Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 8,93 Mb.
Pdf görüntüsü
səhifə15/114
tarix30.10.2018
ölçüsü8,93 Mb.
#76332
1   ...   11   12   13   14   15   16   17   18   ...   114

 Elşad MAHMUDOV 
46 
haqqında qeydlər və sənədlər ilə qonşu dövlətlərin ən qədim tarixinə aid olan 
bəzi yazılı müqavilələr buna dəlil göstərilir. Həmçinin o dövrdə böyük gücə 
sahib olan və Ərəbistan yarımadasına müxtəlif yollarla təsir gücləri olan Fars 
və Bizans imperiyalarının hökmdarları haqqında tarixi məlumatların 
bilindiyi və xüsusilə  də Fars millətinə aid bəzi tarixi qaynaqların eramızın 
VI-əsrinin ikinci yarısında  Ərəb dilinə  tərcümə edildiyi haqqında da məlu-
matlar vardır.
7
 Bu dövrdə Ərəblər arasında İbrani və Suryani dilində mövcud 
olan kitablar yanında bunların  Ərəbcələri və  Ərəb dilində  bəzi hikmət 
kitablarının mövcud olması haqqında da ehtimallar vardır. Bundan başqa 
müəyyən şəxslər və qəbilələr arasında olan müqavilələr, kölə mülkkiyyəti ilə 
bağlı sənədlər, əmannamələr, məktublar, şer-muəllaqat mətnləri və xüsusilə 
də  məzar-qəbir kitabələri  Ərəb dilində yazılır və möhürlər  Ərəb dilində 
qazılaraq istifadə edilirdi. Bunlar arasında dövrümüzə  gəlib çatan xüsusilə 
bəzi kitabələrdə olan yazılarda çox qiymətli tarixi məlumatlar mövcuddur. 
Yazı vasitələri və ləvazimatı olaraq isə dəri, xurma dalları, dəvə sümükləri
yumuşaq ağ daşlar, taxta lövhələr və papirus kağızlardan istifadə edilirdi. 
Lakin bu ləvazimatın  əksəriyyəti dözümlü olmadığı, çürüməyə meyilli 
olduğu üçün günümüzə  qədər gəlib çatmamış  və bunlardan tarixi məlumat 
əldə etmək demək olar ki, mümkün olmamışdır.  Bu  qeyd  edilənlər hamısı 
çox mühüm tarixi materiallar olmaqla bərabər onlar Ərəbistan yarımadasın-
da o dövrdə bir o qədər də geniş yayılmamışdı. Buna görə də İslamaqədərki 
dövrdə  əksər məlumatlar, xəbərlər, xatirələr və  ədəbi poeziya, qısa olaraq 
Ərəb mədəniyyəti və tarixi bəzi istisnalar olmaqla bərabər  əsas etibarilə 
insanların əzbərlərində, hafizələrində, yaddaşlarında qorunaraq və mühafizə 
edilərək nəsillərdən nəsillərə  nəql edilir, köçürülür və miras buraxılırdı. 
Nəticə etibarilə əsas olan sözlü rəvayət, şifahi tarixçilik idi. Yazı isə məhdud 
sahədə istifadə edilən və hafizəyə yardım edən bir vasitə idi.
8
 Bu mənada 
müsəlman  Ərəblərin tanınmış alimlərindən bir olan əl-Cahiz,  Ərəblərdə 
demək olar ki, hər şeyin bədahətən olduğunu, daxili dünyalarında meydana 
gələn məna və düşüncələrini dillərinə  gələn sözlərlə ifadə etdiyini, bunları 
                                                 
7
 Sabri Hizmetli, İslâm Tarihçiliği Üzerine, Ankara 1991, s. 39 - 40; Eyni müəllif,  İslâm 
Tarihi – İlk Dönem -, Ankara 2006, s. 31. 
8
 Cavd Ali, əl-Mufassal fi Tarixil Arab Qabləl-İslam, VIII, 202, 252; Nihad M. Çetin, “Arap” 
Türkiye Diyanet Vakfı İslam Ansiklopedisi, III, 276; İbrahim Sarıçam, Hz. Muhammed ve 
Evrensel Mesajı, s. 44; Болъшаков, O. Г. История Халифата, I, 36-37. 


İslamaqədərki dövr Ərəbistan yarımadasında tarix və tarixşünaslıq 
47 
özləri öyrənmədiyi kimi uşaqlarına da öyrətmədiklərini, yazı yazmadıqlarını, 
nəticə etibarilə bunların ümmi olduqlarını öz əsərlərinin birində qeyd edir.
9
 
Qəribə olan burasıdır ki, bu mənada oxuma və yazma bilməyən Bədəvi şair-
lər üçün oxumağı və yazmağı bilmək və şerləri yazmaq ayıb hesab edilirdi. 
Hətta ilk İslam dövründə yazının yazıldığı  və etibar qazandığı bir dövrdə 
belə bu fikir və düşüncənin bəzən davam edtiyi müşahidə edilmişdir.
10
 
İslamaqədərki dövrdə tarixin sözlü rəvayət və ya şifahi xəbərlərə  əsas-
lanmasının digər səbəblərindən biri də  Ərəbistan yarımadasında sosial və 
siyasi bir həyat tərzi kimi yerləşmiş olan qəbilə  cəmiyyəti, bu cəmiyyətin 
strukturu, buna müvafiq olaraq inkişaf edən qayda qanunlar və adət ənənələr 
idi. Belə ki, həyat şərtləri və məişət qaynaqlarından yola çıxaraq deyə bilərik 
ki, ərəblərdə sosial və siyasi strukturun bir tək əsas təməli var idi ki, bu da 
əlaqələri, adət-ənənələri və  əxlaqi dəyərlərilə  hər zaman ön planda olan 
qəbilədir. Qəbilə eyni soydan gələn və daha çox kişinin soyunda gələn 
şəxslərin meydana gətirdiyi və  fərdlərin bir-birinə qan bağı, qohumluq 
yolları ilə bağlandıqları bir topluluqdur. Soy qəbilənin  əsasını  təşkil etdiyi 
üçün  Ərəblər öz soylarını, ailələrini, nəsillərini qorumağa və mühafizə 
etməyə səy göstərirdi və öz əcdadının adını əzbər bilirdi.
11
 Onlar əvvəlkilərin 
sonrakılar, ataların və babaların uşaqlar və  nəvələrin fərdi və kollektiv 
yaşayışı üzərində təsirli olduğuna inanır və ailənin, aşirətin və qəbilənin soy 
kötüklərinin doğru şəkildə bilinməsinə və qorunmasına əhəmiyyət verirdilər. 
Bu mənada İslamaqədərki dövrdə tarix ilə yaxından maraqlanan Ərəblər bu 
şəkildə keçmişdə yaşanan zaman arasında güclü bağlar olduğu və tarixin 
insan həyatına istiqamət verən bir ünsür olduğu qənaətinə sahib idilər.
 12
 
Ərəblərin soy köklərinin bilinib qorunmasına verdikləri bu əhəmiyyət 
onlarda tarixçiliyin əsas mənbələrindən biri olan “Ənsab - soy kökü, şəcərə” 
elminin ortaya çıxması  və inkişafına gətirib çıxarmışdı. “Ənsab”, soy, soy 
kökü, nəsil mənasını verən “nəsəb” kəlməsinin cəm formasıdır. Ərəb tarixi 
                                                 
9
 əl-Cahiz, əl-Bəyan vət-Təbyin, (nəşr edən: Abdussalam M. Harun), Qahirə-Misir 1368/1949, 
III, 28. 
10
 Nihad M. Çetin, “Ahbâr”, Türkiye Diyanet Vakfı İslâm Ansiklopedisi, İstanbul 1988, I, 486-
487. 
11
  İ. Sarıçam,  Hz. Muhammed ve Evrensel Mesajı, s. 35; Болъшаков, O. Г.  История 
Халифата, I, 39. 
12
 Sabri Hizmetli, İslâm Tarihçiliği Üzerine, s. 37; Eyni müəllif, İslâm Tarihi – İlk Dönem -, s. 
28-29. 


Yüklə 8,93 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə