Azяrbaycan mиllи elmlяr akademиyasы



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə43/47
tarix25.08.2018
ölçüsü1,18 Mb.
#64041
1   ...   39   40   41   42   43   44   45   46   47

 
 
143 
haqqında  «Azərbaycan  Demokratik  Respublikasının  ağır 
illərinin  romanı»  adlı  elmi  iş  yazmışdır.    Onu  bu  gərəkli 
işə  sövq  edən  səbəb  romanda  M.Ə.Rəsulzadə, 
N.Nərimanov,  M.B.Məmmədzadə,  C.Cabbarlı  və  Əhməd 
Cavadın  canlı  obrazlarının  yaradılmasıdır.  T.Hüseynlinin 
yazdığına görə «romanda daha çox Ə.Cavadın şeirlərindən 
nümunələr  gətirilir  və  digər  şair  obrazları  ilə  müqayisədə 
onun  bədii  obrazı  daha  aydın  görünür»  (70,  39-40).  Əsər 
boyu  süjetin  inkişafının  ayrı-ayrı  məqamlarında  Ə.Cava-
dın  şəxsi  taleyi  ilə  bağlı  epizodlar,  maraqlı  dramatik 
hissələr,  bir  çox  halda  şairin  ayrı-ayrı  əsərlərindən 
məzmuna uyğun bədii parçalar da verilmişdir.  
T.Hüseynlinin  verdiyi  məlumata  görə,  «M.Oğuz 
Ə.Cavadın  yaradıcılığından  müstəqil  bir  şeir  kimi  verdiyi 
bir  parça  ilə  anaxronizmə  yol  vermişdir.  Lakin  həmin 
müxtəlif  parçalar  romanın  mətnində  elə  birləşdirilib  və 
müvafiq  situasiya  ilə  əlaqədar  elə  verilib  ki,  bununla 
müəllif  öz  bədii  niyyətinə  müvəffəqiyyətlə  nail  ola  bilib. 
Bu  uğur  isə  M.Oğuzun  obrazını  yaratmaq  istədiyi 
Ə.Cavadın  yaradıcılığına  kifayət  qədər  yaxşı  bələd 
olduğunu  əks  etdirir»  (70,  41).  Bütün  bunlar  Türkiyədə 
Ə.Cavad  şəxsiyyətinə  və  poetik  irsinə  bəslənən  sonsuz 
sevgi və diqqətin parlaq ifadəsidir.  
Əhməd  Cavadın  həyat  və  yaradıcılığı  Türkiyədə  get-
dikcə daha geniş şəkildə öyrənilməkdədir. Belə ki, Səriyyə 
Gündoğdu adlı  əslən azərbaycanlı olan  gənc bir tədqiqat-
çının    2006-cı  ildə  çap  edilmiş  «XX  əsr  Azərbaycan  və 
Türkiyə ədəbiyyatında  millət üçün çarpan
*
 iki böyük ürək 
(M.Akif  və  Ə.Cavad)»  məqaləsi  də  maraq  doğurur.  O, 
Türkiyənin  məşhur  milli  şairlərindən  Türkiyə  Cümhuriy-
yətinin milli  marşını –  himnini yazmış  olan  Mehmet  Akif 
                                                   
*
 дюйцнян  


 
 
144 
Ərsoyla  Azərbaycanın  milli  şairi  Əhməd  Cavadın 
yaradıcılığını  müqayisəli  şəkildə  araşdırmış  və  hər  iki 
şairin  poeziya  və  fikir  aləmində  ortaq  və  bir-birini 
tamamlayan  məqamlar  haqqında  maraqlı  elmi  fikirlər 
söyləmişdir. M.A.Ərsoyun Osmanlı dövlətinin çökməsi ilə 
barışa  bilməyib  öz  soydaşlarını  ayıqlığa  çağırdığını 
yazdıqdan  sonra  müəllif  sözünə  belə  davam  edir:  «Başda 
M.Akifin  həyatı  və  dövrü  üzərində  durduq.  Daha  sonra 
Ə.Cavadın  hayatına  baxdıqda  iki  ayrı  dövlətdə  vətən, 
millət  deyə  eyni  duyğularla  vuran  iki  ürəyin  həyəcanlı 
atışları hiss edilir» (171, 143).  
Səriyyə  Gündoğdunun  haqlı  olaraq  yazdığı  kimi, 
Ə.Cavad  öz  şeirlərində  Rusiya  imperializminin  Azərbay-
canda  və  Qafqazda  yeritdiyi  müstəmləkəçilik  siyasətinə 
qarşı  barışmaz    mübarizə  aparmışdır.  Bu  məqsədlə  o, 
millətinin,  dilinin,  vətəninin  istiqlalı  üçün  əlindən  gələni 
etmişdir.  Öz  amalları  yolunda  M.Akiflə  Ə.Cavadın  çox 
acılar çəksələr də mübarizədən dönməmələrini təqdir edir. 
Bütün  bu  müqayisələrdən,  tale  və  amal  oxşarlıqlarından 
ətraflı  söhbət  açdıqdan  sonra  S.Gündoğdu  hər  iki  şairin 
poeziyasından  bəzi  örnəkləri  aşağıdakı  şəkildə  müqayisə 
edərək,  oxuculara  belə  çatdırır:    «M.Akif  də  çox  acılar 
çəkdi, sürgünlər yaşadı, həsrəti daddı. O da Ə.Cavad kimi 
savaş meydanında əlində silah, arxada isə qələmiylə vətəni 
üçün, milləti üçün mücadilə verdi. Bu iki vətən oğlu kiçicik 
qəlblərində Türkiyə, Azərbaycan, hətta Türk dünyası böyük-
lüyündəki  problemləri  sığışdıra  bilmişdilər.  İkisi  də 
vətəninin, millətinin  əsarətdə yaşamasına dözə bilməzdi:  
 
Asırlar var ki, hiç aydınlık bilmez afakım!  
Teselliden nasibim yok, hazan oldu baharımda;  
Bugün bir hanümansız serseriyim öz diyarımda!  
Ne hüsrandır ki: Şark`ın ben vefasız kansız evladı,  


 
 
145 
Serapa Garb`a çiğnettiğin de çıktım hak-ı ecdadı!  
Ə.Cavad isə:  
 
Arkadaşlar dörd yanıma bakdıkca,  
Ağlayırdım, ağlayırdı ırmaklar!  
Yurd oğlunun göz yaşları akdıkça,  
Ağlayırdım, ağlayırdı topraklar! 
 
– deyərək yanıb  tutuşurdular. Eyni  zamanda milləti  oyan-
mağa,  düşdüyü  durumu  dəyərləndirə  bilməyə  çağırırdılar. 
M.Akif:  
 
Bunca zamandır uyudun, kanmadın;  
Çekmediğin kalmadı, usanmadın. 
Çiğnediler yurdunu baştanbaşa, 
Sen yine bir kere kımıldanmadın!  
 
–  deyə  səslənirdi.  Əhməd  Cavad  da  eyni  ruhla  bir  başqa 
diyardan haykırırdı:  
 
Fəlakət görməyən millət olurmu?  
Düşün, biraz düşün, heç qanın varmı?  
Gözler kormu? Yoxsa könüller dar mı?  
Ah! Yenə bən niyə fəryada gəldim» (171, 149).  
 
Burada  qeyd  etmək  vacibdir  ki,  M.Akif  və  Ə.Cavad 
kiçicik  qəlblərinə,  S.Gündoğdunun  dediyi  kimi,  təkcə 
Türk  dünyasının  deyil,  həm  də  müsəlman  dünyasının, 
daha  sonra  da bütün  bəşəriyyətin   problemlərini  sığışdıra 
bildikləri üçün ölçüyə gəlməz dərəcədə böyük  idilər.  
Səriyyə Gündoğdu hər iki şair haqqında fikirlərini ye-
kunlaşdırarkən bildirir ki, M.Akif Ərsoy və Əhməd Cava-
dın  həyat  və  yaradıcılığında  özünü  göstərən  oxşarlıqlar 
gələcəkdə  xüsusi  bir  araşdırma  mövzusu  olacaqdır.  Buna 


 
 
146 
biz  də  inanırıq.  Bizim  bu  inamımıza  əsas  verən 
cəhətlərdən  biri  də  getdikcə  Ə.Cavad  yaradıcılığına  həm 
Azərbaycanda,  həm  də  Türkiyədə    ədəbi  ictimaiyyətin  və 
oxucuların artan marağıdır. 
Ə.Cavad  haqqında  bizə  məlum  olan  son  elmi    araş-
dırmalardan  biri  də  Salih  Okumuşa  aid  olan  «Çağdaş 
Azərbaycan  şairi  Əhməd  Cavad»  adlı  məqalədir.  S.Oku-
muş  məqaləsində  əsasən  Ə.Saləddinin  «Əhməd  Cavad» 
monoqarfiyasından    faydalanmış,  eyni  zamandan  sıx-sıx 
İ.M.Yıldırıma da istinad  etmişdir. İnternet saytında da yer 
alan  bu  materialda  Ə.Saləddinin  kitabına  istinadən 
Ə.Cavad  irsinin  Nizami  muzeyində  saxlanılan  irsinin 
siyahısı  da  verilmişdir.  İnternetdə  Ə.Cavad  irsinin  təbliği 
və  tədqiqi  nöqteyi-nəzərindən  bu  elmi    məqaləni  çox 
faydalı hesab edirik (190).  
Bütövlükdə  isə  araşdırmalar  göstərir  ki,  Türkiyədə 
Ə.Cavadın  həm  şəxsiyyəti,  həm  də  ədəbi  irsi    XX  əsrin 
ikinci  onilliyindən  başlayaraq  geniş  tanınmış  və  getdikcə 
məşhurlaşmışdır.  Ona  görə  də  onun  əsərləri  bu  ölkədə 
müxtəlif  səviyyəli  və  istiqamətli  nəşrlərdə  dəfələrlə  çap 
edilmiş, onlara nəzirələr yazılmış, şairin həyat və yaradıcı-
lığına dair qiymətli elmi tədqiqatlar aparılmışdır. Ə.Cavad 
irsinə  bu  maraq  və  diqqət  günümüzdə  də  davam 
etməkdədir.   


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə