Sənaye mülkiyyətinin qorunması haqqında Paris Konvensiyası. Sənaye
mülkiyyəti sahəsində əsas çoxtərəfli beynəlxalq sazişlərdən biri ParisKonvensiyası
hesab edilir; bu beynəlxalq-hüquqi sənədin qəbul edilməsinin iki əsas səbəbi var idi.
Birinji səbəb ondan ibarət idi ki, sənaye mülkiyyətinin eyni zamanda bir neçə
dövlətdə qorunmasını təmin etmək tələb olunurdu; bundan ötrü isə, əlbəttə, çoxtərəfli
beynəlxalq konvensiya qəbul olunmalı idi. İkinci, ayrı-ayrı ölkələrin patent
qanunverijiliyi bir-birindən prinsipial surətdə fərqlənirdi. Bu hal da, öz növbəsində,
sənaye mülkiyyəti obyektlərinin qorunmasını çətinləşdirirdi. Çətinliyi aradan
qaldırmaq üçün isə, məlum məsələdir ki, beynəlxalq konvensiya qəbul olunmalı idi.
1878-ci ildə Paris şəhərində sənaye mülkiyyətinə həsr olunmuş beynəlxalq konqres
keçirildi; bu konqres sənaye mülkiyyətinə dair çoxtərəfli konvensiya qəbul
olunmasında vajib mərhələ oldu. Məhz 1883-cü il martın 20-də həmin konqres
əsasında Sənaye mülkiyyətinin qorunması haqqında Paris Konvensiyası imzalandı.
Paris Konvensiyası elə bir beynəlxalq müqavilədir ki, o, beynəlxalq mühafizə
sistemi müəyyən edir. Onu, haqlı olaraq, sənaye mülkiyyətini müasir mühafizə
sisteminin əsası hesab edirlər.
Hal-hazırda Paris Konvensiyasında 160 dövlət iştirak edir; Azərbayjan
Respublikası da onun iştirakçısıdır. İstənilən dövlət Paris Konvensiyasına qoşula,
onun üzvü ola bilər. Belə ki, Konvensiya bütün dövlətlərin imzalamaları üçün
açıqdır.Paris Konvensiyası sənaye mülkiyyətinin geniş dairə obyektlərinə tətbiq
edilir; onun 1-ci maddəsində belə obyektlərin açıq siyahısı verilmişdir (ixtira, sənaye
nümunəsi, əmtəə nişanı, firma adı və s.).
Paris Konvensiyası milli recim prinsipindən çıxış edir. Bu prinsipi
müəyyənləşdirməklə o, bir sıra sənaye ölkəsində mövjud olan əjnəbiləri
diskriminasiya etmək problemini aradan qaldırdı. Belə ki, vətəndaşlar xariji ölkələrdə
patent alarkən diskriminasiya halları ilə üzləşirdi. Paris Konvensiyası belə halları
aradan qaldırdı.
Konvensiyada nəzərdə tutulan bir sıra norma patent prioriteti kimi institut
yaradır; bu instituta görə, patent almaq istəyən şəxs (iddiaçı şəxs)
müəyyən müddət
ərzində (1 il və ya 6 ay müddəti ərzində) Konvensiya iştirakçısı olan bütün
dövlətlərdə bu dövlətlərin birində ərizə (patent alınması barədə ərizə) verdiyi tarixdən
prioritetə malik olur: ixtira üçün – 1 il, sənaye nümunəsi və əmtəə nişanı – üçün 6 ay.
Konvensiyaya görə, ayrı-ayrı ölkələrdə patentlər alınması bir-birindən asılı
deyildir (patentlərin bir-birindən asılı olmaması prinsipi). Bu o deməkdir ki, hər bir
iştirakçı-dövlətdə bu və ya digər sənaye mülkiyyəti obyektinə ayrıja patent
alınmalıdır. Konvensiya bütün iştirakçı-dövlətlərdə qüvvəsi olan vahid beynəlxalq
patentin yaradılmasını nəzərdə tutmur. Patent kooperasiyası barədə Vaşiqton
Müqaviləsi (PKM). Bu, sənaye mülkiyyəti sahəsində qəbul olunan əsas çoxtərəfli
beynəlxalq sazişlərdən biridir; o, yəni PKM ingilis abreviaturası ilə «PJT» kimi
tanınır (PJT – «Parent Jooperation Treaty»). PKM 1970-ji ildə imzalanmış, 1978-ji
ildə qüvvəyə minmişdir. İndiyə kimi ona 110 dövlət qoşulmuşdur; Azərbayjan
Respublikası PKM-in üzvüdür.
PKM patent almaq üçün ərizə verilməsi prosedurunu asanlaşdırmaqda mühüm
rol oynayır. Buna görə də o, bir neçə ölkədə sənaye mülkiyyətinin qorunmasını
sadələşdirən beynəlxalq müqavilə sayılır. Belə ki, iştirakçı- dövlətlərdən istənilən
şəxs başqa iştirakçı-dövlətdə patent almaq üçün beynəlxalq ərizə verməlidir.
Beynəlxalq ərizə ya milli patent idarəsi, ya da
Beynəlxalq Patent Kooperasiyası İttifaqı vasitəsilə verilir. Ərizədə (ona
beynəlxalq patent ərizəsi də deyilir) dəqiq olaraq göstərilməlidir ki, hansı ölkədə
qüvvədə olan patent alınması tələb edilir; başqa sözlə, patent vasitəsilə hüquqi
mühafizənin təmin olunması tələb edilən ölkənin adı göstərilməlidir. Hər bir ərizə
üzrə beynəlxalq axtarış aparılır; axtarışı beynəlxalq axtarış orqanı həyata keçirir.
Beynəlxalq axtarış orqanı qismində aşağıdakılar çıxış edə bilər:
-milli patent xidmətləri;
-hökumətlərarası təşkilatlar;
-Beynəlxalq Patent İnstitutu.
Axtarışın nəticəsi hesabatla rəsmiləşdirilir; ona beynəlxalq axtarış barədə
hesabat deyilir; həmin hesabat Beynəlxalq Büroya (BİRPİ) göndərilir. Beynəlxalq
Büro ərizəni dərj etdirir və onu ərizəçinin olduğu ölkənin milli patent idarəsinə
göndərir. Həmin idarə patent verilməsi məsələsini həll edir.
Əmtəə nişanlarının beynəlxalq qeydiyyatı haqqında Madrid Sazişi. Madrid
Sazişi 1891-ci ildə qəbul edilmişdir; 60-a yaxın dövlət bu Sazişin iştirakçısıdır.
Azərbayjan Respublikası da Madrij Sazişinin üzvüdür.
Bildiyimiz kimi, öz əmtəə nişanını bir neçə ölkədə qorumaq istəyən şəxs
həmin ölkələrin milli idarələrində əmtəə nişanını qeydə aldırmalıdır. Bu isə kifayət
dərəcədə çətin məsələdir (müxtəlif prosedurlar, ərizənin müxtəlif dillərdə verilməsi,
müxtəlif mühafizə müddətləri və s.). Digər tərəfdən hər bir ölkədə ərizə verilməsi heç
də az olmayan müvafiq xərjlərin çəkilməsinə səbəb olur. Belə çətinlikləri aradan
qaldırmaq üçün, təbii ki, əmtəə nişanlarının beynəlxalq qeydiyyatı lazımdır. Madrid
Sazişi də məhz əmtəə nişanlarının beynəlxalq qeydiyyatına həsr olunmuşdur.
Madrid Sazişinə görə, iddiaçı şəxs fransız dilində Beynəlxalq Büroya ərizə
verməlidir. Ərizə əsasında beynəlxalq qeydiyyat aparılır; belə qeydiyyat Madrid
Sazişinin üzvü olan bütün ölkələrdə qüvvəyə malik olur. Əmtəə nişanlarının qorunma
müddəti 20 ildir.
Avrasiya Patent Konvensiyası. Sənaye mülkiyyəti obyektləri həm də regional
səviyyədə qorunur. Belə ki, regional çərçivədə bir sıra beynəlxalq sazişlər qəbul
olunmuşdur; onlara sənaye mülkiyyəti sahəsində beynəlxalq regional sazişlər deyilir.
Avrasiya Patent Konvensiyası onlardan biridir.
Avrasiya Patent Konvensiyası 1994-jü ildə qəbul olunmuşdur; bu
Konvensiyada MDB üzvü olan 9 ölkə, o jümlədən Azərbayjan Respublikası iştirak
edir. Konvensiyanın məqsədi MDB çərivəsində sənaye mülkiyyəti obyektlərindən
biri olan ixtiranı qorumaqdan ibarətdir; həmin Konvensiyaya uyğun olaraq, Avrasiya
patenti verilir ki, o, bütün iştirakçı-dövlətlərinərazisində hüquqi qüvvəyə malikdir.
Avrasiya patentini Avrasiya Patent İdarəsi (APİ) verir; APİ göstərilən Konvensiya
əsasında yaradılmışdır.
Avrasiya patentinin qüvvədəolma müddəti 20 ildir; buna görə də onun köməyi
ilə ixtira iştirakçı-dövlətlərin ərazisində 20 il qorunur. Avropa patentinin verilməsi
barədə Konvensiya. Sözü gedən Konvensiya regional beynəlxalq sazişlərdən biridir;
ona Münxen Avropa Patent Konvensiyası və yaxud da, sadəjə olaraq, Münxen
Konvensiyası deyilir.
Münxen Konvensiyası 1973-cü ilə qəbul olunmuşdur; bu Konvensiya əsasında
Avropa Patent İdarəsi yaradılmışdır. Həmin Konvensiyanın əhəmiyyəti bundan
ibarətdir ki, onun imzalanması və qəbul olunması nəticəsində Avropa patent sistemi
yaradıldı. Avropa patent sisteminin mahiyyəti Konvensiya iştirakçısı olan dövlətlərin
hamısında ixtiranı patentlə qorumağın mümkün olmasından ibarətdir. Patent almaq
üçün isə ya Avropa Patent İdarəsinə, ya da iştirakçı-dövlətlərin milli patent idarəsinə
vahid ərizə (iddia sənədi) verilməsi tələb olunur. Ərizə ingilis, alman, ya da fransız
dilində tərtib edilməlidir; bunlar Avropa Patent İdarəsinin rəsmi dilləri hesab olunur.
Avropa patentini Konvensiya iştirakçısı olmayan dövlətlərin şəxsləri dəala bilərlər.
Belə ki, Avropa patentinin həm Konvensiyaya qoşulan, həm də qoşulmayan
dövlətlərin şəxslərinə verilməsi mümkündür.
Göstərilən Konvensiya açıq olub, yalnız Avropa İttifaqının üzvü olan
dövlətlərlə məhdudlaşmır; buna görə istənilən dövlət ona qoşula bilər.
Ümumi Bazar ölkələri üçün Avropa patenti barədə Lüksemburq Konvensiyası.
Bu Konvensiya 1975-ji ildə Avropa Birliyinin üzvü olan bir sıra dövlət tərəfindən
imzalanmışdır. Lakin indiyə kimi lazımi sayda ölkə tərəfindən ratifikasiya
olunmadığına görə o, qüvvəyə minməmişdir.
Konvensiya vahid patent verilməsini nəzərdə tutur ki, bütün iştirakçı-
dövlətlərin ərazisində bu patentin milli patent kimi qüvvəsi olajaqdır. Hal- hazırda
göstərilən Konvensiya çərçivəsində Avropa İttifaqının vahid patenti yaradılması
istiqamətində müəyyən işlər görülür. Ona görə ki, Münxen Konvensiyası əsasında
belə patent yaradılmamışdı.
14.10. TRİPS müqaviləsinin əhəmiyyəti və əsas cəhətləri
TRİPS müqaviləsinin imzalanması və qəbul edilməsi əqli mülkiyyətin
beynəlxalq-hüquqi mühafizəsində vacib hadisə olmaqla irəliyə doğru atılan addımdır.
Belə ki, o, əqli mülkiyyət, xüsusən də sənaye mülkiyyəti obyektlərinin ÜTT-nin üzvü
olan ölkələrdə qorumasının vahid standartlarını müəyyənləşdirir; həmin ölkələr (həm
inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələr) öz milli qanunverijiliyini nəzərdə
tutulan konkret müddətlərdə bu standartlara uyğunlaşdırmalıdırlar ki, bu barədə
TRİPS müqaviləsində konkret göstəriş vardır; elə sözü gedən sazişin (TRİPS) xüsusi
əhəmiyyətə malik olması da məhz bununla izah olunur.
Digər tərəfdən, TİRPS beynəlxalq-hüquqi sənədi əqli mülkiyyət hüquqlarının
geniş spektrini tənzimləyir. Belə ki, TRİPS-in köməyi ilə həm ixtiraların, həm sənaye
nümunələrinin, həm əmtəə nişanlarının, həm əsərlərin, həm də digər obyektlərin
beynəlxalq-hüquqi qorunması həyata keçirilir. Buna görə də TRİPS universal
xarakterli sənəddir ki, onun əsasında əqli mülkiyyət beynəlxalq səviyyədə kompleks
şəkildə qorunur, mühafizə edilir. Bu sənədin əsas xüsusiyyəti ondan ibarətdir ki,
onun hüquqi mühafizə sferasına əqli mülkiyyətin müxtəlif, jürbəjür obyektləri
daxildir. Bildiyimiz kimi, TRİPS müqaviləsi qəbul olunana kimi patent və müəlliflik
hüquqlarının beynəlxalq-hüquqi tənzimlənməsi ayrıja olaraq nizamlanmışdır. TRİPS
sənədinin qəbul edilməsi ilə formalaşmış bu ənənədən imtina olunmuşdur. Belə ki,
TRİPS ilə həm patent hüququ (sənaye mülkiyyəti obyektləri), həm də müəlliflik
hüququ(ədəbi-bədii mülkiyyət obyektləri) qorunur. Bu da patent və müəlliflik
hüquqlarının qorunmasında ənənəvi hal deyildir. TRİPS müqaviləsi ilə həm də
əlaqəli hüquqların beynəlxalq səviyyədə qorunması həyata keçirilir. Sözü gedən
Saziş müəlliflik, patent və əlaqəli hüquqları qorumaq üçün istinad metodundan
istifadə edir. Belə ki, burada həmin hüquqları qorumaq üçün üç çoxtərəfli beynəlxalq
sazişə istinad olunur. Həmin sazişlərə bunlar aiddir:
-Sənaye mülkiyyətinin qorunması haqqında Paris Konvensiyası;
-Ədəbi-bədii əsərlərin qorunması haqqında Bern Konvensiyası;
-İfaçıların,
fonoqram
istehsalçılarının
və
efir
verilişləri
təşkilatlarınınmənafeyinin qorunması haqqında Roma Konvensiyası.
Bu yolla məhz göstərilən konvensiyaların əsas müddəaları TRİPS sənədinin
tərkibinə daxil olmuş, onun tərkib hissəsinə çevrilmişdir; məhz bu baxımdan TRİPS
nadir beynəlxalq hüquqi sənəddir. TRİPS milli recim prinsipindən çıxış edir; bu Saziş
həm də, eyni zamanda, ən əlverişli şərait yaratmaq prinsipini müəyyənləşdirir. Həmin
prinsiplər çoxtərəfli əsaslarla əqli mülkiyyət hüququnun qorunması kontekstində
nəzərdə tutulur ki, bu da onların müəyyən hüquqi xüsusiyyətlərə malik olmasını
şərtləndirir.
14.11. TRİPS müqaviləsi ilə qorunan əqli mülkiyyət obyektləri
TRİPS müqaviləsi ilə, hər şeydən əvvəl, elm, ədəbiyyat və injəsənət əsərləri
(müəlliflik hüququ) qorunur; Sazişin 1-ci bölməsi məhz müəlliflik hüququnun
qorunmasına həsr edilmişdir. Bu bölməyə daxil olan normalar əlaqəli hüquqları
qoruyur; əlaqəli hüquqların qorunma müddəti TRİPS ilə 50 il
müəyyən edilir. Əmtəə nişanı TRİPS-in beynəlxalq-hüquqi mühafizə sferasına aid
olan əqli mülkiyyət obyektlərindən biridir; Sazişin 2-ji bölməsi bu növ əqli mülkiyyət
obyektinin qorunmasına aiddir. Sazişə görə, əmtəə nişanı elə birişarədir ki, onun
köməyi ilə müəssisənin istehsal etdiyi mal və ya göstərdiyi xidmət başqa
müəssisələrin mal və ya xidmətindən fərqlənir. TRİPS sənədində qorunan və
mühafizə predmeti olan əmtəə nişanlarının siyahısı verilir; əmtəə nişanları 7 il
müddətinə qorunur.
TRİPS-in 3-cü bölməsi coğrafi göstərijilərin qorunmasına həsr olunmuşdur;
burada ona anlayış verilir. Belə ki, coğrafi göstərici malın mənşəyini (ölkəni,
regionu) müəyyənləşdirməyə imkan verən vasitədir; coğrafi göstərici elə bir yeri
müəyyən edir ki, malin xüsusi keyfiyyətləri, şöhrəti və digər xarakterik xüsusiyyətləri
bu yerlə bağlı olur. TRİPS sənədi saxta coğrafi göstərijilərdən istifadə etməklə mal
istehsalını qadağan edir; şərab və spirtli içkilərin coğrafi göstəriciləri də qorunur.
TRİPS-in 4-cü bölməsi sənaye mülkiyyəti obyektlərindən biri olan sənaye
nümunələrinin qorunmasına aid normalar nəzərdə tutur. Bu obyektlərin qorunma
müddəti 10 ildir.
Patent (ixtira) da TRİPS müqaviləsi ilə qorunan sənaye mülkiyyəti obyektidir;
Sazişə əsasən, texnikanın bütün sahələrindəki üsul və qurğulara görə patent verilə
bilər. Belə ki, həmin üsul və qurğular patent qabiliyyətli olarsa, ixtira hesab edilir və
buna görə də onlara patent verilir. Bundan ötrü onlar üç şərtə (patent qabiliyyəti
şərtlərinə) javab verməlidir:
-yeniliyə malik olmalıdır;
-ixtira səviyyəli olmalıdır;
-sənaye baxımından tətbiq edilə bilən olmalıdır.
TRİPS müqaviləsinə görə, patent ən azı 20 il müddətinə qorunur; patent
başqasına güzəşt edilə, verilə, habelə lisenziya predmeti ola bilər. TRİPS əsasında
həm də inteqral sxemlərinin topologiyası qorunur; onun 6-cı bölməsi bu
topologiyanın qorunmasına həsr edilmişdir. Qorunma müddəti ən azı 10-20 ildir.
TRİPS-in hüquqi mühafizə sferasına həm də qapalı (məxfi) informasiya
daxildir; onun 7-ci bölməsi qapalı (məxfi) informasiyanın qorunması və hüquqi
mühafizə olunması ilə bağlı münasibətləri tənzimləyir.
TRİPS müqaviləsi tələb edir
ki, üzv-ölkələr öz daxili qanunvericiliyində kommersiya məqsədləri ilə əmtəə
nişanlarının qəsdən saxtalaşdırılmasına və ya müəlliflik hüququnun pozulmasına görə
jinayət jəzaları nəzərdə tutsunlar; belə jəza növlərinə aşağıdakılar aiddir:
-həbsxana;
-pul cəriməsi;
-həbs qoyma;
-kontrafakt (saxta) malların, habelə istənilən material və alətlərin
müsadirə və məhv edilməsi.
TRİPS müqaviləsinin iştirakçıları ÜTT-nin üzvü olan ölkələrdir. Belə ki,
həmin Saziş bu təşkilatın hüquqi bazasını və əsasını təşkil edən sənədlərdən biridir.
ÜTT-yə daxil olan istənilən ölkə TRİPS-i imzalamalıdır. Azərbayjan Respublikası
həmin təşkilatın üzvü deyildir; buna görə də o, təbii ki, TRİPS müqaviləsinin
iştirakçısı deyildir.
ƏDƏBİYYAT SİYAHISI
1.
Sadıqov, Əfsər İsa oğlu. Beynəlxalq iqtisadi hüquq : dərslik / Ə. İ. Sadıqov. -
Bakı : Bakı Universiteti Nəşriyyatı, 2008. - 396 s.;
2.
Əliyev Etibar Əli oğlu. Beynəlxalq iqtisadi hüquq. Dərslik. Bakı: “UniPrint”
MMC nəşriyyat-poliqrafiya müəssisəsi, 2012, 650 səh.
3.
E. Ə. Əliyev Beynəlxalq iqtisadi hüquq: ümumi müddəalar. Bakı, “Hüquq
ədəbiyyatı” nəşriyyatı, 2011. – 240 səh.
4.
L.H. Hüseynov Beynəlxalq hüquq. B.: “Qanun”, 2012. – 368 səh. ;
5.
C. Nuriyev. Beynəlxalq iqtisadi əlaqələrin hüquqi tənzimlənməsi. Bakı – 2000;
6.
Шумилов В.М. Международное экономическое право в эпоху глобализации.
- М.: Междунар. отношения, 2003
7.
Ç.M. Abbasov – “ Azərbaycanın dünya iqtisadiyyatınainteqrasiya yolları”. Bakı
2002;
8.
Андрей Минков. Международная охрана интеллектуальной собственности.
СПб. -M., 2004
9.
Вельяминов Г.М. Международное экономическое право и процесс (
Академический курс): Учебник. - М.: Волтерс Клувер 2004
10.
Кузьмин Э.Л. Международное экономическое право. М.:ТК Велби, Изд-во
Dostları ilə paylaş: |