Bank sferasında risk menecmentinə təsir edən amillərin optimallaşdırılması



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə3/31
tarix17.05.2022
ölçüsü1,54 Mb.
#87197
1   2   3   4   5   6   7   8   9   ...   31
BRAH-ML-M-S-NB-R-NAT-Q-q-z-n-n

 

GİRİŞ 

Mövzunun  aktuallığı.

  Bank    sistemi  müasir  dövrdə  hər  bir  ölkənin  milli 

təsərrüfatının ən vacib ünsürlərindən biri hesab edilir. Banklar bir çox ölkələrində 

iqtisadiyyatın  inkişafında  əvəzsiz  rol  oynayır.  Tarixi  dövr  ərzində  bankların 

yaranmasının  zərurəti  insanların  nağd  pul  resurslarına  olan  ehtiyacı  ilə  əlaqədar 

formalaşmışdır.  Belə  olduqda  isə  kommersiya  bankları  pul  resurslarına  tələbatın 

ödənilməsi ilə əlaqədar müxtəlif əməliyyatların yerinə yetirilməsi və ya tarixi dövr 

ərzində  əhalinin  sərbəst  pul  vəsaitlərinin  toplanması  kimi  məqsədləri  özündə  əks 

etdirmişdir.  

Müasir  dövrdə  bankların  çoxşaxəli  fəaliyyətini  nəzərə  alaraq  qeyd  edə 

bilərik  ki, onlar sadəcə  pul  dövriyyəsinin təşkili ilə  deyil,   iqtisadiyyatın  müxtəlif 

sferalar  üzrə  kreditləşmə  əməliyyatını  icra  edilməsi  ilə  məşğul  olurlar.Bu 

əməliyyatlara  nəzər  yetirərək  qeyd  edə  bilərik  ki,  bank  sferasında  risklərin  idarə 

edilməsi  çox  mühüm  məsələlərdən  hesab  edir.  Belə  ki,  kommersiya  banklarının 

fəaliyyətinin  uğurlu  fəaliyyəti  risklərin    idarə  olunması  prosesindən  asılı  olaraq 

dəyişilir.  Bank  sferasında  müxtəlif  əməliyyatlar  üzrə  baş  verə  biləcək  riskləri 

əvvəlcədən  nəzərə  almaq  və  bunun  vasitəsilə  baş  verə  biləcək  itkilərin  aradan 

qaldırılması  bankların  normal  fəaliyyətinin  əsas  tərkib  hissəsi  hesab  edilir. 

Xüsusilə də bankların müflisləşməsi ilə bağlı aparılan tədqiqatlara əsasən qeyd edə 

bilərik  ki,  bu  prosesin  əsas  səbəbləri  bank  aktivlərinin  aşağı  olmasında  bankların 

effektiv idarə olunmaması ilə bağlıdır. Bu proses isə birbaşa olaraq bank sferasında 

risklərin idarə edilməsi ilə qarşılıqlı əlaqəlidir. Bank sistemində ən yüksək inkişaf 

etmiş  kredit  siyasətinin  təşkil  edilməsidir,  portfelin    düzgün  idarəedilməsi  Bank 

sferasında  risklərin  idarə  edilməsi  və  baş  verə  biləcək  risklərin  azaldılması  

baxımından çox mühüm əhəmiyyət kəsb edir.  

Sadaladığımız  bütün  bu  məsələlərlə  əlaqədar  olaraq,  bank  sferasında  risk 

menecmentinə təsir edən amillərin tədqiq edilməsi və bu sfera üzrə risklərin idarə 



 

edilməsi  hər  bir  ölkədə  bank  sferasının  normal  fəaliyyətinin  əsasını  təşkil  edir. 



Xüsusilə  də  əhalinin  pul  vəsaitlərinin  düzgün  şəkildə  idarə  edilməsi  və  bu  sfera 

üzrə yarana biləcək risklərin yalnız banka deyil müştərilərə də təsirini və itkilərini 

nəzərə alaraq  qeyd edə bilərik ki, tədqiqat olduqca aktual hesab edilir.   


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə