Better Research, Better Policy, Better Reform



Yüklə 225,14 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix27.03.2018
ölçüsü225,14 Kb.
#35324
1   2   3   4   5   6   7

sonra  hökümət  rublu  40%    devalvasiya  etməyə  məcbur  olmuşdur.  Böhran  bu 

ölkənin iqtisadiyyatına əsasən Belarus istehsalı olan məhsullara tələbatın azalması 

ilə təsir etmişdir.  

Moldova  iqtisadiyyatındakı  6-7  %-lik  artım  templərinə  baxmayaraq,  bu  ölkə  hələ 

də  Avropanın  ən  kasıb  ölkəsi  olaraq  qalmaqdadır.  Moldova  iqtisadiyyatının 

zəifləməsinə  səbəb  qlıobal  iqtisadi  böhranla  yanaşı,  Rusiyanın  bu  ölkənin 

məhsullarının  ixracına  embarqo  qoyması  ilə  də  bağlıdır.  Moldova  həmçinin 

Rusiyadan  idxal  olunan  enerji  resurslarından  asılıdır.  Bu  ölkə  Dnestryanı 

münaqişədən də əziyyət çəkir.  

 

 



 

1.2. Şərq Tərəfdaşlığı ölkələrinin dövlət büdcələrinin müqayisəli təhlili.   

 

 Şərq Tərəfdaşliği ölkələrinin dövlət büdcələrinin formalaşmasında, həmçinin gəlir 



və xərclərin strukturunda fərqlər nəzərə çarpacaq dərəcədə çoxdur. 2011-ci il üçün 

Azərbaycanın  dövlət  büdcəsinin  gəlirləri  təqribən  20  milyard  ABŞ  dolları  təşkil 

edir.  Ermənistanın  dövlət  büdcəsinin  gəlirlərinin  2,3  milyard  ABŞ  dolları  təşkil 

etdiyini  nəzərə  alsaq  o  zaman  Azərbaycanın  dövlət  büdcəsinin  gəlirlərinin  bu 

ölkənin  büdcə  gəlirlərindən  10  dəfə  çox  olduğunu  görərik.  Ümumiyyyətlə 

Azərbaycanın  dövlət  büdcəsinin  gəlirləri  Şərq  Tərəfdaşlığı  ölkələri  arasında 

Ukraynadan sonra ikinci  yerdədir.  

 

Diaqram 8. Şərq Tərəfdaşlığı ölkələrinin dövlət büdcə gəlirləri, milyard dollar 

 

 

Mənbə:  Şərq  Tərəfdaşlığı  ölkələrinin  Maliyyə  Nazirlikləri  və  CESD 



hesablamaları, 2011 

 

Lakin  Azərbaycanla  bağlı  burada  xüsusi  bir  məqamı  qeyd  etmək  yerinə  düşər. 

Azərbaycanın  dövlət  büdcəsinin  gəlirlərinin  59%-i  və  ya  11,6  milyard  ABŞ 

20

2,3



11,2

4,2


1,7

35,2


0

5

10



15

20

25



30

35

40



Azərbaycan 

Ermənistan 

Belarus

Gürcüstan 



Moldova

Ukrayna



dollarını Dövlət Neft Fondunun transfertləri təşkil edir. Belə ki, 2011-ci ildə dövlət 

büdcəsinin gəlirləri 3 milyard 493 milyon manat və ya 4 milyard 421 milyon ABŞ 

dolları (22%) artırılmışdır. Artımın 770 mln. manatını və ya 974 mln ABŞ dollarını 

vergi və gömrük daxilolmaları, 2.7 mlrd. manatı və ya 3,4 milyard ABŞ dollarını 

(17%) isə Dövlət Neft Fondundan transfer hesabına təmin edilmişdir. Əgər dövlət 

büdcəsinə  Neft  Fondundan  daxilolmaları  çıxsaq  o  zaman  Azərbaycanın  dövlət 

büdcəsinin  gəlirləri  təqribən  Gürcüstanın  dövlət  büdcəsinin  gəlirləri  ilə  eyni 

məbləğ  təşkil  edər.  Azərbaycanın  dövlət  büdcəsinin  gəlirlərinin  75%-nin  neft 

sektorundan daxilolmalar hesabına formalaşdığını nəzərə alsaq o zaman büdcənin 

qeyri-neft gəlirlərinin 5 milyard ABŞ dolları təşkil etdiyi aydın olar. 



 

Diaqram  9.  Azərbaycanın  qeyri-neft  gəlirləri  Şərq  Tərəfdaşlığı  ölkələrinin 

dövlət büdcə gəlirləri ilə müqayisədə, milyard dollar 

 

 



 

Mənbə:  Şərq  Tərəfdaşlığı  ölkələrinin  Maliyyə  Nazirlikləri  və  CESD 

hesablamaları, 2011 

  

Yuxarıdakı  diaqramlardan  göründüyü  kimi  Azərbaycanın  dövlət  büdcəsi  Neft 



Fondundan  transferlər  daxil  olmaqla  yalbnız  Ukraynadan  sonra  ikinci  yerdədirsə, 

transferlər  çıxıldıqdan  sonra  üçüncü  yerə  geriləyir.  Bu  da  Azərbaycanı  dövlət 

büdcəsinin neftin qiymətindən  asılı vəziyyətə  salır.  Belə  ki  cari  xərclər 7  milyard 

716  milyon  manat  və  ya  9  milyard  767  milyard  ABŞ  dolları  olduğu  halda 

gömrükdən  və  vergidən  daxilolmalar  6  milyard  310  milyon  manat  və  ya  7 

milyard   987  milyon  ABŞ  dolları  təşkil  edir  ki,  bu  da    Azərbaycan  dövlət 

büdcəsinin cari xərclərinin yalnız 61%-ni ödəyir.  

 

Şərq  Tərəfdaşlığı  ölkələri  arasında  ən  çox  büdcə  kəsiri  Ukraynanın  payına  düşür. 



Bu  ölkənin  büdcə  kəsiri  4,8  milyard  dollar  olmaqla  ümumi  dövlət  büdcəsinin 

5

2,3



4,2

11,2


1,7

35,2


0

5

10



15

20

25



30

35

40



Azərbaycan

Ermənistan

Gürcüstan

Belarus


Moldova

Ukrayna



14,2%-ni  təşkil  edir.  Azərbaycan  Şərq  Tərəfdaşlığı  ölkələri  arasında  büdcə 

kəsirinin  həcminə  görə  ikinci  yerdədir.  Lakin  Azərbaycanın  büdcə  kəsiri  ümumi 

dövlət büdcəsinin 4,3%-ni təşkil etdiyi halda, qeyri-neft dövlət büdcəsinin 17,3%-

ni  təşkil  edir.  Ən  az  büdcə  kəsrinə  malik  olan  ölkə  isə  Belarusdur.  Azərbaycann 

qeyri-neft  büdcəsi  ilə  müqayisədə  Belarusun  büdcəsi  2  dəfə  çox  olsada,  büdcə 

kəsiri  Azərbaycanın  ümumi  büdcəsindən  758  milyon  ABŞ  dolları  və  ya  8  dəfəyə 

qədər azdır.  

 

Diaqram  10.  Şərq  Tərəfdaşlığı  ölkələrinin  dövlət  büdcəsi  kəsirləri,  milyon 



ABŞ dolları ilə 

 

 



Mənbə: 

www.cia.gov

 world factbook, 2010 

 

Dövlət  büdcəsinin  kəsirinin  ÜDM-a  nisbəti  baxımından  ən  yaxşı  vəziyyət 



Azərbaycandadır.  Belə  ki,  Azərbaycanda  dövlət  büdcəsinin  kəsrinin  ÜDM-a 

nisbəti  0,8%  təşkil  edir.  Ən  pis  vəziyyət  isə  Gürcüstandadır.  Bu  ölkənin  büdcə 

kəsiri ÜDM-nun 6,6%-nə çatır. Gürcüstanda bücə kəsrinin ÜDM-a nisbəti 2009-cu 

ildə  9,2%,  2010-cu  ildə  isə  6,6%  təşkil  etmişdir.  BVF-nun  proqnozlarına  görə, 

Gürcüstanda  dövlət  büdcəsi  kəsrinin  ÜDM-a  nisbəti  2011-ci  ildə  4%-ə  qədər 

azalacaq. Ermənistanın büdcə kəsiri isə ÜDM-nun 4,9%-ni təşkil edir.  

 

 

 

 

 

 

 

 

869


450

407


111

112


4832

0

1000



2000

3000


4000

5000


6000

Azərbaycan

Gürcüstan

Ermənistan

Belarus

Moldova 


Ukrayna


Yüklə 225,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə