Azяrbaycan mиllи elmlяr akademиyasы



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə37/47
tarix25.08.2018
ölçüsü1,18 Mb.
#64041
1   ...   33   34   35   36   37   38   39   40   ...   47

 
 
124 
onu  necə  bir  sevinclə  tərənnüm  etdiyini  diqqətə  belə 
çatdırmışdı:  «…Milli  şairimiz  o  savaş  günlərində  bizzat 
qurtuluş  ordusunun  safları    (sıraları  –  A.M.)  arasında 
bulunuyordu.  Bu  baxımdan  hərəkat  və  savaşların  şahidi 
olan şair əsərini realitə edən mülhəm olaraq yazmışdır. Bir 
Qurban  bayramı  ərəfəsinə  təsadüf  edən  14  eylülü 
(sentyabrı  -  A.M.)  15  eylülə  bağlayan  gecə  sabaha  qarşı 
(səhərə  yaxın  –  A.M.)  ani  basqını  ilə  düşməni 
sipərlərindən  atıb  süngü  ucuna  surətiylə  qəti  təərrüzə 
keçən  qurtuluş      ordusunun  zəfər  topları    şairi 
coşdurmuşdur. Azərbaycan istiqlal zəfərini  dastanlaşdıran 
bu  şeirinə  şair,  pək
*
  haqlı  olaraq  «Bismillah»  başlığını 
qoymuşdur.  Pək haqlı olaraq dedik, çünki şair yepyeni bir 
dövrün  başladığını  müjdələməkdədir.    Bu  gün  (15 
sentyabr, 1918-ci il – A.M.) Azərbaycan türkünün mənhus  
(uğursuz,  nəhs –  A.M.)  taleyi yenilmiş (məğlub edilmiş – 
A.M.),  hürr  və  müstəqil  bir  həyata    qədəm  qoyulmuşdur. 
…  O  halda  Bakı  civarındakı  Yanar  Dağ,  Subam  və 
Yasamalın  arxasından  atılan  zəfər  topları  şairi  nədən 
coşdurmasın?!» (182, 3)  
Əhməd Cavadın həm qələm, həm də süngü ilə istiqlal 
savaşına    qoşulmasını  müəllif  onun  döyüşən  ordu  sırala-
rında  olmasını  bildirməklə  nəzərə  çatdırır.  O  göstərir  ki, 
həmin  döyüş  və  qələbə  anlarını  şəxsən  yaşayan  Ə.Cavad 
kimi bir şairi zəfər toplarının sədası coşdurmaya bilməzdi. 
Şair həmin ruh halını «Bismillah!» şeirində ifadə etmişdir:  
 
Atıldı dağlardan zəfər topları,  
Yürüdü irəli əsgər, bismillah!  
O Xan sarayında çiçəkli bir qız,  
Bəkliyor bizləri zəfər, bismillah!  
                                                   
*
 чох 


 
 
125 
 
M.B.Məmmədzadə  məqaləsində  Ə.Cavadın  şeirindən 
bu bəndi misal  gətirdikdən sonra sözünə belə davam edir: 
«İstiqlal  savaşının  zəfər  dastanına  böylə  başlayan  Cavad 
min  ildən  çox    tarixə  malik  olan  Şirvanşahlar  dövrünün 
parlaq  xatirəsini  yaşadan  Bakıdakı  Xan  sarayında  onu 
zəfər pərisinin bəklədiyinə əmindir» (182, 4).  
M.B.Məmmədzadə  bu  şeirlə  Ə.Cavadın  həm  özünü, 
həm  də  əsgərləri  inamla  qələbəyə  ruhlandırdığını  söylə-
məkdə  yanılmamışdı.  Müəllifə  görə,  Ə.Cavadın  bu  inamı 
həm  də  bizim  qədim  dövlətçilik  tariximizdən  və  
ənənəmizdən  bəhrələnmişdir.  O  bildirir  ki,  Ə.Cavad 
Bakıdakı Xan sarayına sadəcə olaraq XV əsr abidəsi və ya 
incə zövqlü memar ruhunun naxışlarda əbədiləşmiş inikası 
kimi  baxmaqla  kifayətlənmir.  Şair  üçün  bu  saray  «…hər 
şeydən öncə milli dövlət ruhunu ilhamlandıran  bir simvol 
rolunu  oynamaqdadır» (182, 4).  
M.B.Məmmədzadə  sözünə  davam  edərək  göstərir  ki, 
Bakıdakı  Xan  sarayında  çiçəkli  bir  qız  şəklində  təsvir 
etdiyi  zəfər  pərisinin  şəxsində  şair  milli  hakimiyyət 
idealının  zəfərini  müjdələyirdi.  «Yalnız  milli  dövlət 
dövrünün  timsalı  olan  Xan  sarayı  deyil,  bəlkə  də  heyəti-
ümumiyyəsi  ilə  bütün  Bakı  nişanlısını  bəkləyən  bir 
gözəldir»  (182,  4).  Buradan  aydın  olur  ki,    Xan  sarayı 
bütövlükdə Bakının  simvoludur. Odur ki, onun timsalında 
Bakı öz türk nişanlısını gözləyir. Bu nişanlının həsrətindən 
onun  qoynu  sis,  duman  olmuşdur.  Şairə  görə,  bu  dumanı 
ancaq  qəhrəman  türk  oğlu  olan  nişanlının  gəlişi  dağıda 
bilər.  
Şeirdə  təsvir  edildiyi  kimi,  Bakı  –  nişanlı  qız  da  öz 
sevgilisini görən kimi  qoynunu açıb onu bağrına basmağa 
çalışır.  Ona  görə  ki,  özünün  bütünlüklə  türk-Azərbaycan 


 
 
126 
oğluna  məxsus olduğunu bilib, könlünü  də  ona vermişdir. 
Bununla  Ə.Cavad  Bakının  məhz  bir  türk-Azərbaycan 
şəhəri  olması  fikrini də  vurğulamaq  istəmişdir. Ona  görə 
də M.B.Məmmədzadə  milli  istiqlalımızın zəfər  dastanının 
«Bismillah!»  şeiri  ilə  başlamasına  xüsusi  diqqət  yönəlt-
mişdir.  
Mühacirət  ədəbiyyatşünaslığımızın  tədqiqatçılarından 
filologiya  elmləri  üzrə  fəlsəfə  doktoru,  dosent  Nikpur 
Cabbarlı  M.B.Məmmədzadənin  həmin  məqaləsinə  istinad 
edərək  onun məsələyə münasibəti haqqında yazır: «Mirzə 
Balanın  bu  fikri  Azərbaycan  milli  istiqlal  poeziyasının 
təşəkkülü  və  inkişafında  ayrı-ayrı  mərhələlərin  səciyyəvi 
xüsusiyyətlərini  dəqiq  ifadə  edir.  Müəllifin  «İstiqlal  zəfə-
rinin  dastanı»  adlandırdığı  isə  Ə.Cavadın  «Bismillah!» 
şeiridir. 1918-ci il sentyabrın 15-də yenicə formalaşmaqda 
olan  Milli  Azərbaycan  ordusu  hissələri  və  könüllü 
dəstələri  Türkiyənin  hərbi  yardımı  ilə  Bakını  düşmən 
qoşunlarından  tamamilə  azad  etmişdi.  Ə.Cavadın  böyük 
tarixi  əhəmiyyəti  olan  bu  hadisədən    ruhlanaraq  qələmə 
aldığı 
«Bismillah!» 
şeirini 
Mirzə 
Bala 
istiqlal 
poeziyamızın  diqqətəlayiq  nümunəsi  kimi  dəyərləndirir» 
(31,  107).  Məhz  milli  istiqlalımızın  zəfər  dastanının  əsas  
tərənnümçülərindən  biri  kimi    tanındığı  üçün  Ə.Cavadın 
yaradıcılığı  Türkiyədəki  mühacirlərimizin  də  diqqət 
mərkəzində  olmuş,  ona  dönə-dönə  müraciət  edilmişdir. 
Şairin 
şeirlərindən 
bəzi 
nümunələr 
Türkiyədə 
mühacirlərimizin  çap  etdirdikləri    bir  sıra    məcmuə  və 
kitablarda  yer  almış,  haqqında  məqalə  və  araşdırmalarda 
dönə-dönə söhbət açılmışdır. 
Məlum olduğu kimi, I Dünya müharibəsi zamanı cəb-
həyə  yaxın  bölgələrdə  vəziyyətləri  son  dərəcə  acınacaqlı 
olan türk əsir və qaçqınlarının bir qismi Azərbaycana gön-


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə