Bağırov Əlisalam başlanğICDAN başlanğica və ya ruhun keçDİYİ yol



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə65/77
tarix13.11.2017
ölçüsü2,64 Kb.
#10166
1   ...   61   62   63   64   65   66   67   68   ...   77

196
enerjilər hər bir mərhələnin ləzzətini duymaq üçün o mərhələlər-
də sərbəst yaşaya bilərlər. Ona görə də yeri gələndə məcburdurlar 
ki, bu mərhələlər üçün formalaşan quruluşlardan alət kimi istifadə 
etsinlər. Yeni formalaşan insan bədəni isə onun gələcək ruhunun, 
yəni bu quruluşlu enerjinin yaşantısı üçün ən yaxşı alətdir. Necə ki, 
insan qeyri-üzvi maddələrdən özünə sığınacaq kimi istifadə edir, 
paltar, ev, kosmik gəmi və s. İdeal üzvi maddələr də yeri gələndə 
insandan belə istifadə edir. 
Hər hansı bir varlığın yaranan andan onun öz yaşantısına uy-
ğun potensial enerjisi yaranır. Bu potensial enerji qeyri üzvi mad-
dələrdə dözümlülük həddinin ölçüsüdür. Üzvi maddələrdə isə, yəni 
hərəkət edən canlılarda dözümlülük həddi, təzyiqlərdən qorunmaq, 
yəni  dözə  biləcəyi  qədər  müqavimət  göstərməkdənsə,  təzyiqdən 
yayınmaqla öz varlığını saxlayır. Yəni ideal rahatlıq halına meyil, 
bu üsul istər-istəməz həyat təcrübəsi toplanmasının səbəbidir. Üzvi 
maddələrdə mühitə uyğunlaşma nəticəsində xarakterdə formalaş-
ma getdiyindən, artıq xüsusi bir varlığın ayrıca xarakteri yaranır, 
yəni şəxsiləşmə gedir. 
Potensial enerji varlığın ümumi ruh anlayışıdır, yəni ruhun ma-
yasıdır.  Qeyri-üzvi  maddələrin  hər  birinin  yaranışına  uyğun  bu 
enerji sabitdir. Üzvi maddələrdə isə göründüyü kimi, bu potensial 
enerjilər sabitlikdən çıxır, yeni bir inkişaf mərhələsinə qədəm qo-
yur və beləliklə şəxsiləşir. Bu şəxsiləşmiş enerjilər ruhdur. 
Ruh – varlığın potensial enerjisinin, həmin varlığın mühitə uy-
ğunlaşması nəticəsində formalaşan xarakterinin topladığı həyat təc-
rübəsinə əsasən yeni inkişaf mərhələsidir, şəxsiləşmiş bir varlıqdır. 
İnsan öz yaratdıqları içərisində müxtəlif işləri yerinə yetirə bilən ro-
botları ən uğurlu işi saya bilər. Lakin robotlar nə qədər mükəmməl 
quruluşa malik olsa da, minerallardan təşkil olunmuşdur və yalnız 
mineralların  ən  müxtəlif  sistemli  quruluşundan  yaranan  mükəm-
məllik  səviyyəsində  ola  bilərlər.  Robotların  nümayiş  etdirilən 
cəhətləri  həmişə  onların  maksimum  imkanları  olur.  Bu  isə  adicə 
bir bitki toxumunun potensial imkanından da zəifdir. İnsan yaratdı-
ğı sistemli quruluşlarda həyat eşqi çatışmır. Həyat eşqi yalnız üzvi 


197
maddələrdə var. İnsan üzvi maddələrdən nə isə məqsədli bir quruluş 
yarada bilərsə bu quruluşun ən sadəsi minerallardan yaranmış ən 
mükəmməl quruluşlardan üstün olar. Çünki qeyri-üzvi maddələrlə 
üzvi maddələrin sərhədləri daha böyük bir mərhələylə – səbəblər 
toplusu ilə daha böyük bir səbəblər toplusu arasındakı sərhəddir. 
İnsan Yer kürəsində üzvi maddələrin ən mükəmməl quruluşlu 
varlığıdır. Üzvi maddələr məhv olarkən birinci itirdikləri həyat təc-
rübəsi toplamaq imkanıdır. 
Məzmununu itirib yalnız formasını saxlayan bədən, qeyri-üzvi 
maddələr kimi, yalnız dözümlülük həddi hesabına formasını saxla-
mağa çalışır. 
Aydındır  ki,  həyat  təcrübəsi  toplamaq  imkanını  itirən  bədən 
həm də bu müddətə qədər topladığı həyat təcrübəsini də itirir. Hə-
yat  təcrübəsi  toplamaq  imkanının  itirilməsi  varlığın  canlı  olmaq 
imkanının itirilməsidir ki, bu da varlığın fiziki imkanlarının hara-
dasa  tükənməsinin  nəticəsidir,  varlıq  öz  formasında  müqəvvaya 
çevrilir. Bu müddətə qədər toplanan həyat təcrübəsinin itirilməsi 
isə onun ağlının itirilməsidir. Ağıl, bilik isə itməyən xəzinə oldu-
ğundan, yəni ən sadə formada varlığın ruhu onun yaratdığı hər han-
sı bir nəticəni yaşayır. Fiziki imkanlar tükənəndə birinci növbədə 
həyat təcrübəsi toplamaq imkanı və toplanmış həyat təcrübəsi itir. 
Beləliklə, məzmununu itirən bədənin forması sürətli bir proseslə 
görünüşünü dəyişib qeyri-üzvi maddə qalığına çevrilir. 
Həyat  təcrübəsi  toplamaq  imkanı  və  toplanmış  həyat  təcrü-
bələri, bəs bunlar nə deməkdir? Bunu kobud olsa da maqnitofon-
la müqayisə edək. Maqnitofon boş kaseti ilə birlikdə işlədilsə, səs 
yazmaq imkanına malikdir. Biz onu işlətdik və nə isə yazdıq. Sonra 
maqnitofon xarab oldu, yəni səs yazmaq imkanını itirdi. Yazılmış 
səs isə kasetdə qaldı. Ya maqnitofonu təmir elətdirmək, ya da kase-
ti başqa maqnitofona qoymaqla kasetin içindəkiləri dinləmək olar. 
Bu misal kobuddur, ancaq qismən həyat təcrübəsi toplamaq imka-
nına və toplanmış həyat təcrübələrinə uyğundur. 
Üzvi  maddələrdən  yaranmış  varlıqlar  həyatdan  gedəndə  hə-
yat təcrübəsi toplamaq imkanını itirir, ancaq onun topladığı həyat 


198
təcrübələri hər hansı bir şəkildə yaşayır. Birincisi belə olmasaydı, 
həyatın inkişafı da kəsirli görünərdi. İkincisi, bu toplanmış həyat 
təcrübələri hər halda insan beynində ali materiya şəklində bir yerə 
toplanır ki, lazım olanda onlardan istifadə olunur. 
Hər hansı bir materiya növü bir yerə yığışanda bu istər-istəməz 
toplantı şəklində özünü göstərməlidir. Buradan belə nəticə çıxır ki, 
toplanan həyat təcrübəsi materiyanın hansı bir formasındasa, həyat 
təcrübəsi toplamaq imkanlı bədəndən ayrı mövcuddur, lakin onun-
la birgə fəaliyyət göstərir və sıx yaxınlıq təşkil edir. Onda buradan 
belə bir nəticə çıxır, həyat təcrübəsi toplamaq imkanlı bədənin fizi-
ki imkanları tükənəndə, yəni məhv olanda, toplanan həyat təcrübə-
si qalır və bədənlə birgə fəaliyyətini dayandırıb təkbaşına fəaliyyət 
göstərir. 
Bu təkbaşına fəaliyyət göstərən toplanan həyat təcrübəsi – ağıl-
dır, yəni ruhdur. Hər hansı materiya növü bir yerə yığılanda kütlə 
yaradır ki, bu kütlə də hökmən müəyyən forma və məzmuna ma-
lik olur. Həyat təcrübəsini də, hər hansı bir varlıq, öz yaranışından 
sonra əldə etdiyindən materiya növü kimi qəbul etməliyik. Deməli, 
həyat təcrübəsi müəyyən forma və məzmuna malik kütlədir. Həyat 
təcrübəsi – ağıl – ruhdur. Deməli, ruh kütləyə malikdir. Kütləyə 
malik  olan  şey  labüdlüyünü  təsdiqləyir.  Kütləyə  malik  olan  şey 
yaşantıdır. Yaşantının isə doğumu var. Doğumu olan şeyin ölümü 
labüddür. Deməli, ruh da əbədi deyildir. Əbədi olan yeganə bir şey 
var o da mövcudluqdur, çünki, o doğulmayıb, elə labüdlükdür. 
Qeyri-üzvi maddələrdən yaranmış tamamlanmış quruluşlu sis-
temli  varlıqlar  yalnız  potensial  qüvvəyə  malikdirlər.  Üzvi  mad-
dələrdən yaranan sistemli varlıqlar isə aktivlik dərəcəsinə malik-
dirlər. Aktivlik dərəcəsi isə idrakı yaradır. Qeyri-üzvi maddələrlə 
üzvi maddələr arasındakı fərqlərdən biri də odur ki, birincilər zər-
bəyə dözümlülük həddi daxilində müqavimət göstərirlər. İkincilər 
zərbədən yayınmaqla öz varlıqlarını qorumağa çalışırlar. 
Hər hansı bir varlığın hal yaşantısı həmin hal yaşantısını du-
yan duyğu üzvi vasitəsilə qəbul edilə bilər. Hal yaşantısı – varlığın 
daxilində gedən proseslərin gərginlik ölçüsüdür. 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə