Барак Обама



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə132/134
tarix18.06.2018
ölçüsü4,8 Kb.
#49652
1   ...   126   127   128   129   130   131   132   133   134

 
275 
kiĢilər  üçün  vaxt  gəlib  çatmıĢdır  ki,  öz  ailələrində  olmamaq  barədəki 
bəhanələri  kənara  atsınlar.  Mən  auditoriyadakı  kiĢilərə  xatırlatdım  ki,  ata 
olmaq uĢağa ata olmaqdan daha artıq məna kəsb edir. Hətta bizlərdən fiziki 
cəhətdən  ailədə  olub,  emosional  cəhətdən  orada  olmayanlar  ona  görə 
meydana  gəlir  ki,  bizim  çoxumuzun  evdə  atası  olmamıĢdır,  biz  öz 
səylərimizi artırmalıyıq ki, bu çevrəni qırıb dağıdaq, əgər biz uĢaqlarımızdan 
çox Ģey tələb ediriksə, bizim özümüzdən daha artıq tələb etməliyik. 
Bu sözləri xatırlayanda mən bəzən özümdən soruĢuram ki, özüm görən 
bu  nəsihətlərə  nə  qədər  uyğun  gəlirəm.  Mənim  o  vaxt  müraciət 
etdiklərimdən çoxundan fərqli olaraq ailəmə çörək qazanmaq üçün iki iĢdən 
yapıĢmağa və ya gecə növbəsinə getməyə  ehtiyacım yoxdur. Mən elə iĢ tapa 
bilərdim ki, o mənə hər axĢam evdə olmağa imkan versin. Və yaxud mən elə 
iĢ  tapa  bilərdim  ki,  çox  pul  gətirim,  elə  iĢ  ki,  ona  sərf  etdiyim  uzun  vaxt 
ailəm  üçün  hansısa  hiss  olunan  fayda  ilə  əsaslandırıla  bilsin,  deyək  ki, 
MiĢelə  öz  iĢ  vaxtını  qısaltmağa  və  ya  uĢaqlar  üçün  hansısa  iri  məbləğdə 
maddi yardım almağa imkan versin. 
Lakin mən gülməli iĢ cədvəli olan həyatı seçdim, o həyatı ki, MiĢel və 
qızlarımla  uzun  ayrılıqları  tələb  edir  və  MiĢeli  cürbəcur  stresslərə  məruz 
qoyur.  Mən  özümə  deyə  bilərəm  ki,  böyük  hesabda  nəzərə  aldıqda  mən 
siyasətlə  Maliya  və  SaĢa  üçün  məĢğul  oluram,  mənim  iĢim  onlar  üçün 
dünyanı daha yaxĢı edəcəkdir.  Lakin belə haqq qazandırmalar, səsverməyə 
görə mən  məktəb bayramını buraxanda və ya  MiĢelə  zəng  edib, sessiyanın 
uzandığını  və  məzuniyyəti  təxirə  salmaq  lazım  olduğunu  deyəndə,  az 
inandırıcı  səslənir.  Bundan  baĢqa,  siyasətdəki  mənim  bu  yaxınlardakı 
uğurlarım günah hissini pis  sakitləĢdirir. MiĢel bir yarızarafatla dediyi kimi, 
qəzetdə  atanın  fotoĢəkilini  birinci  dəfə  çıxanda  görmək  yaxĢıdır,  lakin  bu 
Ģəkil daim orada çıxırsa – bir qədər yaxĢı olmur. 
BaĢımda  fırlanan  bu  ittihamlara  bütün  gücümlə  cavab  tapmağa 
çalıĢıram.  Ġttihamlar  isə  ondan  ibarətdir  ki,  mən  eqoistəm,  Ģöhrətpərəstliyə 
görə  və  ya  ürəyimdəki  boĢluğu  doldurmaq  üçün  bu  iĢlə  məĢğulam.  Mən 
Ģəhərdə olanda, çalıĢıram ki, Ģam yeməyinə evdə olum ki, Maliya və SaĢanın 
onların  günlərinin  necə  keçdiyi  barədə  danıĢdıqlarına  qulaq  asım,  onlara 
kitab  oxuyum  və  onları  yatmağa  yola  salım.  Mən  çalıĢıram  ki,  bazar 
günlərinə  tədbirlər  planlaĢdırmayım  –  yayda  mən  bu  günü  qızlarımı 
zooparka və ya hovuza aparıram, qıĢda biz muzeyə və ya akvariuma gedirik. 
Qızlarım  özlərini  pis  aparanda  azacıq  danlayıram  və  çalıĢıram  ki,  onlar 
mümkün  qədər  televizora  az  baxsınlar  və  «boĢ  kalorili»  yeməkləri  az 
yesinlər. Hər Ģeydə  mən MiĢeldən nümunə götürürəm,  ancaq bəzən  məndə 
belə bir hiss yaranır ki, mən onun ərazisinə  müdaxilə edirəm – özümün evdə 
olmamağım hesabına onun qurduğu dünyaya qarıĢmaq sahəsindəki müəyyən 


 
276 
hüquqlardan  mən  məhrum  olmuĢam.  Qızlara  gəldikdə,  mənim  tez-tez  evdə 
olmadığıma  baxmayaraq  onlar  özlərini  açıqca  əla  hiss  edirlər.  Bu  əsasən 
MiĢelin  tərbiyə  üsulunun  faydalı  olduğunu  bildirir,  o,  Maliyaya  və  SaĢaya 
optimal  qaydada  yanaĢmaq  bacarığına  malikdir,  dəqiq  hədlər  qoya  bilir  və 
bu  zaman  azadlığı  da  pozmur.  O,  həmçinin  çalıĢır  ki,  mənim  Senata 
seçilməyim  qızların  adəti  iĢ  cədvəllərinə  güclü  qaydada  təsir  göstərməsin, 
baxmayaraq  ki,  orta    sinifdən  olan  amerikan  körpəsinin  normal  uĢaqlığının 
indi  nə  hesab  olunduğu  anlayıĢı  tərbiyə  anlayıĢının  özü  kimi  dəyiĢilmiĢdir. 
Valideynlərin  sadəcə  olaraq  küçəyə  və  parka  göndərdiyi  və  Ģam  yeməyinə 
qədər  dönməyi tapĢırdığı vaxtlar ötüb keçmiĢdir. Bu gün, xəbərlərdə adam 
oğurluğu  barədə  məlumatlar  verildiyi  və  öz-özünə  törəyən  hər  Ģeyə,  hətta 
sadəcə olaraq azacıq zəifliyə açıq Ģübhə ilə yanaĢıldığı bir vaxtda uĢaqların 
cədvəli öz valideynlərininki kimi eyni dərəcədə gərgindir. Buna oyun üçün 
görüĢlər,  balet  dərsləri,  gimnastika,  tennis,  fortepiano  çalmağı  öyrənmək 
dərsləri,  futbol  və  bir  qədər  həftəlik  bayramlara  bənzəyən  ad  günləri 
daxildir. Mən Maliyaya dedim ki, mənim bütün böyüdüyüm illərdə cəmi iki 
ad  günü  Ģənliyində  olmuĢam,  onların  hər  birində  beĢ-altı  uĢaq,  kağız 
Ģlyapalar və tort  var idi. O, mənə öz babama Depressiya zamanları barədə 
danıĢanda baxdığım kimi, maraq və imkansızlığın qarıĢığı Ģəklində baxdı. 
UĢaqların bütün hərəkətlərini MiĢel nizamlamalı olur. Bacardığım vaxt 
mən öz köməyimi təklif edirəm, MiĢel bunu qiymətləndirir, ancaq çalıĢır ki, 
mənim  vəzifələrimi  məhdudlaĢdırsın.  Keçən  ilin  iyununda  SaĢanın  ad 
günündən  əvvəl  mənə  iyirmi  hava  Ģarı,  iyirmi  uĢağa  çatacaq  pendirlə 
hazırlanmıĢ pittsa və buz tapıb gətirməyi dedilər. Bunun icra olunması çətin 
deyildi  və  MiĢel  mənə  xəbər  verəndə  ki,  uĢaqlara  paylanacaq  hədiyyə 
kisələri almağa gedəcəkdir, mən təklif etdim ki, qoy onları da mən alım. O, 
güldü. 
-
 
ġirniyat  kisələri  ilə  sən  bacarmazsan,  -  o,  dedi:  -  Qoy  sənə  Ģirniyyat 
kisələrinin  nə  olduğunu  izah  edim.  Hədiyyələr  mağazasına  gedib,  kisələri  
seçmək lazımdır. Sonra kisələrə nə qoyulacağını seçmək lazımdır.  Həm  də 
oğlan  uĢaqları  üçün  olan  kisələrdəkilər  qızlar    üçün  olanlardan 
fərqlənməlidir.  Sən  mağazada  bir  saat  gəzəcəksən,  sonra  isə  sadəcə  olaraq 
baĢın fırlanacaqdır. 
Artıq əvvəlki əminliyi hiss etmədən  mən Ġnternetdə axtarıĢa baĢladım. 
ġarları satan və bayramın keçiriləcəyi gimnastika studiyasının yaxınlığında 
yerləĢən  mağazanı  tapdım,  digər  mağaza  isə  günorta  3:45-də  pittsanı 
gətirəcəyinə söz verdi. Sabahısı günü qonaqlar yığıĢanda Ģarlar yerində idi, 
Ģirə qutuları buza qoyulmuĢdu. Mən digər valideynlərlə birlikdə oturub son 
dedi-qoduları dinləyirdim, iyirmi nəfər beĢ yaĢlı uĢağın qaçmasına, mayallaq 
vurmasına,  idman  avadanlıqlarında  tullanmasına  baxırdım,  onlar  əsl  Ģən 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə