Bağırov Əlisalam başlanğICDAN başlanğica və ya ruhun keçDİYİ yol



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə61/77
tarix13.11.2017
ölçüsü2,64 Kb.
#10166
1   ...   57   58   59   60   61   62   63   64   ...   77

184
Varlıqlar hər konkret an üçün hiss edilmədən dəyişən və bir-bi-
rini tamamlayan mövcudluqların müəyyən forma və məzmundakı 
doymuş  halıdır.  Bütövlükdə  sistemli  varlığın  hal  yaşantısı  onun 
daxilində gedən proseslərin gərginlik ölçüsüdür. Varlıqlar öz quru-
luşuna uyğun həyat təcrübəsi toplamaq imkanındadırlar. 
Daha mükəmməl varlıqlar daha böyük dərkə malikdirlər. Hər 
hansı bir varlığın hər an üçün konkret hal yaşantısı var. Varlığın 
hər an üçün konkret hal yaşantısı ən müxtəlif səbəblərdən yaranan 
nəticədir. 
Hər hansı bir nəticə isə yarandığı vaxtdan sonrakı anlar üçün sə-
bəbə çevrilir. Beləliklə, kainatda ən müxtəlif səbəblər ən müxtəlif 
nəticələrə çevrilməklə, öz növbəsində, ən müxtəlif səbəblər yara-
daraq zaman axını məfhumunu meydana gətirirlər. 
Deməli, hər hansı bir an üçün konkret hal yaşantısı var. Varlığın 
hər an üçün konkret hal yaşantısı ən müxtəlif səbəblərdən yaranan 
nəticədir. 0 (sıfır) sürəti ilə 300 000 km/san sürəti arasında hərəkət-
də olan varlıqlar kainatın zaman yaşantısının üfüqlərində bir mər-
hələdir. Bu axının başlanğıcı bəsit birnövlülərin mütləq sükunət-
də mümkün yaşantısıdır. Bu mərhələnin sonu bəsit birnövlülərin 
300 000 km/san sürətilə hərəkət edən halı olacaqdır. Bu mərhələ-
dən əvvəl hansı mərhələ var? Əgər varsa, orda yaşantı necədir? 
Belə fərz edək ki, kainatın 0 (sıfır) həddindəki bəsit birnövlüləri 
soyudur və ya qızdırırıq. Biz heç nəyə nail olmayacağıq, çünki bu 
qızma və soyuma prosesləri, o həddən sonrakı hal yaşantılarında 
dəyişiklik yarada bilər. 
Ən böyük sıxlıqla ən kiçik həcmin birləşdiyi bir halla, ən ki-
çik sıxlıqla ən böyük həcmin birləşdiyi hal arasında kainatın çox 
müxtəlif bölgülərə bölünən hal yaşantısı mövcuddur. Ən böyük sıx-
lıqla ən kiçik həcm o deməkdir ki, daha ondan artıq sıxmaq müm-
kün deyildir. Çünki atomların başına fırlanan hissəciklər atomlara 
o dərəcədə yaxınlaşır ki, partlayış baş verir. Ən kiçik sıxlıqla ən bö-
yük həcm isə o deməkdir ki, cisim o qədər genişlənir ki, onu təşkil 
edən atomların başına fırlanan hissəciklər atomların onları saxlaya 
biləcəyi son həddinə çatır. Bundan sonrakı genişlənmə dağılma ilə 


185
nəticələnərdi. Dağılıb öz nizamını itirmiş birnövlülər isə hələ ge-
nişlənməsi son həddə çatmamış başqa cisimlər tərəfindən udulur və 
ya öz sərbəst həyatını yaşayır. Bu yaşantı isə 300 000 km/san sürət 
həddidir. Mütləq sükunətdə olan və 300 000 km/san sürət həddində 
olan birnövlülər öz sərbəstliklərinə görə bir-birinə oxşayırlar və bu 
oxşarlıq bəzən onlar bir-biri ilə rastlaşanda birləşməklə nəticələ-
nir. Nəticədə bircinsli yeni yaşantılar formalaşır. Onlar çox böyük 
sürətə malik olurlar ona görə ki, tərkib yekcins olduğundan onların 
hərəkətinə maneçilik edən digər qüvvələr yox səviyyəsinə enir. 
Beləliklə, eyni başlanğıcdan materiyanın elə ən müxtəlif növləri 
yaranır ki, onlar demək olar ki, hiss olunmadan bir-birinin içərisin-
də yaşayır və bir-birinə demək olar ki, mane olmurlar. 
Heç bir istinad nöqtəsi olmayan boşluqda cisim müvazinətlidir. 
Daha az kütlə fəzada daha böyük kütlənin cazibəsi ilə onun ətrafına 
fırlandığından nəhayət ki, daha böyük kütləyə malik olan sistem 
kainatın mərkəzində dayanır və yalnız özü öz oxu ətrafında fırlanır. 
Ona görə də heç bir istinad nöqtəsi olmayan ideal boşluqda olan 
kainat müvazinətlidir. Kainat hər an konkret hal yaşantısına malik 
olub forma və məzmun dəyişkənliyinə məruz qalır. Bu dəyişiklik 
kainatın həyatıdır – yaşantısıdır. 
Yaşanan hər bir şeyin başlanğıcı və sonu var. Başlanğıcla son 
arasındakı yaşantı həmin varlığın həyatıdır. Bu o demək deyildir 
ki, bir daha nə vaxtsa kainat olmayacaq. Kainat dağılıb ona uyğun 
forma və məzmununu itirə bilər. Lakin kainatı təşkil edən ən nə-
hayətdə bölünməz hissəciklər qalar və onlar yenidən daha başqa bir 
tipli kainat yaşantısının başlanğıcını qoyarlar. Lakin bu bir nəzəriy-
yədir. 
Kainat öz formasını hər an, lakin tədrici dəyişdiyindən, sonda 
kainat bir zaman elə bir sistemli quruluşda ola bilər ki, onda onun 
ilk başlanğıcındakı formasının sonuncu əlaməti də itər. Kainatın bu 
intervaldakı yaşantısı onun müəyyən formadakı həyatının sonu ola-
caqdı, lakin kainatın sonu olmayacaqdır. Ümumi götürdükdə kaina-
tın daxilində ideal boşluq olmadığından hər hansı planetlər sistemi 
öz hərəkətlərində az-çox təsirlərə məruz qalırlar və bu təsirlər son 
nəhayətdə onların hərəkətlərini sıfıra endirməlidir. Bu isə o demək-


186
dir ki, kainat daxilində tədricən daha çox sürətdən daha az sürətə 
keçilir. Bizim indi yaşayışımızın intervalı sayılan sürət həddi bizim 
qəbul etdiyimiz 0 (sıfır) həddi ilə 300 000 km/san sürət həddi ara-
sındadır. 
Biz indi hər hansı bir cihaza sürət verəndə çalışır, yuxarı sürət 
hədlərində təcrübələr aparırıq. Bəs əvvəllər? 
Belə çıxmırmı ki, kainatın daxilində əzəli müddətlərdə daha bö-
yük sürət hədləri olmuşdur və yenə də var. Bizim nüfuzumuza daxil 
olan elektrik və maqnit dalğaları, işığın sürəti təqribən 300 000 km/
san sürət həddində öz varlığının normal halındasa və bu bizim üçün 
ən yüksək sürət sayılırsa, bu bizdən ayrı bir yaşantının sıfır həddi 
deyilmi. 
Şüa sürəti azalanda bizə daha yaxın bir fiziki kəmiyyətə keçdi-
yi kimi, şüanın özü də nəyinsə azalmış sürətinin aşağı kəmiyyəti 
deyilmi? Burada kainatın içində başqa kainatın sərhədləri ayrılmır-
mı?! Mövcudluqlar – tərkiblərə və sahələrə bölünməyən varlıqlar-
dır.  Mövcudluqların  var  olması  üçün  heç  bir  şərt  lazım  deyildir. 
Mövcudluqlar  kainatın  təbii  durumudur.  Mövcudluqlar  kainatı 
təşkil edəcək miqdardadırlar. Mövcudluqlar ən müxtəlif quruluşda 
olsalar da, əsasən iki qrupa bölünürlər. Bu qruplar arasındakı əks-
liklərin vəhdəti kainatın hərəkətinin səbəbidir. 
Mövcudluqların bu xassəsi ideal rahatlıq halına meyil və zər-
bədən  yayınmaqla  müşahidə  olunur.  Mövcudluqların  bu  xassəsi 
yaşantının paralelliyini üzə çıxarır. 
Demək mövcudluq varsa onunla birlikdə materiyanın daha incə 
formasında həmin mövcudluğa xas başqa bir yaşantı da vardır. Bu, 
ən kobud şəkildə maqnit mənbəyi varsa, hökmən onun sahəsi də 
var və ya əksinə bənzəyir. Kainat mövcudluqlardan təşkil olunmuş 
varlıqlardan ibarət olduğundan kainatın özünün də paraleli vardır. 
Bunu kainatın sahəsi də adlandırmaq olar. Biz kainatın içərisində 
yaşadığımızdan bizim fiziki imkanlarımız kainatdan və onun sahə-
sindən kənara çıxa bilmir. Daha şüurlu olmaq imkanı varlığın fiziki 
quruluşundan asılıdır. 
Bütün varlıqlarda öz imkanı daxilində zərbədən yayınma halları 
var. Lakin varlıqlar təbəqələrə bölünürlər, ona görə də hər təbəqəyə 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə