Bağırov Əlisalam başlanğICDAN başlanğica və ya ruhun keçDİYİ yol



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə62/77
tarix13.11.2017
ölçüsü2,64 Kb.
#10166
1   ...   58   59   60   61   62   63   64   65   ...   77

187
malik varlıqlar daha çox təkamüllə bir-birindən seçildiyi üçün on-
ların zərbədən yayınmaq imkanlarında fərq əmələ gəlir. İlkin təbii 
durumdan yaranan forma ən müxtəlif mürəkkəbliyi keçdikdən son-
ra yenidən dağılır, nəhayətdə əvvəlki təbii durumunda qərarlaşır. 
Bu, yenidən başlanğıc üçün kainatın başlanğıcı və sonudur. Başqa 
varlıqlar isə bu interval daxilində yerdəyişmədə olur. Hər hansı bir 
tərkiblərə bölünməyən hissəciyin enerji intervalı sonsuzluq kiçik 
bərabərdi sıfır, 0 (sıfır) həddi hissəciyin normal təbii durumudur. 
Sıfırdan  aşağı  hissəciyin  aclığıdır,  o,  hər  şeyi  udmağa  hazırdır. 
Cisim  parçalanmanın  son  həddinə  çatır. Artıq  bundan  sonra  xır-
dalanma mümkün deyilsə, xırdalanması mümkün olmayan cismin 
şüalanması da ola bilməz. Yəni artıq o, itkiyə məruz qala bilməz. 
İdeal boşluq varmı? Varsa hansı rəngdədir? Rəngsizlik varmı? 
Rəng olan yerdə boşluq ola bilməz. “İdeal boşluqda” əgər atom və 
molekullar arasında cazibə olmasaydı, hər hansı bir cisim o boşluq 
həcmində olmalı idi. 
Kainatın necə ki, sıxılmasının həddi olduğu kimi, genişlənmə-
sinin də həddi olmalıdır. Genişlənmənin son həddi ən müxtəlif var-
lıqların  təşkil  olunmuş  atomlarının  arasındakı  əlaqənin  bir-birini 
saxlaya biləcəyi ən son həddir. Kainatın genişlənməsinin son həd-
di kainatın ümumi kütləsini genişləndirə biləcək daxili təzyiqinin 
gücü ilə mütənasibdir. 
Kainatın “ilk kərpiccikləri” saydığımız tərkiblərə bölünməyən 
hissəciklər  (potensial  enerjilər)  yəni  mövcudluqlar  qara  rəngdə 
olurlar, çünki onların özlərindən şüalandırılan bir şey qalmır. Əs-
lində “ilk kərpicciklər” yoxluqdur. Bu tam başqa mərhələdir. 
Cisim varsa, o öz varlığını hər hansı bir yolla nümayiş etdirmə-
lidir. Hər hansı bir cismin üzərinə işıq salsaq, o öz əks reaksiyası 
ilə varlığını əks etdirəcək. Biz heç bir cismin yerləşmədiyi qaranlıq 
boşluğa işıq salsaq, işığın düşdüyü qədər qaranlıq yox olacaq və ya 
elə bir işıq zolağı uzanacaq. Bu nə üçün belə olur, boşluq varmı ona 
görə, yoxsa səbəb başqadır? 
Enerjiyə malik cismin sonuncu “ilk kərpicciyi” qalanda artıq o, 
parçalana bilmir, yəni tərkiblərə bölünməməkdən başqa hissələrə 


188
də bölünmür. Sualla deyilə bilər ki, cisim hər halda varsa olan şeyin 
nəzəri cəhətdən ikiyə bölünməsi mümkündür. Bu Zenonun “Axill 
tısbağaya çata bilməz” paradoksuna bənzəyir. Çünki təqib edən əv-
vəlcə təqib edilənin durduğu yerə çatmalıdır. O çatana qədər qaçan 
daim müəyyən məsafə qət edir, təkrar o yerə çatmaq, təkrar... 
Cisim  “ilk  kərpiccik”  şəklində  qalanda  artıq  o,  ətrafa  heç  bir 
informasiya göndərmir, yəni onun enerjisi qalmır. Bu yoxluqdur – 
boşluqdur. Bu tam qaranlıq boşluq varlığına dair informasiya ötür-
məsə də yaxşı qəbuledicidir, güclü cazibə sahəsidir. Bütün enerji 
növlərini heç bir maneəsiz qəbul edirlər. 
Bu vəziyyəti iki cür qiymətləndirmək olar, kütləyə malik cisim-
lərin maneəsiz boşluğa meyli kimi və ya əksinə “boşluğun” özü 
bütün enerjisi mənfiləşmiş bir materiya növü ki, öz aclığını doy-
durmağa çalışır. 
İşıq zərrəciyi ən kiçik hissəcik kimi götürülürsə, deməli, cisim-
dən  ondan  kiçik  zərrəciyin  ayrılması  mümkün  deyil.  Onda  belə 
çıxır ki, ən kiçik cisim işıq zərrəciyidir. 
Ancaq bizə məlumdur ki, işıq zərrəciyinin özü nəzəri cəhətcə 
ideal boşluqda hər tərəfdən müşayiət olunan şüalanmaya malik ol-
malıdır. Bu “qara bacalarda” sıxlıq o qədər çoxdur ki, özlərindən 
işıq boşlamır, bütün enerji növlərini udurlar. Doğurdanmı bu belə-
dir?  Əgər  belədirsə,  bu  “qara  bacalar”  bütün  enerjilərini  itirmiş, 
yoxluqdan-boşluqdan ibarət olan materiyanın tamamilə başqa nö-
vünə aid olan bir yaşantı deyilmi?! İtkiyə məruz qalan hər hansı bir 
şey əvvəl-axır azalıb son həddinə çatmalıdır, yəni qurtarmalıdır. 
Hər hansı bir cisim xırdalanır, sonra yerdə qalan hissəsi də xır-
dalanır,  sonra  təkrar-təkrar,  sonsuz  sayda.  Bu  da  bir  sual  doğur-
murmu? 
Kainatın təbii durumu tərkiblərə bölünməyən mövcudluqlardır. 
Onların ən müxtəlifləri bir-biri ilə birləşərək ən müxtəlif tərkibli 
varlıqlar yaradırlar. Bu varlıqlar birləşmələr olduğundan öz forma 
və məzmunlarını saxlamaq üçün xarici mühitin təsirlərinə müqa-
vimət göstərirlər və istər-istəməz müəyyən dəyişikliklərə uğrayır-
lar. Bu dəyişikliklər onlarda hər an üçün konkret hal yaşantısı ilə 


189
müşayiət olunur. Bu hal yaşantıları xarici mühitin təzyiqi nəticəsin-
də varlıqlardan qırağa atılmış mövcudluqlardır. Düzdür, varlıqlar 
onun əvəzində başqa forma və məzmun gətirən mövcudluqları o 
vaxta qədər qəbul edirlər ki, hələ xarici mühitin təsirlərinə hər hal-
da öz forma və məzmunlarına uyğun müqavimət göstərə bilsinlər. 
Əvəzində itirdikləri mövcudluqlar kainatın ümumi mövcudluqlar 
toplusunun bazasıdır. Beləliklə, kainatda dövri bir proses gedir. 
Kainatın təbii durumu – tərkiblərə bölünməyən mövcudluqlar, 
yəni “ilk kərpicciklər” tərkiblərə bölünməyən yeganə çoxsaylı his-
səciklərdən ibarət ola bilməz, ona görə ki, hökmən inkişafın təkanı 
əksliklərin  vəhdəti  üzərində  qurulmuşdur.  Kainatın  təbii  durumu 
ən azı iki, ən çoxu çoxlu sayda tərkiblərə bölünməyən mövcudluq-
lardan ibarət olmalıdır. Belə bir sual verənlər də tapılar ki, bəs bu 
tərkiblərə bölünməyən mövcudluqlar nədən yaranıb? Cavab olaraq 
biz bildiririk ki, maddələr heçdən yaranmır, heçə də yox olmur, on-
lar  yalnız  bir  şəkildən  başqa  şəklə  düşürlər.  Deməli,  onlar  da  öz 
bazasını tapır və bu o deməkdir ki, heçdən yaranmır. Fərz edək ki, 
bizi əhatə edən maddiliyin sıfır kiçikdir 300 000 km/san arasında 
olan  sürət  həddini  dayandırmaq  mümkündür.  Belə  olan  təqdirdə 
hərəkət sürəti nəhayət ki, sıfıra enəcək və mütləq tam sükunət ya-
ranacaq. Əgər mütləq tam sükunət yaransa, bizi əhatə edən mad-
diliyi təşkil edən bəsit birnövlülər arasında cazibə qüvvəsi itəcək 
və bizi əhatə edən aləm bəsit birnövlülərə parçalanıb dağılacaqdır. 
Düzdür, belə hal mümkün deyildir, çünki bəsit birnövlülərin bir-biri 
ilə  birləşə  bilmək  imkanı  onların  arasındakı  daxili  tələbat,  onları 
bir-birinə cəzb edir və ilk təkanı yaradır. Lakin nəzəri cəhətdən bu 
mümkündür ki, bəsit birnövlülər tam sükunət halında elə bəsit bir-
növlü kimi qalsınlar. Yəni sürət olmazdı və bütün bunlarla bərabər 
məsafə və zaman haqqında da anlayış olmazdı. Ümumiyyətlə, vaxt, 
əsasən, kiçik səbəblər qrupunun maddiliklər arasında yerdəyişmə-
sini göstərir. Zaman isə əsasən kainatın varlığının ölçü meyarıdır. 
Düzdür, bunların hər ikisini bir-birini əvəz edən yerlərdə işlətmək 
olar. Lakin zaman daha ümumi məfhumdur. Belə təsəvvür edək ki, 
kainat ilk başlanğıc halındadır, yəni tam sükunətdədir. Nə ilk səbəb 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə