Better Research, Better Policy, Better Reform



Yüklə 225,14 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix27.03.2018
ölçüsü225,14 Kb.
#35324
1   2   3   4   5   6   7

Diaqram  11.  Şərq  Tərəfdaşlığı  ölkələrinin  dövlət  büdcəsi  kəsirləri,  ÜDM-a 

nisbətdə (fazilə) 

 

 



 

Mənbə: 

www.cia.gov

 , worldfactbook, 2010 

 

 

 



 

1.3 Şərq tərəfdaşlığı ölkələrində məşğulluq problemləri 

 Şərq  Tərəfdaşlığı  ölkələrində  əhali  arasında  işsizlik  əsas  sosial-iqtisadi 

problemlərdən  biri  olaraq  qalmaqdadır.  Bu  problem  demək  olar  ki,  bütün  Şərq 

tərəfdaşlığı ölkələri üçün eyni mahiyyət kəsb edir. Belə ki, bu ölkələrdə işsizliyin 

əsas  səbəbləri  Sovet  dövründə  qurulmuş  iqtisadi  münasibətlərin  itirilməsi 

nəticəsində iqtisadi sistemin strukturunda baş verən köklü dəyişikliklərlə bağlıdır. 

Bu  ölkələr  hələ  keçid  dövrünü  yaşamaqdadır  və  bunun  da  nəticəsində 

iqtisadiyyatın  strukturunda  baş  verən  dəyişikliklər  məşğulluq  probleminə  ciddi 

təsir  göstərir.  Bu  ölkələrin  əhalisinin  təqribən  80%-ə  qədərinin  savadlı  olmasına 

baxmayraq  əhali  işsizlikdən  əziyyət  çəkir.  Lakin  çoxlu  sayda  yeni  peşələrlə  bağlı 

vakant  iş  yerləri  mövcuddur.  Buna  baxmayaraq  yerli  əhalinin  bilik  və  bacarıqları 

yeni  iqtisadi  sistemin  tələblərinə  cavab  vermədiyi  üçün  struktur  işsizlik  meydana 

gəlmişdir. 

 

 

 

0,80%


6,60%

4,90%


2%

2,50%


5,30%

0,00%


1,00%

2,00%


3,00%

4,00%


5,00%

6,00%


7,00%

Azərbaycan

Gürcüstan

Ermənistan

Belarus

Moldova


Ukrayna


Diaqram 12. Şərq Tərəfdaşlığı ölkələrində işsizlik səviyyəsi (fazilə)  

 

Mənbə:  



www.cia.gov

 Worldfactbook, 2010 

  Şərq  Tərəfdaşlığı  ölkələri  arasında  ən  yüksək  işsizlik  səviyyəsi  Gürcüstanda 

müşahidə  edilir.  Bunun  səbəbləri  Gürcüstan  iqttisadiyyatında  sənayenin  zəif 

inkişafı və az əməktutumlu olması ilə əlaqədardır. Yuxarıda qeyd etdiyimiz kimi, 

xidmət  sektoru  ÜDM-un  69%-ni  təşkil  edir.  Lakin  əhalinin  məşğulluğu 

baxımından xidmət sektoru kənd təsərrüfatına uduzur və Gürcüstan böyük ölçüdə 

aqrar  ölkə  olaraq  qalır.  Bu  sahədə  vəziyyət  təxminən  Azərbaycanla  eynidir.  Belə 

ki, kənd təsərrüfatının ÜDM-da payının cəmi 9,6% olmasına baxmayaraq, məşğul 

əhalinin 55,6%-i bu sektorda çalışır. Sənayedə isə əhalinin yalnız  8,9%-i işləyir. 

Ukrayna iqtisadiyyatında isə bu sahədə uyğunluq  müşahidə olunur. Belə ki, ÜDM-

un  62%-ni  təşkil  edən  xidmət  sektorunda  məşğul  əhalinin  65,7%-i  çalışır. 

Məşğulluq yaratmaq baxımından sənaye və kənd təsərrüfatının payı isə demək olar 

ki  eynidir.  Bu  ölkədə  də  işsizliyin  əsas  səbəbləri  köhnə  sənaye  sahələrinin 

dağılması, gizli məşğulluq, uşaq əməyindən istifadə və s amillərlə bağlıdır.  

Moldovada  da  məşğul  əhalinin  43,3%-i  xidmət  sektorunda,  16%-i  sənayedə, 

40,6%-i  isə  kənd  təsərrüfatında  çalışır.  Moldova  iqtisadiyyatında  işsizliyin 

səbəbləri  müəssisələrin  öz  məhsullarını  sata  bilməməsi  və  bunun  nəticəsində  də 

işçi ixtisarlarına getməsidir. Đqtisadi böhranın təsirləri nəticəsində sənaye və tikinti 

sektorunda  müşahidə  edilən  tənəzzülün  nəticəsində  bu  sektorda  çalışanların  payı 

5% azalmışdır.  

Ermənistanda da Moldova il oxşar vəziyyət yaşanmaqdadır. Belə ki. bu ölkədə də 

böhranın  təsirləri  nəticəsində  əhalinin  tikinti  və  sənaye  sahələrində  məşulluğu 

16,40%


8,10%

7,50%


7,10%

1%

0,90%



0,00%

2,00%


4,00%

6,00%


8,00%

10,00%


12,00%

14,00%


16,00%

18,00%


Gürcüstan

Ukrayna


Moldova

Ermənistan

Belarus

Azərbaycan




azalmış, kənd təsərrüfatı və meşəçilikdə isə yüksəlmişdir. Belə ki, son məlumatlara 

əsasən,  Ermənistan  əhalisinin  46,2%-i  kənd  təsərrüfatında,  38,2%-i  xidmət 

sektorunda, cəmi 15,6%- isə sənayedə işləyir.  

Belarus  iqtisadiyyatında  işsizlik  səviyyəsinin  belə  az  olmasına  baxmayaraq, 

ekspertlər  bu  rəqəmlərin  yanlış  olduğunu  düşünürlər.  Belə  ki.  Belarusda  yalnız 

rəsmi qeydiyyata düşən işsizlər işsiz kimi qeydə alınır.Qeydiyyatdan kənarda qalan 

işsiz  əhali  isə  işsiz  hesab  olunmur.  Bu  ölkədə  əhalinin  34,7%-i  sənayedə,  14%-i 

kənd təsərrüfatında, 51,3%-i isə xidmət sektorunda çalışır.  

Azərbaycan  iqtisadiyyatında  da  rəqəmlərin  aşağı  olmasına  səbəb  işsizlərin  böyük 

hissəsinin  rəsmi  qeydiyyata  düşməməsi  və  ya  gizli  məşğulluqla  bağlıdır. 

Azərbaycanda  kənd  təsərrüfatının  ÜDM-da  payı  8,2%  olsa  da  əhalinin  böyük  bir 

hissəsi təqribən 38,3%-i bu sektorda işləyir. Bu da mövsümi məşğulluqla əlaqədar 

işsizlik  səviyyəsinə  təsir  edir.  Bundan  əlavə  sənayenin  ÜDM-da  payının  60%-ə 

bərabət olmasına baxmayaraq bu sektorda məşğul əhalinin cəmi 12,1%- çalışır. Bu 

da  sənayenin  strukturunda  neft  sektorunun  dominant  rola  malik  olmasının 

nəticəsidir.  Belə  ki,  neft  sektorunun  əksər  hissəsini  hasilat  sənayesi  təşkil  edir  ki, 

bu  sənaye  sahəsi  də  əməktutumlu  deyil.  Belə  ki,  neft  sektorunda  mədənçıxarma 

sənayesinin  payı  45,6%-ə  çatır.  Bu  da  əsasən  neft  və  qaz  hasilatından  ibarətdir. 

Emal  sənayesinin  payı  5,4%-dir  ki,  onunda  2,6%-ni  neft  məhsullarının  istehsalı 

təşkil edir. 



Diaqram  13.  Şərq  Tərəfdaşlığı  ölkələrində  məşğul  əhalinin  sektorlar  üzrə 

bölgüsü,  2010 (faizlə) 

 

38,30%



15,80%

14%


55,60%

46,20%


40,60%

12,10%


18,50%

34,70%


8,90%

15,60%


16%

49,60%


65,70%

51,30%


35,50%

38,20%


43,30%

0,00%


10,00%

20,00%


30,00%

40,00%


50,00%

60,00%


70,00%

Kənd təsərrüfatı

Sənaye

Xidmət



Yüklə 225,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə