Azяrbaycan mиllи elmlяr akademиyasы



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə42/47
tarix25.08.2018
ölçüsü1,18 Mb.
#64041
1   ...   39   40   41   42   43   44   45   46   47

 
 
140 
sosial  mövzulu,  sevgi  şeirləri  və  s.  deyə  dəqiq  cizgilərlə 
ayırmaq  bizi  bəzən  yanıldacaqdır»  (175,  38).  Bu, 
doğrudan  da,  belədir.  Məsələn,  «Bismillah»  və  «İngilis» 
şeirlərinin adı «Türkiyəylə ilgili  olanlar» bəhsində  çəkilsə 
də,  müstəmləkəçiliyə  aid  olan  bəhsdə  təhlilə  cəlb  olunur. 
Çünki «Bismillah» həm müstəmləkəçilik əleyhinə, həm də 
Bakını  azad  etməyə    gələn  türk  ordusunun  şərəfinə 
yazılmışdı.  
«Al  bayrağa»  və  «Azərbaycan  bayrağına»  şeirlərində 
«bayraq  sevgisiylə  bərabər  Türk  birliyi  düşüncəsinin»  də 
olduğunu  qeyd  edən  müəllifin  (175,  44)  bu  fikirləri  də 
maraqlıdır  ki,  «…bayraq  hürriyyətin  simvoludur.  Şair  bu 
hürriyyəti dini  motivlərdən istifadə  edərək izah  edir.  Hür-
riyyət  Turan  yolunda  mücadilə  verilirkən  qarşılarına  çıx-
mışdır. Türklər bu lütfü dəyərləndirmişlər və Allahın ay və 
ulduzunu simvol olaraq almışlar» (175,  44).  
Odur  ki,  bəlkə  də  «Turan  idealı»  mövzusu  ayrı-ayrı 
bölümlərin içində əridilməyib, ayrıca bir bölüm kimi işlən-
səydi,  daha  yaxşı  olardı.  Çünki  Türkiyə  və  Azərbaycan  
sevgisi  «Gedərkən  Turana  çıxdın  qarşıma»  deyən  Ə.Ca-
vadın Turan idealının, Turan eşqinin ayrılmaz hissəsidir.  
«Unudulmuş  sevda»,  «Kölgəm  ilə  Mən»,  «Göy  göl» 
kimi  şeirlərdən  danışanda  da,  İ.Murad  istər-istəməz 
«Turan  idealı»  mövzusuna  toxunur.  Çünki  müəllifin  özü 
dediyi  kimi,  Ə.Cavad  «dövrünün  siyasi  çaxnaşmaları  və 
qarışıqlığı arasında milli birliyi, türk birliyini özünə hədəf 
seçmiş,  bunun  üçün  də  ölümə  qədər  getmiş  bir  şairdir» 
(175, 38). 
Əsərdə  Azərbaycan  Xalq  Cümhuriyyətinin  bolşevik 
Rusiyası  tərəfindən  işğalından  sonra  Ə.Cavada  olan 
təzyiqlərdən,  təhdidlərdən  də  söz  açılır.  Haqlı  qeyd  edilir 
ki,  «Ə.Cavad  bəzən  bu  tənqidlərə  gücü  yetdiyincə  cavab 


 
 
141 
verməyə»,  bəzən  də  «simvolların  arxasında  gizlənməyə 
çalışır»dı (175,  50-51).  
Kitabda  şairin  simvolik  tərzdə  yazılan  «Unudulmuş 
sevda»,  «Sən  ağlama»,  «Kür»,  «Göy  göl»,  «Kölgəm  ilə 
Mən», «Səsli qız» kimi şeirlərindən daha geniş bəhs edilir. 
«Unudulmuş sevda» şeirini müəllif belə təhlil edir: «Unu-
dulmuş  sevda»  şairin  ideallarıdır.  Onları  xatırladıqca  şair 
hüznlü  bir  xoşbəxtlik  hiss  edir.  Amma  duyğusuz,  qəlbsiz 
zamanın  əli  şairi  sarsıtdığı üçün o, keçmiş  sevdaları unut-
maq  məcburiyyətində  qalmışdır.  Fəqət  o  sevdanın  izləri 
hələ ürəyindədir» (175, 53).  
İ.Muradın  bu  qənaəti  ilə  də  tam  razıyıq  ki,  Ə.Cavadın 
yeni  quruluşla  bağlı  şeirlərində  «elə  misralar  var  ki,  hər 
biri  rejimin  insanları,  şəxsiyyətləri  necə  əzib  yox  etdiyini 
göstərməsi  baxımından ibrət  dolu tarixi vəsiqədir»   (175, 
59). 
İrfan  Muradın  «Füzuli»,  «Aya»,  «Xuluqda»,  «And 
olsun», «Çoban qızı», «Qurban olduğum», «Madonnaya», 
«Gözəl  qadın»,  «Leyla»,  eləcə  də  şairin  öz  qızı  Almaz 
üçün  yazdığı  şeirlərə  münasibəti  də  diqqəti  çəkir. 
«Qızıma»  şeirini «Azəri   ədəbiyyatında  yazılmış  mərsiyə-
şeir  tipinin  ən  gözəl  nümunələrindən  biri»    adlandırması 
fikrilə  tam  razıyıq.  Həqiqətən,  Ə.Cavad  bu  şeirdə  «həm 
lirizm, həm ifadə tərzi, həm də şəkil baxımından böyük bir 
orijinallıq  göstərmişdir»  (175,  38).  Lakin  İ.Murad 
Ə.Cavadın  «And  olsun»,  «Leyla»,  «Füzuli»,  «Xuluqda» 
kimi şeirlərindən başqa «digər şeirlərdə quru və donuq bir 
hava»  olduğunu  söyləyir  (175,  60).  Bizə  elə  gəlir  ki,  bu 
bölümdə  sadaladığı  şeirlərin  arasında  «Qurban  olduğum» 
kimi incə, lirik şeirlər müəllifin nəzərindən qaçmışdır.  
Tədqiqatçı şairin yüzə qədər şeirini incələyərək onu da 
qeyd  edir  ki,  «hamısı  heca  vəznində  olan  bu  şeirlərin  52-


 
 
142 
sində  şair  11-lik,  başqa  şeirlərində  isə  7,  8,  13,  14  və  16-
lıq heca qəliblərindən istifadə etmişdir.  
«Dilimiz»  şeirindən  danışarkən  müəllif,  Türkiyədəki 
bəzi  sələfləri  kimi,  ərəb  və  fars  kəlmələrinin  yerinə  türk 
sözlərinin  işlədilməsini  istəyən  Ə.Cavadın  təklif  etdiyi 
«düzlük»  (istiqamət),  «tutalqaç»  (dəlil)  kimi  ifadələrə 
etiraz  edir  (175,  62).  Lakin  nəzərə  almaq  lazımdır  ki,  bu 
şeir  1913-cü  ildə,  hələ  ədəbiyyatımızda  «dil»  yerinə 
«zəban», «yağmur» yerinə «baran», «sarı» yerinə «zərdə», 
«qardaş»  yerinə  «bəradər»,  «bacı»  yerinə  «həmşirə»  kimi 
sözlərin işləndiyi bir dövrdə yazılmışdı. Zaman göstərir ki, 
Ə.Cavad  hələ  21  yaşındaykən  yazdığı  «Dilimiz»  şeirində 
bu sözlərə etiraz etməkdə haqlı idi.  
İrfan  Murad  Yıldırım  bu  əsəri  yazmağa  başlarkən 
Azərbaycanda  «Sən  ağlama,  mən  ağlaram»,  «Haqq  bağı-
ran  səs»,  eləcə  də  akad.  B.Nəbiyevin  «Əhməd  Cavad» 
kitabı,  Ə.Saləddinin  tərtib  etdiyi,  şairin  iki  cildlik 
«Seçilmiş  əsərləri»  və  «Əhməd  Cavad»  monoqrafiyası 
hələ  çap  olunmamışdı.  İ.Murad  öz  tədqiqatında,  əsasən, 
Azərbaycandakı 
1990-cı 
ilə 
qədər 
üzdə 
olan 
materiallardan  istifadə  etmişdir.  Bütün  bunlar  bir  daha 
İ.M.Yıldırımın  «Selam  Türkün  Bayrağına»  kitabının  elmi 
dəyərini və əhəmiyyətini göstərir. 
Türkiyədə  Ə.Cavadın  şəxsiyyəti,  həyatı  və  ədəbi  irsi 
elmi  dərgilərdə və  nəşrlərdə araşdırılmaqla  bərabər,  şairin 
obrazı  bədii  ədəbiyyatın  da  maraq  dairəsinə  daxil  olmuş-
dur.  Fikrimizə  Müslüm  Oğuzun  «Nisan  ağlar  mayısa» 
romanı  (1991) misal ola bilər. 
Kitabın  adının  Ə.Cavadın  Türkiyədə    kifayət  qədər 
məşhur  olan  şeirlərindən  birinin  adından  götürülməsi  də 
cəlbedicidir. Təəssüf ki,  biz bu romanı  əldə edə bilmədik. 
Ancaq  təqdirəlayiq  haldır  ki,  T.Hüseynli  həmin  roman 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə