Барак Обама



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə128/134
tarix18.06.2018
ölçüsü4,8 Kb.
#49652
1   ...   124   125   126   127   128   129   130   131   ...   134

 
267 
qoyulur.  Həqiqətən  də,  bu  daimi  xərclər  səbəbindən  və  ananın  iĢləməsi  ilə 
əlaqədar  əlavə  xərclərin    (xüsusən,  gündüz  uĢaq  müəssisəsinə  və  ikinci 
avtomobilə)  əmələ  gəlməsi  hesabına  iki  iĢləyən  valideyn  olan  orta  ailə  bir 
iĢləyən  valideyn  olan  ailənin  otuz  il  əvvəl  malik  olduğundan  az  diskretion 
(ehtiyatlı - tərcüməçi) gəlirə və az maddi sabitliyə malik olur. 
Onda  orta  ailə  bir  üzvünün  gəliri  ilə  dolanmaq  mümkün  olan  həyata 
qayıda  bilərmi?  Rayondakı  bütün  qalan  ailələr  iki  gəlir  mənbəyinə  malik 
olub, mənzilə, məktəbə, kollecə qiymət təklif etdikdə, yox. Uorren və Tyaqi 
göstərirlər ki, bu gün bir qazananı olan orta ailə orta sinfin həyat üslubunu 
saxlamağa çalıĢsa, 1970-ci illərdə belə ailənin malik olduğundan 60 faiz az 
diskretion  gəlirə  malik  olacaqdır.  BaĢqa  sözlə,  ananın  ev  sahibi  olmasını 
istəyən əksər ailələr üçün bu o deməkdir ki, daha az təhlükəsiz olan rayonda 
yaĢamalı  və  uĢaqlarını  daha  aĢağı  rəqabətə  qabiliyyətli    məktəbə  oxumağa 
göndərməlidir. 
Amerikalıların  heç  də  hamısı  bu  seçimi  etməyə  hazır  deyildir.  Onlar 
mövcud Ģəraitlər müqabilində maksimum əllərindən gələni etməyə çalıĢırlar, 
bilirlər ki, özlərinin böyüdüyü kimi ailələri – Freyzer və Merian Robinsonun 
öz  uĢaqlarına  tərbiyə  verdiyi  kimi  ailələri  –  saxlamaq  xeyli,  xeyli  dərəcədə 
çətin olmuĢdur. 
Bu  yeni  reallığa  həm  kiĢilər,  həm  də  qadınlar  uyğunlaĢmalı  idi.  Lakin 
müasir həyatın ağırlıqlarının daha çox dərəcədə qadınların üstünə düĢdüyünü 
deyən MiĢellə mübahisə etmək çətindir. 
Nikahımızın  ilk  bir  neçə  ilində  MiĢellə  mən  bütün  cütlüklərin  keçdiyi 
adi uyğunlaĢmalardan keçdik: bir-birinin əhvar-ruhiyyəsini oxumağa və yad 
Ģıltaqlığı və adətləri öyrənməyə giriĢdik. MiĢel səhər tezdən durmağı sevirdi 
və  saat  ondan  sonra  gözləri  yumulurdu.  Mənsə  gecə  bayquĢu  idim, 
çarpayıdan  qalxdıqdan  sonrakı  ilk  yarım  saat  ərzində  deyingən  (MiĢelin 
dediyi kimi, pis) olurdum. Xüsusən ona görə ki, mən ilk kitabımın üzərində 
iĢləyirdim  və  güman  ki,  həm  də  ona  görə  ki,  mən  ailədə  uzun  müddət  tək 
uĢaq  olmuĢdum  və  çox  vaxt  axĢamları  bizim  dəmiryol  mənzilimizin 
arxasındakı  öz  ofisimdə  keçirirdim.  MiĢeli  özünü  tənha  hiss  etməyə  əsas 
verən    təkcə  qoymağımı  da  normal  hesab  edirdim.  Mən  daim  səhər 
yeməyindən  sonra  yağı  stolun  üstündə  qoyub  gedirdim  və  çörək  torbasını 
azacıq  bağlamağı  unudurdum.  MiĢel  maĢını  dayanacağa  qoymaq  qaydasını 
pozduğuma görə cərimə sənədlərini yığmaq iĢindən cana doyurdu.  
Lakin  əsas  etibarilə  həmin  illədə  həyatımız  adi  həzzlərlə  dolu  idi  – 
kinoya baxmağa gedir, dostlarımla nahar edir və bəzən konsertlərə də tamaĢa 
edə  bilirdik.  Hər  ikimiz  çox  iĢləyirdik:  mən  vətəndaĢ  hüquqları  ilə  məĢğul 
olan  bir  kiçik  firmada  hüquqĢünas  iĢləyirdim  və  Çikaqo  universitetinin 
hüquq fakültəsində dərs verməyə baĢlamıĢdım, MiĢel isə hüquqĢünaslıq iĢini 


 
268 
atmağı  qərara  aldı  ki,  əvvəlcə  Çikaqo  PlanlaĢdırma  Departamentində 
iĢləməyə keçsin, sonra isə «Pablik Əllayz» adlanan milli xidmət proqramının 
Çikaqo Ģöbəsinə                        rəhbərlik etdi. 
Bizim bir yerdə keçirtdiyimiz vaxt mən Ģtatın qanunvericilik məclisinə 
öz namizədliyimi irəli sürəndə daha da qısaldı, ancaq, mənim uzun müddət 
evdə olmayacağıma və MiĢelin ümumən siyasəti sevməməsinə baxmayaraq, 
o,  bu  qərarı  dəstəklədi.  «Mən  baĢa  düĢürəm  ki,  sən  bunu  etməyi  çox 
istəyirsən» – o, mənə dedi. Mən Sprinqfilddə olanda axĢamlar biz telefonla 
danıĢırdıq, ayrılıq günlərinin sevinclərini və kədərlərini bölüĢürdük və mən 
bizim sevgimizə əminlik hissi ilə yuxulayırdım. 
4  iyulda  Maliya  anadan  oldu,  bu  çox  sakit  və  çox  gözəl  körpə  idi, 
hipnotik  gözləri  elə  bil  ki,  açılan  andan  dünyanı  görmək  istəyir.  Maliya 
bizim hər ikimiz üçün ideal vaxtda dünyaya gəlmiĢdi: belə ki, mən sessiyada 
deyildim və yayda dərs deməyə ehtiyac yox idi, ona görə də bütün axĢamları 
evdə keçirirdim; həmin vaxt MiĢel Çikaqo universitetində natamam iĢ günü 
qaydasında  iĢləməyi  qərara  almıĢdı  ki,  daha  çox  vaxtını  körpə  ilə  keçirtsin 
və  bu  yeni  iĢ  yalnız  oktyabrda  baĢlayacaqdı.  Üç  sehrli  ayı  biz  çox 
həyəcanlanırdıq,  yenicə  doğulmuĢ  uĢağımıza  görə  narahatlıq  keçirirdik, 
yoxlayırdıq  ki,  o,  nəfəs  alırmı,  onu  gülümsəməyə  məcbur  edirdik,  ona 
mahnılar oxuyurduq, o qədər çox foto Ģəklini çəkdirmiĢdik ki, qorxurduq ki, 
görmə  qabiliyyətini  pozacağıq.  Bizim  bioritimimizin  müxtəlifliyi  köməyə 
gəldi: MiĢel ürəyinə yatan yuxudan ləzzət  aldıqda yatmağa uzanmırdım və 
körpənin  bələyini  dəyiĢdirirdim,  döĢ  südünü  qızdırırdım,  əlimdə  qızcığazı 
yelləyirdim və düĢünürdüm ki, bəlkə də öz körpə yuxusunu görür. 
Lakin  payız  gələndə  mənim  yenidən  dərslərim  baĢlandı,  yenidən 
qanunvericilik məclisinin sessiyasına qayıtdım, MiĢel isə iĢinə getdi, - bizim 
münasibətlərimizdəki gərginlik özünü göstərməyə baĢladı. Mən çox vaxt üç 
gün  dalbadal  evdə  olmurdum,  hətta  Çikaqoda  olanda  mənə  axĢam 
iclaslarında iĢtirak etmək, tələbələrin yazı iĢlərini yoxlamaq və ya məktublar 
yazmaq  lazım  gəlirdi.  MiĢelə  məlum  oldu  ki,  natamam  iĢ  günü  qəribə 
böyümək tendensiyasına malik imiĢ. Biz iĢdə olanda Maliyaya baxmaq üçün 
evdə uĢağa xidmət göstərən gözəl bir qadın tapdıq, bu adama biz bütöv gün 
üçün  əmək  haqqı  verməli  olduğumuzdan  pul  məsələsində  çətinliklərimiz 
baĢlandı. 
Bizə yorğunluq və stress əziyyət verirdi, bizim nə söhbətə, nə romantik 
münasibətlərə vaxtımız yox idi. Mən Konqressə seçkilərdə öz namizədliyimi 
irəli sürüb, özümün uğursuz seçkiqabağı kampaniyama baĢlayanda, MiĢel bu 
qərardan  xoĢbəxt  olmasına  dair  heç  bir  əlamət  biruzə  vermirdi.  Mənim 
yemək  yedikdən  sonra  mətbəxdə  qayda  yaratmamağım  qəflətən  elə  bir 
əhəmiyyət  kəsb  etmədi.  Mən  səhər  əyilib  vidalaĢmaq  üçün  MiĢeli  öpmək 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə