Барак Обама



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə22/134
tarix18.06.2018
ölçüsü4,8 Kb.
#49652
1   ...   18   19   20   21   22   23   24   25   ...   134

 
48 
qazandırılırsa,  biz  bütün  iradəmizi  toplayıb,  qızıĢan  ehtirasları 
sakitləĢdirməli və qarĢılıqlı qəbul edilən həll yolunu tapmalıyıq.  
Bəzən bu hüquq tarazlığı nisbətən asan baĢa gəlir. Biz hamımız razıyıq 
ki  deyək,  Ģəxsi  azadlıq  baĢqasına  təhlükə  törədəndə  cəmiyyət  onu 
məhdudlaĢdırmaqda haqlıdır. Birinci düzəliĢ ağzına qədər dolu olan teatrda 
«yanğın»  deyə  qıĢqırmağa  bizə  icazə  vermir.  Dini  ibadətləri  icra  etmək 
hüququ heç də insanların qurban verilməsini nəzərdə tutmur. Elə bu qaydada 
da  biz  razılaĢırıq  ki,  dövlət  bizə  hətta  öz  xeyrimizə  olsa  belə  addımbaĢı 
nəzarət  etməməlidir.  Yalnız  az  sayda  amerikalı  özünü  rahat  hiss  edə  bilər, 
əgər baĢa düĢsə ki, hökumət deyək ki, onun nə yediyini bilir, baxmayaraq ki, 
ölümlərin  çoxu  və  müalicəyə  sərf  olunan  böyük  məbləğlər  artıq  çəkinin 
zərərli  olduğunu  sübut  edir.  Çox  hallarda  əks  dəyərlərin  balansına  riayət 
edilməsi  heç  də  asan  iĢ  deyildir.  Konflikt  bizim  düzgün  olmayan  kursu 
seçdiyimizə  görə  deyil,  ancaq  ona  görə  əmələ  gəlir  ki,  biz  mürəkkəb  və 
ziddiyyətli  dünyada  yaĢayırıq.  Məsələn,  mən  möhkəm  əminəm  ki,  11 
sentyabrdan  sonra  biz  terrorizmlə  mübarizədə  konstitusiya  prinsiplərini 
olduqca qeyri-müəyyənlik qaydasında Ģərh edirik. Ancaq mən  onu da etiraf 
edirəm  ki,  ən  müdrik  prezident  və  ən  ehtiyatlı  Konqress  belə  kollektiv 
təhlükəsizlik  tələbləri  ilə  vətəndaĢ  azadlıqlarına  riayət  edilməsinin  aydın 
zərurətini uyğunlaĢdırmağı asanlıqla tapa bilməzdi. Mənə belə gəlir ki, bizim 
iqtisadi  strategiyamız  sənaye  fəhlələrinin  iĢdən  çıxarılmasına  və  sənaye 
Ģəhərlərinin  tənəzzülünə  qarĢı  kifayət  qaydada  tədbirlər  nəzərdə  tutmur. 
Ancaq  mən  iqtisadi  təhlükəsizlik  və  rəqabət  qabiliyyətinin  maraqlarına  da 
məhəl qoymaya bilmərəm. 
Təəssüf ki, bir çox hallarda ümumilli mübahisələrdə biz hətta bu sadə 
olmayan  qərarları  müzakirə  etməyə  gəlib  çatmırıq.  Bunun  əvəzində  həmin 
siyasətin  səcdə  qıldığımız  dəyərlərlə  bizə  xoĢ  gəlməyən  qaydada 
toqquĢmasının  dərəcəsini  ĢiĢirdirik,  yaxud  da  seçdiyimiz  siyasi  xətt  əks 
tərəfin dəyərləri ilə heç cür uzlaĢmayanda biz danıĢmamağa üstünlük veririk. 
Misal  üçün,  hər  dəfə  hökumətin  bazarın  nizamlanmasına  müdaxiləsi  və  ya 
silah  gəzdirmək  hüququ  müzakirə  olunanda  mühafizəkarlar  Ģaha  qalxırlar. 
Bu  vaxt  həm  də  onlardan  çoxunu,  telefon  danıĢıqlarının  icazə  verilmədən 
dinlənilməsi  və  ya  seksual  meylə  nəzarət  cəhdləri  heç  cür  narahat  etmir. 
Əksinə, liberallarda qəzəb yaratmağın ən asan yolu mətbuat azadlığına və ya 
qadının nəsl artırmaq azadlığına müdaxilədir. Əgər siz həmin liberalla kiçik 
biznesin nizamlanmasının mümkün olan dəyəri barədə söhbət aparsanız, bu 
vaxt yəqin ki, təəccüblü mənasız baxıĢa rast gələcəksiniz. 
Bizimki  kimi  çoxmüxtəlifliyi  olan  ölkədə  dövlət  müdaxiləsinin 
həddinin  haradan  keçməli  olduğu  barədə  mübahisələr  səngimək  bilmir. 
Bizim  demokratiya  belə  qurulmuĢdur.  Ancaq  onun  arxitekturasını 


 
49 
təkmilləĢdirmək  olardı,  bu  Ģərtlə  ki,  etiraf  edək  ki,  bizim  bütün  dəyərlər 
hörmətə layiqdir; əgər ki, ən azı liberallar, ovçunun istirahətində öz silahına 
kitabxanasında olan kitab kimi münasibət bəsləməsi fikri ilə razılaĢsaydılar 
və  ya  əgər  konservatorlar  qadınların  əksəriyyətinin  abort  hüququ  ilə 
özlərinin  qorunmasını  da,  dindarların  ibadət  azadlığı  hüququ  kimi  hiss 
etdiklərini baĢa düĢsəydilər. 
Belə  qisimdən  olan  təcrübələrin  yekunu  bir  qədər  gözlənilməz  Ģəkildə 
də ola bilər. Ġllinoys Senatına seçkilərdə Demokratlar yenidən çoxluq alan ili 
mən qanuna görə ölüm hökmü çıxardıla bilən iĢlərin istintaqının və oradakı 
etirafların  məcburi  qaydada  videoyazısının  aparılması  barədə  qanun 
layihəsini  irəli  sürdüm.  Bu  cəzanın  heç  də  cinayətkarlığın  azalmasına 
köməklik etmədiyinə həyatın özü məni inandırsa da, hesab edirəm ki, bir sıra 
cinayətlərə – kütləvi qırğın, zorlama və ya uĢağın öldürülməsi, baĢqa sözlə 
ən iyrənc cinayətlərə görə cəmiyyət öz qəzəbinin mütləq ifadəsi kimi ölüm 
hökmü tələb etməkdə tam hüquqa malikdir. Digər tərəfdən, Ġllinoysda həmin 
vaxtlar belə iĢlərin araĢdırılması səhvlərlə, polislərin Ģübhəli hərəkətləri ilə, 
irqi təlatümlərlə, qərəzli məhkəmə təhqiqatı ilə müĢayiət olunurdu, ona görə 
də  ölüm  hökmünə  məhkum  edilmiĢ  on  üç  nəfəri  dustaqxanalardan  azad 
etmək  lazım  gəlmiĢdi,  Respublikaçı  qubernator  isə  hökmün  icra  edilməsi 
üzərinə moratori qoymuĢdu. 
Ölüm  hökmü  sisteminin  yubanmadan  islahata  uğraması  zərurətinə 
baxmayaraq,  çoxları  mənə  deyirdi  ki,  qanun  layihəsi  keçməyəcəkdir.  ġtat 
adından  çıxıĢ  edən  ittihamçılar  və  polis  iĢçiləri  bunun  qəti  əleyhinə  çıxıĢ 
edib, deyirdilər ki, videoyazı çox əziyyətli və çox xərc tələb edən iĢdir, həm 
də  bu,  məhkəmə  təqibinin  dayandırılmasını  çətinləĢdirə  bilər.  Ölüm 
hökmünün ləğv edilməsi lehinə çıxıĢ edənlər qorxurdular ki, bir qədər ciddi 
islahat  hökmlərin  ciddiliyinə  zərbə  vurcaqdır.  Mənim  qanunverici 
kolleqalarım  ehtiyat  edirdilər  ki,  birdən  onları  cinayətkarlara  qarĢı  ifrat 
yumĢaqlıqda ittiham edə bilərlər. Yenicə seçilmiĢ Demokrat qubernator isə 
öz  seçkiqabağı  kampaniyasında  açıq  Ģəkildə,  istintaqda  videoyazının 
aparılması əleyhinə danıĢmıĢdı. 
Bizim  günlərin  siyasətçiləri  belə  hallarda  öz  mövqelərini  dəqiq 
müəyyənləĢdirməli idilər. Ölüm hökmünün əleyhdarları irqçilik barədə, polis 
iĢçilərinin düzgün olmayan davranıĢları barədə danıĢa bilərdilər, hamını və 
hər kəsi inandırardılar ki, mənim qanun layihəm cinayətkarlara göz yumur. 
Bunun  əvəzində  biz  bir  neçə  həftə  ərzində  ittihamçılarla,  dövlət 
müdafiəçiləri ilə, ölüm hökmünün əleyhdarları ilə, polis iĢçiləri ilə bir neçə 
müĢavirə keçirdik. Bu müĢavirələrə mətbuat nümayəndələri olduqca məhdud 
qaydada  buraxılırdı.  Mən  diqqəti  bizim  ciddi  fikir  ayrılıqlarımız  üstündə 
cəmləĢdirdim,  hamımız  üçün  ümumi  olan,  ölüm  hökmü  barədə  Ģəxsi 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə