Bakı İdarəetmə və Texnologiya Kolleci Ətraf mühitin mühafizəsi və təbiətdən səmərəli İstifadə fənnindən mühazirələr


Mövzu 4. Ətraf mühitin mühafizəsi işində beynəlxalq əməkdaşlıq



Yüklə 137,16 Kb.
səhifə5/55
tarix06.06.2023
ölçüsü137,16 Kb.
#115700
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   55
muhazire.-etraf-muhitin-muhafizesi-ve-tebietden-semereli-istifade

    Bu səhifədəki naviqasiya:
  • UNESCO
Mövzu 4. Ətraf mühitin mühafizəsi işində beynəlxalq əməkdaşlıq.

Plan:
1. Ətraf mühitin mühaziəsində yaxından iştirak edən beynəlxalq təşkilatlar
2. Beynəlxalq konvensiyalar və razılaşmalar

Ekoloji problemlərin qlobal xarakter daşıması bu problemin həlli üçün ətraf mühitin qorunması istiqamətində t ədbirlər sisteminin (iqtisadi, texniki, elmi, hüquqi, tərbiyəvi ) həyata keçirilməsində geniş beynəlxalq əməkdaşlığı tələb edir. Ətraf mühitin qorunması üzrə əməkdaşlıq hələ 100 il əvvəl yaranmış və indi də sürətlə inkişaf etməkdədir.BMT bu məsələyə daim diqqət yetirir.1962 – ci ildə BMT – in XVII Baş Məclisində «Ekoloji inkişaf və təbiətin Mühafizəsi» adlı xüsusi qətnamə qəbul olundu.Bu qətnamədə qeyd edilir ki, təbiətin mühafizəsi BMT – yə üzv olan bütün dövlətlərin bilavasitə vəzifəsidir və təbii ehtiyatların qorunub saxlanılması üzrə tədbirlər iqtisadi inkişafla birgə eyni zamanda aparılmalıdır. 1972 – ci ildə Stokholmda BMT – in ətraf mühit məsələsi üzrə konfrans keçirildi.Konfrans ətraf mühitin mühafizəsi haqqında bəyanat qəbul etdi və 5 iyun Beynəlxalq ətraf mühitin mühafizəsi günü elan olundu.


UNESCO (UNESCO — United Nations Educational, Scientific and Cultural Organization) – Elm, Təhsil və Mədəniyyət üzrə Birləşmiş Millətlər Təşkilatı
Təşkilat 16 noyabr 1945-ci ildə yaradılmışdır, mərkəzi qərargahı Fransanın paytaxtı Parisdə yerləşmişdir. Təşkilatın tərkibinə dünyanın müxtəlif hissələrində yerləşmiş 67 büro və alt bölmələr daxildir.
UNESCO-nun Nizamnaməsi 1945-ci ildə London konfransında qəbul edilmiş, 4 noyabr 1946-cı ildə qüvvəyə minmişdir. Hal-hazırda təşkilat 191 ölkə üzvüdür.
UNESCO-nun əsas məqsədi – irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq təhsil, elm və mədəniyyət sahələri üzrə xalqların əməkdaşlığını genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə kömək etməkdir.Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq irqi, cinsi, dil və ya dini mənsubiyyətindən asılı olmayaraq qanunçuluğu və ədaləti, insanın əsas hüquq və azadlıqlarını təmin etməkdən ibarətdir.Ali orqanı sessiyaları iki ildən bir çağırılan konfransdır.
BMT – in YUNESKO, FAO, ÜST və b. ixtisaslaşdırılmış təşkilatları da ətraf mühitin qorunmasına böyük diqqət yetirir.Belə ki,YUNESKO öz işlərində mühüm istiqaməti ətraf mühit sahəsində təhsilə müxtəlif ekoloji problemlər üzrə elmi tədqiqatların aparılmasına yönəldir.
1968 – ci ildə Parisdə YUNESKO – nun Beynəlxalq konfransı «İnsan və Biosfer» (MAB) elmi-tədqiqat Beynəlxalq Proqramının başlanğıcını qoydu. Proqram biosfer ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsinin elmi əsaslarını hazırlamaq məqsədi daşıyırdı. Suyun kompleks istifadəsi və mühafizəsi, torpağın qorunub saxlanması, bərpası və münbitliyinin artırılması, meşələrin və heyvanat aləminin mühafizəsi BMT-in ərzaq və kənd təsərrüfatı məsələləri üzrə təşkilatının (FAO) diqqət mərkəzindədir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) sağlamlığın ətraf mühitin vəziyyətindən asılılığı ideyasını öyrənir. 1970 – ci ilin sonunda YUNESKO-nun təşəbbüsü ilə təbiətin və təbii ehtiyatların mühafizəsi Beynəlxalq İttifaqı yarandı. (MSOP). Onun vəzifəsi canlı təbiətin qorunması üzrə elmi məsləhətlər və hüquq məsələləri, müasir təbiəti mühafizə ideyasının yaranması və təbliğ edilməsidir. 1963 – cü ildən etibarən Ümumdünya yabanı təbiətin mühafizəsi fondu işləyir, (VVF). Bu fond heyvanat aləmi və təbii sahələrin mühafizəsi üzrə konkret layihələr hazırlayır.

Yüklə 137,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə