Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 8,93 Mb.
Pdf görüntüsü
səhifə111/114
tarix30.10.2018
ölçüsü8,93 Mb.
#76332
1   ...   106   107   108   109   110   111   112   113   114

Xəqani ABASOV  
342 
1)
 
Tədricilik metodu 
Bir çox məlumatın, bilginin eyni anda verilməsi psixoloji və pedaqoji 
prinsiplərə ziddir. Elmi bilgi zaman keçdikcə az-az verilməlidir ki, zehində 
yer etsin, yaxşı qavranılsın və yadda qalsın. Bilginin bir anda və çox 
verilməsi öyrənən şəxsi əzbərçiliyə məcbur edər, onu məsələnin mahiyyətini 
düşünməkdən uzaq qoyar. Az-az sızdırılan elmi bilgini isə tələbə həm asan 
qəbul edər, həm də onu təkrar etməklə  və düşünməklə yaxşı qavrayar. Bu 
psixoloji məqamı çox gözəl dəyərləndirən Peyğəmbər (s) öyrədərkən 
tədricilik metodundan daim istifadə etmişdir. Başqa sözlə,  İslamın 23 ildə 
zəfər qazanmasının səbəblərindən biri də budur.
8
  
Rəsulallah (s) hər gün yeni bir dini bilgi verir, yeni bir qayda öyrədirdi. 
Ancaq bu bilgilər  əvvəlki bilgilərə  əlavə olunaraq vəhdət təşkil edirdi. 
Səhəbələr Peyğəmbərdən (s) öyrəndiklərini öz ailələrinə, qohumlarına, 
yaxınlarına öyrədirdilər.  Əgər eyni vaxtda çoxlu məlumat verilsəydi, onu 
yadda saxlamaq, başqalarına öyrətmək səhabə üçün çətin olardı, 
ümumiyyətlə mümkün olmazdı.  
Rəsuli  Əkrəm həm də insanların psixoloji vəziyyətini yaxşı bilən bir 
psixoloq idi desək, yanılmarıq. Öyrətdiyi  şəxslər nəyi öyrənməyə hazır 
olublarsa, onlara o qədərini öyrədib, nəyi soruşublarsa, ona cavab verib. 
Həmsöhbətini bezdirməyib. 
9
  
Misal olaraq Buxarinin Səhihində keçən hədisi göstərmək olar: “Bir dəfə 
Nəcid tayfasından üstü-başı dağınıq şəkildə bir bədəvi gəldi və Peyğəmbərlə 
(s) aralarında belə bir dialoq keçdi: 
-
 
İslam nədir? 
-
 
Gündə beş vaxt namaz qılmaqdır. 
-
 
Bu namazlardan başqa etməli olduğum nə isə varmı?  
-
 
Xeyr, Ancaq nafilə olaraq qılmaq istəsən, qılarsan. Bir də Ramazan 
orucu var.  
Bu sorğu-sualla davam edən söhbətdə  Rəsulallah (s) zəkatı da əlavə 
etmişdir. Həmin şəxs: “Vallahi bundan nə artıq, nə də əskik edərəm”, dedi və 
çıxıb getdi.  
                                                 
8
 Bayraktar, a.k.ə. 65 
9
 Kandemir, a.k.ə. 389 


Məhəmməd Peyğəmbərin (s) təhsil metodları 
343 
Peyğəmbərimiz (s): “Əgər düz deyirsə xilas oldu”, buyurdu. 
10
  
Dialoqdan aydın olduğu kimi, Rəsulallah (s) qəribə görünüşlü, səfil 
görkəmdə olan bu bədəviyə qarşı  fərqli davranmış, onun psixoloji 
vəziyyətinə görə bir metod tətbiq etmiş  və yaxşı başa düşsün və qavrasın 
deyə, bilgiləri sıra ilə və tədricən vermişdir.  
 
2)
 
İsticvab (sual-cavab) metodu 
Rəsulallah (s) səhabəni həm də istacvab, yəni sual-cavab metodu ilə 
öyrətməyə çalışmışdır. O, ilk sualın səhabədən gəlməsini istəmişdir. Yəni 
səhabənin daim təşəbbüskar, öyrənməyə  həvəsli olmasını istəmiş  və bunu 
tələb etmişdir. Kitablarda rəvayət edilən belə bir hədis vardır: Rəsulallah (s) 
bir gün səhabələrin yanına gəldi və dedi: “Mənə sual verin”. Bu zaman heç 
kimin tanımadığı bir şəxs gələrək  əyləşdi və soruşdu: “İslam nədir, ya 
Rəsulallah?” Rəsulallah (s) “Allaha ortaq qoşmamaq, namazı düzgün 
qılmaq, zəkat vermək, Ramazan orucunu tutmaqdır” deyə cavab verdi. 
Həmin şəxş də bunu təsdiq etdi və Rəsulallaha (s) iman, ehsan və qiyamətin 
nə zaman qopacağı barədə suallar verdi və sonra çıxıb getdi. Rəsulallah (s) 
yanındakılardan həmin şəxsi onun yanına çağırmalarını istədi. Səhabələr onu 
axtarsalar da,  tapa bilmədilər. Bundan sonra Rəsulallah (s): Bax, O, 
Cəbrayıl idi. Öyrənməyinizi istədi. Çünki siz öyrənmək üçün soruşmadınız” 
buyurdu.
11
   
Türk İslam alimi F.Bayraktara görə, buradan bir çox tərbiyəvi nəticələr 
çıxarmaq mümkündür. Bunlardan birincisi tələbələri sual verməyə
bilmədikləri  şeyləri soruşmağa təşviq etməkdir. Belə olan halda, tələbə 
öyrəndiyini daha yaxşı yadda saxlayacaq. Çünki tələbə öz istəyi ilə öyrəndiyi 
mövzuları tez qavrayır, gec unudur. İkinci nəticə öyrənilən mövzunun 
öyrənənlərə praktiki izahı ilə bağlıdır. Xüsusilə dini öyrənən  şəxs dini 
vacibatları  təkcə  eşidərək deyil, həm də görərək qavrayır. Yuxarıda zikr 
edilən hədisdən də göründüyü kimi Məhəmməd Peyğəmbər bu metoddan 
şəxsən istifadə etmiş və buna təşviq etmişdir. 
12
 
                                                 
10
 Buxari, , a.k.ə. iman, 34 
11
 Müslüm, , a.k.ə. iman 1 
12
 Bayraktar, , a.k.ə. 67 


Xəqani ABASOV  
344 
Bu metod səhabədən bir çoxunun xoşuna gəlib. Necə ki, Müslimin hədis 
kitabında  Ənəs bin Malikdən gələn bir rəvayətdə  Ənəs belə deyir: “Biz 
Rəsulallaha hər-hansı bir sual verməkdə çəkinirdik. Buna görə də, səhradan 
ağıllı bir adamın gəlməsi və bizlər dinləyərkən Rəsulallaha sual verməsi 
xoşumuza gələrdi”. 
13
  
Cəbrayılla bağlı olan bu hədisin  əslində elə  səhabəni dini mövzularda 
bilmədikləri  şeyləri soruşaraq öyrənmələrinə  təşviq etmək baxımından çox 
əhəmiyyətli olduğunu görürük. Səhabə ayə  və  hədislərin mənalarının daha 
da aydınlaşması üçün sual verməkdən çəkinirdi. Cəbrayıl hədisi, xüsusilə 
dini mövzuları daha dərindən və düzgün öyrənmək üçün Peyğəmbərə (s) 
sual verməyin əslində vacib olduğunu açıqlamaq üçün varid olmuşdur.  
Sual-cavab metodu həzrəti Peyğəmbərin (s) ən çox müraciət etdiyi 
metoddur desək,  yanılmarıq.  O, səhabəyə sual verər, cavabı həmsöhbətin-
dən gözləyər, sonra isə  əsl cavabı özü verərdi. Həmsöhbətin diqqətini 
mövzuya çəkmək, onun bilgisini ölçərək, öyrədəcəyi  şeyi onun bilgisinə 
uyğun formada öyrətmək baxımından sual-cavab metodunun iki faydası 
vardır.  
Sual-cavab metoduna nümunə kimi çoxlu hədislər vardır. Bunlardan 
birində belə  rəvayət edilir: İbn Ömərdən rəvayət edildiyinə görə  Həzrəti 
Peyğəmbər bir gün belə buyurdu: “Ağaclar içində elə bir növ vardır ki, 
yarpaqları heç vaxt düşmür. O, eynilə müsəlmana bənzəyir. Söyləyin görüm, 
nədir o?” Məclisdə olanlar müxtəlif ağacların adların adlarını sadaladılar. 
Ağlıma xurma ağacı  gəlsə  də, yaşım kiçik olduğundan bunu deməyə 
cəsarətim çatmadı. Səhabələrin suala düzgün cavab vermədiklərini görən 
Həzrəti Peyğəmbər (s): “O, xurmadır” dedi. 
14
 
Göründüyü kimi, O, verdiyi sualla əvvəlcə  məclisdəkilərin diqqətini 
mövzuya yönəltmiş, sonra da cavabını özü verərək öyrətmək istədiyini sadə
amma yaddan çıxmayacaq gözəl bir misalla öyrətmişdir.  
Öyrənən  şəxsə, tələbəyə sual verməyin  əhəmiyyəti aydındır. Ancaq 
bunun müəyyən məqsəd üçün edilməsi təhsil metodlarının  ən 
önəmlilərindəndir.  
                                                 
13
 Müslüm, , a.k.ə. iman, 3 
14
 Buxari, , a.k.ə. elm, 14 


Yüklə 8,93 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə