Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 8,93 Mb.
Pdf görüntüsü
səhifə108/114
tarix30.10.2018
ölçüsü8,93 Mb.
#76332
1   ...   104   105   106   107   108   109   110   111   ...   114

Nəsimi poeziyasinda əruz vəzni 
331 
 Əvvəldən sonadək daxili qafiyə  əsasında yazılmış  qəzəlin misralarını 
bölüb alt-alta yazsaq, gəraylı formasında 8 hecalı şeir alınar: 
Allahu əkbər, ey sənəm, 
Hüsnünə heyran olmuşam. 
Qövsi qüzehdir qaşların, 
Yayinə qurban olmuşam. 
* * * 
Yüzündürür cənnət gülü, 
Saçın həqiqət sünbülü. 
Eşqində mən bülbül kimi, 
Aləmdə dəstan olmuşam. 
Dönə-dönə qeyd olunduğu kimi, buradan yenə də belə bir qənaət hasil 
olur ki, əruz heca üzərində formalaşır. Bununla da Azərbaycan  ədəbiy-
yatşünaslığında illərdən bəri formalaşan formul - yəni “heca vəznli  şeirin 
Şah  İsmayıl Xətai tərəfindən divan ədəbiyyatına gətirilməsi” fikri alt-üst 
olmuş olur. Çünki, İmadəddin Nəsimi yaradıcılığında çəkilən misallar artıq 
illər boyu formalaşmış fikrə şübhə oyadır.    
Ümumiyyətlə, Nəsimi özü cəsur, fədakar insan olduğu üçün, onun şeir-
lərinin dili də  fədakarlığa, düşmənlərini sözlə susduran bəhrə  əsaslanmalı 
idi. Belə bir bəhr də,  əlbəttə ki, əruzun rəcəz bəhridir. Nəsimi bu bəhrdə 
yazdığı şeirlərində poeziya aləmində daha geniş üfüqlər açmışdır. 
Rəməl bəhri bu vəzndə olan bir mahnı növü olduğu üçün bu bəhr belə 
adlandırılmışdır. Deyirlər ki, vətədlərinin səbəbləri arasına daxil olaraq 
həsir toxunularkən onu nizamlayan iplərə oxşadığı üçün rəməl adlandırıl-
mışdır, belə ki, rəmalə toxumaq, hörmək deməkdir. Onun əsli failAtü 
təfiləsinin 6 dəfə (ərəb əruzunda) təkrarından ibarətdir. [14, 88]. 
Rəməl bəhri növlərinin çoxluğu ilə  də  əruzun  ən zəngin bəhrləri 
sırasında durur. Bu növlərin sayı haqqında məlumat müxtəlif  əruzçularda 
müxtəlifdir. Sahib ibn Əbbadda rəməlin on bir növü, Qeys Razidə-23, 
Nəsir Tusidə-40, Əlişir Nəvaidə-13, Seyfi Nişaburidə-18, Əbdülnafedə-18, 
Əli Cəmaləddində-14, Y.Bertelsdə-18, Vəhid Təbrizidə-9,  Əhməd 
Aymutluda (türk şeirində) - 6, Azərbaycan əruzunda (variantlardan başqa) 
-13 növü vardır. [15, 237].  
İşlənməsi etibarilə rəməl bəzi şairlərimiz tərəfindən, hətta həzəcdən də 
çox işlənmişdir. Məsələn, Nəsiminin “Divan”ında [16. Nəsimi. Divan 


Ülviyyə SƏLİMBƏYOVA  
332 
(Səlman Mümtaz nəşri). Bakı, 1926] həzəc bəhrində 74 şeir varsa, rəməl 
bəhrində tuyuğlarsız 96 şeir vardır. Burada Əkrəm Cəfərin “Əruzun nəzəri 
əsasları  və Azərbaycan  əruzu” kitabında mərhum  əruzşünasın nəzərindən 
qaçan  bir faktı diqqətinizə çatdırmağı özümə borc bilirəm. Belə ki, Əkrəm 
Cəfər Nəsimi tuyuğlarını rübai kimi qələmə verir. Amma bir faktı da 
nəzərdən qaçırmaq lazım deyil ki, rübai ilə tuyuğun bəhrləri başqa-
başqadır. Nəsimi şeirində bunun bariz nümunələrini faktlarla göstərəcəyik. 
Ümumiyyətlə, bu səhv mülahizə  Səlman Mümtaz (165 rübai), Cahangir 
Qəhrəmanov (500-dən artıq rübai) tərəfindən təkrar olunmuşdur. Maraqlı 
burasıdır ki, şairin bir dənə  də olsun rübaisi olmaya-olmaya Nəsiminin 
tuyuğlarını rübai adı altında qələmə vermişlər. 
Nəsiminin  şeirlərindən bizə  məlum olur ki, onun rübaisi yoxdur. Bu 
fikirlə tam bir qənaətə  gəlmək olar ki, tədqiqat zamanı onun rübailəri 
əlimizə keçməyib,  əks təqdirdə bu heç cürə  ağla sığmaz ki, Nəsimi istər 
özündən əvvəl, istər öz müasirlərinin yaradıcılıqlarına dərindən bələd olub, 
tanış olduğu bir halda özü rübai yazmamış olsun. Bir də bir faktı da 
nəzərdən qaçırmaq lazım deyil ki, Nəsiminin ana dilində yazdığı 
“Divan”ının bir nüsxəsi Misirdə yandırıldığından belə bir ehtimal ola bilər 
ki, Nəsiminin rübailəri də məhz bu yandırılan “Divan” içərisində olmuşdur. 
Nəsiminin belə bir tuyuğu vardır: 
Ey üzün ayati-ənvari-sifat, 
Zülfü xalın sureyi-“Vəlmürsəlat”, 
Ayağın tozinə dəyməz kainat
Faülatün faülatün faülat.  
Nəsimi kimi bir düha, “Şeir sənətinin sultanı”, düşünürük ki, sözün 
kasadlığından  əziyyət çəkməmişdir. Yuxarıda misal çəkilən tuyuğundakı 
faülatün faülatün faülat təfiləsini misra şəklində ona görə verir ki, tuyuğ 
olduğunu nəzərə çatdırsın. Belə ki, yalnız və yalnız tuyuğ bu qəlibdə 
işlənir, rübai isə məfAİlün təfiləsi ilə yaranır.  
Nəsiminin: 
Sənsiz, ey can, könlüm aram eyləməz, 
Can yanar, səbr, ey dilaram, eyləməz. 
Ləlini dövlət mana ram eyləməz, 
Neyçün ey sərvi-güləndam eyləməz. 


Nəsimi poeziyasinda əruz vəzni 
333 
– dördlüyü tuyuğun klassik nümunlərindəndir. Misraların dördü də 
həmqafiyədir, AAAA sistemi üzrə qurulub, qafiyələnmə cinas sözlər 
üzərində qurulub. 
Ümumiyyətlə, bir faktı  nəzərə çatdırmaq düzgün olardı ki, anadilli 
şeirimizdə ilk tuyuğları Qazi Bürhanəddin yazsa da, tuyuğ yazmaqda 
Nəsimi əsl mərhələdir. 
Mütəqarib  ərəbcə qürb-yaxınlıq sözündən olub, vətədlərinin bir-birinə 
yaxınlığına /təqarüb/ görə o, mütəqarib /yaxın/ adlandırılmışdır: belə ki, 
hər bir iki vətədin arasında bir səbəb vardır və onlar bir-birinə yaxındırlar. 
Başqa bəhrlərin təfilələri kimi bu bəhrin təfilələri aramla, ani nəfəs almaqla 
deyil, olduqca bir-birinə yaxın, bir nəfəsə  tələffüz olunur. Bu ondan irəli 
gəlir ki, bu bəhrin məzmunu dava, müharibə səciyyəsi daşıyır və təfilələrin 
bir-birinə yaxın, birnəfəsə səslənməsi sanki müharibədə işlədilən silahların 
qorxunc və dəhşətli sədalarını xatırladır.    
Mütəqarib bəhri səkkiz təfilə üzərində qurulmuşdur.  Əsli fəUlün 
fəUlün-ünün dörd dəfə təkrarından ibarətdir. İki əruzu və altı zərbi vardır. 
Mütəqarib və yaxud təqarib bəhrinin Azərbaycan poeziyasında hələlik 
yalnız iki növü məlumdur: birinci növü dörd dəfə  fəUlün ölçüsünün 
təkrarından yaranır.   
 “Söz mülkünün sultanı”- İmadəddin Nəsimi özünün “Götürdü üzündən 
niqabı  qəmər…” mətləli qəzəlini mütəqarib bəhrinin ikinci növündə 
qələmə almışdır: 
        fəUlün│ fəUlün│fəUlün│fəUl. 
       Götürdü üzündən niqabı qəmər, 
       Utandı ləbindən nəbatü şəkər. 
Nəsiminin işlətdiyi bəhrlər içərisində “münsərih”, “səri”, “xəfif”, 
müctəs” və s. bəhrləri və bunun qol-budaqları da mühüm yer tutur.    
Münsərih bəhri, onun zərblərində  və müxtəlif növlərində lazımi 
qaydaların insirah /axıcı  və  sərbəst/  şəkildə  gəldiyi üçün münsərih /azad, 
sərbəst, axıcı/ adlandırılmışdır.  
Əli Cəmaləddin yazır ki, “Xəlilə görə bu bəhrin tələffüzündə sürət və 
yüngüllük olduğundan münsərih adlandırıldı”. Firuzabadinin “Qamus”unda 
isə bu bəhr haqqında belə deyilir: “Dildə asanlıqla axdığı üçün münsərih 
adlandırılmışdır” . [17, 265]. 


Yüklə 8,93 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə