Beynəlxalq iqtisadi hüquq anlayışı Beynəlxalq iqtisadi hüququn nizamasalma predmeti



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə98/100
tarix31.08.2018
ölçüsü2,16 Mb.
#65923
1   ...   92   93   94   95   96   97   98   99   100

yaradıldığı  ölkədə  mühafizə  edilməsindən  asılı  olmayaraq,  Bern  Konvensiyasının 
iştirakçısı olan digər ölkələrdə qorunur («mühafizənin asılı olmaması» prinsipi). Bern 
Konvensiyası  həm  də  milli  recim  prinsipindən  çıxış  edir;  bu  prinsipə  görə,  Bern 
Konvensiyasının  üzvü  olan  dövlətdə  yaradılan  əsər  digər  üzv-ölkələrdə  də  eyni 
qaydada qorunur. 
Avtomatik mühafizə prinsipi Bern Konvensiyasının müəyyənləşdirdiyi üçüncü 
prinsipdir;  bu  prinsipə  görə,  əsər  avtomatik  surətdə,  formal  şərtlərdən  (əsərin 
qeydiyyata  alınmasından,  deponentə  qoyulmasından  və  s.)  asılı  olmayaraq  qorunur. 
Bern  Konvensiyasının  2-ci  maddəsində  qorunan  və  mühafizə  olunan  əsərlərin 
siyahısı verilmişdir; həmin siyahıya hansı üsulla və hansı formada ifadə edilməsindən 
asılı  olmayaraq,  elm,  ədəbiyyat  və  injəsənət  sahəsində  yaradılan  bütün  əsərlər 
daxildir.  Bern  Konvensiyasına  görə,  həm  oricinal,  həm  də  törəmə  əsərlər  (məsələn, 
tərcümə əsərləri, müsiqi arancimanları, yenidən işlənilmiş və dəyişdirilmiş ədəbiyyat 
və  ya  injəsənət  əsərləri  və  s.)  qorunur;  həm  də  onlar  bir  bərabərdə  qorunurlar. 
Törəmə  əsərlər  dedikdə  isə  əvvələr  mövcud  olan  oricinal  əsərlər  əsasında  yaradılan 
əsərlər  başa  düşülür.
 
Bern  Konvensiyasına  görə,  həm  dərc  olunan,  həm  də  dərc 
olunmayan  əsərlər  qorunur.  Qorunmaq  üçün  əsər  müəllifi  ya  Bern  Konvensiyasının 
üzvü  olan  ölkələrdən  birinin  vətəndaşı  olmalı,  ya  da  onun  yaşayış  yeri  həmin 
ölkələrdən birində olmalıdır. 
Bern Konvensiyası əsər barədə  müəllifin bir sıra  müstəsna (inhisar) hüququnu 
müəyyənləşdirir. Belə hüquqlara aşağıdakılar aiddir: 
-əsəri tərjümə etmək hüququ; 
-əsəri istənilən üsulla və formada dərj etdirmək hüququ; 
-dram, müsiqili dram və musiqi əsərlərini kütləvi ifa etmək hüququ; 
-əsəri dəyişdirmək, yenidən işləmək və aranciman etmək hüququ; 
-əsəri efirə vermək hüququ; 
-kütləvi məlumat hüququ və s. 
Bern Konvensiyasına görə, bir sıra halda əsərdən müəllifin razılığı olmadan və 
ona  müəlliflik  qonorarı  ödəmədən  istənilən  şəxs  istifadə  edə  bilər;  həmin  hallara 
əsərdən  sərbəst  istifadə  halları  deyilir.  Əsərdən  sərbəst  istifadə  hallarına  bunlar 
aiddir:  əsərdən  sitat  gətirmək,  əsərdən  tədris  məqsədilə  illüstrativ  material  qismində 
istifadə  etmək,  müəyyən  xüsusi  hallarda  əsərin  surətini  çıxarma  (əgər  bu,  əsassız 


olaraq  müəllifin  hüququnu  pozmazsa),  cari  hadisələr  barədə  qəzet  və  curnallardakı 
məqalələrin surətini çıxarmaq, digər hallar. 
Bern  Konvensiyası  əsərlərin  qorunma  müddətini  də  müəyyənləşdirir.  Belə  ki, 
onun 7-ci maddəsinə görə, əsər müəllifin həyatı boyu və onun ölümündən sonra 50 il 
müddətinə qorunur. Bu, əsərlərin qorunmasının  ümumi  müddətidir. Bəzi  növ əsərlər 
(məsələn,  kinematoqrafiya  əsərləri)  üçün  xüsusi  mühafizə  müddəti  müəyyən 
olunmuşdur. 
Bern  Konvensiyasına  görə, əsərlər  iki kateqoriya şəxslər  üçün  qorunur.  Başqa 
sözlə,  əsərlər  ya  əsər  müəllifinin,  ya  da  onun  vərəsələrinin  xeyrinə    qorunur.
 
Müəlliflik  hüququ  haqqında  Ümumdünya  Konvensiyası  (Cenevrə  Konvensiyası). 
Ümumdünya  (Cenevrə)  Konvensiyası  müəlliflik  hüququnu  beynəlxalq  səviyyədə 
qoruyan  digər  çoxtərəfli  sazişdir.  Bu  Konvensiya  1952-  ci  ildə  Jenevrə  şəhərində 
imzalanmışdır;  Konvensiya  16  sentyabr  1955-ji  il  tarixindən  qüvvəyə  minmişdir. 
Hal-hazırda  100-ə  yaxın  dövlət  onun  iştirakçısıdır;  Azərbaycan  Respublikası  da 
Ümumdünya (Cenevrə)  Konvensiyasının iştirakçısıdır. Bunun Bern Konvensiyasının 
iştirakçısı  olmayan  ölkələrdə  Azərbayjan  müəlliflərinin  əsərlərinin  qorunması  üçün 
vacib  əhəmiyyəti  vardır.  Məsələ  burasındadır  ki,  Ümumdünya  (Cenevrə) 
Konvensiyasına  qoşulan  və  onun  iştirakçısı  olan  bir  sıra  ölkə  Bern  Konvensiyasının 
üzvü deyildir. Amma əksər dövlətlər, eyni zamanda, həm Bern Konvensiyasının, həm 
də Cenevrə Konvensiyasının iştirakçısıdır. 
Bern  Konvensiyası  müəlliflik  hüququnun  qorunmasına  dair  yüksək  standart 
müəyyənləşdirir  və  ölkələrin  öz  milli  (daxili)  müəlliflik  qanunvericiliyinin  mühüm 
dərəcədə dəyişdirilməsini tələb edirdi. Bu da, öz növbəsində, bəzi ölkələrin (məsələn, 
ABŞ-ın  və s.) Bern  Konvensiyasında  iştirak etməsinə  imkan  vermirdi. Təbii ki, belə 
şəraitdə  ayrı-ayrı  dövlətlərin  iştirakına  imkan  verən  yeni  konvensiyanın  qəbul 
olunmasına  zərurət  yarandı.  Bu  məqsədlə  Ümumdünya  (Cenevrə)  Konvensiyası 
qəbul olundu. 
Bern  Konvensiyası  ilə  müqayisədə  Ümumdünya  (Cenevrə)  Konvensiyası 
müəlliflik 
hüququ 
sahəsində 
yüksək 
beynəlxalq 
mühafizə 
standartları 
müəyyənləşdirmir. Məhz yüksək mühafizə standartlarının müəyyənləşdirilməməsi öz 
milli  (daxili)  müəlliflik  qanunverijiliyini  mühüm  dərəcədə  dəyişdirməyə  hazır 
olmayan  dövlətlərə  imkan  verir  ki,  onlar  Ümumdünya  (Cenevrə)  Konvensiyasında 
iştirak  etsinlər.  Ümumdünya  (Cenevrə)  Konvensiyası  müəlliflik  hüququnu  qorumaq 
və  mühafizə  etmək  səviyyəsinə  görə  Bern  Konvensiyasından  geridə  qalır.  Lakin  bu 
Konvensiyada  elə  normalar  müəyyən  edilmişdir  ki,  onlar,  əsasən,  inkişaf  etməkdə 


olan  ölkələrin  maraqlarına  uyğun  gəlir.    Ümumdünya  (Cenevrə)  Konvensiyası 
əsərləri  qorumaq  üçün  üç  əsas  prinsip  müəyyənləşdirir.  Birinji  prinsip  milli  recim 
prinsipidir; bu prinsipə görə, iştirakçı-dövlətlərin birində (istəniən iştirakçı-dövlətdə) 
dərc  olunmuş  əsər  başqa  iştirakçı-dövlətlərdə  eyni  dərəjədə  qorunur.  İkinji  prinsip 
müəllifin  hüquqlarının  dövlət  mühafizə  prinsipidir;  bu  prinsipə  görə,  hər  bir  dövlət 
müəllifin  öz  əsəri  barədə  yaranan  hüquqlarının  effektiv  şəkildə  qorunmasını  təmin 
etmək üçün tədbirlər görməlidir. 
Üçünjü  prinsip  konvension  işarəni  əsərdə  göstərmək  prinsipidir;  bu  prinsipə 
görə,  əsər  o  halda  müəlliflik  haqqında  qanunvericiliklə  qorunur  ki,  əsəri  qoruma 
nişanından (konvension işarədən) istifadə olunsun. Əsəri qoruma nişanı üç ünsürdən 
ibarətdir: dairəyə alınmış C  latın  hərfi – © (ingilisjə  «copyright» sözünün baş  hərfi; 
«copyright» 
İngiltərədə «müəlliflik hüququ», «surətçıxarma hüququ» deməkdir), müəlliflik 
hüquqlarının  sahibinin  adı  (fiziki  və  ya  hüquqi  şəxslər)  və  əsərin  ilk  dəfə  dərc 
olunduğu il.  
Ümumdünya  (Cenevrə)  Konvensiyası  müəllifin  əsəri  tərjümə  hüququ  kimi 
müstəsna  (inhisar)  hüququnu  xüsusi  olaraq  tənzimləyir.  Bu  onunla  izah  edilir  ki, 
inkişaf  etməkdə  olan  ölkələrin  başqa  ölkələrdə  yaradılan  əsərlərə  ehtiyac  və  tələbatı 
vardır. Bunu təmin etmək üçün isə müəllifə hüquq verilməlidir ki, o, öz əsərini başqa 
dillərə  tərjümə  etdirsin.  Buna  görə  də  müəllifin  tərcümə  hüququ,  əsasən,  inkişaf 
etməkdə olan ölkələrin maraqlarına cavab verir. Əgər xarici əsər 7 il ərzində heç bir 
milli dilə tərcümə edilməmişsə,
 
o, başqa dilə tərjümə edilə bilər; bu zaman tərjüməyə 
lisenziya alınmasının sadə proseduru yerinə yetirilməlidir.  
Əlaqəli  hüquqlar  sahəsində  beynəlxalq  sazişlər.  Beynəlxalq  müəlliflik 
hüququnun  digər  subinstitutu  –  beynəlxalq  əlaqəli  hüquqlar  subinstitutu  ifaları, 
fonoqramları və yayım təşkilatlarının verilişlərini qoruyur. Bu subinstituta daxil olan 
normalar  əlaqəli  hüquqlar  sahəsində  bağlanmış  beynəlxalq  sazişlərdə  öz  əksini 
tapmışdır.  İfaçıların,  fonoqram  istehsalçılarının  və  efir  verilişləri  təşkilatlarının 
mənafeyinin  qorunması  haqqında  RomaKonvensiyası  belə  sazişlərdən  biridir;  o, 
sadəjə  olaraq,  Roma  Konvensiyası  kimi  tanınır.  Roma  Konvensiyası  26  oktyabr 
1961-ji  ildə  qəbul  edilmişdir;  hal-hazırda  onu  imzalayan  dövlətlərin  sayı  70-ə 
yaxındır; 
Azərbaycan 
Respublikası 
indiyə 
kimi 
Roma 
Konvensiyasını 
imzalamamışdır.  Lakin  bu,  kifayət  dərəcədə  vacib  məsələdir.  Belə  ki,  Roma 
Konvensiyasının  qəbul  edilməsi  Azərbayjan  Respublikasında  əlaqəli  hüquqların 
lazımi  səviyyədə  qorunması  üçün  vacib  addım  olardı.  Digər  tərəfdən,  Roma 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə