Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 8,93 Mb.
Pdf görüntüsü
səhifə17/114
tarix30.10.2018
ölçüsü8,93 Mb.
#76332
1   ...   13   14   15   16   17   18   19   20   ...   114

 Elşad MAHMUDOV 
50 
döyüşən tərəflərin xətib və şairləri tərəfindən hicviyyə və ya mədhiyyələrlə 
dilə  gətirilirdi. Tərəflərin fərqli üslublarla münasibət bildirdikləri və diqqət 
mərkəzində olan bu döyüş hekayələri daha çox şifahi  şəkildə, dildən dilə 
dolaşaraq nəsildən nəslə ötürülür, ərəblərin yaddaşına həkk olunur, əsrlər 
boyu hafizələrdə, adət-ənənələrdə mühafizə edilir, qəbilələrin və tayfaların 
tarixi haqqında mühüm məlumat mənbəyinə çevrilir, qəhrəmanlıq dastanları 
kimi xalq arasında yayılır və bu şəkildə İslamaqədərki dövr ərəblərinin tarix 
anlayışının təşəkkül etməsində  əhəmiyyətli rol oynayırdı.  İslamaqədərki 
dövr  Ərəb tarixi üçün zəngin vəsait və  məlumat mənbəyini ehtiva edən 
“Əyyamul-Arabı” tarixçilər, diliçilər və ədəbiyyatçılar qaynaq olaraq istifadə 
edirlər. Hətta məşhur alim Katib Çələbi “Əyyamul-Arab” elmini tarixin mü-
hüm bir şöbəsi olaraq qeyd etmişdir.
16
 Maraqlısı budur ki, “Əyyamul-
Arabda” meydana gələn müharibələr və hadisələr və ya “Ənsab elmində” 
ortaya qoyulan məlumatlar çox geniş formada Ərəb ədəbiyyatında öz yerini 
tapmışdır. Yəni Ərəb şerinin inkişaf etməsində şəcərə mənqibələri ilə döyüş 
hekayələri və burada baş verən qəhrəmanlıq nümunələrinin böyük əhəmiy-
yəti var. Bu eyni zamanda İslamaqədərki dövrdə Cahiliyyə dövrü Ərəb şeri 
və  ədəbiyyatının tarixi məlumatlarla zəngin olduğunu,  şerlərin bəzi tarixi 
hadisələrin və  şəxsiyyətlərin bilinməsini təmin etmə  vəzifəsini rahat bir 
şəkildə yerinə yetirdiyini, beləcə bu dövr ərəblərinin tarix anlayışına ciddi 
nüfuz etdiyini və  şerin  şifahi tarixçilyin bir növü və  şöbəsi olduğunu 
göstərir. Cahiliyyə şeri İslamaqədərki həyatın hər anına işıq tutur. Yuxarıda 
qeyd etdiyimiz müharibələr haqqında məlumatlar, tayfalar arası münasi-
bətlərin tənzimlənməsi, sülh və  əminamanlığın bərqərar olması,  Ərəblərin 
adət-ənələri, inanc və düşüncələri, sosial, siyasi, mədəni, iqtisadi və dini 
həyatları, yaxşı  və pis xüsusiyyətləri o dövrün şerlərində geniş formada öz 
əksini tapmışdır. Şerin ən başda gələn mövzuları tərifləmək-mədh, öyünmək-
fəxr, tənqid və ya təhqir etmək-hica, mərsiyə söyləmək-risa, qəhrəmanlıq-
hamasə kimi xüsuslar və  ədəbi janrlardan ibarət idi. Əsas etibarilə  şifahi 
olaraq yaddaşlara həkk olunan Ərəb  şerlərindən “Uqaz vadisində” təşkil 
olunan yarmarkalarda (540-cı illər) keçirilən şer yarışlarında yer tutanlardan 
                                                                                                                   
341-386; E. Mittwoch, “Eyyâmü’l-Arab”, İA, IV, 421 - 422; Mehmet Ali Kapar, 
“Eyyâmü’l-Arab”, Türkiye Diyanet Vakfı İslâm Ansiklopedisi, İstanbul 1995, XII, 14-16. 
16
 Katib Çələbi, Kəşfuz-zunun an əsamil-kutub vəl-funun (nəşr edənlər: Kilisli Muallim Rifat – 
Şerefeddin Yaltkaya,) I-II, İstanbul 1360-1362 / 1941-1943, I, 24. 


İslamaqədərki dövr Ərəbistan yarımadasında tarix və tarixşünaslıq 
51 
bir qismi mükafatlandırılır, daha sonra bu şerlər yazılır və bunların  ən 
gözəlləri yazılı  şəkildə  Kəbə divarına asılırdı. Yeddi asqı  (əl-muallaqatus-
səb´a) bu yarışlarda dərəcə və mükafat qazanmış məşhur qəsidələr arasında 
yer alır.  İmrul-Qeys, Nabiğa  əz-Zubyani, Ləbid  İbn Rabia, Umeyyə  İbn 
Əbus-Salt, Zuheyr İbn  Əbu Sulma, A´şa (Meymun İbn Qeys) Cahiliyyə 
dövrünün ən tanınmış, məşhur və şerləri dillərə dastan olan şairləridirlər.
17
  
İslamaqədərki dövr ərəblərində tarix anlayışının formalaşmasında 
yuxarıda qeyd olunan terminlərlə  bərabər  əxbar  - (ərəblərin keçmişinə aid 
dastanlaşmış  və  mənqibələşmiş  rəvayətlər) termini də mühüm yer tutur. 
“Xəbər” kəlməsinin cəm forması olan “əxbar” bir qövm, xalq, qəbilə, tayfa, 
şəxs və ya bir ölkə, region, hər hansı bir hadisə haqqında nəql edilən 
məlumatlar, sözlər və  rəvayətlərdir. Nümunə olaraq “Axbarul-Arab”, 
“Axbaru Təmim”, “Axbaru Əbi Təmmam”, “Axbaru Yəmən”, “Axbaru 
Məkkə” və buna bənzər adları göstərmək olar. İslamdan əvvəl dastanlaşmış 
və  mənqibələşmiş ünsürləri tarixi ünsürlərinə qalib gələn bu rəvayətlərin 
İslamdan sonra tarixi vəsfi ön plana keçmişdir. Buna görə  də Cahiliyyə 
dövründən qalmış olan “Axbarul-Arab – Ərəblərin xəbərləri” deyildiyi 
zaman bundan ərəblərin qədim tarixinə aid dastan və mənqibə mahiyyətində 
olan rəvayətləri nəzərdə tutulur. “Əxbarı” qədim şerdənəmsal – qısa və ya 
yığcam hekayələr və  ənsaba dair məlumatlardan ayrı  ələ almaq mümkün 
deyil. “Əyyamul-Araba” aid rəvayətlərdə şer və əxbar daima iç-içə olan, bir-
birini açıqlayan ünsurlardır.  Şerin  əsas mövzuları olan mədh,  fəxr,  risa  və 
hicvin ana elementlərini,  şəxsin və ya qəbilənin keçmişinə dair xəbərlər 
təşkil edirdi. Buna görə  də  şer  şəxs, qəbilə  və ya hadisələrin “əxbarı” ilə 
bərabər rəvayət edilmişdir.  Ənsaba aid məlumatların  əsasını da “əxbar” 
təşkil edirdi. “Əxbar” İslamaqədərki dövrdə hafizədən hafizəyə nəql edilərək 
şifahi tarixçiliyin əsaslarından birini meydana gətirirdi.
18
  
Son olaraq böyük dini-tarixi əhəmiyyətə malik olan Məkkə  şəhəri və 
ətrafında olan tarix anlayışı haqqında məlumat vermək istəyirik. Bu şəhərlə-
rin yerləşdiyi Hicaz regionunda çox zəngin tarixi materiallar mövcud idi. 
Müxtəlif mədəniyyətlər və dinlərdən olan insanlar ticarət, səyahət və  həcc 
                                                 
17
 Cavad Ali, əl-Mufassal fi Tarixil-Arab Qabləl-İslam, V, 341 Sarıçam, Hz. Muhammed ve 
Evrensel Mesajı, s. 43. 
18
 Nihad M. Çetin, “Ahbâr”, Türkiye Diyanet Vakfı İslâm Ansiklopedisi, I, 486. 


Yüklə 8,93 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə