Bank sferasında risk menecmentinə təsir edən amillərin optimallaşdırılması



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə24/31
tarix17.05.2022
ölçüsü1,54 Mb.
#87197
1   ...   20   21   22   23   24   25   26   27   ...   31
BRAH-ML-M-S-NB-R-NAT-Q-q-z-n-n

Qrafik 1

12

 

 

 



 

 

 

                                                           



12

 

Kapital bank Stress test- Neqativ ssenari

 Mənbə : https://kapitalbank.az/about-bank/risk 

management?hl=az 

0

2



4

6

8



10

12

Kreditlər



Depozitlər

MB 


qarşısında 

öhdəliklər

Tələbli 

depozitlər

Blok

hesablar


Stress test, Neqativ ssenari , %

Stress test, Neqativ ssenari ,

%



57 

 

3.3 Azərbaycanda bank sferasında risk menecmentinin beynəlxalq 



təcrübəsi

 

            Risklərin  idarə  edilməsi  üzrə  Azərbaycanda  müəyyən  edilmiş  qayda  və 



prosedurlar  və  risk  menecmentinin  tətbiqi  xüsusiyyətlərinin  təkmilləşdirilməsi  

zamanı  beynəlxalq  təcrübədən  istifadə  edilməsi  olduqca  aktual  hesab  edilir. 

Risklərin idarəedilməsi hər bir bankın biznes fəaliyyətinin tərkib hissəsi kimi çıxış 

edir.  Risklərin  idarə  edilməsi  strategiyası    bankın  ümumi  inkişaf  strategiyasına 

uyğun  olaraq  mümkündür,.  Bu  zaman  risklərin  idarə  edilməsi  məqsədilə  onların 

həcmi  müəyyən  edilir,  risklərə  nəzarət  edilmə  qaydalarının  və  ya  ümumilikdə 

bankın hər bir şöbəsinin üzləşdiyi riskləri və onların səviyyələri təhlil edilir.    

            Dünya  ölkələrinin  bank  təcrübəsinə    bank  sferası  üzrə  risklərin  idarə 

edilməsi ilə əlaqədar təcrübəsinə istinad edərək qeyd edə bilərik ki, hər bir bankın 

fəaliyyətində kredit siyasətinin işlənib hazırlanması ümumilikdə bu bankın optimal 

planlaşdırma  konsepsiyası  baxımından  zəruri hesab  edilir.  Belə  ki, banklar  daimi 

olaraq  özlərini  bank  aktivlərinin  artımına  və  bu  istiqamətdə  proqramların  işlənib 

hazırlanmasına  səy  göstərirlər.  Onlar  sadəcə  olaraq,  kredit  siyasəti  ilə  öz 

fəaliyyətlərini  tənzimləmir,  bununla  yanaşı,  bankın  aktivlərinin  optimal  və  artımı 

üzrə  fəaliyyətinin strateji istiqamətlərini müəyyən edirlər. Belə olduqda isə bank 

fəaliyyətinin  tənzimlənməsi  baxımından  meydana  gələn  kredit  riski  və  depozit 

əməliyyatları üzrə risklərin düzgün müəyyən edilməsi zəruri əhəmiyyət kəsb edir. 

Bankların  fəaliyyəti  zamanı  aktiv  və  passivlərin  faiz  dərəcəsinin  dəyişkənliyini 

nəzərə  alaraq,  faiz  riskinin    diqqət  mərkəzində  saxlanılması  və  riskin  təhlil 

edilməsi  vasitəsilə  müxtəlif  əməliyyatlar  üzrə  səmərəliliyin  əldə  edilməsi  zəruri 

hesab edilir.  

            Ümumilikdə qeyd edə bilərik ki, Amerikada və bir sıra ölkələrdə  baş verən 

maliyyə böhranı bir daha sübut etmişdir ki, kommersiya banklarında risklərin idarə 

edilməsi  istər  taktiki,  istərsə  də  strateji  idarə  edilmə  prosesində  müəyyən 

məhdudiyyətlilik  halları  meydana  çıxır.  Məhz  bu  məhdudiyyətlik  hallarının  idarə 



58 

 

edilməsi baxımından bir sıra müəlliflər özlərinin “risklərin azaldılmasının dinamik 



adaptasiya  konsepsiyasını”  daha  önəmli  hesab  etmişlər.  Bəzən  böhran  şəraitində 

risklərin    strateji  idarə  edilməsi  ilə  bağlı  idarəçi  tədbirlərin  görülməsi  bütün 

hallarda  gözlənilən  səmərəni  verə  bilmir.  Belə  olduqda  isə  məhz  müəllifləri 

konsepsiyanın  müddəalarına  uyğun  formada  olan  təşkilatlarda  baş  verən  maliyyə 

əməliyyatlarında risklərin idarə edilməsi prosesinə əməl etmək  zəruri hesab edilir. 

Mütəxəssislər  qeyd  edirlər  ki,  dinamikada  da    risk  konsepsiyası  kifayət  qədər 

uzunmüddətli  maliyyə  əməliyyatlarında  risklərin  idarə  edilməsi  baxımından 

əlverişlidir.  Lakin  bu  fikirlə    tam  şəkildə  razı  olmaq  düzgün  hesab  edilmir.  Hər 

hansı  mövqedə  riskə    baxılmasından  asılı  olmayaraq    bu  heç  də  pozitiv  hadisə 

hesab edilmir və riskli fəaliyyətin nəticəsi kimi meydana çıxır.  

            Risk  menecmenti  çərçivəsində  banklar  faiz  risklərinin  idarə  edilməsi  ilə 

yanaşı,  kredit  siyasətlərini  hazırlayarkən  kredit  riskini  də  diqqət  mərkəzində 

saxlamaqla,    bank  fəaliyyətinin  maliyyə  nəticələrinin  düzgün  proqnozlaşdırılması 

və  bir  sıra  qərarların  qəbul  edilməsi  zamanı  baş  verə  biləcək  itkiləri  əvvəlcədən 

nəzərə alırlar.  

            Ölkəmizdə və dünyanın bir sıra banklarında risklərin idarə edilməsi siyasəti 

ilə  bağlı  məsələyə  nəzər  salaq.  Banklardan  digər  risk  növləri    ilə  müqayisədə  

kredit risklərinin yaranması və bu risk növünə daha çox  nəzarət edilir. Bu zaman 

banklarda  kredit  risklərinin  idarəedilməsi,  zamanı  yaranan  əsas  problemlər 

kreditləşmə  prosesinin  təhlili  və  natamam  informasiya  şəraitində    kredit 

qərarlarının  düzgün  şəkildə  qəbul  edilməsi  ilə  əlaqədardır.  Kommersiya 

banklarından  kreditləşmə  əməliyyatları  aparması  zamanı  yarana  biləcək  risklərin 

məhdudlaşdırılması  və  mənfi  təsirinin  minimuma  endirilməsi  ilə  bağlı  bankların 

həyata  keçirdiyi  siyasət  onların  gələcək  fəaliyyətində  baş  verə  biləcək  itkilərin 

qarşısını alır.  

            Kredit  risklərinin  idarə  edilməsində  qarşıya  çıxan  əsas  problemlərdən  biri 

məhz kreditləşmə prosesinin daha dərin təhlil edilməsi və buna müvafiq olaraq da 

natamam  informasiya  şəraitində  bu  istiqamətdə  düzgün  qərarların  qəbul 




59 

 

edilməsidir.  Kreditləşmə  əməliyyatlarının  qiymətləndirilməsi  və  risklərin  mənfi 



təsirinin  minimuma  endirilməsi  istiqamətində  bankların  yerinə  yetirdiyi  siyasət 

bankların gələcək fəaliyyətində qarşılaşa biləcəyi riskləri minimuma endirməkdir.            

Sadaladığımız  məsələlərlə  əlaqədar  olaraq,  Azərbaycanda  fəaliyyət  göstərən  bir 

neçə  bank  üzrə  tam  kreditləşmə  əməliyyatlarından  və  bununla  da,  risklərin  idarə 

edilməsi proseslərini təhrik edərək, müəyyən edilmiş göstəriciləri, xarici bankların 

göstəriciləri ilə müqayisə edək.  

            Ölkəmizdə  bank  sferasında  risklərin  idarə  edilməsi  və  ümumilikdə  risk 

menecmentinin xüsusiyyətlərinə Bank of Baku timsalında nəzər salaq.  

       Bank  of  Baku  üzrə  riskləin  idarə  edilməsi  aşağıdakı  məqsədlə  həyata 

keçirilir.  

1.

 

Bank  fəaliyyətinin  bütün  istiqamətləri  üzrə  mənfəətlilik  əmsalları 



optimallaşdırılması  

2.

 



Risklərin  idarə  edilməsi  üzrə    bankın  bütün  şöbələri  tərəfindən  müəyyən 

edilmiş qayda və prosedurlara əməl edilməsi 

3.

 

Bankın  fəaliyyətində    itkilərə  səbəb  ola  biləcək  risklərin  minimuma 



endirilməsi  

4.

 



Risklərin    kreditorların  və  əmanətçilərin  maraqlarına  təhlükə  yaratmayacaq 

səviyyədə saxlanılması    




Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə