Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 8,93 Mb.
Pdf görüntüsü
səhifə16/114
tarix30.10.2018
ölçüsü8,93 Mb.
#76332
1   ...   12   13   14   15   16   17   18   19   ...   114

 Elşad MAHMUDOV 
48 
qaynaqlarında qəbilələrin soyunu tədqiq edən, bir görüşə görə yalnız ata 
tərəfindən, digər bir görüşə görə isə həm ata və həm də ana tərəfindən olan 
qohumluq  əlaqələrini tədqiq edib incələyən elm sahəsinə  “ənsab elmi” 
diyilir. Soy kökünün bilinməsi özlərini qoruyan və bir araya gətirən bir 
dövlətin mövcud olmamasının təbii bir nəticəsi olaraq qəbilə fərdlərini bir-
birinə bağlayan, müxtəlif təhlükələrdən qoruyan və başqa qəbiləyə  mənsub 
insanlardan ayıran, fərqləndirən bir zireh kimi qəbul edilirdi. İslamaqədərki 
dövrdə yaşayan ərəblər üçün “Ənsab” elmi, yəni soy kökünün bilinməsi və 
ona hiss edilən ehtiyac adətən bu günkü insanın öz haqlarını qoruyan bir 
dövlətə və bir vətənə duyduğu ehtiyac kimi idi. Ənsab elminə sahib olmaq
özünün soy kökünü bilmək  İslamaqədərki  Ərəb qəbilələrinin fərdlərinə öz 
əcdadlarının şan və şərəfini öyünməsini, bununla da fərəhlənməsini, lovğa-
lanmasını, qəhrəmanlarını və tarixi hadisələrini böyük qürur və iftixarla yad 
etməsini təmin edir, bir sözlə onların mənliyi, kimliyi və  şəxsiyyətinin 
formalaşmasının, var olmalarının, tayfalarının və  qəbilələrinin milli və 
mənəvi dəyərlərinin yaşanıb qorunması üçün adət-ənənələrinin mühafizə 
edilməsinin  əsas qaynağı olaraq bilinir və bu amillər insanları öz soylarını 
öyrənməyə sövq edirdi. İslamaqədərki  Ərəblərin, keçmişin davamlı 
xatırlanması üçün “Ənsab” elminə böyük əhəmiyyət vermələri  Ərəblərdəki 
tarix  şüurunun formalaşması, inkişaf etməsi və mövcudiyyətinə  ən güclü 
dəlil olaraq qəbul edilir. Soy köklərinin, şəcərələrinin qorunması, mühafizə 
edilməsini təmin edən “Ənsab” elmi soyda adları keçən insanlarla bağlı çox 
sayda tarixi məlumatın da ortya çıxmasını  və bir araya gətirilməsini təmin 
edirdi ki, bu elmin sayəsində bu gün də  İslamaqədərki dövrlə bağlı çox 
qiymətli tarixi məlumatları  əldə edə bilirik. Əlbəttə bu məlumatlar 
İslamaqədərki dövrdə sözlü və  şifahi xəbərlərə dayanmaqla bərabər nadir 
hallarda bir istisna olaraq yazılı  mətnlərdə  də öz əksini tapırdı.  Ənsab 
elminin bu yazılı  mətnlərin ortaya çıxmasında xüsusi yeri var idi. Belə ki, 
Cahiliyyə dövründə hər qəbilənin xəbərlərini, mühüm hadisələrini, mühari-
bələrini, şairlərinin adlarını, şerlərini və soylarına aid olan məlumatları yazılı 
olaraq qeyd etdikləri bir əsas ana kitabın-divanın mövcud olduğu haqqında 
da görüşlər vardır. Bu şəkildə olan yazılı mətnlərin soy köklərinə şübhə ilə 
baxılmasının qarşısını almaq və uydurma şəcərələrin ortaya çıxmasına mane 


İslamaqədərki dövr Ərəbistan yarımadasında tarix və tarixşünaslıq 
49 
olmaq üçün meydana gətirildiyi bildirilir.
13
  İslamaqədərki dövrdə olduğu 
kimi  İslam dövründə  də heç bir yerdə banzəri olmayan Ənsab elmi ilə 
fərqlənən və  Ərəb olmayanlara qarşı bu elmlə öyünən  Ərəblərin “Ənsab” 
elmi sayəsində sahib olduqları tarix anlayışı  və tarixi məlumatlar daha 
sonrakı dövrlərdə, xüsusilə  də  İslamın ortaya çıxması, onun elmə verdiyi 
dəyər və bu minvalla hər bir sahədə olduğu kimi bu sahədə də qələmə alınan 
əsərlərin, risalələrin və kitabların vasitəsilə yazılı olaraq günümüzə  qədər 
gəlib çatmışdır. 
“Ənsab” elminin İslamaqədərki  Ərəblərdə digər mühüm tarix mənbələ-
rindən olan “Əyyamul-Arab”, “şer”, “əxbar”, “xitabətlə” çox yaxından 
əlaqəsi vardır. Çünki soy kökü haqqında məlumatları  əldə etmək üçün 
qəbilələr və ya fərdlər haqqında deyilənlər, onların  şerləri, xütbələri
apardıqları müharibələr, döyüşlər və ya etdikləri düşmənçilikər, qan davaları 
haqqında da məlumata sahib olmaq lazım idi. Bütün bunlar eyni zamanda 
İslamaqədərki dövr ərəblərinin tarix anlayışı və tarixi haqqında çox mühüm 
qaynaqlardır. Məsələn bunlar arasında İslamaqədərki dövrdə Ərəblərdə tarix 
anlayışına təsir edən ən mühüm amillərdən biri kimi Ərəb qəbilələri arasında 
baş verən müharibələr, bəzi hallarda hətta ailələr və fərdlər arasında cərəyan 
edən döyüşlər, dava-dalaşlar və  qəhrəmanlıq dastanları kimi bilinən 
“Əyyamul-Arab” böyük əhəmiyyət kəsb edir. “Əyyam”  ərəb dilində olan 
“yəum-gün” kəlməsinin cəm forması olmaqla bərabər bu kəlməyə döyüş, 
müharibə mənası verilmiş və bir termin olaraq Ərəblərin tarixləri
14
, günləri, 
döyüşləri və ya müharibələri kimi istifadə edilmişdir. Bəzi müəlliflərə görə 
böyük – kiçik, sayı 75-dən 1700-ə  qədər olan “Əyyamul-Arab” – İslama-
qədərki Ərəblərin müharibələrinə hər biri meydana gəldiyi yerə, səbəbinə və 
ya nəticəsinə görə  Yəumu Buas, Yəumu Zuqar, Yəumu Dahi və  Ğabra, 
Yəumu Ficar kimi adlar verilmişdir.
15
 İslamaqədərki Ərəblərin müharibələri 
                                                 
13
 Mustafa Fayda, “Ensâb”, Türkiye Diyanet Vakfı  İslam Ansiklopedisi,  İstanbul 1995, XI, 
244-245; F. Rosenthal, İlmut-Tarix  İndəl-Muslimin, (tərcümə edən: Salih Ahməd  əl-Ali) 
Beyrut, I, 36-37; Sabri Hizmetli, İslâm Tarihçiliği Üzerine, s. 41. 
14
 Cavad Ali, əl-Mufassal fi Tarixil-Arab Qabləl-İslam, V, 333-336, 341. Seyyide İsmail 
Kaşif, İslam Tarihinin Kaynakları ve Araştırma Metodları, s. 21. 
15
 “Yəum” kəlməsinin mənası ve “Əyyamul-Arab” termini ilə bağlı geniş  məlumat üçün 
baxın: İbn Manzur, Lisanul-Arab, Beyrut-tarixsiz, XII, 649-650; Butrus əl-Bustani, Qutrul-
Muhit, Beyrut 1995, s. 686; Əbu Ubeydə Mamər  İbn  əl-Müsənna  ət-Teymi,  Kitabu 
Əyyamil-Arab Qabləl-İslam, I, 21 və davamı; Muhamməd  Əbul-Fadl  İbrahim,  Əyyamul-
Arab fil-Cahiliyyə, s. 2 və davamı; Cavad Ali, əl-Mufassal fi Tarixil-Arab Qabləl-İslam, V, 
 


Yüklə 8,93 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə