M u s t a f a Ç ə m ə n l i
42
Açığını deyim ki, Çəmənli Mustafanın bir-birindən dəyərli
əsərlərindən sonra tanımışam. Mən uzun müddət Xankəndində,
Şuşada, Gəncədə yaşamışam. Mustafa isə doğma taleyini Bakı ilə
bağlayıb. Əsərləri isə tez-tez qonağım olub. Sonra onunla Bakıda
görüşüb doğmalaşdıq. Mustafa Çəmənli zəngin yaradıcılıq diapa-
zonuna malik yazar, tədqiqatçıdır. Mustafa Çəmənli təmtaraqsız
sakit bir ömür yaşayır. Əsərlərinin kökü dərin qatlara gedib çıxır.
İlk hekayəsindən bu gün həvəslə yaratdığı əsərlərinə qədər milli-
dir. Vətən və söz aşiqidir.
Ənvər Əhməd,
AYB-nin Qarabağ bölməsinin sədri, professor
Uzun illər ərzində oxucusu olduğumuz Mustafa Çəmənlinin
sənətlə bağlı ədəbi nümunələrinin ilk baxışda janrını, bütünlükdə
isə onların estetik tutumunun böyük ədəbiyyata, əhatəliliyi bir-
mənalı olan jurnalistikaya və yaxud təhlil və tədqiqə yönəlik
musiqişünaslığa aid olduğunu müəyyənləşdirmək bir qədər çətin-
dir, desək, yəqin ki, yanılmarıq. Belə ki, həcmindən asılı olmaya-
raq, onların hər birində özünəməxsus dramaturji xəttə köklənmiş
yazıçı müdrikliyini, jurnalist “diriliyi”ni və musiqişünas-tədqiqat-
çı nəfəsini duymaq mümkündür. Qənaətimizcə, məhz yaradıcılı-
ğına xas olan bu çoxşaxəli tutum onu başqa musiqi tədqiqatçıla-
rından fərqləndirir...
Mustafa Çəmənli yaradıcılığının fərdiliyi bir tərəfdən maraq
dairəsinin genişliyidirsə, digər tərəfdən onun hadisələrə münasi-
bətində zamansızlığa nail olmasıdır. Fikrimizcə, bunu şərtləndi-
rən başlıca səbəb müxtəlif mövzulu yazılarında araşdırdığı sahə-
yə yüksək bələdçiliyini nümayiş etdirməsi, bədii üslubunda –
yazı manerasında müdrikliklə emosionallığı qoşalaşdırmağa nail
olmasıdır. Elə onun əlinizə alıb oxuyacağınız “Sənət hekayələri”
kitabın da toplanmış bədii-publisistik yazılarda da vurğuladığı-
mız məziyyətlərə şahidlik etmək mümkündür.
Ziyadxan Əliyev,
Əməkdar incəsənət xadimi
B i b l i o q r a f i y a
43
Mustafa Çəmənli bu insanlar haqqında sadəcə fakt və rəqəm-
lərin cansıxıcı reallıq konturlarını cızmaqla kifayətlənmir, bir ya-
zıçı səbri, şair fəhmi, rəssam təxəyyülü ilə onların hər birinin hə-
yat hekayəsinin kağız molbertində yaddaş palitrasını yaradır. Bu
hekayələr artıq dünyanın yaddaşına köçən, bizdən zaman və
məkan etibarı ilə uzaqda olsalar da, əməlləri mənəvi tellərlə
millətin tarix xalçasına toxunan və hər ilməsində bir nəslin, bir
qərinənin, bir ömür payı yaşamış insanların tale və qismət naxışıdır.
Qarabağın ilk sənət qaranquşları – Aşıq Valeh, Aşıq Abbas-
qulu, Aşıq Nəcəfqulu, Abdal Qasım haqqında yazdığı hekayələ-
rin üstündən 30 il keçsə də, Mustafanın təsvir və söz boyaları o
qədər canlı, o qədər inandırıcı və faktla möhürlüdür ki, oxucu
özünü əsrlərin o üzündə, o insanların yaşayıb-yaratdığı yerlərdə
hiss edir, milli mədəniyyətimizin intibahı naminə bütün əzablara,
təhdid və təhqirlərə dözərək əsl sənət nümunələri yaradanların
əhatəsində görür, təəssüf ki, ancaq xalqın yaddaşında yaşayan və
nəsildən-nəslə yalnız sözlə ötürülən, bəzən nə şəkli, nə də səs
yazısı qalan sənət fədailərimizin iştirak etdiyi məclislərin ab-
havasını hiss edir.
Telli Pənahqızı,
Ģair, publisist
Hörmətli qələm dostumuz Mustafa. Yeni kitabınızın − “Xallı
gürzə”nin çapdan çıxması münasibətilə sizi ürəkdən təbrik edirik.
Bu roman dünənimiz, bu günümüz və sabahımız üçün çox gərəkli
əsərdir. Siz cəfakeş qələminizlə böyük zəhmət hesabına möhtə-
şəm abidə yaratmısınız. Əhsən.
Səmimi salamlarla
Ağsuda çıxan “Birlik” qəzetinin kollektivi adından
redaktor Canalı Mirzəliyev
M u s t a f a Ç ə m ə n l i
44
Mustafa Çəmənliyə hədiyyə edilən
kitablardan avtoqraflar
Gənc jurnalist Mustafa üçün bir хatirə!
Mir Cəlal 17.01.1973.
(Cəlal M., Хəlilov P. Ədəbiyyatşünaslığın əsasları.-
Bakı: Maarif, 1973.)
Əziz və istеdadlı tələbəm Mustafaya müəllimindən yadigar.
ġamil Qurbanov 27.IХ.1974.
(Qurbanov Ş. Açılmamış səhifələr.- Bakı: Gənclik, 1974)
Əbdürrəhim bəy Haqvеrdiyеvin möhkəm azarkеĢi, istеdadlı
jurnalist Mustafa Çəmənliyə kiçik hədiyyə.
Kamran Məmmədov 02.12.1981.
(Məmmədov K. Yusif Vəzir Çəmənzəminli.-
Bakı: Еlm, 1981)
Ədəbiyyat və incəsənətimizi gözəl bilən və sеvən, kitabımın
rеdaktoru Mustafaya ən хoĢ arzularla.
Cahid Quliyеv
(Quliyеv C. Böyük
humanist
(Üzеyir bəy Hacıbəyli haqqında).- Bakı: Yazıçı, 1981)
Əziz dostum, istеdadlı gənc Mustafaya sənət zirvələri fəth
еtmək arzusu ilə.
Bəylər Məmmədov 13.09.1983
(Məmmədov B. Хurşidbanu Natəvan.-
Bakı: Yazıçı, 1983)
B i b l i o q r a f i y a
45
Qələm dostum, ilk sənət uğurlarına böyük ümidlə baхdığım
əziz Mustafaya хoĢ-хoĢ diləklərimlə.
Məmməd Ġsmayıl 22.04.1983
(İsmayıl M. Bəхtimə düşən gün.- Bakı: Yazıçı, 1980)
Əzablarımın, sеvincimin Ģahidi və Ģəriki, Ģеirlərimin (əgər
Ģеir dеmək mümkünsə) ilk tənqidçisi, məni məndən yaхĢı tanıyan
Mustafa Çəmənliyə.
Ağamalı Sadiq 7.02.1983.
(Sadiq A. Mənə ümid vеrin.- Bakı: Yazıçı, 1982)
Əziz və mehriban, qayğıkeĢ dostum Mustafaya dərin minnət-
darlıqla.
Əzizağa Məmmədov 11.05.1983
(Talıbzadə B.
Seçilmiş əsərləri
/tərt. ed. Ə.Məmmədov.- Bakı: Yazıçı, 1983)
Mustafa müəllimə yaradıcılıq uğurları diləkləri ilə
PaĢa Əfəndiyеv 22.11.1983.
(Molla Cümə.
Sеçilmiş əsərləri
(tərt. еd.: P.Əfəndiyеv, S.İdrisov. Bakı: Yazıçı, 1983)
ġəхsiyyətinə və mədəniyyətinə dərin hörmət bəslədiyim Mus-
tafa Çəmənliyə Ġraqda yaĢayan qardaĢ-bacılarımızın həsrət nəğ-
mələrindən kiçik bir хatirə.
Səmimiyyətlə Qəzənfər PaĢayеv 2.07.1994
(İraq-Kərkük bayatıları /tərt. еd. Q.Paşayеv.-
Bakı: Yazıçı, 1984)
Ən sеvdiyim Ģairin kitabını ən hörmət еtdiyim dostum Musta-
faya yadigar.
Əkrəm Cəfər 02.08.1984
(Füzuli M. Sеçilmiş əsərləri. Bakı: Yazıçı, 1984)