Azяrbaycan mиllи elmlяr akademиyasы



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə40/47
tarix25.08.2018
ölçüsü1,18 Mb.
#64041
1   ...   36   37   38   39   40   41   42   43   ...   47

 
 
134 
acıları  azaldıqca  Türkiyənin  siyasi  vəziyyətində  yeni  bir 
mərhələ  başlanırdı.  Bu  da  ölkənin  iqtisadi  və  mədəni 
həyatına yeni bir nəfəs verirdi.  
3.3. 
Ə.Cavad  Türkiyəli  tədqiqatçıların  son 
araşdırmalarında 
 
Araşdırmalar  göstərir  ki,  Əhməd  Cavad  irsinə  Türki-
yədə  olan  maraq  və  diqqət    müəyyən  qısa  bir  müddət  ara 
versə  də,  səngiməmiş,  əksinə,  ölkədə  əlverişli tarixi  şərait 
yaranan  kimi  yeni  məzmunda  üzə  çıxmışdır.  Özü  də 
sonrakı  mərhələ  əvvəlkilərdən  keyfiyyətcə  də  fərqlənir. 
Bunu  müşahidələr  də  göstərir.  Belə  ki,  yuxarıda  Əhməd 
Cavadın  «Çırpınırdın,  Qara  dəniz»  şeirinin  Türkiyədə 
geniş  şöhrət  tapmasını,  onun  hətta  oradakı  milli  «mehtər 
marşları»  içərisində  yer  aldığını,  siyasi  partiyalardan 
birinin  himni    kimi  də  tanınmasını  qeyd  etmişdik. 
Maraqlıdır  ki,  1990-cı  illərdə  Ə.Cavad  haqqında  və  ya 
onun şeirlərindən ibarət çap olunan bir neçə kitabın adı da 
bu  şeirdən  götürülmüşdür.  Həmin  kitablardan  birini 
türkiyəli  tədqiqatçı  Sərvət  Gürcan  çap  etdirmişdir.  Bu 
kitab  1992-ci  ildə  Ankara  şəhərində  nəşr  edilmişdir. 
Tərtibçi  Sərvət  Gürcan    kitaba  Ə.Cavadın  həyat  və 
yaradıcılıq  yoluna  dair  geniş  bir  müqəddimə    də 
yazmışdır.  
Müqəddimədə  şairin  həyat  və  yaradıcılığının  işıqlan-
dırılmasına Türkiyə qaynaqları da  cəlb olunur,  şairin dün-
yagörüşü,  türkçülüyü  açıqlanır,  əsas  şeirləri  incələnir. 
T.Fikrət,  R.Tofiq,  M.A.Ərsoy,  M.Ə.Yurdaqul  kimi 
şairlərdən  təsirlənməsi  məsələsinə    toxunulur.  Burada 
deyilir:  «Əhməd  Cavad… türk  və islam  dünyasının  təsirli 
və  ən  güclü  düşünürü  olan  İsmail  Qaspıralının  işarət  
etdiyi «dildə,  fikirdə, işdə birlik» düsturu ilə Ziya Göyalp 


 
 
135 
və Ömər Seyfəddinin «yaşayan türkcə»nin İstanbul ağzına 
dayanaraq  «yazı  dili»  olaraq  istifadə  edilməsi  fikrinin 
şeirdə  Yurdaqulla  birlikdə  ən  önəmli  uyqulayıcısı  oldu. 
Bunu yaparkən də milli vəzn olan heca vəznindən istifadə 
etdi. Şeirlərində milli ruh, milli düşüncə, milli iş, milli dili 
təqib etdi» (192, 9).  
Türkiyədən əldə etdiyimiz «Selam Türkün Bayrağına» 
kitabı  isə  1992-ci  ildə  nəşr  edilmişdir.
*
  İrfan  Murad  Yıl-
dırım  Azərbaycan  ədəbiyyatının  görkəmli  tədqiqatçısı 
prof. Yavuz Akpınarın elmi məsləhətçiliyi ilə hələ 1990-cı 
ildə  yazdığı  «Əhməd  Cavad:  Həyatı  və  əsərləri  üzərində 
bir çalışma» işini «Selam Türkün Bayrağına» adı ilə kitab 
şəklində çap etdirmişdir. Üzərində Azərbaycan bayrağının 
rəsmi  olan  ağ  rəngli  kitabda  Ə.Cavadın  «Qoşma», 
«Dalğa» əsərləri və «Digər şeirləri» başlığı altında 1958-ci 
ildə  nəşr  edilmiş  kitabından  seçmə  şeirlər  verilib.  Bu  son 
kitabdakı  şeirlərin çoxu «qorxunc bir  siyasi təzyiq altında 
yazıldığı üçün», İ.Murad «Digər  şeirlər» bölümünə  həmin 
şeirlərin  hamısını  deyil,  sadəcə  oxucuda  rejimin  aman-
sızlığı,  şairin  faciəsi  haqqında  təsəvvür  yaradan  və  yeri 
gəldikcə istinad edə biləcəyi şeirləri daxil etmişdir.  
224 səhifəlik bu kitab öz quruluşu və səviyyəsi ilə diq-
qəti  çəkir.  Bizi    maraqlandıran  bir  də  İ.M.Yıldırımın 
kitaba  56  səhifəlik  ön  söz  yazmasıdır.  Tədqiqat  səciyyəli 
bu  ön  sözdə  Ə.Cavadın  yaradıcılığının  əsas  istiqa-
mətlərinin  və  mərhələlərinin  aydınlaşdırılmasına  üstünlük 
verilir.  Burada  XX  yüzilin  əvvəllərində  Azərbaycanın 
ümumi mənzərəsi, Türkiyə ilə əlaqələri anladan,  ingilis və 
rus  müstəmləkəçiliyini  tənqid  edən,  sosial  həyatı  əks 
etdirən, sevgi duyğularını anldan şairin daxili ziddiyyətləri 
                                                   
*
  Бу китабы Тцркийядян бизя эятирдийи цчцн Профессор Камил 
Вяли Няриманоьлуна дярин тяшяккцрцмцзц билдиририк. 


 
 
136 
və  öz  «mən»inin    ifadəsi  olan,  1920-ci  ildən  sonrakı  – 
dövrə  aid  olan  yeni  quruluşla  bağlı  yazılan  şeirlər  və  s. 
başlıqlar  altında  ədəbiyyatşünaslığımız  üçün  ümdə 
problemlər  araşdırılır.  İ.Murad  çox  doğru  təsbit  etmişdir 
ki,  «Əhməd  Cavadı  oxumaq  Azərbaycan  türkünün  bu 
illərdəki  ümidlərini,  milli  həyəcanlarını,  duyğularını 
tanımaq, öyrənmək deməkdir» (175, 55). Onun Ə.Cavadın 
şeirlərində  Tanrıya  münasibəti  «Dədə  Qorquddakı  Dəli 
Domrul havasındadır» fikri də düşündürücüdür. Belə yeni, 
cəlbedici  elmi  mülahizələrə  görə  də  alimin  bu  tədqiqatı 
araşdırılmağa layiqdir.  
İ.Murad  girişdə  M.F.Axundzadədən  üzü  bəri  siyasi 
olayların  təsirilə  milli  şüurda  baş  verən  dəyişikliklərdən 
söhbət  açır,  bu  işdə  Azərbaycana  göndərilən  qəzet,  dərgi 
və kitabların rolunu da diqqətə çəkir. Müəllif bu dönəmdə 
Türkiyədə  olan  Azərbaycan  ziyalılarının  ədəbi-mədəni 
hərəkatlardan,  siyasi  cərəyanlardan  təsirlənmələri    haqda 
da  danışaraq, 
maraqlı  fikir  irəli  sürür:  «Bunlar 
(Azərbaycan  ziyalıları  –  A.M.)  Azərbaycan  və  Türkiyə 
arasında sanki kültürəl bir körpü yaratmışdılar. Bu aydınlar 
sayəsində  Azərbaycan  fikir  və  sənət  həyatında  Türkiyənin 
izləri görünməyə başladı» (175, 9).  
İ.Murad  milli  romantik  şeirin  ədəbiyyatımızda  ən 
qüdrətli  təmsilçilərinin  M.Hadi,  H.Cavid,  A.Səhhət  və 
Ə.Cavad  olduğunu  yazır,  A.Şaiqi  isə  «realist  şeirin  ən 
önəmli təmsilçisi, eyni zamanda yaxşı hekayəçi» kimi təq-
dim  edir  (175,  10).  Bizcə,  müəllifin  A.Şaiqi  romantizm 
ədəbi  məktəbinə  aid  etməməsi,  onun  yalnız  realizminə 
üstünlük  verməsi  mübahisə  doğurur.  Çünki  üslubunu  hər 
zaman qoruyub saxlayan A.Şaiq romantik ədəbiyyatımızın 
görkəmli nümayəndələrindəndir.  
Müəllifin  fikrincə,  Əhməd  Cavadı    başqa  şairlərdən 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə