Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 8,93 Mb.
Pdf görüntüsü
səhifə110/114
tarix30.10.2018
ölçüsü8,93 Mb.
#76332
1   ...   106   107   108   109   110   111   112   113   114

Ülviyyə SƏLİMBƏYOVA  
338 
 


Məhəmməd Peyğəmbərin (s) təhsil metodları 
339 
 
 
MƏHƏMMƏD PEYĞƏMBƏRİN (S) TƏHSİL METODLARI 
 
Xəqani ABASOV 
 
 
Müqəddəs kitabımız Qurani Kərim 23 il ərzində nazil olmuş ayələrdən 
təşəkkül tapmışdır. Xüsusilə buradakı dini hökmlər birdən-birə müsəlman-
ların üzərinə vacib qılınmamış, Cənab Allah öz bəndələrini bu hökmlərə 
tədricən alışdırmışdır. Bunu içkinin haram qılınması ilə bağlı hökmün 
timsalında daha aydın görmək mümkündür. Belə ki, əvvəlcə Məkkədə nazil 
olmuş ən-Nahl surəsinin 67-ci ayəsində içkidən bəhs edilmiş, onun o qədər 
də gözəl nemət olmadığı vurğulanmışdır. Bu mövzuda olan ikinci ayə isə 
Mədinədə nazil olmuşdur.  əl-Bəqərə surəsinin 219-cu ayəsində içkinin və 
qumarın həm faydasız, həm də faydalı yönlərinin olmasına diqqət yönəldil-
mişdir. Məhz bu ayədən sonra bir çox müsəlmanlar içkinin faydasız olmasını 
nəzərə alaraq ondan əl çəkmiş, bəziləri isə onun həm də faydalı olmasını 
əsas gətirərək bu vərdişlərini davam etdirmişlər. Maidə surəsinin 90-91-ci 
ayələrində isə içkinin tamamilə qadağan olması barədə hökm verilmişdir. Bu 
zaman  əvvəlki ayələrin də  təsiri ilə müsəlmanların böyük əksəriyyəti artıq 
içkini tərk etmişdilər. Yəni, məhz, tədricilik üsulunun köməyi ilə müsəl-
manlar üçün bu hökmə tabe olmaq o qədər də çətin olmamışdı.  
Qurani-Kərimdə öyrətmək üsulları kimi tədriciliklə yanaşı, hekayələrlə,  
ibrət və  nəsihətlərlə, nümunə göstərməklə, sual-cavabla tərbiyə metodları 
xüsusi yer tutur.  
İslamın təbliğinə  və  tədrisinə böyük önəm verən və bilavasitə bunun 
üçün seçildiyini hər fürsətdə  bəyan edən Məhəmməd Peyğəmbərin (s) də 
Qurandan qaynaqlanan tədris prinsipləri və metodları var idi. Əsas metodlara 
keçməzdən  əvvəl onun islamın öyrənilməsində böyük əhəmiyyət verdiyi 
bəzi prinsipləri vurğulamaq yerinə düşərdi.  
Allah Rəsulu (s) öyrədərkən zamana riayət edərdi. Təhsildə zamanın 
düzgün təyini son dərəcə mühüm amildir. Veriləcək məlumatın, deyiləcək 
sözün diqqətin dağılmayacağı bir zaman içində  qısa və konkret şəkildə 
dinləyiciyə, tələbəyə çatdırılması vacibdir. Bu zaman onun bu bilgini 


Xəqani ABASOV  
340 
öyrənməyə hazır olub-olmadığını da nəzərə almaq lazımdır. Hədislərdəki, 
qısa və konkretlik, hər birinin bir epiqram xüsusiyyətində olması da buna 
əsaslanır.
1
 
İbn Məsuddan edilən rəvayətə görə səhabələrin bezə biləcəyi düşüncəsi 
ilə Rəsuli-Əkrəm onlara hər gün deyil, arada bir vaz və nəsihət edərmiş.  
İbn Məsud da bir çoxları kimi bu prinsipə son dərəcə diqqət edərmiş. 
“Bizə hər gün nəsihət versən nə olar? deyə sual verənlərə o, Rəsulallahın (s) 
bu yöndəki metodunu xatırladaraq təklifi qəbul etməz və yalnız cümə axşamı 
günləri vaz edərdi.
2
  
Rəsulallah (s) öyrətdiklərinin anlaşılıb-anlaşılmadığını yoxlayar, öyrədi-
lənlərin tətbiq olunmasını  tələb edərdi. Səhabəyə bütün ibadətlərini tam və 
qüsursuz yerinə yetirmələrini əmr edər, onlara bunun necə ediləcəyini göstə-
rər, xətaları yerindəcə düzəldərdi. O, dəstəmaz alarkən ayaq topuqlarını tələ-
sərək tam yumayanları görmüş və onlara irad bildirmişdi. Həzrəti Ömərdən 
belə rəvayət olunur: “Bir nəfər dəstəmaz alarkən ayağının üzərində su vur-
madığı yer qaldı. Bunu görən Peyğəmbər (s) “geri dön və  dəstəmazını 
yenidən al” buyurdu. O şəxs də, geri döndü, dəstəmazını yenidən aldı, sonra 
namazını qıldı” 
3
  
Yaxşı başa düşülməsi və yadda qalması üçün mühüm məsələlərdə sözü 
üç dəfə  təkrar edərdi. Bu təkrar zamanı onun kəlmələri adətən sayılacaq 
qədər olurdu. O, ağır-ağır danışır, sözləri bir-bir deyirdi. O, hər zaman hər 
şeyi üç dəfə təkrar etməzdi. Bunu ancaq əhəmiyyətli şey öyrədərkən edərdi. 
4
 
Bu fikrin zehində yer alması üçün mühüm metoddur. Təhsildə  təkrarın 
əhəmiyyəti və xeyri hər zaman və  hər yerdə  mənimsənilmiş  və  qəbul 
edilmişdir.  
Rəsulallah (s) hər suala, və ya cavabını bilmədiyi suala qətiyyən cavab 
verməz, bu xüsusda vəhy gözləyərdi. Vəhy gəldikdən sonra dərhal sual 
sahibini taparaq ilahi cavabı verərdi. Bu prinsipə müəllimlərin daim diqqət 
verməsi vacibdir. Tələbənin hər sualına cavab verməyə çalışan müəllim xəta 
edə bilər. Bilmədiyi bir mövzuda verilən suala sırf cavab vermək xətrinə 
cavab verməkdənsə, cavab verməmək daha məqsədəuyğundur. Belə 
                                                 
1
 Kandemir, M.Yaşar, Örneklerle İslam Ahlakı, 369 
2
 Buхari, əl-Camiu -Sahih, Elm, 11, 12 
3
 Müslüm, əl-Camius-Sahih, Taharə 10 
4
 Müslüm, a.k.ə. İman, 10 


Məhəmməd Peyğəmbərin (s) təhsil metodları 
341 
vəziyyətdə müəllim tələbəni bu sahədə daha bilikli olanın yanına 
göndərməlidir. 
5
  
Rəsulallah (s) təhsil sahəsində asan və yüngül olan yolu tərcih edərdi. 
Asanı  tərcih etmək islamın ruhunda da var. Necə ki, əl-Bəqərə sürəsindəki 
185-ci “Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər...”  ayəsi  buna 
misaldır. Məhəmməd Peyğəmbər (s) belə buyurmuşdur: “Asanlaşdırın, 
çətinləşdirməyin; müjdələyin, nifrət etdirməyin”. 
6
  
O, həmsöhbətini  əsla xəcil etməzdi. Ona qarşı son dərəcə  nəzakətli 
davranardı. Bu xüsusda Əbu Hureyrədən  belə  nəql edilir: “Peyğəmbərin 
yanına bir nəfər gəldi və “həlak oldum, ya Rəsulallah” dedi. Rəsulallah: 
“Səni həlak edən nədir” deyə soruşdu. O,: “Ramazanda oruc olduğum halda 
zövcəmlə əlaqədə oldum” dedi. Rəsulallah: “Bir köləni azadlığa çıxarmağa 
gücün çatarmı?” buyurdu. “Xeyr” cavabı aldıqda Rəsulallah (s): “Elə isə iki 
ay dalbadal oruc tuta bilərsənmi” deyə soruşdu. “Xeyr, buna da gücüm 
çatmaz” cavabından sonra Rəsuli  Əkrəm “60 yoxsulu doyura bilərsənmi” 
deyə soruşdu. Həmin  şəxs “Xeyr, bunuda edə bilmərəm” deyərək 
çarəsizlikdən yerə oturdu. Bu zaman Rəsulallah içi xurma ilə dolu bir səbət 
gətirdi və o adama dedi: “Bunu götür, sədəqə kimi payla”. Həmin  şəxs: 
Məndən kasıb birinəmi verəcəyəm bunu? Mədinədə buna mənim ailəmdən 
daha möhtac bir ailə yoxdur” dedi. Bunu eşidən Məhəmməd Peyğəmbər (s) 
ürəkdən gülərək dedi: “Haydı, apar öz ailənə yedirt”. 
7
   
 
Məhəmməd Peyğəmbərin təhsil metodları  
Öz səhabələrinə və islamın öyrənmək üçün uzaq yerlərdən gələn ərəblərə 
dinin tədrisi, habelə hər hansı bir dini hökmün izahı zamanı mövzunun tam 
aydın olması  və qavranılması üçün Məhəmməd Peyğəmbər bir çox 
metodlardan məharətlə istifadə etmişdir. Türkiyəli alim Faruk Bayraktar və 
başqa islam alimləri  əsasən hədislərə  və tarixi kitablara istinad edərək 
Məhəmməd Peyğəmbərin tədris zamanı  həyata keçirdiyi bir neçə metod 
müəyyənləşdirmişlər. Onun səhabələri öyrədərkən istifadə etdiyi metodlar-
dan bəzilərini araşdıracağıq.  
                                                 
5
 Bayraktar, Faruk, İslam Eğitiminde Öğretmen-öğrenci münasebetleri,. 62 
6
 Müslüm, a.k.ə.  Cihad və Siyer, 3 
7
 Müslüm, a.k.ə.  Siyam, 14 


Yüklə 8,93 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə