Azяrbaycan mиllи elmlяr akademиyasы



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə41/47
tarix25.08.2018
ölçüsü1,18 Mb.
#64041
1   ...   37   38   39   40   41   42   43   44   ...   47

 
 
137 
fərqləndirən  cəhət  «onun  Azərbaycan  istiqlalına  və  milli 
duyğularına  tərcüman  olmasıdır»  (175,  13).  Odur  ki,  ya-
zırdı: «…Onun şeirlərində ölkəsiylə birlikdə öz taleyini də 
addım-addım təqib etmək mümkündür. …Onun şeirlərində 
şairin  özünü  var  edən  idealları  taleyin  acı  bir  oyunuyla 
rədd  etmək  məcburiyyətində  qalmasını  və  bu  zaman 
duyduğu ruhi sancıları, fəryadları da görmək mümkündür»   
(175, 13).  
Kitabın  «Əhməd  Cavad  (1892-1937)»  bölümündə 
İ.Murad zəngin qaynaqlar əsasında şairin tərcümeyi-halını 
vermişdir. Müəllif hələ arxiv materiallarının üzə çıxmadığı 
bir zamanda həmin materiallarla kifayətlənməmiş, 1990-cı 
ildə Ə.Cavadın oğlu Yılmaz Axundzadə və şairin həyat və 
yaradıcılığının    görkəmli  tədqiqatçısı  Əli  Saləddinlə 
Bakıda  görüşüb,  fikir  mübadiləsi  aparmış,  bəzi  nüanslara 
mümkün olduğu qədər aydınlıq gətirməyə çalışmışdır.  
Müəllif  Ə.Cavad  yaradıcılığı  haqqında  fikirlərini 
ümumiləşdirərək  doğru qənaətə gəlir: «Biz şairin 1920-ci 
ildən  əvvəlki  şeirləri  ilə 
sevincini, 
coşqusunu, 
səmimiyyətini,  milliyyətçi  yönünü  tanıyacağıq.  1920-ci 
ildən  sonrakı    şeirlərində  isə  gərginliklərini,  çarəsizlik-
lərini, ağrı-acılarını izləyəcəyik. Bu son dönəm şeirlərində 
etdiklərini,  fikirlərini  inkar  etməyə  məcbur  edilən  bir 
sənətçinin fəryadlarını duyacağıq» (175, 26).  
Türkiyə  ilə  bağlı    şeirlərindən  bəhs  edərkən  müəllif 
«Şəhidlərə»,  «Türk  ordusuna»,  «Ey  əsgər»,  «Çırpınırdın, 
Qara  dəniz»,  «Şəhid  əsir»,  «Mən  bulmuşam»,  «İstanbul», 
«Bismillah» kimi  şeirləri ayrıca təqdim  edir və bildirir ki, 
«bu şeirlərdə Türkiyə bəzən həsrətlə gözlənilən bir sevgili, 
bəzən Turan ordusu, bəzən də qeyri-adi özəllikləri olan bir 
xilaskar  kimi  yer  alır»  (175,  27).  Müəllif  «Mən 
bulmuşam»  şeirini  isə  belə  açıqlayır:  «O,  cənnətini  açıq 


 
 
138 
gözlə görülən bir  röyada, Türkiyədə tapmışdır» (175, 27). 
Ümumiyyətlə,  İ.Murad  şairin  türkçülük  görüşlərini 
açmağa  müvəffəqiyyətlə  nail  olmuşdur.  Bunu  müəllifin 
«İstanbul»  şeirini  təhlil  edərkən  söylədiyi  fikirlərdən  də 
görmək  olar:  «Ə.Cavad  yalnız  Türkiyənin  deyil,  bütün 
türklüyün  paytaxtı  olaraq  gördüyü  İstanbula  və  türklüyün 
qırılan ümidlərinə  gözyaşı tökür. Bu,  səmimiyyət  dolu bir 
ağlamadır.  Çünki  bütün  dünya  türklüyünün  ümidi 
Türkiyədir.  Oranın  paytaxtının  işğalı  da  bütün  türk 
dünyasında  böyük  bir  ümidsizlik  oyandırmışdır»  (175, 
29).  Müəllif  Türkiyəylə  bağlı  şeirləri  incələyərək  doğru 
deyir  ki,  «şair  siyasi  meydanda  görülən  bu  qarışıqlıqda 
bütün türklərin istər coğrafi, istərsə də fikrən birləşdiyi bir 
ideal axtarırdı. Bu ideal Turan idealıdır və bunu gerçəkləş-
dirəcək  olan  da    Türkiyədir»  (175,  30).  Ə.Cavadın  öz 
şeirlərində  «Bakını  xilas  etməyə  gələn  türk  ordusundan 
ordumuz  deyə  söz  etməsi,  ingilislərə  Çanaqqalada  dərs 
verdik  deyə  öyünməsi,  İstanbulun  işğalına  göz  yaşı 
tökməsi də bu səbəbdəndir» (175, 37).  
Ə.Cavad  yaradıcılığındakı  milli  istiqlal  ideyasından 
danışarkən  müəllif  şairin  bəşəri  hisslərini  uğurla  bu 
şəkildə  ifadə  edir:  «Ə.Cavad  bütün  xalqların  azad  və 
müstəqil  yaşadığı  dünya  gülşənində  müxtəlif  xalqlara 
məxsus  güllər,  çiçəklər  arasında  Azərbaycan  ətirli, 
Azərbaycan  rəngli  möcüzəni  də  həmişə  görmək  istəyirdi 
(175,  24-25).  
İ.Murad  «Yazıq»,  «Hərbzədələr»,  «İmdad»,  «Nə  gör-
dümsə»  şeirlərində  milli  birlik  şüurunun  əksini  yüksək 
dəyərləndirir.  Müəllif  şairin  «millət  dediyi  zaman  bütün 
dünya  türklüyünü»  (175,  39)  nəzərdə  tutduğunu  bildirir, 
bu  şeirlərin  «Cəmiyyəti  xeyriyyə»  xəttilə  işğal  olunmuş 
Türkiyə  ərazilərini  gəzdikdən  sonra,  «Doğu  Anadoluda 


 
 
139 
erməni qətliamına  məruz  qalan  türk əhaliyə   yardım üçün 
başladılan  «Qardaş  köməyi»  kampaniyasını  dəstəkləmək 
məqsədi  ilə    yazıldığını»  da  xüsusi  qeyd  edir  (175,  39). 
Ə.Cavadın  «bu  ağrı-acıların,  bu  vəhşiliyin  şahidi 
olmasını»,  «onların  iztirabını  öz  içində  hiss  etməsini» 
bildirməklə İ.Murad şairin həyat və yaradıcılığını diqqətlə 
araşdırdığını bir daha göstərmiş olur (175, 40).  
«Sevgi  şeirləri»  bölümünü  İ.Murad  vətən  sevgisi  və 
bəşəri  şeirlər  deyə  iki  hissədə  incələyir.  Vətən  sevgisini 
tərənnüm edən şeirlərdən danışarkən müəllif «Azərbaycan 
bayrağına», «Al bayrağa» və «Aşiqin dərdi» kimi şeirlərin 
üzərində  dayanır.  «Nədən  yarandın»  şeirindəki  «sevgili 
mələklərin  gülüşü»,  «buludların  öpüşü»  kimi  deyimləri 
«orijinal imiclər» adlandıran İ.Muradın (175, 45) Ə.Cavad 
şeirlərinin   poetik incəliklərinə  həssaslıqla yanaşması təq-
dirəlayiqdir.  Ancaq  qeyd  etməliyik ki, burada «buludların 
uçuşu»  ifadəsi  «gözəlliyin,  qızlığın  çiçəklərlə  öpüşü» 
ifadəsi ilə qarışdırılmışdır. 
«Şairin  daxili  ziddiyyətləri  və  öz  «mən»ini  anladan 
şeirlər»  bölümündə  müəllif  Ə.Cavadın  əsla  ümidsizlik 
təlqin etmədiyindən danışaraq  yazır: «O, ən çətin anlarda, 
ən  pis  vəziyyətlərdə  belə  bəlkə  soyuqqanlığını  itirmiş, 
amma  heç  vaxt  ümidini  itirməmişdir.  Bu,  əsəbilikdən, 
yetərincə anlaşılmamaqdan doğan bir sıxıntıdır» (175,  45). 
Burada  «Mən  kiməm»,  «Şeirimə»,  «Şeirim»,  «Mayıs», 
«Dərdim»  kimi  şeirlər  önə  çəkilir.  İ.Murad  «Of,  bu  yol» 
şeiri  üzərində  xüsusi  dayanır,  şairin  öz-özüylə  apardığı 
hesablaşmasının «enişli-yoxuşlu bir vəziyyətdə olduğunu» 
bildirir  və  bunun  səbəbini  haqlı  olaraq  dövrün  siyasi 
dəyişikliklərində görür (175,  49).  
Şairin 1920-ci ilə  qədərki yaradıcılığından  danışarkən 
İ.Murad özü də etiraf edir ki, «Ə.Cavadın şeirlərini siyasi, 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə