Bakı İdarəetmə və Texnologiya Kolleci Ətraf mühitin mühafizəsi və təbiətdən səmərəli İstifadə fənnindən mühazirələr


Beynəlxalq konvensiyalar və razılaşmalar



Yüklə 137,16 Kb.
səhifə6/55
tarix06.06.2023
ölçüsü137,16 Kb.
#115700
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   55
muhazire.-etraf-muhitin-muhafizesi-ve-tebietden-semereli-istifade

Beynəlxalq konvensiyalar və razılaşmalar.
Beynəlxalq əməkdaşlığın nəticəsində beynəlxalq konvensiyalar və razılaşmalar həyata keçirilir. Onlardan ən mühümləri aşağıdakılardır:dünyanın 150 dövlətinin təsdiq etdiyi iqlimin dəyişməsi üzrə konvensiya, ozon qatının və bioloji müxtəlifliyin qorunub saxlanması.Bütün dünya alimləri aşağıdakı beynəlxalq tədqiqat layihəsində aktiv iştirak edir: Beynəlxalq geofizika – biosfer «Qlobal dəyişmə» proqramı, «Bəşəriyyət və qlobal dəyişmələr» proqramı, Ümumdünya iqlimin tədqiqatı proqramı. Son on illiklərdə hər il bəşəriyyətin qlobal problemləri və onların aspektləri üzrə iki – üç böyük beynəlxalq konfrans keçirilmişdir.Bu konfranslarda problemlərin praktik, elmi, texnoloji (aztullantılı texnologiya, təbii ehtiyatlara qənaət) tərbiyəvi məsələlərilə yanaşı, ətraf mühitin mühafizəsinin iqtisadi tədbirlərinin müzakirəsinə də xüsusi diqqət ayrılmışdı.
1992 – ci ilin iyununda Rio - de - Janeyroda BMT – in ətraf mühit və inkişaf üzrə keçirilən Konfrans bizim nəsl, ola bilsin gələcək nəsl üçün əlamətdar hadisə hesab olunur.Konfrans dövlət başçıları ilə birlikdə dünyanın 179 hökumət nümayəndələrinin , BMT idarələrinin, beynəlxalq təşkilatların və bir sıra qeyri hökumət təşkilatlarının nümayəndələrini bir yerə topladı.Konfransın nəticəsində Rio- de – Janeyroda Beynəlxalq sazişlər bağlandı. Onlardan aşağıdakı əsaslarını göstərmək olar. 1. Ətraf mühit və inkişaf üzrə Deklarasiya (Rio – de - Janeyro), Onun 27 prinsipi dayanaqlı inkişafın təminatı işində ölkələrin hüquq və vəzifələrini müəyyənləşdirir. Deklarasiyada bildirilir ki, uzunmüddətli iqtisadi tərəqqinin yeganə yolu , onun ətraf mühitin mühafizəsi ilə əlaqələndirməkdən ibarətdir.Buna yalnız bütün ölkələrin hökümətləri, xalqların və əsas ictimai qrupların iştirakı ilə yeni və bərabər hüquqla əməkdaşlıq sayəsində nail olmaq olar. 2. «Gündəlik məsələ XXI - əsr» - İnkişafı sosial, iqtisadi və ekoloji baxımdan necə dayanıqlı etmək olar proqramı. Proqramda ətraf mühitdə dəyişgənlik yaradan hərəkətedici qüvvələrin əhali, istehlak və texnologiya olduğu izah edilir.»Gündəlikdə» qeyd edilir ki, yalnız qlobal miqyasda partnyorluq - bütün xalqlara daha təhlükəsiz və təminatlı gələcək bəxş edə bilər. 3. İqlimin Dəyişməsi haqqında BMT – in Konvensiyası. O, «parnik qazlarının» dünya iqlim sistemində təhlükəli disbalansına səbəb olmayan səviyyədə stabilləşdirməyi nəzərdə tutur. 4. Bioloji müxtəliflik üzrə Konvensiya, Konvensiyada dünya ölkələrindən biomüxtəlifliyi qoruyub saxlamaq üçün tədbirlərin görülməsi tələb olunur. 5. İqtisadi inkişafı təmin etmək və bütün həyat formalarını saxlamaq üçün bütün meşə tiplərinin idarə olunması, mühafizəsi və dayanıqlı inkişafı prinsipləri haqqında bəyanət. Konfrans aydın göstərdi ki, bəşəriyyət ətraf təbii mühitə və sosial – iqtisadi inkişafa daha təcrid edilmiş halda baxmamalıdır.Yüksək keyfiyyətli təbii mühitə və dünyanın bütün xalqları üçün sağlam iqtisadiyyat kimi iki məqsədə nail olmaq vacibdir.


Yüklə 137,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə