Барак Обама



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə133/134
tarix18.06.2018
ölçüsü4,8 Kb.
#49652
1   ...   126   127   128   129   130   131   132   133   134

 
277 
elflərə (pəri-tərcüməçi) bənzəyirdi. Saat 3:50-də hələ də pittsa yox idi, mən 
bir qədər təĢviĢ keçirməyə baĢladım, lakin sifariĢ daĢıyan oğlan uĢaqlar süfrə 
arxasına  oturana  beĢ  dəqiqə  qalmıĢ  onu  gətirib  çıxardı.  MiĢelin  qardaĢı 
Kreyq,  mənim  həyəcanlandığımı  baĢa  düĢüb,  çiynimə  vurub,  mənə  ürək-
dirək  vredi.  MiĢel  pittsanı  kağız  boĢqablara  qoyanda  mənə  baxıb, 
gülümsündü. 
Böyük final kimi pittsa yeyilib və Ģirələr içilib qutaranda, biz «Happy-
Birthday»  «Ad  günün  mübarək»  mahnısını  oxuyub  qurtardıqdan  sonra 
gimnastika  məĢqçisi  uĢaqları  köhnə  rəngarəng  paraĢütün  ətrafına  yığdı  və 
SaĢaya  göstəriĢ  verdi  ki,  onun  mərkəzində  otursun.»Üç»  rəqəmi  deyiləndə 
havaya,  atdılar,  sonra  ikinci,  üçüncü  dəfə  atdılar.  Hər  dəfə,  o,  parçanın 
dalğasının üstünə qalxanda sevincdən gülürdü.  
Maraqlıdır,  görən  böyüyəndə  bu  anı  xatırlayacaqmı.  Bəlkə  də,  yox;   
mən  ancaq  beĢ  yaĢım  olandakı  dövrün  xatirələrinin  qırıqlarını  yadıma 
salıram. Lakin düĢünürəm ki, qızımın bu paraĢüt üstündə hiss etdiyi həmin 
xoĢbəxtlik  onun  yaddaĢında  həmiĢəlik  nəqĢ  olunacaqdır.  Belə  anlar  uĢağın 
xarakterində yazılır və təcəssüm olunur, onun ruhunun bir hissəsinə çevrilir. 
Bəzən  mən  eĢidirəm  ki,  MiĢel  necə  öz  atası  barədə  danıĢır,  Freyzer 
Robinsonun  Ģöhrət  və  effektli  əməllərinə  görə  deyil,  təvazökar  adi  iĢlərinə, 
yanındakılara  sevgisinə  görə  layiq  olduğu  həmin  xoĢbəxtliyin,  məhəbbətin 
və hörmətin əks-sədasını eĢidirəm. Mən özümdən soruĢdum ki, görən mənim 
qızlarım də mənim barəmdə belə danıĢa biləcəklərmi. 
Ancaq  belə  xatirələr  üçün  pəncərə  çox  tez  örtülür.  Maliya  artıq  açıqca 
digər  fazaya  keçir:  onu  daha  çox  oğlanlar  maraqlandırır  və  geyiminə  daha 
çox  fikir  verməyə  baĢlamıĢdır.  Maliya  həmiĢə  öz  yaĢından  böyük  görünür, 
qeyri-adi dərəcədə ağıllıdır. Bir dəfə, onun altı yaĢı olanda biz birlikdə gölün 
kənarı ilə gedirdik, birdən dayandı və soruĢdu ki, bizim ailə varlıdırmı. Mən 
ona dedim ki, biz o qədər də varlı deyilik, lakin əksər adamlara nisbətən biz 
çox Ģeyə malikik. Mən maraqlandım ki. nəyə görə bu onun üçün maraqlıdır. 
-
 
YaxĢı...  Mən  bu  barədə  çox  fikirləĢmiĢdim  və  qərara  aldım  ki,  çox 
varlı  olmaq  istəmirəm.  Mən  düĢünürəm  ki,  mən  sadə  həyat  sürmək 
istəyirəm. 
Onun  sözləri  o  qədər  gözlənilməz  idi  ki,  mən  güldüm.  O,  mənə  baxıb 
gülümsündü, lakin baxıĢlarından gördüm ki, bunu o, ciddi demiĢdir. 
Mən  tez-tez  həmin  söhbəti  xatırlayıram.  Mən  özümdən  soruĢuram  ki, 
Maliya görən mənim sadə olmayan həyatım barədə nə fikirləĢir. Əlbəttə, o, 
qeyd etdi ki, baĢqa atalar onun futbol komandasının oyununa  məndən daha 
tez-tez  gəlirlər,  bu  onun  əhval-ruhiyyəsini  pozsa  da,  bunu  biruzə  vermir. 
Maliya  baĢqalarının  hisslərini  himayə  etməyə  meyllidir  və  hər  bir  Ģəraitə 


 
278 
yaxĢı tərəfdən yanaĢır. Ancaq səkkiz yaĢlı qızımın atasına olan məhəbbətinə 
görə nöqsanlarıma göz yumması mənə az təsəlli verir. 
Bu yaxınlarda sessiya adəti günlərdə olduğuna nisbətən tez qurtardığına 
görə Maliyanın bir oyununa baxmağa gedə bilmiĢdim. XoĢ yay günü idi və 
meydança Ģəhərin hər yerindən gəlmiĢ ailələrlə - qaralarla, ağlarla dolu idi, 
qadınlar  Ģezlonqlarda  oturmuĢdular,  kiĢilər  topa  zərbə  vurmağı  məĢq  edir, 
nənələr  və  babalar  isə  körpələrə  ayaq  üstə  durmağa  kömək  edirdilər.  Mən 
MiĢeli  gördüm  və  onun  yanında  otun  üstündə  oturdum.  SaĢa  gəlib  mənim 
dizimin  üstündə  oturdu.  Maliya  artıq  oyunçular  arasında  meydançada  idi; 
onlar topu əhatə etmiĢdilər. Onun fiziki imkanları futbola uyğun gəlməsə də 
– o, öz dostlarından bir baĢ hündür idi, lakin qılçaları boyuna görə o qədər 
inkiĢaf  etməmiĢdi,  -  o,  həvəslə  və  coĢğunluqla  oynayırdı,  biz  isə  bərkdən  
həvəskarlıq edirdik. 
-
 
Ġdman, özünü necə hiss edirsən? – deyə mən ondan soruĢdum. 
-
 
Əla! – o, bir qurtum su içdi. – Ata mənim bir sualım var. 
-
 
De gəlsin. 
-
 
Biz it ala bilərikmi? 
-
 
Anan buna necə baxar? 
-
 
O,  mənə  dedi  ki,  səndən  soruĢum.  Mən,  deyəsən,  artıq  onu  dilə  
tutmağa baĢlamıĢam.  
Mən MiĢelə baxdım, o, gülümsündü və çiyinlərini çəkdi. 
-
 
Gəl bu barədə oyundan sonra danıĢaq – deyə mən təklif etdim. 
-
 
YaxĢı. - Maliya bir qurtum da su içib, məni yanağımdan öpdü. – Mən 
Ģadam ki, sən evdəsən. 
Mən cavab verə bilməmiĢ, o, dönüb meydançaya qaçdı. AxĢam çağının 
istisində  mənə  qəflətən  belə  gəldi  ki,  öz  böyük  qızımda  gələcəkdə 
çevriləcəyi  qadını  gördüm,  elə  bil  ki,  hər  addımda  o,  hündür  görünürdü, 
onun  ölçüləri  dolurdu  və  uzun  ayaqlarının  hər  addımı  onu  öz  həyatına 
yaxınlaĢdırırdı. 
Mən  dizimin  üstündəki  SaĢanı  daha  möhkəm  qucaqladım.  Güman  ki, 
fikirlərimi hiss edib, MiĢel mənim əlimdən tutdu. 
Kampaniya  vaxtı,  siyasətçinin  arvadı  necə  olmalıdır  barədə  sual  verən 
reportyora MiĢelin sözləri yadıma düĢdü. 
-
 
Çətindir-  MiĢel  dedi.  Sonra  təbbəsümlə  əlavə  etdi:  -  Ona  görə  də 
Barak belə minnətdar adamdır. 
HəmiĢə olduğu kimi, mənim arvadım haqlı idi. 
 
 
Epiloq 
 


 
279 
2005-ci  ilin  yanvarında  Bġ  Senatında  and  içməyimlə  iki  il  əvvəl  öz 
namizədliyimi  irəli  sürdüyümü  elan  etdiyim  gündən  baĢlanan  proses  baĢa 
çatdı – nisbətən nəzərə çarpmayan həyatdan geniĢ ictimai həyata keçdim. 
Əlbəttə,  çox  Ģey  dəyiĢilməmiĢ  qaldı.  Ailəmiz  yenə  də  Çikaqoda  
yaĢayır.  Mən  əvvəlki  tək  saçımı  qırxdırmaq  üçün  həmin  «Hayd-park» 
bərbərxanasına  gedirəm,  MiĢellə  mən  seçkidən  əvvəlki  kimi  yenə  eyni 
dostlarımızı  evimizdə  qəbul  edirik  və  qızlarımız  yenə  həmin  uĢaq 
meydançasına qaçırlar. 
O  vaxtdan,  Ģübhə  yoxdur  ki,  dünya  mənim  üçün  dərin  qaydada 
dəyiĢilmiĢdir  və  bu  dəyiĢiklikləri  etiraf  etmək  mənim  üçün  heç  də  həmiĢə 
xoĢ deyil. Mənim sözlərim, mənim hərəkətlərim, mənim səyahət planlarım, 
mənim  ödədiyim  vergi  –  hər  Ģey  səhər  qəzetlərində  və  axĢam  televiziya 
xəbərlərində  iĢıqlandırılır.  Mən  qızlarımı  zooparka  aparanda,  kənar 
adamların bizim ən yaxĢı niyyətlərimizi icra etməyə imkan verməmələri ilə 
onlar  barıĢmalı  olurlar.  Hətta  Çikaqodan  kənrada  nəzərə  çarpmadan 
aeraporta keçmək xeyli çətinləĢmiĢdir. 
Bir  qayda  olaraq,  bütün  bu  diqqət  göstərilməsini  ciddi  qəbul  etmək 
mənə  çətindir.  Axı  mən  əvvəlki  tək  evdən  müxtəlif  kostyumlardan  olan 
pencəkdə  və  Ģalvarda  çıxıram.  Mənim  dünyaya  təqdim  olunduğum  kimi, 
fikirlərim  o  qədər  də  səliqəli  olmur,  mənim  günlərim  isə  heç  də  o  qədər 
mütəĢəkkil  deyildir,  bəzən  komik  vəziyyətlər  meydana  gəlir.  Xatırlayıram 
ki,  bir  dəfə  and  içməmiĢdən  bir  gün  əvvəl,  öz  köməkçilərimlə  mətbuat 
konfransı keçirməyi qərara aldıq. O vaxt yaĢa görə mən doxsan doqquzuncu 
yerdə  idim  və  bütün  reportyorlar  Senatın  anbarından  gedən  dəhlizin 
qurtaracağında  Dirksen  -  bildinqin  kürsülük  mərtəbəsində  olan  kiçik  ofisə 
toplaĢmıĢdı. Bu mənim binada olduğum ilk gün idi, hələ heç bir səsvermədə 
iĢtirak  etməmiĢdim,  heç  bir  qanun  layihəsi  irəli  sürməmiĢdim,  mən  hətta 
Senatda  stol  arxasında  da  oturmamıĢdım.  Ciddi  reportyorlardan  biri  ayağa 
qalxıb soruĢdu: «Senator Obama, tarixdə sizin yeriniz nədir?». 
Hətta bəzi reportyorlar güldülər.  
Müəyyən  qədər  bu  hiperbola  (obrazlı  mübaliğə-tərcüməçi)  mənim 
2004-cü ildə Demokratik Partiyanın Bostondakı Seçkiqabağı qurultayındakı 
çıxıĢıma gedib çıxırdı, o vaxt ilk dəfə ölkənin diqqətini qazanmıĢdım. Fakt 
orasındadır  ki,  nəyə  görə  məni  əsas  məruzəçi  seçmiĢdilər,  nidiyədək  bu 
mənim  üçün  bir  sirr  olaraq  qalır.  Con  Kerri  ilə  ilk  dəfə  mən  Ġllinoys  ilkin 
seçkilərindən  sonra  görüĢmüĢdüm,  o  vaxt  mən  vəsait  toplamaq  tədbirində 
çıxıĢ edirdim və sonra onu sənət təhsili proqramının vacibliyini qeyd etdiyi 
mitinqə  müĢayiət  etmiĢdim.  Bir  neçə  həftə  sonra  mənə  çatdırdılar  ki, 
Kerrinin  adamları  istəyirlər  ki,  mən  qurultayda  çıxıĢ  edim,  baxmayaraq  ki, 
orada  hansı  keyfiyyətdə  çıxıĢ  edəcəyim  də  aydın  deyildi.  Bir  dəfə 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə