B I b L i o q r a f I y a 1


M u s t a f a   Ç ə m ə n l i



Yüklə 2,07 Mb.
Pdf görüntüsü
səhifə3/57
tarix08.07.2018
ölçüsü2,07 Mb.
#53986
1   2   3   4   5   6   7   8   9   ...   57

M u s t a f a   Ç ə m ə n l i  

 
təfərrüatlı  təsvirləri  ilə  yormur,  müəllif  ricətləri  ilə  hadisələrin 
sürətini azaltmır, əksinə, daha çox dinamikaya, birnəfəsə oxunan 
saraydaxili  intriqaların  təsvirinə,  hakimiyyət  uğrunda  aparılan 
ölüm-dirim mübarizəsini önə çəkir. Eyni zamanda yazıçı bu mü-
barizə və çəkişmələrin nə qədər xırda istəklərə, şəxsi mənafe mo-
tivlərinə  kökləndiyini  bacarıqla,  həm  də  ürək  ağrısı  ilə  göstərir. 
Bu, bir həqiqətdir ki, uzaqdan çox möhtəşəm görünən hakimiyyət 
mənzərələri,  çox  vaxt  yaxından  xırda,  rəzil  və  miskin  mənafe 
ehtirasları  uğrunda  mübarizədən  başqa  bir  şey  olmadığını  nüma-
yiş etdirir. Bütün bunlar əsərə dərin mündəricə verməklə ona oxu-
naqlılıq gətirir ki, bu da istənilən əsər üçün, xüsusilə tarixi möv-
zuda yazılan roman üçün vacib məziyyətlərdən biridir. Bu, şübhə-
sizdir ki, “Ölüm mələyi” romanı Mustafa Çəmənli yaradıcılığına 
yeni nəfəs, yeni keyfiyyət və zənginlik gətirdi. 
Onun  geniş  diapazonlu  yaradıcılığının  bütün  istiqamətlərini 
əhatə etmək istərdim, təəssüf ki, bu, bir məqalənin daşıyacağı yük 
deyil,  onun  yaradıcılığı  bir  yox,  bir  neçə  sanballı  tədqiqat  işinin 
predmeti  və  obyekti  ola  bilər,  bu  da,  əlbəttə,  mənim  yox,  ədəbiy-
yatşünasların işidir, amma bu yazıda mən yazıçı dostumun yaradı-
cılığının Azərbaycan xalq musiqisinin, xüsusilə muğam ifaçılığının 
tədqiqinə həsr olunmuş vacib bir qolunu qeyd etməyə bilmirəm. 
Mustafa  Çəmənli  onlarla  muğam  ifaçısının  sənətini  qələmə 
alaraq  sənədləşdirib,  təhlil  edib,  məqalələr  yazıb,  kitablar  bağla-
yıb,  unudulmuş  sənətkarları  üzə  çıxarıb,  yazıları  ilə  onlara  yeni 
həyat  verib.  Bütün  bunları  sadalamaq  imkansızdır,  amma  bir 
kitab  haqqında  danışmaya  bilmirəm.  Bu  da  böyük  Üzeyir  bəyin 
“Leyli və Məcnun” operasının səhnə həyatına həsr edilmiş “Leyli 
və  Məcnun”  –  100  il  səhnədə”  kitab-salnaməsidir.  Gələn  il  artıq 
operanın  110  yaşı  tamam  olur.  Dünyada  deyə  bilmərəm,  amma 
Azərbaycan  teatr  tarixində,  Üzeyir  Hacıbəylinin  təvazökarlıqla 
“primitiv  opera”  adlandırdığı  “Leyli və Məcnun” yeganə əsərdir 
ki, yazıldığı gündən bu günümüzədək fəal repertuardadır. 
Mustafa  Çəmənlinin  bu  ensiklopedik  kitabında  “Leyli  və 
Məcnun” operasının  səhnə  həyatı  ilə  bağlı nələr  yoxdu!  Üç  yüz-


B i b l i o q r a f i y a  

 
dən artıq nadir foto, operanın tamaşalarında bu və ya başqa şəkil-
də iştirak etmiş elə o qədər də yaradıcı insan haqqında informasi-
ya, bir çoxları haqqında yüksək publisistik zövqlə yazılmış oçerk-
lər,  eləcə  də  sənədlər,  proqramlar,  afişalar.  Bütün  bunları  topla-
maq,  sistemləşdirmək,  hansısa  proqramda  və  ya  afişada  adı, 
soyadı getmiş, bu gün bizə heç nə deməyən insanların arxivlərdə, 
teatr gizlinlərində işləmək hesabına tapılması, kimin kim olduğu-
nun  müəyyənləşdirilməsi,  sağ  qalanlarla  görüşlər,  dünyasını  də-
yişmişlərin  yaxınları  ilə  söhbətlər,  bəzən  unudulmuş  insanların 
qohum-qardaşlarının  təəccüb  dolu  baxışları  ilə  qarşılaşmaq... 
Bütün bunları bilib də heyrətlənməmək mümkün deyil. 
Hər  şeyin  sürətlə  dəyişdiyi  bu  hövsələsizlik  zamanında 
dostum  Mustafa  Çəmənli  “Xallı  gürzə”,  “Ölüm  mələyi”  kimi 
daha  bir  roman  yazmaq  əvəzinə  niyə  özünü  belə  çətinliyə  salır? 
Yazmağı o qədər də sevməyən mənim kimi yazıçı üçün bu eqoist 
sualın  cavabını  da  kitabın  önsözündə  tapdım:  “Hər  şeyin  bir 
səbəbi, nədəni olur. Hərdən bu işin məsuliyyəti altına girməyimin 
mayasında duran, məni bu qədər aramağa, axtarmağa vadar edən 
o  səbəbi  düşünürəm,  fikirləşirəm  ki,  məni  bu  işə  həvəsləndirən 
dahi  Üzeyir  bəyə  bəslədiyim  sonsuz  məhəbbət  və  ehtiramdır. 
Amma  bütöv  bir  obrazlar  qalereyası  qarşısında  durub  bu  qədər 
insanın həyat və yaradıcılığından soraq verən arxiv materiallarına 
bələd olduqca qəti qərara gəldim ki, xeyr, bu, yalnız Üzeyir bəyin 
xatirinə  atılan  addım  deyil.  Burada  xatirəsi  önündə  baş  əyməli 
çox insan var”. 
Müəllif  özü  də  bilmədən  sualıma  yazıçı  səmimiyyətindən 
doğan  bir  təbiiliklə  cavab  verdi.  Teatra  bələdliyi  olan  bir  yazıçı 
kimi,  məlum  olan  bir  fikri  yada  salmaq  istərdim:  bəstəkarın  da, 
dramaturqun da, rejissorun da sənətinin tamaşaçıya çatdırılmasın-
da  ifaçılar  ön  cərgədədir.  Böyük  bəstəkarın  “Leyli  və  Məcnun” 
operasını səhnədə 110 il yaşadan da yüzlərlə insanın istedadı və 
zəhməti  olub  ki,  Mustafa  Çəmənlinin  kitabı  həm  də  o  insanların 
xatirəsinə ucaldılmış möhtəşəm abidədir. 
 
Əli Əmirli, 
Əməkdar incəsənət xadimi  


M u s t a f a   Ç ə m ə n l i  
10 
 
 
 
Mustаfа Çəmənlinin  
həyаt və fəаliyyətinin əsаs tаriхləri 
 
Mustаfаyеv Mustаfа ġurа оğlu 1947-ci il sеntyаbr ayının 10-
dа Аğdаm rаyоnunun Çəmənli kəndində аnаdаn оlmuĢdur. 
 
1954  
-  Çəmənli  kənd  оrtа  məktəbində  təhsil 
almağa başlamışdır. 
 
1964-1965 
- Mingəçеvir şəhər 3 №-li növbəli fəhlə-
gənclər  məktəbində  təhsilini  dаvаm 
еtdirmişdir. 
 
1966-1967 
-  Оrdu  sırаlаrındа  əsgəri  хidmətdə  оl-
muşdur. 
 
1968-1969 
-  Mingəçеvir  şəhər  Mаşın  təmiri  zаvо-
dundа qəlibçi işləmişdir. 
 
1970 
-  “Kоmmunist”  nəşriyyаtındа  çаpçı  kö-
məkçisi işləmişdir. 
 
1971-1972 
- “Pаris Kоmmunası” аdınа Gəmi təmiri 
zаvоdundа qəlibçi işləmişdir. 
 
1972-1977 
- Аzərbаycаn Dövlət Univеrsitеtinin jur-
nаlistikа fаkültəsində təhsil almışdır. 
 
1973 
- “Mingəçеvir işıqlаrı” qəzеtində “Ləpir-
lər”  аdlı  hеkаyəsi  ilə  ədəbi  yаrаdıcılığа 
bаşlаmışdır. 
 


Yüklə 2,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə