Барак Обама



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə127/134
tarix18.06.2018
ölçüsü4,8 Kb.
#49652
1   ...   123   124   125   126   127   128   129   130   ...   134

 
265 
arzusunu  qiymətləndirirəm.  Mən  çox  vaxt  radio  ilə  lirik  mahnının  sözlərini 
eĢidəndə eyni hissləri yaĢayıram. 
Lakin  bütövlükdə  mən  cinsi  əxlaqın  normalarına  riayət  edilməsini 
təmin  etmək  üçün  hökuməti  hərəkətə  gətirmək  istəyən  adamlara  rəğbət 
bəsləyirəm. Əksər amerikalılar kimi seks məsələlərini, nikaha daxil olmanı 
və  uĢaqların  doğulmasını  olduqca  Ģəxsi  bir  iĢ  hesab  edirəm  –  onlar  bizim 
Ģəxsi  azadlıq  sistemimizin  mərkəzində  dayanırlar.  Haradakı  Ģəxsi  qərarlar 
baĢqalarına  xeyli  ziyan  vura  bilər  –  uĢaqlarla  pis  və  ya  qəddarcasına 
davranmaq,  insest  (qanqarıĢdırıcı  əlaqə),  biqamiya  (ikiarvadlılıq  və  ya 
ikiərlilik - tərcüməçi), evdəki zorakılıq və ya uĢağa görə alimenti ödəməmək 
hallarında  -  cəmiyyət  buna  qarıĢmaq  hüququna  malikdir  və  qarıĢmalıdır. 
(RüĢeymin  Ģəxsiyyət  olduğuna  inananlar,  bu  kateqoriyaya,  yəqin  ki,  abortu 
da daxil edirlər). Mən baĢqa hallarda prezidentin, Konqressin və ya hökumət 
bürokratiyasının  amerikalıların  yataq  otağında  nə  baĢ  verdiyini 
nizamlamalarının tərəfdarı deyiləm. 
Bundan əlavə, mən düĢünmürəm ki, bizim zənnimizə görə onlara daha 
uyğun gələn  münasibətlərə girməsinə adamları qorxu və güc tətbiq etməklə 
məcbur  etsək,  bununla  ailəni  möhkəmləndirə  bilərik.  Və  ya  cinsi  nəzakət 
barədə bizim təsəvvürlərimizə uyğun gəlməyənləri də cəzalandırmaq ailənin 
möhkəmlənməsinə xidmət edə bilməz. Mən ona kömək etməyə çalıĢıram ki, 
gənc adamlar seksə və intim münasibətlərə daha böyük hörmətlə yanaĢsınlar 
və o valideynləri, kilsələri və yerli ictimai proqramları alqıĢlayıram ki, onları 
buna  öyrədir.  Ancaq  mən  yeniyetmə  qızı  –  doğuĢa  nəzarət  vasitələrini 
tapmaq  mümün  olmadığından  bütün  ömrü  boyu  mübarizə  aparmağa 
məhkum  etmək  istəmirəm.  Mən  istəyirəm  ki,  cütlüklər  nikahla  bağlı  olan 
öhdəliklərin  və  qurbanların  dəyərini  anlasınlar.  Ancaq  mən  istəmirəm  ki, 
onların  Ģəxsi  Ģəraitlərindən  asılı  olmayaraq  cütlükləri  bir  yerdə  saxlamaq 
üçün qanun gücündən istifadə edilsin. 
Bəlkə də mən hesab edirəm ki, insan ürəyinin yolları çox müxtəlifdir və 
mənim  Ģəxsi  həyatım  tam  mükəmməl  deyil  ki,  mən  baĢqalarının  əxlaqını 
mühakimə edim. Lakin mən bilirəm ki, MiĢellə mənim nikahımın ön dörd ili 
ərzində baĢqalarının Ģəxsi həyatında etdikləri mübahisə bizim ailədə bir dəfə 
də baĢ verməmiĢdi. 
Bizim haqqında mübahisə etdiyimiz məsələ - bu daimi xarakter daĢıyır, 
-  iĢ  və  ailəni  necə  uyğunlaĢdırmaqdır  ki,  bu  MiĢelə  qarĢı  ədalətli  olsun  və 
bizim uĢaqlarımıza yaxĢı olsun. 
Bunda  biz  tək  deyilik.  AltmıĢıncı  və  yetmiĢinci  illərin  əvvələrində 
MiĢelin  böyüdüyü  kimi  ailələrdə  -  bu  ailələrin  70  faizindən  çoxunda  ana 
evdə oturub, ata isə yeganə çörək qazanan idi. 


 
266 
Bu  gün  mütənasiblik  tərsinə  dəyiĢilmiĢdir.  Ailələrin  yetmiĢ  faizinə  ya 
hər ikisi də iĢləyən valideynlər, ya da biri iĢləyən valideynlər baĢçılıq edir. 
Nəticədə  mənim  strategiya  üzrə  müĢavirim,  iĢ  və  ailə  məsələləri  üzrə 
mütəxəssis  olan  Karen  Kornblnunun  adlandırdığı  «jonqlyor  ailəsi»  əmələ 
gəlir.  Bu  ailədə  valideynlər  çətinliklə  hesabları  ödəməyə  çalıĢır,  uĢaqlara 
baxır,  ev  təəssüratlarını  və  öz  münasibətlərini  saxlayırlar.  Belə  daimi 
jonqlyorluq  etmə  ailə  həyatına  mənfi  təsir  göstərir.  Karen  «Nyu  Amerika 
faundeyĢn» təĢkilatı yanında «ĠĢ və ailə»  probleminin rəhbəri olanda mənə 
bunu  izah  etdi  və  Senatın  UĢaq  və  Ailə  yarımkomissiyanın  qarĢısında 
Ģəhadət verdi: 
«Bu  gün  1969-cu  ildə  olduğuna  nisbətən  hər  amerikan  öz  uĢaqları  ilə 
keçirmək üçün həftədə 22 saat az vaxta malikdir. Hər gün milyonlarla uĢaq 
lissenziya  almamıĢ  gündüz  uĢaq  müəssisələrində  və  ya  dayəsi  ilə  birlikdə 
evdə televizor qabağında qalır. ĠĢləyən analar hər Ģeyin öhdəsindən gəlmək 
üçün  gündə  bir  saat  yuxularını  itirirlər.  Son  məlumatlar  göstərir  ki,  məktəb 
yaĢlı  uĢaqların  valideynlərində  stress  əlamətləri  daha  güclü  Ģəkildə  təzahür 
edir, bu stress onların iĢinin məhsuldarlığına təsir göstərir, onları çeviklikdən 
məhrum  olan  iĢ  cədvəlləri  vardır  və  məktəbdən  sonra  uĢağını  qoymağa 
müvafiq bir yeri də yoxdur». 
TanıĢ sözlərdirmi? 
Sosial  konservatorlardan  çoxu  deyinir  ki,  qadınların  evdən  ayrılıb  iĢə 
getməsi birbaĢa  feminist ideologiyasının nəticəsidir və bundan belə çıxır ki, 
əgər qadınlar ağıllarını baĢlarına yığsalar Ģərait bərpa oluna bilər və onlar öz 
ənənəvi ev sahibəsi yollarına qayıdarlar. Bu düzdür ki, qadınların bərabərliyi 
ideyaları  məĢğulçuluğun  transformasiyasında  həlledici  rol  oynadı;  əksər 
amerikalıların  anlamında  qadına  özünə  keryera  düzəltmək  imkanı,  maddi 
müstəqilliyinə nail olması və kiĢilərlə bərabər öz istedadlarını reallaĢdırması 
müasir həyatın ən böyük nailiyyətlərindən biridir. 
Lakin  orta  amerikan  qadını  üçün  iĢə  getmək  –  bu  sadəcə  olaraq 
müasibətin dəyiĢilməsi deyildir. Bu güc-bəla ilə dolanmaq cəhdidir. 
Faktlara  müraciət  edək.  Son  otuz  il  ərzində  amerikalı  kiĢinin  əmək 
haqqı  inflyasiyanı  nəzərə  almaqla  bir  faizdən  az  artmıĢdır.  Həmin  vaxt 
ərzində hər Ģeyin qiyməti, mənzildən tutmuĢ tibbi  xidmətə və təhsilə qədər, 
daim  artmıĢdır.  Məhz  ananın  maaĢı  amerikan  ailələrinin  böyük  hissəsinin 
orta  sinifdən  çıxmasına  imkan  verməmiĢdir.  Elibazet  Uorren  və  Ameliya 
Tyaqi  özlərinin  «Ġkili  gəlirin  tələsi»  kitabında  qeyd  edirlər  ki,  evə  gətirilən 
ananın əlavə gəliri heç də zinyət Ģeyləri almağa sərf olunmur. Demək olar ki, 
onun  hamısı  uĢaqların  gələcəyinə  ailənin  vəsait  qoyulması  hesab  edilən 
sahələrə – məktəbə qədər təhsilə, kollecdə təhsil almaq üçün pul ödəməyə və 
hər  Ģeydən əvvəl yaxĢı məktəbi olan təhlükəsiz rayonda  mənzil alınmasına 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə