ki,  o, 
beynəlxalq  müəlliflik  hüququnun  digər  subinstitutu  sayılır.  Beynəlxalq  əlaqəli 
hüquqlar  subinstitutu  dedikdə  isə,  əlaqəli  hüquqların  ayrı-ayrı  obyektlərini  hüquqi 
mühafizə ilə təmin edən hüquq normalarının sistemi başadüşülür. Əlaqəli hüquqların 
obyektləri  isə  bunlardan  ibarətdir:  artistlərin  ifaçılıq  fəaliyyəti  (ifa),  fonoqram  (səsli 
yazılma), yayım təşkilatlarının verilişi. 


Bildiyimiz  kimi,  ÜƏMT-ni  təsis  edən  Stokholm  Konvensiyası  həmin 
obyektləri  (ifalar  və  s.)  əqli  mülkiyyətə  daxil  edir.  Beləliklə,  beynəlxalq  müəlliflik 
hüququnun özü iki subinstitutdan ibarətdir: 
-əsərləri beynəlxalq mühafizə hüquq subinstitutu;   
-beynəlxalq əlaqəli hüquqlar subinstitutu. 
 
14.7.  Müəlliflik hüququ sahəsində beynəlxalq sazişlər (beynəlxalq 
müəlliflik hüququnun mənbəyi kimi) 
 
Müəlliflik  hüququ sahəsində bir sıra beynəlxalq sazişlər qəbul olunmuşdur ki, 
həmin  sazişlərin  köməyi  və  vasitəsilə  əsərlərin  beynəlxalq  hüquqi  qorunması 
(mühafizəsi)  həyata  keçirilir;  onlar beynəlxalq  müəlliflik  hüququnun əsas və başlıca 
mənbəyi hesab edilir. 
Qeyd etməliyik ki, müəlliflik hüququ sahəsində bağlanmış beynəlxalq sazişlər 
əsərlərin  beynəlxalq  hüquqi  mühafizəsində  vajib  rol  oynayırlar.  Söhbət,  hər  şeydən 
əvvəl, ədəbi və bədii əsərlərin qorunması haqqında Bern Konvensiyasından gedir. 
Ədəbi-bədii  əsərlərin  qorunması  haqqında  Bern  Konvensiyası.  Bern 
Konvensiyası  müəlliflik  hüququ  üzrə  əsas  çoxtərəfli  beynəlxalq  sazişlərdən  biridir; 
bu  Konvensiya  9  sentyabr  1886-jı  il  tarixində  imzalanaraq  qəbul  edilmişdir;  Bern 
Konvensiyasında  148  üzv-dövlət  iştirak  edir.  Müəlliflik  hüququ  beynəlxalq 
səviyyədə  ilk dəfə təxminən orta əsrlər dövründə  ikitərəfli  müqavilələrin  köməyi  ilə 
qorunmuşdur.  Lakin  bu  müqavilələr  natamam  xarakter  daşıyırdı  və  eyni  formada 
deyildi.  Məlum  məsələdir  ki,  ikitərəfli  müqavilələr  müəlliflik  hüququnun  dünyada 
vahid  beynəlxalq  mühafizə  sistemini  yarada  bilməzdi.  XIX  əsrin  60-70-ci 
illərindəmüəlliflik  huququ  sahəsində  beynəlxalq    əməkdaşlığın  genişlənməsi  belə 
sistemin  formalaşmasını  zərurətə  çevirdi.  Bundan  ötrü,  yəni  müəlliflik  hüququnun 
vahid  beynəlxalq  mühafizə  sistemini  yaratmaq  üçün  Bern  Konvensiyası  qəbul 
olundu; onun əsas məqsədi ədəbi və bədii əsər müəlliflərinin hüquqlarını beynəlxalq 
səviyyədə eyni və vahid şəkildə effektiv mühafizə etməkdən ibarətdir. 
Bern  Konvensiyası  dövlətlərin  ona  qoşulması  üçün  açıqdır.  Buna  görə  də 
istənilən  ölkə  Bern  Konvensiyasına  üzv  ola  bilər.  Bern  Konvensiyasında  bir  sıra 
vacib  prinsiplər  formulə  edilmişdir.  Bu  prinsiplərdən  biri  ondan  ibarətdir  ki,  əsər 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə