Azяrbaycan mиllи elmlяr akademиyasы



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə39/47
tarix25.08.2018
ölçüsü1,18 Mb.
#64041
1   ...   35   36   37   38   39   40   41   42   ...   47

 
 
130 
və nifrət motivlərindən bəhs edərkən onun «İngilis» şeirini 
də  nəzərə  çatdırır.  Bildirir  ki,  Azərbaycan  Demokratik 
Respublikası  dövründə  ingilis  qoşunlarının  Bakıya 
girməsini  Ə.Cavad  çox  böyük  kədər  və  qəzəb  hissi  ilə 
qarşılamışdır. 
Bu 
cəhətin 
ümumən 
Azərbaycan 
ictimaiyyətinin  diqqət  mərkəzində  olmasını  Hüseyn 
Baykara  belə  diqqətə  çatdırmışdır:  «…Bakı  Antanta 
dövlətlərinin  işğalı  altında  qalır.  Azəri  mətbuatı, 
toplantıları ingilislərə qarşı çıxır, mitinqlər keçirilirdi» (22, 
178).  Belə  bir  ictimai-milli  əhvali-ruhiyyəni  ifadə  edən 
Ə.Cavad «İngilis» şeirini yazır. Şeirdə oxuyuruq:  
 
Bakuya gəlmisiz salam verməyə,  
Ey Xan sarayını tutan ingilis!  
Gedirkən Kəbəyə hacı karvanı, 
Hacılar yoluna çıxan ingilis. 
Damağında Çanaqqala ağısı, 
Sənmisən türk ellərinin yağısı?  
İslam dünyasının ölüm çalğısı,  
Ölüm ninnisiylə yaxan ingilis!  
 
Sarıb Hindistanın cansız  qolunu,  
Gəldin bağlamaya «Turan» yolunu. 
Aldadıb hər yerdə Tanrı qulunu, 
İnsanları ucuz satan ingilis (42, 150). 
 
İngilis  qoşunlarını və İngiltərənin işğalçılıq  siyasətini, 
onun türk-islam dünyasına qənim kəsilməsini bildirdikdən 
sonra  Ə.Cavad  onların  qarşısından  geri  çəkilməyəcəyini 
cəsarətlə  elan  edir.  Bu  misralarda  işğalçılara  qarşı  kin  və 
nifrətlə  yanaşı,  vətən  sevgisi  və  qəhrəmanlıq  əzmi  də 
qabarıq  verilmişdir.  Şair  amansız  düşmənə    belə  meydan 
oxuyur:  
 


 
 
131 
Bax, yenə qarşında köksümü açdım,  
Bakı dağlarına al bayraq sancdım.  
Sən meydan oxudun, gəldim, ulaşdım
*
,  
Mərd deyil meydandan qaçan, ingilis!  
 
Sən bağla hər yolu, süngüm tez açar,  
Üç ayda gələnlər üç gündə qaçar. 
Zənn etmə qurşunum havaya uçar,  
Türkdür bu qurşunu atan, ingilis! (42, 150-151) 
 
Misralarda  müəllifin  qəhrəmanlıq  və  döyüş  əzmi 
özünü  qabarıq  göstərməkdədir.  Ə.Cavad  qürurla  düşmənə 
onu  da  bildirir  ki,  türkün  atdığı  güllə  boşa  getməz,  onun 
hər  biri  bir  düşmən  əsgərini  məhv  edəcəkdir.  Çünki  türk 
cəsur və döyüşkəndir.  
«İngilis»  şeirinə  belə  bir  qeyd  də  verilmişdir:  «Bu 
parça  əsgərlərimiz  tərəfindən  Bakı  mühasirə  edildiyi  vaxt 
Bakı ətrafında bulunan Güzdəkdə söylənmişdir». Buradan 
bir  daha  aydın  olur  ki,  Ə.Cavad  1918-ci  il  15  sentyabr, 
Bakının azad olunması günlərində əsgərlərimizlə bir sırada 
olub  onları  öz  şeirləri  ilə  qələbələrə  ruhlandırmışdır.  Şeir 
belə qurtarır:  
 
O xain gözünü dikdiyin ellər,  
Bənim nişanlımdır, türkülər söylər…  
Göz dikmə təxtimə, bax, əlim titrər,  
Düşəcək təxtinə talan, ingilis! (42, 151) 
 
Göründüyü kimi, Ə.Cavad hər hansı türk elini, o cüm-
lədən  Bakını  türk  gəncinin  nişanlısı,  onun  şərəfi  hesab 
edir. Ona görə də bu türk igidi nişanlısına doğru hər hansı 
yabancı,  yad  bir  əlin  uzandığını  görəndə  qəzəbdən  əlləri 
                                                   
*
  чатдым – А.М. 


 
 
132 
titrəyir. Bu qəzəblə də düşməni xəbərdar edir ki, əgər qara 
niyyətindən  əl çəkməsə onun tac-taxtına «talan düşəcək», 
yəni yurdu viran olacaqdır.  
Hüseyn Baykara Ə.Cavadın «İngilis» şeirindən başqa, 
şəhidlərə  həsr  etdiyi  «Qalx!»  şeirini  də  geniş  təhlil 
etdikdən  sonra  bildirir  ki,  şair  Bakıda  «Mehmetciklərə» 
qoyulacaq  şəhidlər  abidəsini  «ingilislərə  qarşı  protest» 
olaraq  görür.  «Abidənin  təməlqoyulma  mərasimində 
Əhməd  Cavad  «Qalx»  adlı  şeirini  oxuyur».  Hüseyn 
Baykara şair haqqında təhlillərini yekunlaşdıraraq göstərir 
ki:  «Əhməd  Cavad  Azərbaycan  azadlığına  son  nəfəsinə 
qədər  sadiq qalmış və bu  yolda şəhid kimi canını qurban 
vermişdir» (22, 182).  
H.Baykara 
Ə.Cavad  yaradıcılığının  Azərbaycan 
ədəbiyyatında  yeni  bir  istiqamətin  başlanğıcı  olması  
fikrini  də  irəli  sürərək  yazır:    «Əhməd  Cavad  şeirində 
istifadə  etdiyi  vəzn,  üslub  və  dil  yönündən  Azərbaycanda 
«Cavad  ədəbi  məktəbi»ni  yaratmışdır»  (22,  179).  Bir 
qədər  mübahisəli  ola  biləcək  bu  fikrə  münasibətimizi 
bildirmək istərdik.  
Ə.Cavad  şeirlərinin  başda  M.Müşfiq,  S.Vurğun, 
A.İldırım  olmaqla  gənc  şairlərin  yaradıcılığına  təsiri 
danılmazdır. Ancaq bizcə, «Cavad ədəbi məktəbi» fikrinin 
arxasında  H.Baykaranın  Ə.Cavad  şəxsiyyətinə  və  yara-
dcılığına  sonsuz  vurğunluğu,  ehtiramı  və  sevgisi  dayanır. 
O,  elə  bu  sevgi  ilə  də  bildirir  ki,  Əhməd  Cavadın 
«…böyük  ədəbi  şəxsiyyətini  incələmək  bizim  biliyimiz 
xaricindədir» (22, 183). Ona görə də H.Baykara bu poetik 
sərvətin 
gələcəkdə 
geniş 
və 
hərtərəfli 
şəkildə 
araşdırılmasını arzu edir.  
Bütövlükdə,  Əhməd  Cavadın  həyatı  və  yaradıcılıq 
yolu,  onun  poeziyasının  mövzusu  və  ideya-estetik  xüsu-


 
 
133 
siyyətləri,  şairin  istiqlal  amalı  Azərbaycanın  Türkiyədəki 
mühacirlərinin  yazılarında  dönə-dönə  xatırlanmış,  əsərləri 
müxtəlif  nəşrlərdə  yayınlanmışdır  və  bütün  bunlar  onun 
Türkiyədə  daha  geniş  miqyasda    tanınmasına  və  şöhrət 
qazanmasına  təsir  göstərmişdir.  Hətta  türkiyəli  müəlliflər 
də  Ə.Cavadın  şəxsiyyətinə  və  irsinə  sistemli  və  ardıcıl 
şəkildə maraq göstərməyə başlamışlar.  
Əhməd  Cavadın  yaradıcılığı  və  şəxsiyyəti  haqqında 
Türkiyədə  yerli  müəlliflərin  yazılarında  məlumatlara  XX 
əsrin ilk onilliklərində, daha sonra isə daha çox altmışıncı 
illərdən  sonra  rast  gəlinir.  Türkiyədə  1930-cu  illərdə 
türkçülüyə  və  millətçiliyə  qarşı  İsmət  İnönünün 
prezidentlik  dövründən  aparılan  dövlət  siyasəti  bu  işin  də 
əngəllənməsinə  səbəb  oldu.  Hətta  SSRİ-nin  tələbi  ilə 
Azərbaycan  (və  digər)  mühacirət  mətbuat  orqanları 
bağlandı  və  M.Ə.Rəsulzadə  başda  olmaqla,  bir  çox 
mühacir  ölkədən  çıxarıldı  (26,  47;    64-66).  Tarix  elmləri 
namizədi  Nəsiman  Yaqublunun  da    yazdığı  kimi,  «Başda 
M.Ə.Rəsulzadə  olmaqla  İstanbulda,  Ə.Topçubaşov  və 
C.Hacıbəyli  olmaqla  isə  Parisdə  yaşayan  mühacirlərimiz 
imkanları  daxilində  jurnallar,  qəzetlər,  bülletenlər, kitablar 
nəşr  edir,  bəyanatlar  verib  Azərbaycanı  yaşadıqları  ölkənin 
diqqətində saxlaya bilirdilər… 
Lakin  o  dövrdə  Türkiyənin  düşdüyü  vəziyyət, 
bolşeviklərlə  yaxınlaşmaq  məcburiyyəti  mühacirlərin  bu 
ölkədə  fəaliyyətini  getdikcə  çətinləşdirirdi.  Həm    siyasi, 
həm  də  maddi  baxımdan  bu  mücadilə  getdikcə 
mümkünsüz  olurdu»  (128,  78-79).  Mühacirət  nəşrlərinin 
qapanması  ilə  yanaşı,  ölkədə  milli  türklük  düşüncəsinə 
qoyulan  qadağalar  və  onun  ardınca  II  Dünya  müharibəsi 
ictimai-ədəbi  fikrin  diqqətini  bir  qədər  başqa  səmtə 
yönəltdi.  Ancaq  müharibənin  «barıt  tüstüsü  dağılıb»  ağrı-


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə