Better Research, Better Policy, Better Reform



Yüklə 225,14 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix27.03.2018
ölçüsü225,14 Kb.
#35324
1   2   3   4   5   6   7

 

Diaqram  5.  Ukraynada  illər  üzrə  ÜDM-in  strukturunun  dəyişmə  dinamikası 

(fazilə)  

 

Mənbə: DG Trade Statistics  , 2011 

Diaqramdan göründüyü kimi keçən 20 illik dövr ərzində Ukrayna iqtisadiyyatının 

strukturunda ciddi dəyişikliklər baş vermişdir. Đnkişaf etmiş ölkələrin təcrübəsində 

olduğu  kimi,  ÜDM-un  strukturunda  xidmət  sektorunun  xüsusi  çəkisi  artmağa, 

sənaye və kənd təsərrüfatının payı isə azalmağa başlamışdır. Eyni zamanda qlobal 

iqtisadi böhranda ağır sənaye sahələrinə mənfi təsir göstərmişdir.  

Azərbaycan 

iqtisadiyyatındakı 

problemlər 

isə 

daha 


çox 

iqtisadiyyatın 

diversifikasiyası  ilə  bağlıdır.  Azərbaycan  Resbuplikası  Dövlət  Statistika 

Komitəsinin    məlumatlarına  əsasən  2010-cu  ildə  ÜDM-un  strukturunda  neft 

sektorunun payı 55,6%, qeyri-neft sektorunun payı isə 44,4% təşkil edib.  

 

 



 

 

 

 

29,90%


17,10%

8,20%


25,60%

36,30%


29,40%

44,60%


46,60%

62,40%


0,00%

10,00%


20,00%

30,00%


40,00%

50,00%


60,00%

70,00%


1990

2000


2009

Kənd təsərrüfatı

Sənaye 

Xidmətlər




Diaqram  6.  Azərbaycanda  illər  üzrə  ÜDM-in  strukturunun  dəyişmə 

dinamikası (fazilə)  

 

 



 

Mənbə: DG Trade Statistics  , 2011 

 

 



Diaqramdan  göründüyü  kimi  ÜDM-un  strukturunda  sənayenin  payı  60%,  xidmət 

sektorunun  isə  31,8  %  təşkil  edir,  ümumi  daxili  məhsulun  əsas  hissəsini  təşkil 

edən sənayenin tərkibində mədənçıxarma sənayesinin payı isə 45,6%-ə çatır: Bu da 

əsasən  neft  və  qaz  hasilatından  ibarətdir.  Emal  sənayesinin  payı  5,4%-dir  ki, 

onunda 2,6%-ni neft məhsullarının istehsalı təşkil edir. 

2011-ci  ilin  yanvar-iyul  ayları  ərzində  neft  sektorunda  5,9  faiz  azalma  qeydə 

alınmışdır. Bu da öz növbəsində ÜDM-a mənfi təsir göstərmişdir. Belə ki,  Dövlət 

Statistika  Komitəsinin  məlumatına  əsasən,  neft  sektorundakı  azalma  ÜDM-un 

artım sürətinin 2 dəfə zəifləməsinə səbəb olmuşdur.   

Rəqəmlərdən də  aydın görünür ki.  Azərbaycan  iqtisadiyyatı  birtərəfli  inkişaf  edib 

və  neft  sektorunun  üzərində  qurulub.  Bu  da  iqtisadiyyatı  neftdən  asılı  etməklə, 

ciddi iqtisadi risklər yaradır. 

 

Digər öklələrdə ÜDM-un sahələr üzrə strukturu aşağıdakı cədvəldə göstərilmişdir. 



 

 

 



 

 

 



 

29%


17,10%

8,20%


32,90%

45,30%


60,00%

38,10%


38%

31,80%


0%

10%


20%

30%


40%

50%


60%

70%


1990

2000


2009

Kənd təsərrüfatı

Sənaye 

Xidmət



 

 

 



 

 

 



Diaqram  7.  Şərq  Tərəfdaşlığı  ölkələrində  ÜDM-un  sahələr  üzrə  strukturu, 

2009 (faizlə) 

 

 



Mənbə: DG Trade Statistics , 2011 

 

 



Belarus  iqtisadiyyatında  sənayenin  və  xidmət  sektorunun  payının  demək  olar  ki, 

bərabər  olmasına  baxmayaraq    son  illərdə  bu  nisbət  xidmət  sektorunun  xeyrinə 

dəyişir. Belarus ağır sənayesinin əsasını maşınqayırma və metallurgiya, yanacaq və 

kimya  sənayesi  təşkil  edir.  Belarus  əhalisinin  34,7%-i  sənaye  sahələrində  çalışır. 

Lakin  son  zamanlar  Belarus  sənayesi  çətin  günlərini  yaşayır.  Əsas  çətinlik 

sənayeyə  Birbaşa  xarici  investisiyaların  cəlbidir.Belə  ki,  ABŞ  tərəfindən  Belarus 

sənayesinə investisiya qoyuluşlarına emarqo qoyulmuşdur. 

Tarixən  Gürcüstan  sənayesinin  əsasını  kənd    təsərrüfatı  və  turizm  təşkil  etmişdir. 

Gürcüstan  kənd  təsərrüfatı  sahəsində  əsasən  üzüm,  sitrus  meyvələri  və  fındıq 

istehsalı  ilə  tanınırdı.  Lakin  getdikcə  Gürcüstan  sənayesi  kənd  təsərrüfatından 

uzaqlaşır  və  bu  sahənin  yerini  xidmət  sektoru  tutmağa  başlayır.  Diaqramdan 

göründüyü kimi xidmət sektoru ÜDM-un 60-ni təşkil edir. Son illər  Gürcüstanın 

xidmət sektorunun əsasını turizm  və maliyyə sektorları  təşkil edir.  Hər iki sahədə 

xarici  investisiyaların  həcmi  artmaqda  davam  edir.  Xüsusilə  bank  sektoruna  iri 

8,20%

8,20%


9,60%

9,60%


10%

20,70%


29,40%

60%


42,50%

21,40%


12,90%

34,60%


62,40%

31,80%


47,90%

69%


77%

44,80%


0,00%

10,00%


20,00%

30,00%


40,00%

50,00%


60,00%

70,00%


80,00%

90,00%


Ukrayna

Azərbaycan

Belarus

Gürcüstan



Moldova

Ermənistan

Kənd təsərrüfatı

Sənaye


Xidmət


transmilli  banklar  tərəfindən  investisiyar  qoyulur.  Bu  həm  də  son  illərdə 

Gürcüstanda  biznes  mühitinin  yaxşılaşması  ilə  əlaqədardır.  Belə  ki.  2010-cu  ildə 

Dünya bankı tərəfindən hazırlanan “Doing Business” hesabatında  Gürcüstan bütün 

postsovet ölkələrini ötərək 11-ci yerə yüksəlmişdir.  

Gürcüstan  ağır  sənayesinin  əsasını  isə  mis  hasilatı  təşkil  etmişdir.  Ağır  sənaye 

Rustavi Transqafqaz Metallurgiya Zavodu və Kutaisi Avtomatik Đşlər zavodlarının 

əsasında  fəaliyyət  göstərib.  Lakin  bu  zavodlar  keçmiş  Sovet  ölkələri  ilə 

müqavilələr  əsasında  fəaliyyət  göstəriridi.  SSRĐ  dağıldıqdan  sonra  bu  əlaqələr  də 

zəiflədi.  Rustavidəki  zavod  əsasən  Azərbaycandan  idxal  olunan  dəmir  filizi  ilə 

istehsalı davam etdirirdi. 

Gürcüstan  iqtisadiyyatı  son  dövrlər  Rusiya  ilə  müharibədən  sonra    öz  çətin 

dövrünü yaşamışdır. Gürcü mallarının Rusiyaya ixracına qadağa qoyulması ixracın 

zəifləməsinə səbəb olmuşdur. Bu ölkənin iqtisadiyyatına dünya iqtisadi böhranı da 

mənfi təsir göstərmişdir. 

 

Ümumiyyətlə, dünyada  böhran ili kimi yadda qalan 2008-ci ilən sonra ölkələr üzrə 



ÜDM-in artım dinamikası aşağı düşməyə başlamışdır.  

 

Cədvəl 1. Şərq Tərəfdaşlığı ölkələrində illər üzrə  ÜDM-un artım dinamikası. 

 

Đllər  üzrə  Şərq  Tərəfdaşlığı 



ölkələrində  ÜDM-un  artım 

dinamikası (faizlə) 

2005 

 

2006 



2007 

2008 


2009 

2010 


Azərbaycan 

9,8 


19,7 

34,5 


31,0 

11,6 


5,0 

Ukrayna 


12,0 

2,4 


7,1 

6,9 


2,1 

4,2 


Belarus 

6,4 


8,0 

9,9 


6,9 

9,2 


7,6 

Ermənistan 

9,0 

13,9 


13,4 

10,5 


7,6 

2,6 


Gürcüstan 

9,5 


7,0 

9,4 


10,0 

2,4 


6,4 

Moldova 


6,8 

7,5 


4,0 

6,0 


7,3 

6,9 


 

Mənbə:  Şərq Tərəfdaşlığı  ölkələrinin Statistika Komitləri, 2010 

 

Rəqəmlərdən göründüyü kimi, Gürcüstan iqtisadiyyatı 2007-2008-ci illər arasında 

10%-lik  sürətli  artım  dinamikası  nümayiş  etdirmişdir.  Bu  əsasən  ölkəyə  güclü 

xarici  investisiya  axını  və    geniş  həcmli  dövlət  investisiyaları  hesabına  mümkün 

olmuşdur.  Lakin  2008-ci  ilin  avqust  ayından  etibarən  Rusiya  ilə  müharibə 

nəticəsində  xarici  investisyaların  və  xaricdə  işləyən  ölkə  vətəndaşlarının 

göndərdikləri vəsaitlərin azalması ÜDM artımına mənfi təsir göstərmişdir. 

Ermənistan  iqtisadiyyatının  artım  templərinin  zəifləməsi  isə  əsasən  Rusiyadan 

göndərilən vəsiatlərin azalması hesabına baş vermişdir. Qlobal böhran səbəbindən 

xarici ölkələrdə işləyən Ermənistan vətəndaşlarının əmək haqlarının və gəlirlərinin 

azalması bu ölkəyə mənfi təsir etmişdir.  

Belarus  iqtisadiyyatı  2009-cu  ilə  kimi  artım  nümayiş  etdirsədə,  2010-cu  ildən 

etibarən  bu  ölkədə  də  iqtisadi  artım  tempi  azalmağa  doğru  meyl  edir.  Belarus 

iqtisadiyyatı  həddən  artıq  dövlət  müdaxiləsinə  məruz  qalmışdır.  Lakin  böhrandan 




Yüklə 225,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə