Bakı İdarəetmə və Texnologiya Kolleci Ətraf mühitin mühafizəsi və təbiətdən səmərəli İstifadə fənnindən mühazirələr


Mövzu -2 . Təbiətin qorunmasının mahiyyəti



Yüklə 137,16 Kb.
səhifə3/55
tarix06.06.2023
ölçüsü137,16 Kb.
#115700
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   55
muhazire.-etraf-muhitin-muhafizesi-ve-tebietden-semereli-istifade

Mövzu -2 . Təbiətin qorunmasının mahiyyəti
Plan:
1. Təbii resuslardan düzgün istifadə
2. Təbiətə antropogen təsir
3. Təbiətin qorunması üçün atılan addımlar

Təbii sərvətlərdən səmərəli istifadə edilməsinə və ətraf mühitin optimal vəziyyətdə saxlanılmasına yönəldilmiş elmi münasibət və praktik tədbirlər sistemi təbiətin qorunmasıdır.

Təbiətin qorunması təbii sərvətlərdən istifadəni dayandırmaq demək deyirdir.Təbii sərvətlər istifadə olunarkən qorunmalı qorunarkən səmərəli istifadə edilməli və dahada çoxaldılmalıdır. Tarixən ƏMdən istifadənin inkişafı, 1-ci növbədə vacib təbii resursların istifadəsi və mühafizəsi, istehsalı, sonra yaxşılaşdırılması və təkmilləşdirilməsi yolu ilə aparılmışdır. Xalq təssərufatı təbii sərvətlərə əsaslanır. Lakin onu yaradan və inkişaf etdirən insan faktorudur.İnsan ıtraf mühitlə vəhdətdə yaşayır.Mühitsiz orqanizm orqanizmsiz mühit yoxdur.Təbiətin qorunması eləbir umumbəşəri tədbirdirki ondan heçkim kənarda qala bilməz. Aydın məsələdirki hərkəs öz ixtisasına və işinin xarakterinə uyğun hərəkət etməlidir.


Təmiz və sağlam mühitdə yaşamaq hər bir insanın hüququdur. İstəyirik ki, yediyimiz qida, içdiyimiz su, gəzdiyimiz küçələr, istirahət etdiyimiz parklar, bir sözlə, hər bir şey gözəl və təmiz olsun. Lakin təəssüflə qeyd etmək lazımdır ki, çox vaxt istəyimizlə əməlimiz üst-üstə düşmür. Belə olmasaydı, bir vaxtlar dünyanın ən təmiz və gözəl şəhərlərindən olan Bakı indi zir-zibil içində olmazdı. Söhbət açacağım mövzunun aktuallıq kəsb etməsinə əsas səbəblərdən biri paytaxtımızın günü-gündən böyüməsi, gözəlləşməsi və aparılan abadlıq işləri ilə yanaşı, onun ekoloji təmizliyinin get-gedə pisləşməsidir. Bu isə həm xəstəliklərin artmasına, ekosistemin pozulmasına səbəb olur, həm də şəhərimizə təşrif buyurmuş qonaqlarda xalqımız və onun mədəniyyəti haqqında mənfi rəy formalaşdırır. Bunda isə ilk növbədə günahkar özümüzük. Bəli, nə qədər çətin də olsa etiraf etmək lazımdır ki, hazırda əhalinin çoxunun ekoloji mədəniyyəti çox aşağı səviyyədədir. Əgər yanımızda zibil qabı ola-ola əlimizdəki qutunu və yaxud hər hansı bir lazımsız əşyanı zibil qutusuna deyil, yerə atırıqsa, bununla da ətraf mühitin çirklənməsinə səbəb oluruqsa, onda heç bir mədəniyyətdən söhbət gedə bilməz.Hal hazırda ölkəmizdə ətraf mühitin mühafizəsi ilə bağlı ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi işi çox böyük sürətlə gedir. Bunun üçün hər kəs müəyyən ekoloji biliklərə yiyələnməli, əhalidə ekoloji dünyagörüş formalaşmalı, təhsilin ayrı-ayrı pillələrində ekoloji təlimin həyata keçirilməsi təmin edilməli, məktəb, eləcə də, məktəbəqədər tədris-tərbiyə müəssisələrində uşaqlar və şagirdlər arasında ekoloji tərbiyyəyə xüsusi fikir verməlidir. Ekoloji maarifləndirmə kiçik yaşlardan, yəni məktəbəqədər təhsil müəssisələrində, məktəblərdə tədris proqramına salınmalı və davamlı həyata keçirilməlidir: ”Çünki insanları yetkinlik yaşında ekoloji cəhətdən maarifləndirmə çətindir. Bunun üçün də bu işdə yuxarı yaş həddində inzibatçılıq metodu əsas rol oynayır. Radio və televiziyada ekoloji proqramlara geniş yer verilməsi, qəzet və jurnallarda da məqalələrin dərc edilməsi vacibdir” Ekoloji təhsilin məqsədi təbiətə məsuliyyət hissi formalaşdırmaqdır. Ekoloji təhsil və maarifləndirmə zamanı əldə olunan biliklər, qazanılan təcrübələr ekoloji mədəniyyətin yaranmasına səbəb olur. Başqa sözlə, ekoloji təhsil dedikdə, ümumi ekoloji mədəniyyətin və məsuliyyətin formalaşmasına yönəldilmiş fasiləsiz təhsil, tərbiyə və inkişaf prosesi başa düşülür. Ekoloji təhsilə ehtiyac, insan həyatı üçün əlverişli mühitin təmin edilməsinə olan zərurətdən yaranmışdır. Ekoloji mədəniyyətin formalaşmasında əsas vasitələrdən biri məqsədyönlü ekoloji təhsil almaqdır. Ətraf mühitə düzgün münasibət ekoloji bilik nəticəsində formalaşır.



Yüklə 137,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə