Барак Обама



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə129/134
tarix18.06.2018
ölçüsü4,8 Kb.
#49652
1   ...   126   127   128   129   130   131   132   133   134

 
269 
istəyəndə,  cavabında  yalnız  yanağımda  yüngül  öpüĢ  hiss  edirdim.  SaĢa 
doğulanda  da  bacısı  kimi  gözəl  və  sakit  körpə  idi,  -  arvadım  artıq  hirsini 
açıqca göstərirdi. 
-
 
Sən yalnız özün haqqında düĢünürsən, - o, mənə dedi, - Mən heç vaxt 
düĢünmürdüm ki, mən ailəni təkcə  saxlayacağam. 
Məni  belə  ittihamlar  incidirdi,  düĢünürdüm  ki,  o,  mənim  barəmdə 
ədalətsiz danıĢır. Axı mən hər axĢam dostlarımla içki məclisində olmurdum. 
MiĢeldən  mən  az  Ģey  tələb  edirdim  –  mən  gözləmirdim  ki,  o  mənim 
corablarımı yamayacaq və mənim gəliĢimə Ģam süfrəsi açacaqdır. Hər dəfə 
mən  bacardığım  qədər  uĢaqlara  baxmağa  köməklik  göstərirdim.  Əvəzində 
mən  yalnız  azacıq  həssaslıq  xahiĢ  edirdim.  Bunun  əvəzinə  mən  evi  idarə 
etməyin hər detalının necə olması barədə ardı kəsilməyən danıĢıqlara, mənə 
nə  etmək  lazım  olduğunun  və  nələri  etmədiyimin  uzun  siyahılarına  və 
ümumən  qaĢqabaqlı  münasibətə  sahib  olurdum.  Mən  MiĢelə  xatırladırdım 
ki,  ailələrin  əksəriyyəti  ilə  müqayisədə  biz  ağlasığmaz  dərəcədə  xoĢbəxtik. 
Mən həmçinin ona xatırladırdım ki, mənim bütün nöqsanlarıma baxmayaraq, 
mən  onu  və  qızlarımızı  dünyada  hər  Ģeydən  artıq  sevirəm.  Mən  hesab 
edirdim  ki,  mənim  məhəbbətim  kifayət  olacaqdır.  Onun  Ģikayətlənmələri 
üçün heç bir əsas yoxdur. 
 Ancaq o çətin illər ötüb keçdikdən və uĢaqlar məktəbə getdikdən sonra  
bir  qədər  fikirləĢib,  mən  MiĢelin  o  vaxtlar  hansı  çətinliklərdən  keçdiyini 
qiymətləndirməyə  baĢladım  -  iĢləyən  qadınların  hamısının  tipik  mübarizəsi 
belə idi. Mən özümü  nə qədər emansipasiya (burada qadın azadlığı nəzərdə 
tutulur – tərcüməçi) tərəfdarı saysam da, MiĢelə özümün bərabər partnyorlar 
olduğumuzu,  onun  arzularının  və  cəhdlərinin  mənimki  kimi  vacib 
olduqlarını nə qədər desəm də, əslində uĢaqlar meydana gələndə, mənə yox, 
ona  uyğunlaĢmaq  lazım  gəldi.  Təbiidir  ki,  mən  kömək  edirdim,  lakin  bu 
daim  mənim  Ģəraitimdən,  mənim  cədvəlimdən  asılı  olurdu.  Elə  həmin  vaxt 
o,  öz  karyera  yüksəliĢini  dayandırmalı  oldu.  UĢaqların  qidalandırılmıĢ 
olmasına da, hər axĢam çimizdirilməsinə də, o qayğı göstərirdi. Əgər Maliya 
və  SaĢa  xəstələnsə  və  ya  uĢağa  baxan  qadın  gəlməsə,  ona  lazım  gəlirdi  ki, 
çox vaxt iĢə zəng edib, görüĢü ləğv etsin. 
MiĢelə həm də ona görə ağır idi ki, o, uĢaqlarla iĢ arasında qalmıĢdı. Bir 
də bu səbəbdən ona ağır gəlirdi ki, öz rəyinə görə, hər iki iĢi o, kifayət qədər 
yaxĢı  görmürdü.  Bu,  əlbəttə,  düz  deyildi;  iĢ  verənlər  onu  sevirdi  və  hamı 
görürdü  ki,  o,  necə  yaxĢı  anadır.  Lakin  mən  baĢa  düĢürdüm  ki,  onun 
təsəvvüründə iki obraz münaqiĢədə idi – anası kimi güclü, etibarlı, yaxĢı ev 
sahibəsi, daim uĢaqlarının yanında olan bir qadın kimi olmaq arzusu və öz 
peĢəsində  fərqlənmək,  dünyada  iz  qoymaq  və  bizim  birinci  günkü 


 
270 
görüĢümüzdə  söylədiyi  bütün  planları  həyata  keçirmək  arzusu  bir-birinin 
mövcudluğuna zidd çıxırdı. 
Nəhayət, mən MiĢelin gücünə – onun bu çətinliklərlə bacarmağa hazır 
olması,  məni  və  qızlarımızın  naminə  qurbanlara  getməsi-  bu  çətin  vaxtları 
arxada  qoya  bildiyimizə  görə  inanıram.  Lakin  bizim  sərəncamımızda  çox 
sayda  amerikan  ailələrinin  malik  olmadığı  resurslar  da  var  idi.  Birincisi, 
MiĢellə  mənim  professional  kimi  statuslarımız  imkan  verirdi  ki, 
gözlənilməyən Ģəraitlər baĢ verdikdə biz iĢimizi itirmək risqinə girmədən öz 
cədvəllərimizi  dəyiĢək  (və  ya  əlavə  istirahət  günü  götürək).  Amerikan 
iĢçilərinin  əlli  yeddi  faizi  belə  dəbdəbəyə  malik  deyildir.  Bundan  əlavə, 
onların  əksəriyyəti  uĢağa  baxmaq  üçün  əmək  haqqını  itirmədən  və  ya 
məzuniyyət    hesabına  əlavə  istirahət  günü  götürə  bilməz.  Öz  cədvəllərinə 
malik  olmağa  cəhd  edən  bəzi  valideynlər  üçün  isə  bu  karyera  yüksəliĢi 
imkanı olmadan natamam iĢ gününü nəzərdə tutan iĢ deməkdir və ya demək 
olar ki, bu vaxt heç bir əlavə ödəniĢ verilmir. 
MiĢellə mənim həmçinin kifayət qədər gəlirimiz var idi ki, iĢləyən ar-
arvadın olduğu ailənin üzərinə düĢən yükü yüngülləĢdirən bütün xidmətlərin 
haqqını  ödəyə  bilək.  Bunlara  etibarlı  uĢaq  müəssisəsi,  lazım  olduqda  əlavə 
uĢağa baxanın xidməti, bizim yemək hazırlamağa nə vaxtımız, nə günümüz 
olmadıqda  sifariĢlə  evə  nahar  gətirilməsi,  həftədə  bir  dəfə  evi  yığıĢdırmaq 
üçün ev xidmətçisi, özəl məktəbəqədər müəssisə və uĢaqlar böyüyəndə yay 
düĢərgəsi  daxildir.  Amerikan  ailələrinin  əksəriyyətinə  belə  kömək  maddi 
səbəblərə görə əlçatmazdır. UĢaq müəssisəsinin haqqı isə xüsusən böyükdür. 
Qərb  dövlətləri  içərisində  BirləĢmiĢ  ġtatlar  yeganə  ölkədir  ki,  öz  iĢləyən 
vətəndaĢlarının  hamısına  hökumət  tərəfindən  subsidiya  ilə  əhatə  olunan, 
yüksək keyfiyyətli uĢaq müəssisələri xidməti təqdim etmir. 
Digər  tərəfdən,  mənim  qayınanam  bizdən  on  beĢ  dəqiqəlik  məsafədə, 
MiĢelin böyüdüyü evdə yaĢayır. Merianın yetmiĢə  yaxın yaĢı vardır. MiĢel 
tam  iĢ  gününə  qayıdanda,  Merian  qızlara  baxmaq  üçün  bankdakı  iĢ  saatını 
ixtisara  salmağı  qərara  aldı.  Bir  çox  amerikan  ailələri  üçün  belə  kömək 
sadəcə  olaraq  qeyri-mümkündür;  bundan  əlavə  çox  sayda  ailələrdə    Ģərait 
əksinədir  –  ailədə  kiməsə  digər  ailə  vəzifələri  yerinə  yetirməkdən  savayı 
həm də ahıl valideynlərə qayğı göstərmək, qulluq etmək lazım gəlir. 
Əlbəttə, federal hökumət hər bir ailəni yaxĢı, sağlam, natamam iĢ günü 
iĢləyən və yaxında yaĢayan qaynana ilə təmin edə bilməz. Lakin əgər biz ailə 
dəyərlərinə  ciddi  yanaĢırıqsa,  onda  iĢlə  jonqlyorluq  etməni  və  uĢaqların 
tərbiyəsini bir qədər yüngülləĢdirən proqramlar tərtib edə bilərik. Biz hər bir 
ailə üçün əlçatan və ehtiyac duyduqları keyfiyyətli gündüz uĢaq müəssisələri 
yaradılmasından baĢlaya bilərik. Avropa ölkələrindən fərqli olaraq BirləĢmiĢ 
ġtatlarda gündüz uĢağa baxılması bir sistemsiz tədbirdir.  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə