Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 8,93 Mb.
Pdf görüntüsü
səhifə106/114
tarix30.10.2018
ölçüsü8,93 Mb.
#76332
1   ...   102   103   104   105   106   107   108   109   ...   114

Tariyel RƏSULOV  
324 
 
 
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT 
 
1. Ziya Bünyadov, Azərbaycan VII - IX əsrlərdə, “Azərnəşr”, Bakı 1989. 
2. Bəlazuri, Fütuhil-büldan, ərəbcə əlyazma nüsxəsi. AMEA  Əlyazmalar 
institutunun arxivi, şifrə- b/736 
3. D. M. Dunlop, The History of the Jevvich Khazars. 
4. А. Й. Якубовский, Ибн Мискавейх о походе русов в Бердаа в 332 
– 943 - 944 г. 
5. В. Г. Луконин, Иран в эпоху первых Сасанидов. 
6. Е. А. Пахомов, К истолкованиö пехлевийских надписей Дербенда. 
7. Е. А. Пахомов, Краткий курс истории Азербайджана. 
8. Е. А. Пахомов, Крупнейшые памятники сасанидской архитектуры 
в Закавказе. 
9.  М.  Джанашвили,  Известия  грузинский  детописей  и  историков  о 
северном Кавказе и России. 
10. М. М. Дяконов, Оцерк истории древново Ирана. 
11. Н. Б. Пигулевская, Города Ирана в раннем средневекове. 


Nəsimi poeziyasinda əruz vəzni 
325 
 
 
NƏSİMİ POEZİYASINDA ƏRUZ VƏZNİ 
 
Ülviyyə SƏLİMBƏYOVA

 
              
 
Türk tədqiqatçısı  İsmayıl Həbib çox doğru olaraq qeyd etmişdir ki, 
“ərəblər islam millətlərinə iki şey verdilər: İslam dini və Əruz vəzni”. 
Hələ orta əsr  əruzçuları Allah /c.c/ kəlamı olan Qurani-Kərimdə  və 
Peyğəmbərimizin /s.ə.s/ hədislərində əruz vəznində söylənmiş bir neçə ayə 
və cümləyə rast gəldikləri üçün əruz vəznini  şərəfli elm saymış,  şeirin, 
nəzmin vəzninin düzgün olub-olunmadığının yoxlanılmasında  əsas meyar 
olduğuna görə bu elmin yerini yüksək qiymətləndirmişlər.  
Əruz vəzni V-VI əsrlərdən etibarən ərəb poeziyasına qədəm qoymuş və 
bu poeziyada öz ilkin xüsusiyyətlərini göstərməyə başlamışdır. Sonralar 
əruz vəzni və bu vəznlə bağlı olan şeir sistemi bütün ərəb poeziyasına 
hakim kəsilmişdir. 
Əruz vəzni V-VI əsrlərdən  ərəb poeziyasında işlənməyə başlasa da, 
ərəb  əruz elminin yaradıcısı olan Xəlil ibn Əhmədin yaşadığı dövrə, yəni 
VIII  əsrə  qədər öz inkişafında elə bir ciddi dəyişikiliklərə  uğramamışdır. 
Xəlil ibn Əhməd ərəb şeirinin nəzəriyyəçisi olmaqla bərabər, eyni zamanda 
onun reformatoru hesab edilir. [1, 4]. 
Əruz vəzninin tarixi mənşəyinə  gəldikdə isə qeyd etmək lazımdır ki, 
zahirən ümumi halda götürsək, ərəb xalqı arasında bu vəznin inkişaf edib 
yayılması tarixən uzaqlara gedib çıxır, belə ki, cahiliyyət dövründə, yəni 
islamiyyətdən  əvvəl bu vəznin bəzi bəhr növləri artıq xalq arasında 
yayılmışdı, çünki islamiyyətin zühurundan əvvəl yeddi şairin bu vəzndə 
yazmış olduğu  şeirləri Məkkənin divarında asılmışdı ki, bu da “səb-eyi-
müəlləqə”-yəni “yeddi asılmış” adlandırılmışdır və eləcə  də peyğəm-
bərimizin və eyni zamanda ayrı-ayrı imamların dövrlərində bu vəzndə 
yazan məşhur  şairlər olmuşdur ki, bunlara misal olaraq, biz Əbubəkr 
Valibini,  İmrul Qeysi, Əbdüllah ibni Rəbahəni, Kəəb ibni Maliki, 
                                                 

 BDU. Magistr, II kurs. 


Ülviyyə SƏLİMBƏYOVA  
326 
Fərəzdəqi, Dibəli və xüsusi olaraq şeirdən bir divan bağlamış  Əli 
əleyhissəlamın özünü göstərə bilərik. Bütün bunlara baxmayaraq, əruz 
vəzni bir elm kimi Bəsrə  nəzəriyyəçi alimi Xəlil ibn Əhməd tərəfindən 
sistemləşdirilmiş, alim “fəələ” feli üzərində əvvəlcə bu vəznin təfilələrini-
qəliblərini, sonra isə bu təfilələr vasitəsilə  əruz vəzninin ayrı-ayrı 
bəhrlərini və həmin bəhrlərin müxtəlif növlərini sistemləşdirərək, hər bəh-
rin məzmununa uyğun ona adlar vermişdir. 
Ərəb  şeirinin vəznini sistemləşdirmək Xəlili həmişə düşündürmüşdür. 
Nadr bin Şumeyyil yazır: “Bir dəfə poeziya biliciləri qrammatikadan 
danışaraq Xəlilin yanından keçərkən o: “Bunlara öz əslləri (nəzəriyyələri) 
lazımdır” demiş və əruzu yaratmışdır.” 
Ərəb dilinin, şeirinin və musiqisinin incəliklərini dərindən bilən Xəlil 
ibn  Əhməd bunlardan çıxış edərək  ərəb  şeirinin  və eyni zamanda ərəb 
dilinin ritmik vahidlərini kəşf edərək onları  səbəb, vətəd, fasilə adlandır-
mışdır. [2, 12]. 
Əruz vəzni klassik şeirimizin əsas vəzni olduğu üçün onun oxunuşu, bu 
vəznin həssaslıqla qavranılıb, dərindən mənimsənilməsi mühüm bir 
problem hesab olunmalıdır. 
Əruz elmini bilmədən Nəsimi poeziyasını düzgün və dəqiq duyub dərk 
edə bilmərik. Nəsimi yaradıcılığı “Sima” ənənələri ilə (musiqi ritmi, taktı) 
bağlı olduğu üçün, şairin qələmə aldığı bütün şeirlər də takt, ritm üzərində 
bərqərardır. Takt, ritm də birbaşa əruzun mayasını, nüvəsini təşkil edir.  
Nəsiminin istedadı birinci növbədə doğma xalqının zəngin  şifahi 
dastanlarından, “Dədə Qorqud” kimi epik abidələrindən, xalq şeirinin 
ənənələrindən qüvvət almış, Xaqani, Nizami kimi böyük sələflərinin 
humanist dünyəvi irsi ilə  tərbiyələnmişdir. Bu qaynaqlar Nəsiminin XIV 
əsrdə ana dilində kamil sənət nümunələri yaratması üçün qiymətli zəmin 
təşkil etmişlər. Eyni zamanda Nəsimi  ərəb, fars dilləri vasitəsilə  Şərq 
xalqlarının elmi və bədii yaradıcılıq sahəsində əldə etdikləri nailiyyətlərlə 
orijinaldan tanış olmuş, Yaxın Şərqin böyük sənətkarlarının, filosoflarının 
əsərlərindən öyrənmişdir. 
Nəsimi fars dilində də şeirlər yazmış, təxminən beş min misradan artıq 
farsca divan yaratmış,  ərəb ölkələrinə  səyahəti zamanı bu yerlərdə öz 
ideyalarını yaymaq məqsədilə  ərəbcə  də  şeirlər qələmə almışdır. Ancaq, 
diqqətəlayiqdir ki, o, öz yaradıcılığında  şüurlu surətdə böyük üstünlüyü 


Nəsimi poeziyasinda əruz vəzni 
327 
doğma ana dilinə vermiş, bu dildə on iki min misradan artıq böyük bir 
divan bağlamışdır. 
Nəsiminin dərin məzmunlu fəlsəfi lirikası, dövrünün mütərəqqi ideya-
larını  tərənnüm edən dolğun  əsərləri, Azərbaycan, fars və  ərəb dillərində 
yazdığı  şeirləri təkcə doğma vətənində deyil, Orta Asiya, Anadolu, İran, 
İraq, Ərəbistan və Şərqin bir çox mədəni mərkəzlərində də geniş yayılmış, 
əsasən “Divan” şəklində bağlanaraq intişar tapmışdır.  Şərqin bir çox 
əlyazma xəzinələri və kitabxanalarının fəxri olan bu “Divan” nüsxələri 
şairin ədəbi-bədii irsinin qiymətli nümunələridir. 
Aydındır ki, əruz vəzni Azərbaycan  şeirinin  şöhrətlənməsində böyük 
rol oynamış, onlarca fəlsəfi, aşiqanə, didaktik lirika nümunələri bu ölçüdə 
yaradılmışdır. Nəsimi, Qazi Bürhanəddin, Kişvəri, Həbibi, Xətai, Füzuli, 
Qövsi kimi sənətkarların irsində əruzun çox böyük rolu vardır. 
XIII-XIV  əsrlər ana dilli poeziyamızın  ərəb  şeirinin vəzni olan, ərəb 
dilinin qayda-qanunları əsasında yaranan əruzla qarşılaşdığı ilk əsrlərdir. 
XIII-XIV yüzilliklər ana dilli ədəbiyyatımızın epik əsər müəllifləri ilə 
yanaşı lirik növdə yazan sənətkarları da əruzun Azərbaycan  şeirinə 
tətbiqində və milli poeziyada “həll olunmasında” mütərəqqi və diqqətəşa-
yan işlər görmüşlər. Bu mənada ana dilində divanı hal-hazırda  əlimizdə 
olduğundan  İmadəddin Nəsiminin yaradıcılığına, məhz, bu yöndən daha 
çox dəyər vermək mümkündür. 
Azərbaycan  əruzunun sabitləşməsi və çiçəklənməsində filosof şair, 
məna və  bəlağət fasehi İmadəddin Nəsiminin müstəsna xidmətləri olmuş-
dur. O, ana dilində nöqsansız bir əruzda yazıb yaratmış, Füzulidən iki əsr 
əvvəl “türk ləfzilə”, “nəzmi-nazik” yaratmağın mümkünlüyünü sübuta 
yetirmişdir. XIII-XIV əsrlər ana dilli şeirimizdə başqa sənərkarların 
yaradıcılığında Q.Bürhanəddin də daxil olmaqla bu və ya digər dərəcədə 
nöqsanlar tapmaq mümkün olsa da, İmadəddin Nəsimi bu mənada 
kamilliyi tamamilə hifz edən bir sənətkar kimi diqqəti cəlb edir. O, əruz 
vəzninə o qədər həssaslıqla yanaşır ki, bəzi şeirlərində hətta vəznin qəlibini 
də verir. [3, 128]. 
Nəsimi  şeirinin vəzn və ahəng xüsusiyyətləri ilə  hətta səthi tanışlıq, 
şairin o zaman “elmi-əruz” adlanan çox mürəkkəb  ərəb vəzninə  nə  qədər 
mükəmməl bələd olduğunu, ondan nə  dərəcədə  sərbəst istifadə etdiyini 
aydın göstərir. Lirik şairlər içərisində Nəsimi qədər müxtəlif və rəngarəng 


Yüklə 8,93 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə