Bağırov Əlisalam başlanğICDAN başlanğica və ya ruhun keçDİYİ yol



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə64/77
tarix13.11.2017
ölçüsü2,64 Kb.
#10166
1   ...   60   61   62   63   64   65   66   67   ...   77

193
hiss edəcək. Əslində sonsuzluq yoxdur, nüfuz dairəsinin hara qədər 
gedib çıxması var. 
Sonsuzluq – hər hansı bir idrak sahibinin dərk səviyyəsindən 
yaranan nüfuz dairəsinin əhatə etdiyi məhdudiyyətdən o yanadır. 
Yəqin  bu  o  deməkdir  ki,  nüfuz  dairəsinin  əhatə  etdiyi  məh-
dudiyyət  kök  altında  3(üç)  bərabərliyinə  bənzəyir.  Təkrarlanan 
rəqəmlərlə bu cavabın həlli istənilən qədər uzana bilər. 9 (doqquz) 
rəqəmli sistemdə bu belə də olmalıdır. Başqa bir hesablama sistemi 
yaradılsa, vəziyyət dəyişər. Onun da öz problemləri ola bilər, ancaq 
başqa cür. 
Bizim kainat haqqında biliklərimiz də buna bənzəyir. Bizim dü-
şüncə  dairəmiz  nə  qədər  ki,  üç  ölçülü  həyat  prinsipləri  üzərində 
qurulub, bundan o yana getmək olmur. Ölçüsüzlük mövcud olduğu 
həyat prinsipləri varsa, idrakımız o prinsiplərlə silahlansa vəziyyət 
başqa cür olar. 
Sonsuzluq anlayışı nisbidir. Sonsuzluq hər idrak sahibinin qav-
rayş dairəsinin məhsuludur. İnsan üçün kainat var və o kainat son-
suzdur. İnsan üçün Allah var və o, daha böyük idrak sahibidir. İn-
san üçün üçölçülü həyat var, o bu həyatın məhsuludur. 
Hər hansı bir varlığın fiziki quruluşunun imkanlılığı onun dər-
rakəlik həddini tamamlayır. Hökmən hər hansı bir nəticəni yaradan 
səbəblər  toplusunun  sistemli  cəmi  yaratdığı  nəticədən  güclüdür. 
Nəticəni yaradan səbəblər isə nəticədən daha ilkin olduğu üçün ilk 
səbəbə doğru səbəb-nəticə ardıcıllığı ilə bir yol keçir. Deməli, ilk 
səbəb ən güclü və ən yaradıcıdır və o həm də ilk nəticədir. İlkin 
başlanğıcda  bunlar  ayrılmazdır.  Ən  böyük  idrak  nə  doğulmayıb, 
nə də yox olmayacaq. O, bütün kainatın halını yaşayır və onu idarə 
edir. İnsanın yaranması ən böyük idrakın özünə bəlli məqsədli ya-
radıcılığının bir pilləsidir. Ən böyük ruh bütün kainatın halını ya-
şayır. Kainatda olan bütün varlıqlar xarici qıcıqlara cavab reaksi-
yaları ilə öz imkanları səviyyəsində hal yaşantılarını kodlaşdırılmış 
şəkildə idrak məhsulu kimi ətraf mühitə ötürürlər. Bütün bu idrak 
məhsulları kainatın ümumi idrakını yaradır. 
İnsan nə qədər ki, yaşayır, hər an üçün öz düşüncələrini kainatın 
ümumi tutumunda kodlaşdırır. Elə ki insan dünyasını dəyişdi, bu 


194
kodlaşdırılmış idrak məhsulundan başqa adamdan heç bir şey qal-
mır. Bu məhsul insan haqqında sanki bir arxiv materialıdır. Həm də 
bu ümumi kainatda toplanan həyat təcrübələrinə bir əlavədir. 
Belə hesab edək ki, bizi əhatə edən aləmə 300 000 km/san sürə-
tinə bərabər hərəkət sürəti verdik. Bu zaman bizi əhatə edən aləmi 
təşkil edən bəsit birnövlülər arasında cazibə qüvvəsini qoparan bir 
hal yaranacaq və bizi əhatə edən aləm ilk bəsit birnövlülərə parça-
lanacaq. Lakin tam sükunət halından fərqli olaraq bu bəsit birnöv-
lülər 300 000 km/san sürət həddində hərəkət edən bir halda ola-
caq. Bu da bəsit birnövlülərin varlıq kimi mövcudluğunun belə bir 
halda yaşantısıdır. Lakin bəsit, bir-biri ilə birləşmək imkanı olan 
birnövlülərin  başqa  bir  cür  yaşam  halı  da  vardır  ki,  o,  xüsusilik 
təşkil edir və bizim materiya qanunlarına tabe deyil. Bu hal bir-biri 
ilə birləşmək imkanı olan bəsit birnövlülərin hər hansı birinin yal-
nız bir növünün başqaları ilə deyil ancaq özü ilə birləşməsindən 
alınan mövcudluğun hal yaşantısıdır. Bu cür mövcudluqlar nüfuz 
olunan ruhun mayası ilə birlikdə yalnız iki növdən ibarət olur və 
bizi əhatə edən aləmin materiya qanunlarına tabe olmur. Onlar bu 
şəkildə 300 000 km/saniyədən kiçik sürətlərdə belə bizi əhatə edən 
aləmi keçib gedə bilərlər. Belə varlıqlar insandan daha çox dərkə 
malikdirlər. Onlarda maddiliyə demək olar ki, meyil yoxdur, əgər 
olsa da öz hisslərini boğmağı bacarırlar. Əks təqdirdə maddiliklə 
hər hansı bir yaxınlaşma onun quruluşunu mürəkkəbləşdirir ki, bu 
hal da onların mövcudluq kimi varlıqlarının səviyyəsinin enməsi 
deməkdir.  Bizim  maddilikdən  kənarda  bizim  maddiliyin,  hər  bir 
insan həyatında yaxşı əməlin nəticəsi olan sintezin – parlaq nurun 
toplanması prosesi gedir. Bu hal bizi əhatə edən aləmin nizamlı, 
məqsədli, təkamülə doğru inkişafında, bizim maddilikdən yaranan 
yeni bir doğumun mövcudluq formasında təzahürüdür. Bu ruhun 
mayasının daha mükəmməl quruluşu yeni bir varlıqdan əbədi həyat 
yolunda bir vasitə kimi istifadə etməsidir. Ən ali varlığa daha yaxın 
olan bu varlıq ən ali varlığa qovuşuq mərhələsindədir. 
Mövcudluqlar  tərkiblərə  bölünməyən  materiya  növləridir  ki, 
onlar  kainatın  təbii  durumunu  təşkil  edirlər.  Mövcudluqlar  po-
tensial  enerjidirlər.  Mövcudluqlar  bir-biri  ilə  birləşərək  varlıqlar 


195
əmələ gətirirlər. Varlıqlar – ilk sistemli birləşmələrdir. Sistemli ta-
mamlanmış quruluş həmin həcmdə aid olduğu potensial enerjiyə – 
müəyyən qüvvəyə malikdir. Qeyri-üzvi maddələrdə bu qüvvə yenə 
də potensial haldadır. 
Nəhayət ki, qeyri-üzvi maddələrin müəyyən şəraitdəki halından 
üzvi maddələr əmələ gələndə sistemli varlıqların potensial enerji 
şəklində olan qüvvəsində bir aktivlik əmələ gəlir. 
Aktivlik  dərəcəsi  varlığı  qeyri-üzvi  maddələrdəki  kimi  dözə 
biləcəyi qədər müqavimət göstərməkdənsə, təzyiqdən yayınmaqla 
mümkün qədər öz varlığını saxlamağa, yəni ideal rahatlıq halına 
doğru meyilləndirir. Bu elmdə şərtsiz reflekslər kimi qeyd edilir. 
Bu  üsul  istər-istəməz  həyat  təcrübəsi  toplanmasının  səbəbidir. 
Beləliklə, üzvi maddələrdə mühitə uyğunlaşma nəticəsində xarak-
terdə formalaşma getdiyindən, artıq xüsusi bir varlığın ayrıca xa-
rakteri yaranır, yəni şəxsiləşmə gedir. 
 Hər hansı tamamlanmış varlığın aktivlik dərəcəsindən doğan 
və həmin varlığı həyati fəaliyyətə təhrik edən qüvvə, topladığı hə-
yat təcrübəsi ilə həmin tamamlanmış varlığın imkanı səviyyəsində 
onun idrakıdır. Qeyri-üzvi maddələr həyatın bir mərhələsi olduğu 
kimi, üzvi maddələr də daha böyük bir səbəbdən yaranan bir nəticə 
kimi həyatın başqa bir mərhələsidir. Lakin həyat bu mərhələlərlə 
bitmir. Həyatın daha başqa bir mərhələsi də vardır ki, bu mərhələ 
irəli getmiş formada özündən əvvəlki mərhələlərdən fərqlənir. Bu 
mərhələni ideal üzvi maddələrdən yaranmış mərhələ kimi şərtlən-
dirmək olar. Bu mərhələlər arasındakı əsas fərqə baxaq. Qeyri-üzvi 
maddələr xarici mühitin fiziki təsirlərinə dözümlülük həddi daxi-
lində müqavimət göstərirlər. Onlar zərbədən yayınmaq imkanından 
məhrumdurlar.  Üzvi  maddələr  isə  quruluşları  səviyyəsində  ideal 
rahatlıq  halına  meyillənmək  imkanlıdırlar.  Onlar  xarici  mühitin 
fiziki təsirlərindən imkanları daxilində yayına bilərlər. İdeal üzvi 
maddələr isə öz quruluşlarına görə həmişə ideal rahatlıq halında 
olurlar. Xarici mühitin fiziki təsirləri onları özlərindən asılı olma-
yaraq ideal rahatlıq halında qərarlaşdırır. İdeal üzvi maddələr ibti-
dai formada enerji şəklində olurlar. Lakin bu müəyyən quruluşlu 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə