Azяrbaycan mиllи elmlяr akademиyasы



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə44/47
tarix25.08.2018
ölçüsü1,18 Mb.
#64041
1   ...   39   40   41   42   43   44   45   46   47

 
 
147 
NƏTİCƏ 
 
Araşdırmalardan  bir  daha  aydın  olur  ki,  Azərbaycan 
və Türkiyə  xalqları bir-birləri ilə qədim və möhkəm etnik-
mənəvi  bağlılığa  malikdir. Bu  doğmalıq  onları tarixin  bü-
tün 
dövrlərində 
mədəni 
və 
mənəvi 
cəhətdən 
yaxınlaşdırmış, əksər olaylarda  əlbir  fəaliyyət  göstərmələ-
rinə səbəb olmuşdur. Həmin yaxınlıq və doğmalığın daima 
gündəmdə  qalmasında  hər  iki  xalqın  ədəbiyyat  və 
mədəniyyət  xadimləri  də  yaxından  iştirak  etmişlər.  Belə 
şairlərdən biri də Əhməd Cavaddır. 
Türkçülük  özünün  türklüyünü  anlayaraq,  türk  xalq-
larının bütövlüyü uğrunda çalışmaqdırsa, o zaman Əhməd 
Cavadın  bütün  fəaliyyətini  və  yaradıcılığını  türkçülüyə 
xidmət kimi dəyərləndirə bilərik. 
Ə.Cavad  ictimai-ədəbi  fikirdə  istiqlal  ideyalarının 
poetik və publisistik təbliğində  fəal iştirak etmiş, bu məq-
sədlə  çoxlu şeir, poema, məqalələr yazmış, alovlu çıxışlar 
etmiş,  lazım  gəldikdə    ictimai  xadim  və  əsgər  kimi  də 
fəaliyyət  göstərən  görkəmli  Azərbaycan  şairlərindəndir. 
Onun yaradıcılığında istiqlal, Azərbaycançılıq, Turançılıq, 
türkçülük,  islamçılıq  və  ümumiyyətlə,  insan  sevgisi 
mövzuları  qovuşuq  halda  əks  etdirilmişdir.  Bunu  həm 
şairin  türkçülük  ruhlu  əsərlərində,  həm  də  əməli 
fəaliyyətində müşahidə etmək olar. 
Əhməd  Cavad  Azərbaycan-Türkiyə  ədəbi,  mədəni  və 
ictimai  əlaqələrinin  XX  əsrin  ilk  onilliklərində  daha  da  
inkişaf  etməsində  xüsusi  rol  oynamışdır.  Axtarışlar 
göstərir  ki,  Ə.Cavad  bu  mövqeyə  birdən-birə  gəlib 
çıxmamışdır. Bu mövqe Azərbaycan ictimai fikrində türk-
çülük ideyalarının, Türkiyə  ədəbiyyatına  və həyatına  olan 
qırılmaz  bağların  üzərində  formalaşmışdır.  Çünki,  məlum 


 
 
148 
olduğu  kimi,  hələ  XX  əsrin  əvvəllərindən  başlayaraq 
Azərbaycan  ictimai  fikrində  Ə.Hüseynzadə,  Ə.Ağayev, 
M.Hadi,  H.Cavid,  A.Sur  və  başqalarının  fəaliyyətində 
türkçülük  ideyaları,  türk  xalqlarının  birliyi  mövzusu 
gündəmdə  idi.  Bu  işdə  İ.Qaspıralının,  eyni  zamanda 
Azərbaycanda  fəaliyyət  göstərən  türkiyəli  müəllim  və 
ədiblərin də rolu  az olmamışdır.  
Təsadüfi  deyil  ki,  Gəncədə  gimnaziyada  oxuyarkən 
Ə.Cavada  türkiyəli  müəllim  Cavad  Əfəndi  və  türkçülük 
ideyalarının qızğın təbliğatçılarından olan Hüseyn Cavidlə 
Abdulla  Sur  da  dərs  demişlər.  Hətta  onun  ilk  qələm 
təcrübələrini  A.Sur  oxuyub  təqdir  etmiş,  Ə.Cavad  isə  onun 
haqqında  öz  yazılarında  məhəbbət  və  sayğı  ilə 
danışmışdır.  Ə.Cavad  və  Hüseyn  Cavidin  yaxın  müna-
sibətləri  də  bəllidir.  Bir  sözlə,  həm  ümumi  nöqteyi-
nəzərdən,  həm  də  konkret  olaraq  Ə.Cavad  türkçülük 
ideyaları,  Türkiyəyə  sevgi  və  sayğılar  dolu  bir  mühitdə 
yetişmişdir.  Bu  cəhət  gənc  şairi  Balkan  müharibəsi 
cəbhələrinə gətirib çıxarmışdır. 
Ə.Cavad  Balkan  cəbhəsinə  yola  düşərkən  onu  təkcə 
Türkiyənin, yaxud  Azərbaycanın   yox, ümumiyyətlə, türk 
dünyasının  taleyi  narahat    etmişdir.  Bu  narahatlıq  və 
ardıcıl  fəaliyyət  Birinci  Dünya  müharibəsi  illərində  də 
davam  etmişdir.  Şair  müharibədən  zərər  çəkən  türk 
əsirlərinə  və  ev-eşiyindən  didərgin  düşən  dinc  əhaliyə, 
qaçqınlara  yardım  göstərmək  üçün  xeyriyyə  cəmiyyəti 
xətti ilə cəbhəyə yaxın ərazilərdə uzun müddət çalışmışdır. 
Bu  zaman  o,  Turan  dünyasına,  türkçülük  ideyalarına 
bəslədiyi  sevgi  və  məhəbbətini  özünün  şeir  və 
məqalələrində də hərarətlə ifadə etmişdir. Əhməd Cavadın 
1914-1917-ci  illərdə  yazıb  çap  etdirdiyi  məqalə  və 
şeirlərində  türk  xalqlarının  məişəti,  mədəniyyəti,  əha-


 
 
149 
lisinin  alicənablığı,  ərazilərinin  füsunkarlığı  sevə-sevə 
təsvir  olunmuş,  ölkənin  qədim  və  şöhrətli  qəhrəmanlıq 
tarixi  yenidən  xatırlanmış,  hazırkı  vəziyyətindən keçirdiyi 
vətəndaş  narahatlığı  ifadə  edilmişdir.  Şair-publisistin  bu 
dövr  yaradıcılığı  türk  xalqlarının,  bütövlükdə  Turan  ellə-
rinin  tarixi  taleyinə  və  gələcəyinə  məhəbbət  və  vətəndaş 
narahatlığı ilə mayalanmışdır. 
Bütün  türkçülər  kimi,  Əhməd  Cavad  da  Türkiyəni 
«Turan  idealı»nı  həyata  keçirəcək  qüvvə  olaraq 
görmüşdür.  Ə.Cavadın  Türkiyəyə  sevgi  və  məhəbbəti, 
qeyd  etdiyimiz  kimi  sonrakı  illərdə  də  davam  və  inkişaf 
etmişdir. O, türk ellərinə, Türkiyədə cərəyan edən ictimai-
ədəbi  proseslərə  daim  diqqət  göstərmiş,  yaradıcılığında 
Türkiyə  mövzusu  və  türk  ədəbiyyatından  bəhrələnmə 
qabarıq  nəzərə  çarpmışdır.  Şair  türk  ədəbiyyatından 
mükəmməl    tərcümələr  etmişdir.  Onun  şeirləri  və 
məqalələri  Türkiyə  mövzusu  və  türkçülük  ideyalarının 
qabarıqlığı ilə seçildiyi kimi,  əsərlərinə və şəxsiyyətinə də  
Türkiyədə  həmişə  böyük  maraq  olmuşdur. Həm  XX əsrin 
1914-1920-ci illərində, həm də sonrakı illərdə bu qarşılıqlı 
əlaqə  davam  etmişdir.  Türkiyədə  Ə.Cavadın  şeirləri, 
kitabları  dönə-dönə  çap  olunmuş,  haqqında  məqalələr  və 
kitablar  yazılmışdır.  Şairin  şeirlərinə  nəzirələr  yazılmış, 
bədii əsərlərdə  onun yadda qalan obrazı yaradılmışdır. 
Ə.Cavadın  yaradıcılığı və  şəxsiyyəti Türkiyənin təkcə 
ədəbi  mühitində  deyil,  siyasi  və  hökumət  dairələrində  də 
məşhur  olmuşdur.  Türkiyənin  o  vaxtkı,  həm  də  hazırkı 
siyasi  xadimlərinin Ə.Cavada  sevgi  və  məhəbbətləri buna 
əyani  misaldır.  2006-cı  ildə  Türkiyə  Böyük  Millət  Məcli-
sində  Əhməd    Cavadın  Türkiyəyə  və  bütövlükdə  türk 
kültürünə 
xidmətlərinin 
gündəmə 
gətirilib  
qiymətləndirilməsi  bir  daha  göstərdi  ki,    onun  şəxsiyyəti 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə