Барак Обама



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə125/134
tarix18.06.2018
ölçüsü4,8 Kb.
#49652
1   ...   121   122   123   124   125   126   127   128   ...   134

 
261 
oxuyanda Parisə getməyindən, Stivi Uanderin sevdiyi mahnılarından söhbət 
açdı. 
MiĢeli anlamağa isə mən onun ailəsi ilə tanıĢ olandan sonra baĢladım. 
Robinsonların  evinə  gələndə  mənə  belə  gəldi  ki,  «Bunu  Biverə  qoyun 
qalsın»  serialının  çəkiliĢ  meydançasına  düĢmüĢəm.  Burada  xoĢxasiyyətli, 
yumor hissinə malik olan ata Freyzer var idi, o, bir iĢ gününü və oğlunun bir 
oyununu  belə  buraxmamıĢdı.  Burada  gözəl,  ağıllı  ana  Merian  var  idi,  o,  ad 
günlərinə tort biĢirir, evdə qayda yaradırdı, bu vaxta qədər ictimai əsaslarla 
məktəbdə  iĢləmiĢdi  ki,  uĢaqları  özlərini  yaxĢı  aparsın,  müəllimlər  isə 
özlərinin lazım olan iĢlərini görsünlər. Burada ulduz basketbolçu olan qardaĢ 
Kreyq var idi, bu hündürboylu, mehriban, nəzakətli və Ģən oğlan investisiya 
bankında iĢləyirdi, lakin nə vaxtsa məĢqçi iĢinə keçməyi arzulayırdı.  Orada 
həmçinin dayılar, xalalar və onların uĢaqları var idi, onlar mətbəxə girib, stol 
arxasında  oturur,  qarınları  partlayana  qədər  yeyir,  səfeh  əhvalatlar  danıĢır, 
babalarının  köhnə  caz  kolleksiyalarına  qulaq  asır  və  gecə  keçənə  qədər 
gülürdülər. 
Yeganə çatmayan Ģey it idi. Merian istəmirdi ki, it evdə talan düzəltsin. 
Ailə  xoĢbəxtliyinin  obrazını  nəzərə  çarpdıran  Robinsonlar  ailəsinin 
çətinlikləri  görməsi  idi,  bu  çətinlikləri  isə  televiziyanın  ən  qiymətli  sayılan 
vaxtında  nadir  hallarda  görə  bilərsən.  Əlbəttə,  irqi  mənsubluğa  görə  adi 
problemlər  də  olmuĢdu:  əllinci  və  altmıĢıncı  illərdə  Çikaqoda  böyüyən 
MiĢelin valideynləri məhdud imkanlara malik olmuĢdular, mülk agentlərinin 
fəaliyyəti  və  qorxulu  Ģayiələrə  görə  ağ  ailələr  rayonu  tərk  edirdilər,  daha 
aĢağı  gəlirli,  daha  sakit  olmayan  küçələrin,  pis  maliyyələĢən  uĢaq 
meydançalarının  və  məktəblərin  laqeydliyinin  əvəzini  ödəmək  üçün  qara 
valideynlərə lazım olan əlavə enerji zərurəti daim hiss olunmuĢdu. 
Lakin  Robinsonlar  ailəsində  xüsusi  faciə  var  idi.  Otuz  yaĢı  olarkən, 
qüvvələrinin  çiçəkləndiyi  bir  vaxtda  MiĢelin  atasına  «çoxtərəfli  skleroz» 
diaqnozu  qoymuĢdular.  Sonrakı  iyirmi  il  ərzində  onun  vəziyyəti  daim 
pisləĢirdi, o, özünə rəhm etmədən ailə vəzifələrini yerinə yetirirdi, səhər iĢə 
çatmaq  üçün  evdən  bir  saat  əvvəl  çıxırdı,  ona  çətinliklə  baĢa  gələn  bütün 
fiziki  hərəkətləri  gücü  çatdığı  qədər  edirdi  –  avtomobili  idarə  etməkdən 
köynəyinin  düyməsini  bağlayana  qədər,  -  gülümsəyərək  və  zarafat  edərək 
əvvəlcə  axsaya-axsaya,  sonra  isə  iki  çəliyin  köməyi  ilə,  onun  keçəlləĢən 
baĢındakı  tər  damlaları  ilə  o,  çölü  keçirdi  ki,  öz  oğlunun  necə  oynadığını 
görsün və ya qonaq otağından keçirdi ki, qızını öpsün. 
Biz  evlənəndə  MiĢel  atasının  xəstəliyinə  görə  ailələrinin  hansı  gizli 
qurbanları  verdiyini  anlamağıma  kömək  etdi.  MiĢelin  anası  necə  bir  ağır 
yükü  çəkməli  olmuĢdu.  Onların  birgə  həyatı  necə  də  dəqiq  qaydada 
qoyulmuĢdu, hətta Ģəhər ətrafına sadə gəzinti də elə ciddi planlaĢdırılırdı ki, 


 
262 
problem  və  ya  bir  pərtlik  olmasın.  Təbəssüm  və  gülüĢ  arxasındakı  həyat 
dəhĢətli qaydada nizamsız idi. 
Lakin  o  vaxt  mən  Robinsonlar  ailəsinin  yalnız  Ģad  tərəfini  gördüm. 
Mənim kimi həyatının çoxunu bir yerdən baĢqa yerə getməkdə keçirən, öz 
atasını  demək  olar  ki,  tanımayan  və  qan  xətti  dünyanın  dörd  tərəfinə 
səpələnmiĢ bir adam üçün Freyzer və Merian Robinsonun özləri və uĢaqları 
üçün  tikdikləri  ev  sabitlik  barədə  gözlənilməyən  qüssə  əmələ  gətirirdi.  Elə 
bu  qaydada  MiĢel  də  məndə  macəralar,  təhlükələr,  ekzotik  ölkələrə  səfər 
həyatını, buna qədər özünün malik olmadığı geniĢliyi görürdü. 
Bizim  MiĢellə  tanıĢlığımızdan  altı  ay  sonra  onun  atası  böyrəkdəki 
cərrahiyyə əməliyyatından əmələ gələn mürəkkəbləĢmə nəticəsində qəflətən 
öldü. Mən geri, Çikaqoya uçub gəldim və onun qəbrinin yanında dayandım. 
Bu vaxt MiĢelin baĢı mənim çiynimə söykənmiĢdi. Tabutu qəbirə endirəndə 
mən  Freyzer  Robinsona  söz  verdim  ki,  mən  onun  qızına  qayğı 
göstərəcəyəm. Mən baĢa düĢdüm ki, hansısa bir ifadə olunmayan, hələ xeyli 
dərəcədə aydın olmayan bir tərzdə MiĢel və mən bir ailəyə çevrilirik. 
 
 
Ġndi  amerikan  ailəsinin  tənəzzülü  barədə  çox  danıĢırlar.  Sosial 
konservatizmin  tərəfdarları  deyirlər  ki,  ənənəvi  ailə  daim  Hollivud 
filmlərindən  və  geylərin  nümayiĢlərindən  həmləyə  məruz  qalır.  Liberallar 
iqtisadi  faktorları  göstərirlər  -  əmək  haqqının  zəif  artmasından  tutmuĢ 
qənaətbəxĢ gündüz uĢaq  müəssisələrinin  çatıĢmamasına qədər, - bu amillər 
ailəyə  getdikcə  daha  böyük  təsir  göstərir.  Bizim  kütləvi  mədəniyyətimiz 
daimi  təkliyə  məhkum  edilmiĢ  qadınlar  haqqındakı  hekayətlərlə  təĢviĢi 
gücləndirir.  Eynilə  öz  üzərinə  uzunmüddətli  məsuliyyət  götürməyən  kiĢilər 
və  ardı-arası  kəsilməyən  seksual  ədəbsizliyə  cəlb  edilmiĢ  yeniyetmələrin 
təsviri də bu rolu oynayır. 
Əvvəllərdə  olduğundan  fərqli  olaraq  hər  Ģey  həll  olunmamıĢ  kimi 
görünür, bizim rollarımız və münasibətlərimiz xaotik görünür. 
Bu mübahisənin uzandığını nəzərə alaraq, bəlkə də kənara çəkilib, yada 
salmaq  lazımdır  ki,  nikah  institutu  heç  də  tezliklə  qeybə  çəkilməyəcəkdir. 
Ancaq  bu  da  həqiqətdir  ki,  1950-ci  illərdən  bəri  nikahların  say  göstəricisi 
daim  aĢağı  düĢür,  xüsusən  bu  onunla  izah  olunur  ki,  daha  çox  sayda 
amerikan  təhsil  almaq  və  özünə  karyera  düzəltmək  üçün  nikaha  girməyi 
təxirə salır. Qırx beĢ yaĢında olan qadınlardan 89 faizi, kiĢilərdən isə 83 faizi 
heç olmazsa bir dəfə özlərini nikah əlaqəsi ilə bağlaya bilmiĢdilər. Amerikan 
ailələrinin  67  faizi  əvvəlkitək  nikahda  birləĢmiĢ  cütlüklərdən  ibarətdir  və 
amerikanlıların  böyük  əksəriyyəti  əvəlkitək  nikahı  Ģəxsi  yaxınlıq,  iqtisadi 
sabitlik,uĢaqların tərbiyəsi üçün ən yaxĢı əsas hesab edir. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə