Bakı İdarəetmə və Texnologiya Kolleci Ətraf mühitin mühafizəsi və təbiətdən səmərəli İstifadə fənnindən mühazirələr


Mövzu -3 . Təbiətin qorunmasının strategiyası



Yüklə 137,16 Kb.
səhifə4/55
tarix06.06.2023
ölçüsü137,16 Kb.
#115700
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   55
muhazire.-etraf-muhitin-muhafizesi-ve-tebietden-semereli-istifade

Mövzu -3 . Təbiətin qorunmasının strategiyası
Plan:
1. Bioloji növlərin təbii yaşama yerlərinin qorunub saxlanılması
2. Nəsli kəsilməkdə olan heyvan cinsləri və bitki sortlarının qorunması

Ətraf mühitin mühafizəsi milli inkişaf strategiyasının prioritet istiqamətlərindəndir


Ətraf mühitin mühafizəsi məsələsi, bütün dünyada olduğu kimi, Azərbaycanda da diqqətdə dayanan əsas məsələlərdəndir. Bütün sahələrdə olduğu kimi, ətraf mühitin mühafizəsi, ekoloji problemlərin həlli məqsədi ilə Azərbaycanda ardıcıl ekoloji siyasət yürüdülür. Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli, məqsədyönlü siyasəti nəticəsində bütün sahələrdə olduğu kimi, ölkəmizdə ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi istiqamətində də əsaslı dönüş yaranıb. İqtisadi inkişafla bərabər ətraf mühitin sağlamlaşdırılması, təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadə edilməsi dövlət başçısının daim diqqət mərkəzindədir. Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması ən yüksək səviyyədə təmin edilməkdədir. Azərbaycan Respublikasının Prezidentinin imzaladığı fərmanlarda, təsdiq etdiyi Milli və Dövlət proqramlarında ekoloji mühitin sağlamlaşdırılması məqsədi ilə tədbirlər həyata keçirilir. Zəngin təbii sərvətlərə və inkişaf etmiş sənaye sahələrinə malik olan Azərbaycanda ekoloji problemlərin həllini tapması üçün qəbul olunan sənədlər ekoloji tarazlığın və ətraf mühitin mühafizəsi sahəsində müstəsna rol oynayır.
Ekoloji siyasətin həyata keçirilməsinin təzahürü kimi ölkəmizdə Avropa standartlarına uyğun qanunvericilik bazası yaradılıb
Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadə edilməsi respublikada aparılan sosial-iqtisadi islahatların tərkib hissəsindəndir. Belə ki, ətraf mühitin yaxşılaşdırılması istiqamətində “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”, “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” və digər proqramlarda nəzərdə tutulmuş ekoloji tədbirlər həyata keçirilib. Ekoloji siyasətin həyata keçirilməsinin təzahürü kimi respublikamızda Avropa standartlarına uyğun müvafiq qanunvericilik bazası yaradılıb, ətraf mühit üzrə Dövlət idarəetmə Sistemin təkmilləşdirilib. Ətraf mühitin sağlamlaşdırılması məsələlərinə göstərilən gündəlik qayğının, həyata keçirilən ardıcıl tədbirlərin nəticəsində, ölkəmizdə ekoloji durum əhəmiyyətli dərəcədə yaxşılaşıb. Ekoloji problemlərin aradan qaldırılması və səmərəli idarəetmə sisteminin yaradılması istiqamətində nailiyyətlər əldə olunub. Atmosfer havasının çirklənməsi ilə bağlı aparılan monitorinqlərin də nəticəsi bu reallığı əks etdirir. Belə ki, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Naxçıvan, Lənkəran və başqa məkanlarda yerləşən müşahidə məntəqəsində həyata keçirilən monitorinqlər zamanı bu və ya digər şəhərlərdə yüksək çirklənmə halları qeydə alınmayıb. Azərbaycan Prezidenti Cənab ilham Əliyev çıxışlarının birində ekoloji tədbirlərin davam etdirilməsinin vacibliyini diqqətə çəkərək, son illər ərzində həm Bakı şəhərində, həm də bölgələrdə bu istiqamətdə çox böyük işlər görüldüyünü bildirib. Bu baxımdan, ölkəmizdə, xüsusilə də, paytaxtda havanın meyarları yüksək səviyyədədir.
“İndi əhalimizin böyük hissəsi dünya səhiyyə təşkilatının normalarina uyğun su ilə təmin olunur”
Ölkəmizin iqtisadi gücü artdıqca ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi sahəsində də əsaslı dönüş yaranır, su, torpaq, hava kimi əvəzsiz sərvətlərin, meşələrin və biomüxtəlifliyin mühafizəsi sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Əhalinin ekoloji cəhətdən təmiz içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə də böyük işlər görülüb. 2007-2017-ci illərdə ölkəmizin 24 rayonunun 384 yaşayış məntəqəsi keyfiyyətli içməli su ilə təmin edilib və əhalinin sayı 625 mini keçib. Bu gün dünyanın ən böyük ultrasüzgəcli sutəmizləmə qurğusu Azərbaycanda tikilib və istifadəyə verilibdir. Prezident ilham Əliyevin vurğuladığı kimi, indi əhalimizin böyük hissəsi Dünya Səhiyyə Təşkilatının normalarına uyğun su ilə təmin olunur: “Bu layihələrin hər biri tarixi əhəmiyyət daşıyan layihələrdir. Bakıda yerləşən yod zavodunun bütün qalıqları çıxarılıb. O da, bir tərəfdən ekologiyanı zəhərləyirdi. Baxın, bunlar insanların sağlamlığına nə qədər ziyan vururdu. İndi bunların heç biri yoxdur”.
Ətraf mühitin çirklənməsi minimuma endirilib
Son illərdə intensiv şəkildə meşəsalma və meşəbərpa tədbirlərinin aparılması, regionların qazlaşdırılması, meşələrin mühafizəsi tədbirlərinin gücləndirilməsi, o cümlədən, qanunsuz ağac kəsmə hallarının ilbəil azalması hesabına meşə ilə örtülü ərazilərin sahəsinin artmasına nail olunub. Meşə ilə örtülü ərazilərin sahəsi 1 milyon hektarı keçib və ölkə ərazisinin 11,4 faizindən 11,8 faizinədək artıb. Belə ki, 144,5 min hektar sahədə 101,5 milyon ağac əkilib, 88,6 min hektar ərazidə meşə əkinləri meşə ilə örtülü ərazilərə keçirilib. Statistik göstəricilərə əsasən, təkcə 2016-cı ildə 10151 hektar sahədə meşəbərpa tədbirləri aparılıb, o cümlədən, 2645 hektar yeni meşələr salınıb, 3 milyondan artıq ağac əkilib. Bioloji müxtəlifliyin mühafizəsi sahəsində həyata keçirilmiş tədbirlər nəticəsində, xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi 2003-cü ildən etibarən təxminən 2 dəfə artırılaraq, ölkə ərazisinin 10,3 faizinə çatdırılmışdır. Hazırda ölkədə ümumi sahəsi 893 min hektar olan xüsusi mühafizə olunan təbiət ərazisi, o cümlədən, 9 milli park, 11 dövlət-təbiət qoruğu və 24 dövlət-təbiət yasaqlığı fəaliyyət göstərir. Milli parklarda müasir xidmət infrastrukturunun yaradılması sayəsində ekoturistlərin sayı kəskin artıb. Göygöl Milli Parkında əhalinin müxtəlif təbəqələri üçün müasir tələblərə cavab verən ekoturizm infrastrukturu istifadəyə verilib və təkcə 2015-2016-cı illər ərzində buraya 265 min turist səyahət edib. “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 20172020-ci illər üçün Milli Strategiya” təsdiq edilib. Son illər respublikada mərkəzləşmiş kanalizasiya sistemlərinin yenidən qurulması, mövcud çirkab sutəmizləyici qurğuların modernləşdirilməsi və yenilərinin inşası üzrə irimiqyaslı layihələr həyata keçirilir. Azərbaycanda ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin nəticəsidir ki, beynəlxalq aləmdə Azərbaycan 180 ölkə arasında 31-ci sırada qərarlaşıb. Yaponiya, Belçika, Hollandiya və İsrail kimi dünyanın bir sıra qabaqcıl ölkələrindən daha yüksək mövqe tutub. Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə 2-ci, MDB ölkələri arasında isə birincidir. Ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi indiki və gələcək nəsillərin sağlam mühitdə yaşamasına hesablanılıb və bütün görülən işlər Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətləridir.


Yüklə 137,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə