Барак Обама



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə13/134
tarix18.06.2018
ölçüsü4,8 Kb.
#49652
1   ...   9   10   11   12   13   14   15   16   ...   134

 
29 
siyasi  döyüĢ  kimi  deyil,  əsasən  insanın  Ģəxsiyyətinin  və  onun  mənəvi 
statusunu müəyyən edən fərdi seçim kimi görünürdü. 
Mənə  belə  gəlir  ki,  altmıĢıncı  illərin  mühüm  problemlərini  bütünlüklə 
həll etmək mümkün olmadı. Bəlkə də, kontrmədəniyyətlərin qızğınlığı bütöv 
siyasi  baxıĢlar  əvəzinə  tezliklə  istehlak  yanğısına,  hansısa  bir  digər  həyat 
obrazına  və  yeni  musiqi  zövqlərinə  çevrildi,  lakin  irqlər  arasındakı 
toqquĢma, müharibə, yoxsulluq, cinslər arasındakı münasibətlər gündəlikdə 
qalmaqda davam etdi. 
Lakin,  bəlkə  də  hər  Ģey  sadəcə  olaraq  «Doğum  canlanması»  nəslinin 
çoxsaylılığında,  o  demokratik  gücdə  idi  ki,  siyasətdə  və  həyatın  digər 
sahələrində  çox  güclü  maqnit  çölü  -  «Viaqra»  bazarından  tutmuĢ 
istehsalçıların  öz  maĢınlarına  quraĢdırdığı  fincan  tutanların  sayına  qədər  – 
yaradır. 
Necə  olsa  da,  Reyqandan  sonra  Respublikaçılar  və  Demokratlar, 
liberallarla  mühafizəkarlar  arasındakı  sərhəd  daha  çox  dərəcədə  ideologiya 
sahəsinin anlayıĢları ilə müəyyən edilməyə baĢladı. Bu kompensasiya ayrı-
seçkiliyi, cinayətkarlıq, yardım, abort və məktəbdə dua oxumaq problemləri, 
indiyə  qədər  davam  edən  mübahisələr  kimi  ağrılı  məsələlərdə  müəyyən 
mənaya  malik  idi.  Digər  vəzifələrə  gəldikdə,  bunlar  istər  böyük  ya  kiçik, 
daxili və ya xarici siyasət məsələləri  olsun, - burada bütün cavbalar palitrası 
məhdud «hə və yox», «leyihinə və ya əleyhinə», «bizim və bizim olmayan» 
cavablarında ifadə olunurdu. Ġqtisadi strategiya əbədi rəqiblər olan istehsalçı 
ilə  istehlakçının,  necə  deyərlər,  aĢbazla  yeyənin  arasındakı  hərtərəfli  geniĢ 
danıĢıqlar  predmeti  olmasını  dayandırdı.  Menyu  yalnız  iki  xörəyi  – 
vergilərin azaldılmasını, hökumətin iri və ya bir qədər kiçik olmasını təklif 
edirdi.  Ekologiya  sahəsində  bizim  təbii  sərvətlərimizin  qorunub  saxlanması 
ilə  müasir  istehsalın  tələbləri  arasındakı  tarazlıq  artıq  heç  kəsi 
maraqlandırmırdı.  Yalnız  nəzarətdən  kənar  buruq  qazılmasını,  geoloji 
kəĢfiyyatı,  açıq  mədən  istismarını  dəstəkləmək  və  ya  yenilik  cücərtilərini 
kökündən qoparıb çıxaran sərt bürokratiya tərəfdarlarına qoĢulmaq lazım idi. 
Böyük  siyasətdə  olmasa  da,  gündəlik  siyasi  həyatda  sadəlik  danılmaz 
ləyaqət hesab olunmağa baĢladı. 
Hətta  Respublikaçıların  ardıcıl  olaraq  Reyqanı  müdafiə  edən  
liderlərinin  də  onun  dövründə  siyasətin  götürdüyü  istiqamətdən  razı 
olduqlarına  Ģübhə  edirəm.  Böyük  Corc  BuĢun  və  ya  Bob  Doulun  dilindən 
çıxan  qütbvari  dünya  və  qəbul  etməmək  siyasəti  barədə  bəyanatları  daim 
zorla tələffüz edilən kimi səslənirdi, daha çox Demokratlardan səs qoparmaq 
məqsədini  güdürdü,  heç  də  dövlətin  idarə  edilməsi  barədəki  düĢünülmüĢ 
təkliflər  deyildi.  Hakimiyyətin  zirvələrinə  yüksəlməli  olan  mühafizəkar 
siyasətçilərin  gənc  nəsili  –  Nyut  Qinqriç,  Karl  Rouv,  Qrover  Norkvist  və 


 
30 
Rolf  Rid  üçün  bu  qaynayan  ritorika  sadəcə  seçkiqabağı  kampaniya  vasitəsi 
olmadı.  Onlar  buna səmimi  Ģəkildə  inanaraq  «Yeni  vergilərə  –  yox»  və  ya 
«Biz  xristian  millətiyik»  Ģüurlarını  irəli  sürdülər.  Onların  sərt  doktrinaları, 
radikal  tədbirləri,  istənilən  səbəbə  görə  inciməyə  daim  hazır  olmaları 
mühafizəkarların,  yeni  rəhbərlərini  altmıĢıncı  illərdəki  «yeni  solların» 
liderlərinə  daha  çox  oxĢayan  etdi.  Onların  sol  cinahdan  olan  siyasi 
əleyhdarları  kimi  sağların  yeni  avanqardı  siyasi  mübarizədə  məhz  sadəcə 
müxtəlif siyasi konsepsiyaların yarıĢını deyil, xeyirlə Ģər arasındakı döyüĢü 
görürdülər.  Hər  iki  partiyanın  fəalları  səhvsiz  testlər,  loyallığı  yoxlamaq 
qaydalarını  hazırlamaqla  məĢğul  idilər.  Bu  vaxt  istənilən  demokrat  aborta 
icazə verilməsində Ģəkk etməyə baĢlasa, o saatca tam izolyasiyaya düĢürdü, 
silah  gəzdirməyə  nəzarəti  dilinə  gətirən  istənilən  respublikaçı  isə  bu  vaxt 
siyasi izqoya çevrilirdi.  
Bu Manixeyn hiylələrində kompromiss zəiflik əlaməti kimi görünməyə 
baĢladı, bu zəifliyin arxasınca mütləq cəza gəlməli idi. Kim bizimlə deyilsə, 
o, bizim əleyhimizədir. BaĢqa alternativ yoxdur. 
Bill  Klintonun  Ģəxsi  xidməti  ondan  ibarət  idi,  o,  bu  ideoloji  çıxılmaz 
vəziyyətdən  uzaqlaĢmağa  cəhd  etdi,  təkcə  “mühafizəkar”  və  “liberal” 
yarlıklarının  Respublikaçılara  fayda  verdiyini  nəinki  etiraf  etdi,  həm  də 
onunla razılaĢdı ki, bizim problemləri həll etmək üçün bu iki kateqoriya heç 
də  kifayət  deyildir.  Reyqan  dövrünün  Demokratları  yöndəmsiz,  açıq  və  ya 
qorxulu dərəcədə soyuqqanlı kimi görünə bilərdilər (ilkin seçkilərin mühüm 
mərhələsi  ərəfəsində  əqli  cəhətdən  zəif  olan  adamın  edamını  yada  salın). 
Prezidentliyinin ilk iki ilində Klintonu öz siyasi platformasının bir sıra əsas 
müddəalarından  uzaqlaĢmağa  məcbur  etdilər,  bunlar  səhiyyə  barədə 
ümumilli  proqram,  məktəb  və  peĢə  təhsilinə  nəhəng  investisiya  yönəltmək 
istəyi  idi.  Bu  müddəalar  isə    yeni  iqtisadi  Ģəraitdə  iĢləyən  ailələrin 
mövqeyini  zəiflədən  və  artıq  uzun  müddət  davam  edən  meylləri  həlledici 
qaydada dəyiĢə bilərdi. 
Hansısa  duyğusu  ilə  Klinton  Amerika  xalqına  bolluqla  paylanan 
vədlərin bütün yalanını anladı. O, gördü ki, gəlirlər və məsariflər üzərindəki 
dövlət  nəzarəti  lazımınca  təĢkil  olunduqda,  bu  tədbir  iqtisadi  yüksəliĢin 
tormozuna  deyil,  mühərrikinə  çevrilir.  Bazarlar  və  fiskal  (maliyyə-
tərcüməçi)  intizamı  sosial  ədalətin  təntənəsinə  Ģərait  yaradır.  O,  razılaĢırdı 
ki,  yoxsulluğa  qarĢı  mübarizə  üçün  təkcə  bütün  cəmiyyət  deyil,  həm  də 
ayrılıqda  hər  bir  adam  cavabdehlik  daĢıyır.  Gündəlik  fəaliyyəti  ilə  olmasa 
da, özünün “Üçüncü yol” siyasi platforması ilə Klinton narazılıqları həll edə 
bildi.  O,  hər  cür    ideologiyadan  uzaq  olan  praqmatik  niyyətə  üstünlük 
verirdi. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə