Bakı İdarəetmə və Texnologiya Kolleci Ətraf mühitin mühafizəsi və təbiətdən səmərəli İstifadə fənnindən mühazirələr



Yüklə 137,16 Kb.
səhifə14/55
tarix06.06.2023
ölçüsü137,16 Kb.
#115700
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   55
muhazire.-etraf-muhitin-muhafizesi-ve-tebietden-semereli-istifade

Mövzu- 10. Havanın qorunması

Plan:
1. Havanın təbii çirklənmə mənbələri
2. Atmosferi süni çirkləndirən sənaye sahələri
3. Atmosfer havasının radioaktiv maddələrlə çirklənməsi
Havanın təbii çirklənmə mənbələri. Qeyd etdiyimiz kimi havanın tərkibi müxtəlif qazların qarışığından ibarətdir. ( azot, oksigen, karbon qazı, arqon, hidrogen, ksenon , rodon və s ). Lakin təbiətdə belə tərkibdə təmiz havaya rast gəlmək qeyri mümkündür. Həqiqətdə isə havanın qaz mühitində çoxlu xırda bərk və maye hissəciklər mövcuddur . Beləliklə, hava areozol və ya dispers sistem halında olur . Bu çirkləndiricilər havaya biosferdən daxil olur.
Atmosferi süni çirkləndirən sənaye sahələri . Qara metallurgiya. çuqunun əridilməsi və ondan polad istehsalı zamanı atmosferə müxtəlif qazlar atılır. 1 ton polad istehsalı zamanı havaya 4,5 kq toz, 2,7 kq kükürd qazı, 0,1-0,6 kq marqans atılır. Kimya sənayesində turşuların ( sulfat turşusu, xlorid turşusu, fosforit turşusu, nitrat turşusu və s .) istehsalı zamanı, rezin – texniki işlərində, fosforit, plastik kütlələr, rənglər və yuyucu vasitələr, süni kauçuk, mineral gübrələr, həlledicilərin (toluol, aseton, fenol, benzol ) istehsalı zamanı atmosferə tullantılar atılır. Tikinti materialları sənayesi .
Sement və digər bərkidici materiallar, azbest, sement, tikinti keramika və saxsı materialları, istilik və səs izoləedici materialları, tikinti və texniki şüşələr istehsalında atmosferə toz və asılı maddələr 57,1%, karbon qazı 21,4% , kükürd anhidridi 10,8% və azot oksidi 9% təşkil edir. Sement, azbest və digər tikinti materialları istehsal edən zavodların ətrafında havada benzopirin, toz və digər zərərli maddələrin yüksək tərkibi müşahidə olunur. Ağac emalı v ə sellüloz - kağız sənayesi müəssisələri tərəfindən atmosferə buraxılan xarakterik çirkləndirici maddələr bunlardır: bərk (sulb) maddələr (29,8 %), karbon qazı (28,2 %), kükürd anhidridi (26,7 %), azot oksidləri (7,9 %)və s.
İstilik elektrik stansiyaları. ( İES ) İES –lərin ətrafı həmişə ziyanlı aerozolla daha zəngin olur. Pirogen mənşəli aerozolların miqdarı sərf olunan yanacaq növündən asılı olaraq həm kəmiyyət, həm də keyfiyyətcə dəyişir. Azərbaycanın böyük (iri) İES-ləri (1 mln.MVt) Abşeron rayonunda, Mingəçevir şəhəri yaxınlığında (Azərbaycan İES) və Əli – Bayramlı şəhərinin 10 – 15 km – yində (Əlibayramlı İES) yerləşir. .Tüstü borularından atmosferə sutkada 700-1000 ton kükürd və azot oksidləri atılır.
Alternativ enerji mənbələri. (AEM) AEM – günəş və külək enerjisi, həmçinin termal suları aid etmək olar. Günəş və külək enerjisi respublikamızda elektrik enerjisini əldə etmək üçün perspektivli və ekoloji cəhətdən səmərəli mənbələrdir. Günəşdən yerə il ərzində 1500 trilyon kilovat saatdan çox enerji gəlir. Bu hazırda planetimizdə istehsal edilən bütün yanacaq növləri enerjisi cəmindən təxminən 150 min dəfə çoxdur. Günəş enerjisinin yalnız 0.2% - i bitkilər tərəfindən udulub fotosintez vasitəsilə enerji mənbəyinə çevrilir. Azərbaycanda termal sular geniş yayılmışdır.Onların öyrənilməsinin hazırki vəziyyətində yalnız Abşeron , Gəncə , Lənkəran, Şirvan, Muğan, Xaçmaz və Naxçıvan rayonları praktiki əhəmiyyətə malikdir.Tədqiqatlar göstərdi ki, (Əzizov, Cəlilov, 2003) respublika ərazisində termal sulardan isti su təchizatında, istixanaların qızdırılmasında, balneoloji məqsədlər üçün, kimyəvi xammal kimi istifadə oluna bilər. Respublikada termal sulardan istifadəyə yalnız Kürdəmir rayonu ərazisində başlanılmışdır.1980 - ci illərdə neft – qaz axtarışı məqsədilə qazılan quyudan sutkada 6 – 10 min m3 qədər həcmdə, istiliyi 80 - 900 - yə çatan termal su çıxmışdır.İyirmi ildən yuxarı müddət ərzində həmin sular istifadəsiz qalaraq ətraf ərazilərə axmış və xeyli torpaq sahələrini yararsız hala salmışdır.Hazırda həmin sulardan balneoloji məqsədlər üçün istifadə olunur. Termal sulardan xalq təsərrüfatının müxtəlif sahələrində dünyanın . Atmosfer havasının radioaktiv maddələrlə çirklənməsi . Atmosferə RM (radioaktiv maddələr) təbii radioaktiv proseslər vasitəsilə, uran filizləri çıxardıqda, reaktorların istismarı zamanı və atom partlayışı nəticəsində daxil olur.
Təbii radioaktivlik atmosferə xasdır o, təbiətdə həmişə mövcuddur və insan fəaliyyətindən asılı deyil. Canlı orqanizmlər belə radioaktivliyə uyğunlaşıb və heç bir zərərli nəticəyə səbəb olmur. RM - lə atmosferin çirklənməsi atom və hidrogen bombalarının partladılması nəticəsində baş verir. Hər bir belə partlayış zamanı radioaktiv tozlardan dəhşətli böyük buludların yaranması müşahidə olunur. Çox güclü partlayış dalğası zamanı bu tozların hissəcikləri bütün istiqamətlərə yayılaraq 30 km yüksəkliyə qədər qalxır. Partlayışın ilk saatları ən iri hissəciklər, bir qədər kiçik hissəciklər isə 5 sutka ərzində yerə düşür, nəhayət daha xırda dispers tozlar hava axınları vasitəsilə min km məsafələrə yayılaraq bir çox illər ərzində yer kürəsinin səthinə düşür. bir çox ölkələrində, o cümlədən Gürcüstan və Dağıstanda geniş istifadə olunur. Ətraf mühitin radioaktiv çirklənməsi baxımından nüvə müharibəsi ən dəhşətli, ən qorxulu ola bilər, tədqiqatlar göstərir ki, əgər nüvə müharibəsi başlayarsa, iri şəhərlərə atom bombası atılacaq. Bu zaman Yerin geniş ərazisini aylarla qaranlıq bürüyəcək, Günəş şüası yanğınlar nəticəsində əmələ gələn hissəciklərindən ibarət böyük buludlardan keçə bilməyəcək. Bir sıra regionlarda orta temperatur bir neçə 10 dərəcə aşağı düşəcəkdir. ( hətta suyun donma dərəcəsindən də aşağı) Strotosferin ozon təbəqəsi naziləcək, atmosfer havası zəhərlənəcəkdir. AES- də baş verən qəzalar nəticəsində də atmosfer havasının radioaktiv çirklənməsi baş verir. 1986-cı ildə Çernobıl AES-də baş verən qəza nəticəsində Belorusya respublikasının 5 4 hissəsi radioaktiv çirklənməyə (xüsusən sezium – 137 və stronsium - 90). məruz qalmışdır. Çernobıl qəzası nəticəsində Belorusiya respublikasına 10 milyon dollarlarla ziyan dəymişdir. Burada 16,4 min km2 ərazi çirklənməyə məruz qalmışdır. Bundan başqa qonşu Ukrayna respublikasının geniş ərazisi də radioaktiv çirklənməyə məruz qalmışdır. Çirklənməyə məruz qalan rayonlarda bitki və heyvanlarda anomal mutasiya müşahidə olunmuş, bəzi sahələrdə meşələr qurumuşdur. Hazırda dağ – mədən sənayesində istifadə edilən istehsal texnologiyaları fiziki və mənəvi cəhətdən köhnəlmiş avadanlığa əsaslanır.Bu isə istehsalın səmərəliliyini aşağı salmaqla,həm də ətraf mühitə mənfi təsir göstərir.Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin «Ekoloji cəhətdən dayanıqlı sosial – iqtisadi inkişafa dair» Milli Proqramında dağ – mədən təbii sərvətlərindən səmərəli istifadə edilməsi üzrə aşağıdakı tədbirlər irəli sürülür. - Yeni texnologiya ilə təmin edilməklə metalın və metal məhsullarının, həmçinin dəmir ərintilərinin qapalı istehsal tsikllərinin yaradılması; - Vahid məhsulun istehsalında az enerji tutumlu texnologiyaların tətbiqi; - Təbii ehtiyatlardan səmərəli istifadə olunmasını təmin etmək üçün xammal mənbəlrinin istismarı zamanı itkilərin maksimum qarşısını almaq məqsədilə müasir metodların tətbiqi. - İstismarı başa çatmış yataqların ərazilərində rekultivasiya işlərinin aparılması.



Yüklə 137,16 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə